Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə60/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   56   57   58   59   60   61   62   63   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

R=
burada R - materiallara ümumi tələbat;
Nn - məmulat üçün məsarif norması;
Pn - həmin məmulatın istehsalı proqramıdır.
Material resurslarına tələbatın hesablanması detal metodu ilə müəyyən edilir:
R=
burada Nd - detal üçün məsarif norması;
Pd - plan dövründə detal istehsalı proqramıdır.
Birtipli nümunələr metodundan istifadə zamani material resurslarına tələbat aşağıdakı düsturla hesablanır:
R=Ntip· Püm
burada Ntlp - birtipli nümunənin hazırlanması üçün material sərfi norması;
Püm - bu qrupdan olan məmulatların istehsalının ümumi proqramıdır.
Məmulat və detal metodları buraxılan məhsulun tərkibinə daxil olan xammala, əsas və köməkçi materiallara tələbatı təyin etmək üçün tətbiq olunur. Bu metodlar elektrik energetikasında, maşınqayırmada və metal emalında daha çox istifadə olunur.
Material resurslarına tələbatın proqnozlaşdırılması metodları yeni texnikanın tətbiqi zamani istifadə olunur. Bu tələbat təcrübə istehsallarının, tədqiqat laboratoriyalarının və texniki şöbələrin materiallara olan tələbatını əhatə edir.
Material resurslarına tələbatın təyin edilməsinin statistik metodları ötən illərdə material resurslarının faktiki sərfinə dair məlumatlardan istifadəyə əsaslanır. Bu zaman istehsalın strukturu və həcmi, eləcə də yeni texnikanın tətbiqi və istehsalın təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar resursların sərfi normaları nəzərə alınır. Bu halda material resurslarına tələbat aşağıdakı düsturla müəyyən edilir:

burada Rp, Rpr - plan və ötən dövrlərdə material resurslarının plan tələbatı və faktiki sərfi;
Kpr, Kp - uyğun olaraq istehsal proqramında və material resurslarının sərfində baş verən dinamik dəyişikliklər əmsallarıdır.
Bu metoddan əsas etibarilə material resurslarının nomenklaturası böyük və məsarif isə nisbətən az olduqda istifadə olunur.
Avadanlığa (növlər üzrə) tələbat avadanlığın məhsuldarlığından və növlər üzrə məhsul istehsalı planından asılı olaraq aşağıdakı kimi hesablanır:

burada n - məhsul növlərinin sayı;


Np - məhsul vahidinin istehsalı üçün vaxt norması;
Pp - məhsul istehsalı proqramı;
T - plan dövründə iş günlərinin sayı;
Ksm - iş növbələrinin sayı;
tsm - növbənin uzunluğu;
Ki0 - avadanlıqdan istifadə əmsalı;
Kin. - dəyişilmə (normaların artması və ya azalması) əmsalıdır.
Keçici ehtiyatların əmələ gəlməsi üçün material resurslarına tələbat plan dövrünün əvvəlinə ehtiyatlarda gözlənilən material qalıqlarından asılı olaraq aşağıdakı düsturla hesablanır:
Og = 0f+ Vg-Rg
burada Og - ilin axırına gözlənilən qalıq;
Of - MTT planının hazırladığı ayın birinə faktiki qalıq;
Vg - faktiki qalığın müəyyən olunduğu vaxtdan plan dövrünün əvvəlinədək firmayə material resurslarının gözlənilən mədaxili;
Rg - həmin dövr ərzində gözlənilən məsarifdir.
Firmanın maddi-texniki təminat balansı aşağıdakılar üçün materiallara tələbatı əks etdirir:
- yeni məhsulun istehsalı (Rp);
- yeni texnikanın tətbiqi (RnJ.);
- təmir-istismar ehtiyacları (Rrf,);
- bitməmiş istehsal qalığının əmələ gəlməsi (Rnp)
- keçici ehtiyatların əmələ gəlməsi (Rz).
Bu tələbatın ödənilməsi mənbələri aşağıdakılardır:
- plan dövrünün əvvəlinə gözlənilən qalıq
- plan dövrünün əvvəlinə bitməmiş istehsaldakı materiallar (Onp);
- daxili resursların səfərbər edilməsi (Mvn);
- kənardan materialların alınması və gətirilməsi (Zs).
Beləliklə, material balansını aşağıdakı kimi təsvir etmək olar:
Rp + Rnl + Rrg + Rnp + Rz = Og + Onp + Mvn + Zs
Maddi-texniki təminatın bu balansı sənaye firmalarında material resurslarının hərəkətinin logistik idarə edilməsinin vasitəsi hesab olunur.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin