Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Materiya, onun quruluşu və mövcudluq üsulu



Yüklə 124,77 Kb.
səhifə22/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   18   19   20   21   22   23   24   25   ...   47
Felsefe muhazire metnleri

Materiya, onun quruluşu və mövcudluq üsulu

Fəlsəfənin əsas kateqoriyalarından olan “materiya” ifadəsinə ilk dəfə antik filosof Platonun fəlsəfəsində rast gəlinir. Platon keyfiyyəti olmayan substratı “hyle” (material) adlandırırdı. Onun fikrincə, bu materialdan müxtəlif ölçülərdə, müxtəlif formalarda cisimlər yaranır. Platona görə materiya formasız və qeyri müəyyəndir.
Materiyaya müxtəlif təriflər verilmişdir. Marksist nəzəriyyəyə görə materiya – insana onun duyğularında verilən, duyğularda surəti alınan, bizim duyğularımızda əks olunan, duyğularımızdan asılı olmayaraq mövcud olan obyektiv reallığı ifadə edən fəlsəfi kateqoriyadır.
Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və ya vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın.
Müasir elm nöqteyi nəzərindən materiyanın əsas formaları bunlardır:

  1. Cansız təbiət sistemləri (elemenyar zərrəciklərdən tutmuş kosmik sistemlərə qədər);

  2. Bioloji sistemlər (bütün biosfer – mikroorqanizmlərdən tutmuş insana qədər)

  3. Sosial təşkil olunmuş sistemlər

XVIII əsr fransız filosofu Holbax materiyaya aşağıdakı kimi tərif vermişdir: “ Bizə münasibətdə materiya, ümumiyyətlə bizim hisslərimizə hansı yollasa təsir göstərən bütün şeylərdir”.

  1. Materiyanın hərəkət formaları

Bizi əhatə edən aləmin ən mühüm xüsusiyyətlərindən biri də onun daim dəyişmədə, hərəkətdə və inkişafda olması xüsusiyyətidir. Hərəkət və inkişaf mikro aləmi, həm də makro aləmi əhatə edir.
Fəlsəfədə hərəkət dedikdə, baş verən hər bir dəyişiklik nəzərdə tutulur. Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla, ümumiyyətlə dəyişiklik deməkdir. Aləmdəki bütün sistemlər hökmən hərəkət halında olmalıdır. Yalnız hərəkət halında olmaqla o, özünün sistem vəziyyətini saxlaya bilər, bu yolla da aləmin vəhdətini təmin edər.
Hərəkət həm elementar hissəciklərin qarşılıqlı çevrilmələridir, həm genişlənən metaqalaktikadır, həm də hüceyrələrdəki maddələr mübadiləsidir. Materiya hərəkətsiz mövcud ola bilməz. Hərəkət materiyaya daxilən xasdır, o, materiyanın özü qədər əbədi və mütləqdir. Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir. Materiyanın hərəkəti mütləq, hər cür sükunət isə nisbidir. Yerə nisbətən sükunətdə olan cisim onunla birlikdə Günəş ətrafında, günəşlə birlikdə isə Qalaktikanın mərkəzi ətrafında hərəkət edir. Hərəkət özünü cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə göstərir.
F.Engels “Təbiətin dialektikası” əsərində hərəkətin aşağıdakı formalarını göstərir:
1. Mexaniki hərəkət – məkanca yerdəyişmə, böyük və kiçik kütlələrin hərəkəti;
2. Fiziki hərəkət – elektromaqnitizm, qravitasiya, istilik, səs, maddələrin aqreqat hallarının dəyişilməsi;
3. Kimyəvi hərəkət – maddələrin atom və malekullarının çevrilməsi;
4. Bioloji hərəkət – canlı zülal, orqanizmlərdə maddələr mübadiləsi;
5. Sosial hərəkət – cəmiyyətdə baş verən dəyişikliklər.




  1. Yüklə 124,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin