Məkan və zaman materiya ilə ayrılmaz vəhdətdədir. Materiya məkanda yerləşir, zamana görə dəyişir, inkişaf edir. Dünyada mövcud olan bütün predmet və hadisələrə ölçü anlayışını tətbiq etmək mümkündür. Ölçü olaraq, cisimlərin uzunluğunu, enini, hündürlüyünü, həcmini nəzərdə tutmaq mümkündür. Cisimlərin malik olduqları bu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil edir. Başqa sözlə, məkan sonsuz aləmdə obyektlərin yanaşı yerləşməsi (yertutarlığı) formasıdır.
Zaman isə sonsuz aləmdə obyektlərin ardıcıl yerləşməsi formasıdır. Zaman cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəklilkə davam etməsini, dövrlər, mərhələlər üzrə inkiçşaf etməsi xassəsini ifadə edir.
Məkan 3 ölçülü, zaman isə 1 ölçülüdür. Məkanın 3 ölçülü olması hər bir cismin uzunluğu, eni və hündürlüyünü ifadə edir. Zamanın 1 ölçülü olması isə o deməkdir ki, hadisə və proseslər zamanca ancaq keçmişdən gələcəyə doğru bir istiqamətdə inkişaf edir.
Fəlsəfə tarixində məkan və zaman kateqoriyalarına iki baxış mövcud olmuşdur:
1.Substansional;
2. Relyasion (relativus - nisbi).
Substansial baxışda (Nyuton) məkan və zaman materiyadan və şüurdan asılı olmayan mahiyyət kimi təhlil və şüurdan asılı olmayan mahiyyət kimi təhlil adilmişdir .
Relyasion təlim məkan və zamanı müstəqil mahiyyət kimi deyil real aləmdə obyektlər və pros arasında xüsusi münasibət kimi qəbul edir.(Leybnits əsasını qoymuş, ən böyük nümayəndəsi isə Eynşteyn hesab olunur)
Substansiya problemi Fəlsəfədə ontologiya bəhsində əsas anlayışlardan biri də substansiya anlayışıdır. Substansiya latınca mahiyyət, ilk əsasda duran deməkdir. Tarixən ilk fəlsəfi fəlsəfi məktəblərdə ilk əsas kimi bütün şeylərin hansı maddədən təşkil olunduğu nəzərdə tutulmuşdur (su, od, hava və ya hamısını ilk əsas kimi qəbulm etmişlər).
Sonradan substansiya anlayışı genişlənmiş, ona özü-özünün səbəbi, nisbətən sabit olan və heç bir şeydən asılı olmayaraq mövcud olan dünyada müxtəlifliyin, dəyişmənin əsasında duranı ifadə edən anlayış kimi baxılmışdır. Bu mənada substansiya kimi materiya, Allah, şüur, ideya və s. kimi qəbul olunmuşdur.
Dünyanın mənzərəsini təhlil edərkən vahid bir substansiyanı qəbul edən fəlsəfi təlimlər fəlsəfi monizm adlanır (məsələn, su, od, torpaq və ya hava). Dünyanın əsasında iki başlanğıc qəbul edilirsə, bu təlim fəlsəfi dualizm adlanır. Nəhayət, əgər ikidən artıq başlanğıc qəbul edilirsə, bu fəlsəfi plüralizm adlanır.