Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə31/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   27   28   29   30   31   32   33   34   ...   47
Felsefe muhazire metnleri

İnkarı inkar qanunu
Inkarı inkar qanunu inkişafın meyl və istiqamətini göstərir. Bu qanun yeninin köhnəni əvəz etməsi, köhnənin bir çox cəhətlərinin yenidə təkrarlanmasını ifadə edən dialektikanın ən ümumi qanunudur. Həm kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keşməsi qanunun, həm də əksliklərin vəhdəti və mübarizəsi qanunlarının təhlili göstərir ki, inkişafda zəruri və qanunauyğun bir moment olaraq inkar vardır. Belə ki, keyfiyyət dəyişilməsi köhnə keyfiyyətin inkarı olmur. Əksliklərin mübarizəsində bir əksliyin digərini inkarı baş verir.
Ümumiyyətlə inkişaf spiralvari bir prosesdir.
Spiralvari inkarı inkar prosesinə aşağıdakı əlamətlər xasdır:

  1. İnkar prosesi sonsuzdur. Bu sonsuzluğu ifadə etmək üçün qanunu inkarı inkar adlandırırlar. Mənası o deməkdir ki, hər bir inkar edənin özü mütləq inkar edilir.

  2. İnkar inkişaf prosesində əlaqə formasıdır. Bu, o deməkdir ki, inkar edilən maddi, energetik, funksional, struktur əlamətlərilə inkar edənə keçir və orada öz əksini tapır.

  3. İnkar prosesində köhnədə olan, həyat qabiliyyətini itirmiş, inkişafa mane olan, zərurətdən təsadüfə çevrilmiş əlamət və xassələr atılır, gələcəyə meylli, mütərəqqi xarakterli, həyat qabiliyyətli əlamət və xassələr isə götürülür.

3.Dialektikanın kateqoriyaları
Kateqoriyalar gerçəklikdəki obyektiv,universal, ən ümumi,sistemlilik əlaqə və münasibətlərini ifadə edir. Yunan dilində mənası “fikir söyləmək”, “mülahizə yürütmək”, “mühakimə yürütmək” deməkdir. Fəlsəfi mənada kateqoriyalar real görçəklikdə (təbiətdə, cəmiyyətdə və təfəkkürdə) mövcud olan obyektiv, qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental anlayışlardır. Kateqoriyaların başlıca fəlsəfi xassələri bunlardır: obyektivlik, ən ümumilik, qanunauyğunluq, mahiyyətlik, determinlik, dəyişkənlik və s.
Kateqoriyalar haqqında ilk mükəmməl fəlsəfi baxış Aristotelin “Kateqoriyalar” adlı traktatında verilmişdir. Aristotel 10 kateqoriyanın olduğunu qeyd etmişdir. Fəlsəfi kateqoriyaları aşağıdakı kimi təsnif etmək olar: 1) Ontoloji və ya substantiv kateqoriyalar. Bu kateqoriyalara materialst, idealist, dualist münasibətlər xasdır. “Varlıq”, “materiya”, “ideya”, “təfəkkür”, “şüur” və s. belə ontoloji kateqoriyalardır. 2) Atributik kateqoriyalar. Bunlar ontoloji kateqoriyaların atributiv xassələrini təşkil edir. “Məkan”, “zaman”, “hərəkət”, “inkişaf”, ziddiyyət”, “keyfiyyət”, “kəmiyyət”, “ölçü” və s. belə atributiv kateqoriyalardır. 3) Nisbət və ya relyativ kateqoriyalar. Onlara cüt kateqoriyalar da deyilir. Onlar üçün əsas əlamət odur ki, onlar ikitərəflidir. Onlardan birinin mövcudluğu digərini də tələb edir: tək, xüsusi, ümumi; qanun və qanunauyğunluq; mahiyyət və təzahür; hissə və tam; sistem, struktur və element; məzmun və forma; səbəb və nəticə; zərurət və təsadüf; imkan və gerçəklik.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin