Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə32/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   28   29   30   31   32   33   34   35   ...   47
Felsefe muhazire metnleri

Tək, xüsusi və ümumi
Hər bir əşya, hadisə və prosesdə yalnız onun özünəməxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən bir sıra cəhətlər vardır. Məs; müəyyən konkret bir şəxsin özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri və s. vardır. Məhz bu cəhətləri ilə o, başqa adamlardan ayrılır, təklənir. Fərdi keyfiyyət və kəmiyyət müəyyənliyinə malik ayrı-ayrı predmet və hadisələr təkcə kateqoriyası ilə ifadə olunur. Bu kateqoriya bir obyekti digər obyektdən fərqləndirəni və yalnız mövcud obyektə xas olanı ifadə edir.
Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları ilə yaxınlaşdıran, ümumiləşdirən, eyniləşdirən bir sıra ümimi cəhətlər də vardır. Bütün insanların ümumi anatomik-fizioloji quruluşu, psixi-şüurlu fəaliyyəti, sosial-ictimai əlaqələri vardır.Deməli, ümumi kateqoriyası ayrıca götürülmüş əşya, hadisə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərini ifadə edir.
Xüsusi isə ümumi ilə təkcə arasında əlaqə formasıdır; təki ümumiyə aparan əlaqədir, yoldur. Məs: bitki ümumini, taxıl xüsusini, arpa təki. Canlı ümumini, insan xüsusini, əli isə təki ifadə edir.
Səbəb və nəticə
Səbəbiyyət hadisələr arasında elə zəruri əlaqədir ki, bu zaman hər dəfə birinin mövcudluğu öz ardınca o birini çəkib gətirir. Hər hansı bir hadisəni törədən hadisəyə səbəb, törədilən hadisəyə isə nəticə deyilir. Səbəbin fəaliyyətini təmin edən amillərə isə şərtlər deyilir. Səbəblə nəticə arasındakı əlaqə həmişə zəruri xarakter daşıyır. Yəni, ortada formalaşmış səbəb varsa, o hökmən nəticə törətməlidir.(Determinizm, indeterminizm)
Fəlsəfədə səbəblə yanaşı, bəhanə, şərait kimi anlayışlar da işlədilir. Səbəblə bəhanəni fərqləndirmək lazımdır. Bəhanə başqa bir hadisədən bilavasitə əvvəl baş verən və onun meydana gəlməsinə yol açan, lakin onu doğurmayan və onun meydana gəlməsinə yol açan, lakin onu doğurmayan və müəyyən etməyən hadisəyə deyilir. Deməli, bəhanə səbəb deyil, səbəbin fəaliyyətinə təkan verən hadisədir.
Şərait - elə hadisələrdir ki, onlar məlum hadisələrin başlaması üçün zəruridir, lakin onlar özlüyündə həmin hadisəni doğurmurlar. Yəni, şərait səbəblə nəticənin qarşılıqlı təsirinə müəyyən təsir göstərir. Məs; müəyyən xəstəliyin törədicisi onun düşdüyü şəraitdən, yəni orqanizmin vəziyyətindən asılı olaraq ayrı-ayrı orqanizmlərdə başqa cür təzahür edə bilər.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin