Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Tam və hissə, sistem, struktur,element



Yüklə 124,77 Kb.
səhifə34/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
Felsefe muhazire metnleri

Tam və hissə, sistem, struktur,element
Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predmeti, hadisəni təşkil edən hadisələrin tamamlanması, məcmusu nəticəsidir.
Sistem - struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla yerləşən qarşılıqlı əlaqədə olan elementlərin, hissələrin ümumiliyidir.
Element - müəyyən sistem daxilində hər hansı predmet, hadisə və prosesin ayrılmaz daxili parçası, komponentidir.
Struktur isə - bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin nisbi sabit üsulu, qanundur.
Hərəkət
Fəlsəfədə hərəkət dedikdə, baş verən hər bir dəyişiklik nəzərdə tutulur. Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla, ümumiyyətlə, dəyişiklik deməkdir. Aləmdəki bütün sistemlər, hökmən hərəkət halında olmalıdır. Yalnız hərəkət halında olmaqla o, özünün sistem vəziyyətini saxlaya bilər, bu yolla da aləmin vəhdətini təmin edər.
Hərəkət həm elementar hissəciklərin qarşılıqlı çevrilmələridir, həm genişlənən metaqalaktikalardır, həm də hüceyrələrdəki maddələr mübadiləsidir. Materiya hərəkətsiz mövcud ola bilməz. Hərəkət materiyaya daxilən xasdır. O, materiyanın özü qədər əbədi və mütləqdir. Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir. Materiyanın hərəkəti mütləq, hər cür sükunət isə nisbidir. Yerə nisbətən sükunətdə olan cisim onunla birlikdə Günəş ətrafında, Günəşlə birlikdə isə Qalaktikanın mərkəzi ətrafında hərəkət edir.
Hərəkət özünü əsasən cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə göstərir.
F.Engels “Təbiətin dialektikası” əsərində hərəkətin aşağıdakı formalarını göstərir: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial hərəkət.
1) Mexaniki hərəkətə - məkanca yerdəyişməni, böyük və kiçik kütlələrin hərəkətini
2) Fiziki hərəkətə - elektromaqnitizm, qravitasiya, istilik, səs, maddələrin aqreqat hallarının dəyişilməsi
3) Kimyəvi hərəkətə - maddələrin atom və molekulların çevrilməsini
4) Bioloji hərəkətə - canlı zülalı, orqanizmlərdə maddələr mübadiləsini
5) Sosial hərəkətə - cəmiyyətdə baş verən dəyişiklikləri aid etmək olar.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin