Əksliklərin vəhdəti və mübarizəsi qanunu Sxem: Eyniyyət----- fərq----- ziddiyyət----- əkslik----- konflikt---- həll
Eyniyyət dedikdə, cismin və ya hadisənin özü ilə olan bərabərliyi və ya bir neçə predmetin bərabərliyi nəzərdə tutulur. Gerçəklik daim dəyişdiyindən. inkişaf və hərəkətdə olduğundan predmetlərin mütləq eyniyyəti olmur. Hər bir şey digərinin həm eynidir, həm də ondan fərqlidir. Yəni biz 2 predmeti müqayisə etsək. onların həm eyni, həm də fərqli cəhətlərini aşkara çıxaracağıq.
Eyniyyət daxili və xarici mənaları ifadə edir. Xarici mənada eyniyyət=b ifadəsi ilə göstərilə bilər. daxili mənada eyniyyət isə obyektin konkret zaman və məkan nöqtəsində malik olduğu məzmunla onu ifadə edən anlayışın ideal məzmunu arasındakı nisbət başa düşülür. a=a, a təqr =a ifadəsi ilə göstərmək olar. Konkret obyektin məzmunu ilə ideal məzmun heç vaxt üst-üstə düşə bilməz. Bu, məzmunu təşkil edən parametrlərin həmişə nisbi və dinamik xarakter daşıması ilə əlaqədardır. Yəni, obyektin konkret məzmunu ilə ideal məzmun arasında həmişə fərq mövcud olur. ----Fərq---obyektin tərəfləri və ya obyektlər arasındakı daxili eyniyyətin dərəcəsi ilə ölçülür. Obyekti sonrakı inkişaf prosesində onun tərəfləri arasında fərq getdikcə artır və o, ziddiyyətə çevrilir. -----Ziddiyyət----1) Obyektin tərəfləri arasında, 2) Bir obyektlə digər obyekt arasında, 3) Obyektlə mühit arasında baş verir. Ziddiyyət obyektin tərəfləri və ya obyektlər arasındakı elə nisbətdir ki, onun tərəfləri əks qiymətlərlə xarakterizə olunur. Müxtəlif əlamətlərə görə ziddiyyətlər müxtəlif növlərə ayrılır:
İnkişaf prosesində rollarına görə daxili və xarici növlərə
Tərəflərin nisbiliyinin kəskinlik dərəcəsinə görə və ziddiyyətlərin həlli üsuluna görə antaqonist və qeyri-antaqonist ziddiyyətlərə
Daxili ziddiyyətlər predmet və hadisələrin hərəkətinin mənbəyidir və onların öz mahiyyətinə aiddir. Hərəkətin başlıca mənbəyi daxili ziddiyyətlərlə müəyyən olunur.
Xarici ziddiyyətlər eyni zamanda mövcud olan predmetlər arasında baş verir və mövcud predmetin inkişafı üçün təsiredici rol oynayır. Xarici ziddiyyətlər daxili ziddiyyətlər əsasında meydana gəlir və inkişafda həlledici deyil, təsiredici əhəmiyyətə malik olur.Xarici ziddiyyətlər daxili ziddiyyətlər əsasında baş versə də öz növbəsində inkişafın daxili proseslərinə təsir göstərir. buna görə onları bir-birindən ayırmaq, eyniləşdirmək və qarşılaşdırmaq olmaz.
Əsas ziddiyyətlər----obyektin yaranmasından başlamış axıradək onun inkişafını müəyyənləşdirən ziddiyyətdir. Məs; mexaniki hərəkətə səbəb olan əsas ziddiyyət təsir və əks təsirdir. Elektrik hadisələri üçün əsas ziddiyyət müsbət və mənfi yüklü hissəciklərin münasibətidir. Üzvi aləmdə maddələr mübadiləsi, cəmiyyətdə istehsalla tələbat arasındakı ziddiyyətlər və s.
Qeyri-əsas ziddiyyətlər---hər hansı bir hadisənin inkişafını müəyyən etməyən ziddiyyətdir. Məs; cəmiyyətin ayrı-ayrı sinifləri, partiyaları, qrupları arasında olan ziddiyyətlər.
Antaqonist və qeyri-antaqonist ziddiyyətlər məsələsinə münasibətdə 2 mövqe mövcuddur. Bir qisim müəlliflərin fikrincə, antaqonist və qeyri-antaqonist ziddiyyətlər yalnız cəmiyyətə məxsusdur. Digər qism müəlliflərin fikrincə isə antaqonist və qeyri-antaqonist münasibətlər bütün sahələrdə olan ziddiyyətlərə aiddir.Antaqonist ziddiyyətlər elə ziddiyyətlərə deyilir ki, onların həlli ziddiyyətlərin daşıyıcısı olan obyektlərin məhvi ilə nəticələnir.(odla suyun münasibəti)
Başlıca ziddiyyətlər---inkişaf prosesinin bu və ya digər anında önə çıxan və həmin anda inkişafı təmin edən daxili və xarici ziddiyyətlərə deyilir. Başlıca ziddiyyətlərin əlamətləri:
1. Bu ziddiyyətlər həm daxili , həm də xarici ziddiyyətlər ola bilər.
2. Başlıca ziddiyyət inkişafın yalnız müəyyən məqamında formalaşır və təsir göstərməyə başlayır.
3. Başlıca ziddiyyət inkişafın həmin anında onu təmin edir.
Ziddiyyətlər nə isə hərəkətsiz, dəyişməz bir şey deyil. Bu və ya digər konkret ziddiyyətlər yarandıqdan sonra inkişaf edir, müəyyən mərhələlərdən. pillələrdən keçir.
Müəyyən predmetin, hadisənin inkişafında ziddiyyətlər 2 mərhələdən keçir:
1) Predmetə xas olan ziddiyyətlərin inkişafı və genişlənməsi mərhələsi;
2) həmin ziddiyyətlərin həll olunması mərhələsi.
Ziddiyyət öz inkişafının başlanğıcında fərq kimi, yəni hələ genişlənməmiş ziddiyyət xarakteri daşıyır. Sonradan fərq dərinləşir, əksliyə çevrilir və bunu aşkara çıxmış ziddiyyət kimi başa düşmək lazımdır ki, həmin ziddiyyətin əks tərəfləri əvvəlki vəhdətin çərçivəsində getdikcə daha az qala blər.
Əksliklər - predmetin elə daxili, tərəfləri, meylləri, qüvvələridir ki, bunlar bir-birini rədd edir və eyni zamanda da bir-birinin olmasını tələb edir. Bunlardan biri olmadan digəri mümkün deyilziddiyyətlər əksliyə çevrildikdən sonra tərəflər bir-birini inkar etməyə doğru irəliləyir. Bunun ən kəskin mərhələsinə konflikt deyilir ki, burada ziddiyyətlərin mübarizəsinin müxtəlif yollarla baş verir.