Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


R.Dekartın fəlsəfəsi dualist xarakterli olmuşdur. O, bildirirdi ki, maddi və ruhi substansiyalar bir-birindən asılı olmayaraq mövcuddur. T.Hobbs



Yüklə 124,77 Kb.
səhifə14/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   10   11   12   13   14   15   16   17   ...   47
Felsefe muhazire metnleri

R.Dekartın fəlsəfəsi dualist xarakterli olmuşdur. O, bildirirdi ki, maddi və ruhi substansiyalar bir-birindən asılı olmayaraq mövcuddur.
T.Hobbs F.Bekonun həqiqətin ikili təbiəti haqqında nəzəriyyəsinə qarşı çıxaraq materializmi yeni istiqamətdə inkişaf etdirdi.
Klassik alman fəlsəfəsi XVIII əsrin II yarısından başlanır, XIX əsrin birinci yarısında başa çatır. Nümayəndələri: Herder, İ.Kant, Fixte, Şellinq, G.HegelL.Feyerbax.
İ.Kant fəlsəfəsinin əsasını onun “özündə şeylər” konsepsiyası təşkil edir. Onun fikrincə bizim şüurumuzdan asılı olmayaraq şeylər aləmi mövcuddur. Kant onları “özündə şeylər” adlandırır. İ.Kant bu "“zündə şeylər”i dərkolunmaz hesab edirdi. Onun fikrincə biz yalnız təzahürləri dərk edə bilərik. Təzahürlər bu dünyaya aiddirlər, “özündə şeylər” isə transendentlərdir, o dünyaya məxsusdur.
Fəlsəfə tarixində G.Hegelin ən böyük xidməti dialekti dünyagörüşünü işləyib hazırlamasıdır. O, obyektiv idealist olmuşdur. Hegelə görə, bütün mövcudatın ilkin mənbəyi, ilkin səbəb “mütləq ideya”dır. Bu “mütləq ideya” insandan kənarda və ondan asılı olmayaraq mövcuddur, bütün təbiət və cəmiyyət hadisələrini yaradır və müəyyən edir. Hegel bütün dünya tarixini 3 əsas dövrə bölürdü: 1) Şərq dövrü. 2) Antik dövr. 3) Alman dövrü.

4. Müasir dövrdə əsas fəlsəfi cərəyanları
Müasir Qərb fəlsəfəsi özünün paradoksallığı – ziddiyyətliliyi ilə səciyyələnir. Ziddiyyətlilik özünü fəlsəfə - elm münasibətlərində göstərir. Belə ki, klassik fəlsəfi sistemlər qeyri-elmi idi, müasir fəlsəfə isə elmiləşməyə çalışır, elmi özünün idealı kimi seçir. Bunun özü paradoksdur. Fəlsəfə fəlsəfi olmayan idrak formalarını özü üçün ideal seçir – fəlsəfənin klassik xüsusiyyətlərini saxlaya-saxlaya elm olmağa çalışır.
Müasir dövrdə Qərbin intellektini düşündürən ən mühüm suallar: Bu günün insanı yeni fəlsəfi ideyalar irəli sürməyə və özünü xoşbəxt etməyə qadirdirmi? Müasir Qərb filosoflarından Hartman deyirdi ki, müasir fəlsəfə təkrar kursdur, yəni o, keçmiş fəlsəfi irsin bu və ya digər formada təkrarıdır.
XX əsrin başlanğıcında pozitivistlər, analitiklər və fenomenoloqlar bildirirdi ki, fəlsəfə həqiqi idrak forması deyil. O, insanları real aləmdən ayırıb illüziyalar aləminə aparır ki, nəticədə insan dünyanın həqiqətindən uzaqlaşır. Buna görə də fəlsəfi dünyagörüşü elmiləşdirmək, elmi insanın dünyagörüşünə çevirmək lazımdır. Bu dövrün bir sıra filosoflarına görə fəlsəfə ya ciddi və məhsuldar” elmə çevrilməli, ya da tarix səhnəsindən çıxarılmalıdır.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin