Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə20/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   16   17   18   19   20   21   22   23   ...   47
Felsefe muhazire metnleri

Mirzə Fətəli Axundzadənin (1812-1878) – fəlsəfi materialist dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq və Azərbaycan fəlsəfəsinin, Qərbi Avropanın materialist filosoflarının, xüsusilə Spinoza, Holbax və Feyerbaxın, XVIII əsrin digər fransız maarifçiləri və rus inqilabçı demokratlarının müəyyən təsiri olmuşdur. Əsərləri: “Kəmalüddövlə məktubları”, “Həkimi ingilis Yuma cavab”, “Con Stüart Mill azadlıq haqqında”, “Babilik əqidələri”. M.F.Axundzadə insana söz, vicdan, fəaliyyət azadlığı verilməsini tələb edərək göstərirdi ki, bunlarsız cəmiyyət üzvləri şəxsiyyət kimi formalaşa bilməzlər.
M.F.Axundzadənin mühüm xidmətlərindən biri bu idi ki, o, ilk dəfə olaraq fəlsəfəyə yeni münasibət formalaşdıraraq göstərmişdi ki, fəlsəfə varlığın və idrakın fövqəlhissi prinsipləri haqqında elm deyil, o, maddi dünyanın qanunlarını və səbəbiyyət əlaqələrini öyrənməlidir.
M.F.Axundzadə varlığın xüsusi qanunlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın allah tərəfindən heçdən yaradılması haqqında İslam ehkamını qəbul etməmişdir. O, göstərirdi ki, mövcud olmayandan mövcudat, heç nədən varlıq yaradıla bilməz. Bir materialist filosof kimi Axundzadə deyirdi ki, dünya maddidir və öz daxili qanunları əsasında inkişaf edir.
Həsən bəy Zərdabinin (1842-1907) fikrincə tarixi inkişafa, ölkənin sosial-iqtisadi durumunun demokratik əsaslarda dəyişdirilməsinə nail olmaq üçün elmi, əkinçiliyi və sənayeni inkişaf etdirmək lazımdır. Belə ki, ictimai-tarixi tərəqqi bu 3 amildən asılıdır. Xalq həmişə tərəqqiyə doğru getməlidir, tərəqqi etməyən xalqın gələcəyi yoxdur.
H.Zərdabi bir maarifçi mütəfəkkir olaraq, şəxsiyyətin formalaşmasında sosial mühitin – məktəbin, ailənin, qanunçuluğun rolunu yüksək qiymətləndirmişdir. O, göstərirdi ki, təhsil və maarif insanı azad, fəal, təşəbbüskar etdiyi halda, nadanlıq və despot insanlarda mütilik, ətalət tərbiyə edir.
Azərbaycanın XIX əsrin axırıncı rübündə ictimai-tarixi durumu H.Zərdabinin sosial görüşlərində öz ifadəsini tapmışdır. H.Zərdabi öz dövründə ölkədə inkişaf etməkdə olan kapitalist münasibətlərinin ziddiyyətlərini görmüş və onu tənqid etmişdir. O, öz yazılarında əmək adamlarının ağır iş şəraitini, neft sənayesində sosial qütbləşməni, bir qismin hərisliyini, digər qismin nadanlığını göstərirdi.
H.Zərdabi 1875-dən “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan mətbuatının əsasını qoymuşdur. “Əkinçi” qəzetində H.Zərdabi dünyəvi biliklər verən məktəblərin dini təhsil məktəblərindən ayrılmasını tələb edirdi. Zərdabi çar üsul-idarəsinin bürokratizmini, korrupsiyanı, müstəmləkəçilik məramlarını kəskin tənqid etmişdir.
b) XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik daha da zənginləşmişdir. Bu dövr maarifçiliyini maraqlandıran əsas məsələlər:
1. Ölkənin gələcək inkişafı üçün hansı modeli, yəni, Avropa yoxsa Şərq modelini qəbul etmək;
2. Bu prosesdə İslam amilinin yeri, cəmiyyətin yeniləşməsi sahəsində ziyalıların vəzifələri və s.
Azərbaycanda bu vəzifələri həyata keçirərkən ziyalılar 2 qrupa - ənənəviçilərəmodernçilərə ayrılır. Ənənəviçilər milli dirçəlişi Avropa deyil, ənənəvi müsəlman mədəniyyəti əsasında aparmağın zəruri olduğunu söyləyirlər. Bununla belə, İslamda köhnəlmiş, yeni həyata uyğun gəlməyən adətlərdən, mərasimlərdən əl çəkməyi məsləhət bilirlər. Ə.Ağayev, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və b. İslam dininə müsəlman xalqının müstəqilliyinin tarixi simvolu kimi baxırlar.
Modernçilər Avropa, rus mədəniyyəti zəminində milli dirçəlişə, sosial tərəqqiyə nail olmağın mümkünlüyünü göstərirlər. S.Mehmandarov, M.Şaxtaxtinski, E.Sultanov, F.Köçərli, S.M.Qənizadə liberal demokratik ideyalara əsasən nadanlığa, fanatizmə qarşı çıxış edərək elmi, maarifi müdafiə edirdilər.
XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyətinin qarşısında cəmiyyətin yenidən qurulması vəzifələrinin, yollarının və vasitələrinin müəyyənləşdirilməsi xüsusi zərurətə çevrilir. Mütərəqqi ziyalıların bir qismi: N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ü.Hacıbəyov və b. inqilabi demokratizm ideologiyasının daşıyıcıları idi.
Beləliklə, XıX əsrin sonu, XX əsrin əvvəllərində maarifçiliyin aşağıdakı formalarını göstərmək olar: müsəlman –islahatçı maarifçilik; liberal-demokratik maarifçilik; radikal-demokratik maarifçilik; inqilabi-demokratik maarifçilik.
Adlarının müxtəlifliyinə baxmayaraq bu dövr maarifçilərinin əsas məramı milli dirçəlişə, sosial tərəqqiyə nail olmaqdan ibarətdir. Maarifçiliyin formalarının müxtəlifliyi əsasən bu milli dirçəlişin və sosial tərəqqinin vasitə və metodlarındakı fərqlər olmuşdur.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin