Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Mövzu 6. FƏLSƏFƏDƏ VARLIQ ANLAYIŞI VƏ MATERİYA ANLAYIŞLARI



Yüklə 124,77 Kb.
səhifə21/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   17   18   19   20   21   22   23   24   ...   47
Felsefe muhazire metnleri

Mövzu 6. FƏLSƏFƏDƏ VARLIQ ANLAYIŞI VƏ MATERİYA ANLAYIŞLARI
P L A N

  1. Fəlsəfədə varlıq anlayışı. Varlığın obyektiv və subyektiv formaları.

  2. Materya, onun quruluşu və mövcudluq üsulu.

  3. Materiyanın hərəkət formaları.

  4. Məkan və zaman materiyanın mövcudluq formalarıdır.




  1. Fəlsəfədə varlıq anlayışı. Varlığın obyektiv və subyektiv formaları.

Fəlsəfi dünyanın əsasını “varlıq” təşkil edir. Ona görə də fəlsəfənin əsas məsələsi insan təfəkkürünün varlığa münasibəti hesab olunur. Varlıq kateqoriyası bizi əhatə edən aləmdə obyektiv mövcud olan həm maddi, həm də mənəvi - ruhi nə vardırsa hamısını əks etdirir və buna görə də universal xarakter daşıyır.
Fəlsəfə tarixində varlığı bir kateqoriya kimi ilk dəfə Parmenid (e.ə. VI-V əsrlər) ayırmış və onu fəlsəfənin xüsusi tədqiqat predmetinə çevirmişdir. O, varlığın dəyişilməyən mahiyyətə malik olduğunu söyləmişdir. İlk dəfə Heraklit varlığa dialektikcəsinə yanaşaraq, onun daim inkişaf etdiyini göstərir. Platon isə varlığa daha geniş anlamda yanaşaraq ona tək maddi deyil, həm də mənəvi olanları aid edir.
Varlıq - təbiət və cəmiyyətin, maddi və mənəvi aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır. Maddi predmetlər, proseslər, xassələr, əlaqə və münasibətlər, miflər, nağıl və əfsanələr, ictimai-siyasi, elmi vəs. ideyalar – bütün bunlar hamısı varlığın müxtəlif növləridir. Varlığın növlərini belə qruplaşdırmaq olar:
1.Təbii və ya madi varlıq. Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki, onun da iki aspektini qeyd etmək olar: təbii mühit və insan əməyi ilə yaradılmış süni mühit və ya “İkinci təbiət”;
2. Mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal mövcudluq: mədəniyyət, elm, incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məcmusu daxildir;
3. Əsasında ictimai-istehsal prosesi və ictimai münasibətlərin durduğu sosial-siyasi varlıq;
4. İnsanın obyektiv real mövcudluğu və ya insan varlığı.
İnsanların şüurundan asılı olmayaraq mövcud olan hər nə varsa, obyektiv reallıq (və ya varlıq) adlanır. Obyektiv reallığın elementləri qalaktika, cisim, nüvə, atom, malekula, cəmiyyətdə isə ictimai münasibətlər hesab olunur. İnsan şüurunda, fikrində, xəyalında mövcud olan reallıq isə subyektiv varlıq adlanır. Subyektiv varlıq insan təfəkkürünün məhsuludur.



  1. Yüklə 124,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin