Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Mövzu 7. FƏLSƏFƏDƏ ŞÜUR PROBLEMİ



Yüklə 124,77 Kb.
səhifə24/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   20   21   22   23   24   25   26   27   ...   47
Felsefe muhazire metnleri

Mövzu 7. FƏLSƏFƏDƏ ŞÜUR PROBLEMİ


P L A N
1. Şüurun mənşəyi və mahiyyəti
2. Şüur və nitq, onların qarşılıqlı əlaqəsi
3. Mənlik şüuru və süni intellekt



  1. Şüurun mənşəyi və mahiyyəti

Şüur problemi bütün fəlsəfi cərəyanların çıxış nöqtəsini, əsasını təşkil edir. Bütün fəlsəfi cərəyanların dünyagörüşü şüura münasibətdə formalaşır. Bununla yanaşı, fəlsəfədə şüur problemi daim diskussiyalara və mübahisələrə səbəb olmuşdur. Mübahisələr elə şüurun təbiətindən doğur. Belə ki, şüuru ölçmək, kəmiyyət cəhətdən ifadə etmək, bilavasitə müşahidə etmək mümkün deyildir. Çünki, şüur nə kütləyə, nə də enerjiyə malik deyildir. Lakin, şüur özünü dil və insanların məqsədyönlü fəaliyyəti vasitəsilə təzahür etdirir. Şüur insan beyninin fəaliyyəti ilə əlaqəlidir. Buna görə də şüurun təbiətinin öyrənilməsi təkcə fəlsəfənin deyil, həmçinin fiziologiyanın, psixologiyanın, sosiologiyanın, kibernetikanın, informatikanın və b. humanitar və təbiətşünaslıq elmlərinin predmeti və tədqiqat obyektidir. Beləliklə;
Şüur - ətraf aləmin (gerçəkliyin) insan beynində fəal inikasıdır
Şüur – beyinin ən yüksək və yalnız insana məxsus olan, dil ilə əlaqəli həyata keçirdiyi funksiyasıdır. Bu funksiyanın əsas məqsədi gerçəkliyin (ətraf aləmin) insan beynində ümumiləşdirilmiş inikasıdır.
Müasir elm belə bir fikri söyləməyə imkan verir ki, şüur insan beyninin fəaliyyəti prosesi, beynin funksiyasıdır və o, özünü beyindən kənarda təzahür etdirə bilməz. Şüurun beyinlə əlaqəsi xəstələnmə və ya zədələnmə nəticəsində asanlıqlaaşkara çıxır. Beləliklə, şüur beynin məhsuludur, beynin funksiyasıdır, beyin isə şüur orqanı, təfəkkür orqanıdır.
Şüurun mənşəyinə dair 4 əsas konsepsiya formalaşmışdır:
1) Şüurun materialist mövqedən izahı. Bu mövqeyə görə şüur yüksək təşəkküllü materiyanın, yəni insan beyninin xassəsi olub, ətraf aləmin subyektiv obrazının beyində ifadəsidir.
2) Obyektiv idealizm mövqeyi. Bu mövqeyi nəzərə görə şüur əbədi, mütləq ideyanın məhsuludur.
3) Subyektiv idealist baxış. Bu mövqenin tərəfdarları şüurun dünyadakı hər şeyin ilkin əsası olduğunu iddia edirlər. Lakin obyektiv idealizmdən fərqli olaraq göstərilirki, şüur insanın özündə mövcuddur.
4) Dini konsepsiya. Dünyadakı bütün maddi və mənəvi varlıq formaları kimi şüuru da allah yaratmışdır. Insanın şüuru bir ilahi qığılcımın kiçicik bir parıltısından başqa bir şey deyildir.
Şüurun mənşəyinə dair bu dörd əsas konsepsiyadan başqa iki əlavə baxışı da göstərmək olar:
1) Hilozoizm. Bu nöqteyi-nəzərə görə şüur təkcə insanlarda deyil, bütün üzvi orqanizmlərdə, hətta cansız obyektlərdə də mövcuddur.
2) Vulqar materializm. Bu nəzəriyyənin tərəfdarları şüurun maddiliyini qəbul edirlər. Yəni onun insan beynindən asılı olduğunu inkar etmirlər. Lakin onlar şüurla beyin arasındakı münasibətləri bəsit təsəvvür edərək göstərirlər ki, qara ciyər öd ifraz etdiyi kimi beyin də şüur ifraz edir.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin