Əsas fondların köhnəlməsi və amortizasiyası
Əsas fondlar özlərinin dəyər və istehlak dəyərini tədricən itirməklə köhnəlir: onlar fiziki və mənəvi köhnəlməyə məruz qalırlar.
Əsas istehsal fondları həm istifadə zamanı və habelə boşdayanmalar vaxtı özünün texniki-iqtisadi xassələrini, istehlak dəyəri və dəyərini itirir – belə köhnəlmə (aşınma) fiziki köhnəlmə adlanır.
Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar olunmadıqları halda fiziki cəhətdən köhnəlirlər. Lakin hər iki halda, qüvvədə olan qaydaya görə, əsas fondların dəyəri amortizasiya normasına müvafiq olaraq yaradılan məhsulun üzərinə keçirilir. Buna görə də əsas fondlardan məhsuldar istifadə zamanı onların fiziki köhnəlməsi həm də iqtisadi köhnəlmədir. Başqa sözlə, əgər əsas fondların dəyərinin yaradılan məhsul üzərinə keçirilməsi onların istifadəsi ilə bir zamanda baş verirsə, bu, həm fiziki və həm də iqtisadi köhnəlmədir. Avadanlığın köhnəlmə dərəcəsi bir çox amillərdən: onların yüklənməsindən, keyfiyyətindən, texniki mükəmməlliyindən, texnoloji prosesin xüsusiyyətlərindən, əsas fondların fəaliyyət vaxtından, fondlara xidmətin keyfiyyətindən, fəhlələrin ixtisas səviyyəsindən və s. asılıdır. Əsas fondların hətta oxşar elementləri üzrə də fiziki aşınma eyni dərəcədə baş vermir. Əsas fondların tam və qismən aşınması baş verir. Tam aşınma zamanı onlar ləğv edilir və yeniləri ilə əvəz edilir. Qismən aşınma təmir yolu ilə aradan qaldırılır.
Əsas fondların fiziki aşınması (Fa) faktiki xidmət müddətinin (Tf) normativə (Tn) nisbəti kimi təyin olunur:
.
Əsas fondların fiziki cəhətdən qismən köhnəlməsi cari, orta və əsaslı təmirlə aradan qaldırılır. Hazırda firmalarda bütün təmir işləri (cari, orta və əsaslı) maliyyələşdirmə üçün təmir fondu yaradılır. Bu fond bir il ərzində məhsulun maya dəyərinə daxil edilən xərclərin hesabına formalaşır, yəni bütün təmir xərcləri cari xərclərə aid edilir.
Cari təmir əsas fondları lazımi texniki istismar vəziyyətində saxlamaq üçün və həm də qısa vaxt ərzində aparılır.
Orta təmir zamanı maşın və avadanlıqlar qismən sökülür, onun işlənib korlanmış hissələri yenisi ilə əvəz olunur. Bu iş nisbətən əməktutumlu olduğundan, cari təmirə nisbətən çox vaxt tələb edir.
Əsaslı təmir maşın və avadanlıqların tam sökülməsi, köhnəlmiş hissə və qovşaqların dəyişdirilməsi, detalların təmizlənməsi, yığılması və nizamlanması ilə əlaqədar işləri əhatə edir.
Təmir işləri özünün texniki mürəkkəbliyinə görə aşağıdakı növlər üzrə təsnifləşdirilir:
a) texniki qulluq;
b) təmirlərarası xidmət;
c) müayinələr;
d) kiçik təmir;
e) orta təmir;
f) əsaslı təmir.
Qeyd etmək lazımdır ki, xüsusi hallarda – təbii hadisə, habelə avadanlığın uzun müddət fəaliyyətsiz qalması ilə əlaqədar olaraq – bərpa təmiri də həyata keçirilir.
Əsas fondlar fiziki cəhətdən qismən köhnəldikdə, cari və əsaslı təmir edilir, tam köhnəldikdə isə onlar yeniləri ilə əvəz olunurlar.
Mənəvi aşınmanın iki forması fərqləndirilir. Birinci forma mənəvi aşınmada (Fm1) maşın və avadanlığın təkrar istehsalı üçün ictimai-zəruri xərclərin ixtisar edilməsi hesabına onların dəyərinin azalmasını əks etdirir:
.
Mənəvi aşınmanın (Fm2) ikinci forması yeni daha məhsuldar və iqtisadi cəhətdən səmərəliliyi maşın və avadanlığın tətbiqi nəticəsində əsas fondların dəyərinin azalmasını ifadə edir:
,
burada B1 və B2 – fəaliyyətdə olan və yeni əsas fondların məhsuldarlığıdır. Mənəvi cəhətdən aşınmış texnikanın vaxtında dəyişdirilməməsi baha və keyfiyyətsiz məhsul istehsal istehsalına səbəb olur.
Fiziki cəhətdən köhnəlmiş, əsaslı təmir vasitəsilə bərpası iqtisadi cəhətdən sərfəli olmayan əsas fondlar istehsaldan çıxarılır və yenisi ilə əvəz edilir. Əsas fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi amortizasiya fondudur. Amortizasiya, köhnəlmə dərəcəsindən asılı olaraq əsas fondun dəyərindən yaradılan məhsul üzərinə keçən hissədir ki, bu da istehsal olunmuş məhsul satıldıqca toplanır, Firmanın maliyyə resursuna çevrilir.
Amortizasiya ayırmaları əsas fondların bütün xidmət müddətində onların balans dəyərindən (ilkin və ya bərpa) faizlə bir qərarla (eyni vaxtda bir eyni məbləğdə) müəyyən edilir. Amortizasiya ayırmaları əsas fondların istismarda, təmirdə olmasından və ya boş dayanmasından asılı olmayaraq onların dəyərinə görə faizlə hesablanır.
Firma və firmalarda amortizasiya siyasəti amortizasiya normaları əsasında həyata keçirilir. Düzgün hesablanmış amortizasiya normaları əsas fondların hərəkətini sürətləndirir, onların təkrar istehsal prosesini intensivləşdirir.
Amortizasiya norması aşağıdakı düsturla hesablanır:
,
burada Na – amortizasiya norması; Fi – əsas fondun ilkin dəyəri, man., Fl – əsas fondun ləğvetmə dəyəri, man., Tn – əsas fondun normativ xidmət müddəti, il.
Amortizasiya normaları texniki tərəqqinin sürəti və istiqamətinə həlledici dərəcədə təsir göstərir.
Amortizasiya ayırmasının kəmiyyəti üç metodla hesablana bilər: bərabər, bərabər sürətləndirilmiş və cürətləndirilmiş (və ya qeyri-bərabər). Bərabər metodda əsas fondların orta illik dəyəri illik amortizasiya normasına vurulur.
Aa = Na Fo.i.
Sürətləndirilmiş amortizasiya metodunda ilk üç ildə artırılmış normalar tətbiq olunmaqla əsas fondların ilkin dəyərinin 2/3 hissəsi qədəri məhsulun maya dəyərinə daxil edilir, sonra isə qalan hissə sabit amortizasiya normaları ilə amortizasiya müddətində ödənilir.
Qeyri-bərabər amortizasiya metodunda avadanlıqların dəyərinin istismarın ilk illərində (I il – 50%, II il – 30%, III il – 20%) istehsal xərclərinə daxil edilir.
Hazırda ölkədə bazar iqtisadiyyatının tələbləri nəzərə alınaraq istehsal əsas fondlarının amortizasiyasının hesablanmasının açıq metodu tətbiq edilir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, dövlət amortizasiya normasının yuxarı həddini müəyyən edir və bu həddən aşağı firma istədiyi amortizasiya normasını tətbiq edə bilər.
Firma amortizasiya siyasətini özü təyin edir və amortizasiya ayırmalarının hesablanmasının müxtəlif metodlarını tətbiq edir. Firmada düzgün amortizasiya siyasətinin işlənib hazırlanması məqsədi ilə istehsal əsas fondlarının iqtisadi cəhətdən məqsədəuyğun xidmət müddəti müəyyən olunmalıdır.
Dostları ilə paylaş: |