11.3. Təchizatda və logistikada planlaşdırma metodları
Material ehtiyatlarının yaradılması MTT-nin planlaşdırılmasının əsas məsələsidir. Ona görə də təchizat işçilərinin daimi nəzarəti altındadır.
Materialların gətirilməsi haqqında qərar qəbul edərkən, anbarlaşdırmanı təşkil edərkən və ya yeni alışları həyata keçirərkən ehtiyatların təyinatını, onların müsbət və mənfi tərəflərini bilmək lazımdır.
Ehtiyatların idarə edilməsi bazar şəraitinin tez-tez dəyişilməsi ilə əlaqədar olaraq mürəkkəbləşə bilər. Anbar ehtiyatları həmişə ya artırılmış, ya çox kiçik ola bilər, ya da tələb olunan çeşidə uyğun olmaya bilər. Lakin məlumdur ki, artıq ehtiyatlar onların saxlanması və emalı üzrə xeyli xərclərlə müşayiət olunur.
Ehtiyatların idarə edilməsinin müxtəlif sistemləri vardır ki, onlar ehtiyatların saxlanması və emalı üzrə xərclərin azaldılmasına yönəldilmişdir. Xarici ölkələrin (ABŞ, Yaponiya və s.) təcrübəsi xammal və materiallara tələbatın təyin edilməsi üzrə qurulmuş planlaşdırma sisteminin hazırlanmasını nəzərdə tutur. Yaponiyada «kan-ban» sisteminin tətbiqi anbarlaşdırmanın bütün formalarına istehsalçıların münasibətini dəyişmişdir. Bu sistemin əsasini mal yeridilişi iştirakçılarının fəaliyyətinin bütün istiqamətləri üzrə dəqiq və vaxtında alınmış informasiya təşkil edir. Müasir kompüter proqramları ehtiyatların alınması və onların vəziyyətinə nəzarət prosesini geniş avtomatlaşdırmağa imkan verir.
Ehtiyatların mühafizəsi və saxlanması ilə əlaqədar olan əsas xərclərə daxildir; anbar binalarının saxlanması və icarəsi xərcləri; anbar avadanlığının dəyəri; anbarda materialların saxlanması ilə əlaqədar olan xərclər; xidmətedici heyətin əmək haqqı və istismar xərcləri; material dəyərlilərinin sığortalanması xərcləri və s. ümumi anbar xərclərinin ölçüsü çox böyük ola bilər və mühafizə edilən malların dəyərinin 25-50%-ni təşkil edir.
Məhsulun planlaşdırılmasının, alınmasının və sifarişçilərə göndərilməsinin çox sayda metodları mövcuddur. Onlardan bir neçəsinə baxaq.
ABC metodu. İtalyan alimi V.Paretto sübut etmişdir ki, ölkəsindən asılı olmayaraq əhalinin az hissəsi rifahın böyük hissəsinə nəzarət edir. Bunun əsasında o, müvafiq əyrini qurmuşdur. Bu prinsip digər vəziyyətlərə, o cümlədən təchizat sisteminə də tətbiq oluna bilər. Paretto əyrisini əksər hallarda 80-20 qaydası və ya ABC metodu adlandırırlar. Bu metodun mahiyyətini sadə misalla izah edək.
Tutaq ki, satın alınan məmulatlar həcminə və xərclərin məbləğinə görə aşağıdakı nisbətlərdədir (cədvəl 11.1.).
Cədvəl 11.1.
Satin alınan məmulatların həcminin və xərclərinin nisbəti
Sinfi
Materialların alınmasının ümumi həcmi, %
Almaq üçün xərclərin ümumi məbləği,
%
A
10
70-80
B
10-20
10-15
C
70-80
10-20
Bu faiz nisbəti materialları alan müxtəlif firmalarda müxtəlif ola bilər. Həmin nisbəti tapmaq üçün alınan materialların ümumi dəyərində xammal və materialların ayrı-ayrı növlərinin payını müəyyən etmək lazımdır.
Fərz edək ki, alışın ümumi illik həcmi 30,4 mln. dollar olan istehsalçı malların aşağıdakı nisbətinə malik olmuşdur (cədvəl 1.2.).
Cədvəl 11.2.
Malların nisbəti
Məmulatların
sayı
Məmulatların
faizi
Alışın illik həcmi
Alışın illik həcminin faizi
Sinfi
1095
10,0
21,6
71,1
A
2168
19,9
5,9
19,4
B
7660
70,1
2,9
9,5
C
10923
100,0
30,4
100,0
11.2. cədvəlinin məlumatlarından görünür ki, A qrupunun məmulatları cəmi 10%, alışın illik həcminin dəyərinə görə isə A və C qrupları arasında aralıq mövqedədir. Ona görə də alış zamani daha baha olan A qrupu məmulatlarına ən çox fikir verilir. Lakin məmulatların ayrı-ayrı növlərinin xüsusiyyətlərinə görə hər bir qrupa nisbəti eyni olmalıdır.
ABC metodu təhlil vasitəsidir və onun köməyilə hər hansı bir çoxluğun ayrı-ayrı elementləri arasında konkret xarakteristikalarının bölüşdürülməsi dərəcəsi müəyyən edilir. Təchizat baxımından əldə edilən xammal və materialların kəmiyyət və dəyər strukturu təhlil edilir.
Təchizat və logistikanın əsas problemlərindən biri mal göndərişlərinin optimal həcminin təyin edilməsindən ibarətdir. Çünki mal göndərişlərinin həcminin artması ehtiyatların yerləşdirilməsi və mühafizəsi üzrə əlavə xərcləri tələb edir.
Sifarişin həcminin və ehtiyatın səviyyəsinin müəyyən edilməsi üçün müxtəlif modellər mövcuddur. Onların tətbiqi materiallara tələbin asılı və ya qeyri-asılı olmasından asılıdır. Asılı tələb göstərir ki, göndərilən məmulat daha iri məmulatın bir hissəsidir və ondan istifadə həmin iri məmulatın istehsalı qar-fikindən asılıdır.
Malgöndərişlərinin qeyd olunmuş həcmi modelinə baxaq. Anbarda ehtiyatların saxlanması üçün əlavə xərclərin çəkilməsi və ya mal göndərişlərinin tezliyini artırmaq yolu ilə (kiçik partiyalarla almaq) həmin xərclərin azaldılması məsələsini həll etmək lazımdır. Ümumi məqsəd ehtiyatların əldə edilməsi və anbarda saxlanması üzrə illik xərclərin azaldılmasıdır.
Tutaq ki, müəyyən dövr ərzində materialların qiyməti C olmaqla materiallara illik tələb R olmuşdur. Sifarişin rəsmiləşdirilməsi xərcləri Z, ehtiyatların saxlanması xərclərinin faizi K təşkil etmişdir. Onda ehtiyatların alınması və anbarda saxlanması üçün ümumi xərcləri aşağıdakı düsturla təyin etmək olar:
M = RS + RZ : Q + QKC: 2
burada Q - mal göndərişləri partiyasının qeyd olunmuş həcmidir.
Mal göndərişləri partiyasının minimal həcmi aşağıdakı kimi hesablanır:
Q = : KC
Hər bir firmada dayanıqlı təchizat bazasının yaradılmasının əsasini malgöndərənin seçilməsi təşkil edir. Konkret malgöndərənə sifarişin verilməsi qərarı bir sıra amillərdən asılıdır. Malgöndərən göndərilən məhsulun miqdarini və həcmini, məhsulun daşınması şərtlərini, qiyməti və xidmət səviyyəsini təmin etməlidir. Malgöndərənin seçilməsində onun texniki səviyyəsi, infrastrukturun inkişafı, maliyyə vəziyyəti, əmək münasibətləri və yeri mühüm əhəmiyyət kəsb edir.
Malgöndərənin seçilməsinə qeyri-müəyyənlik şəraitində seçmə kimi baxmaq olar ki, bu da çox böyük risklə əlaqədardır. Naməlum xammalı, məmulatları və ya avadanlığı alarkən risk daha da artır. Ona görə də əlavə informasiya mənbələrinə (kataloqlar, ticarət jurnalları, reklam elanları, internet və s) müraciət etmək lazımdır.
Potensial malgöndərəni qiymətləndirərkən aşağıdakı suallara cavab vermək lazımdır:
bu malgöndərən qısamüddətli və uzunmüddətli dövrlərdə sifarişçinin tələbatını tam ödəməyə qadirdirmi?
bu malgöndərənin qısamüddətli və uzunmüddətli dövrlərdə sifarişçinin tələbatını təmin etməsi haqqında sübut (əsas) vardırmı?
Malgöndərənin maliyyə vəziyyətini də qiymətləndirmək lazımdır. Digər göstəricilərlə yanaşı onun kredit reytinqi, kapitalın strukturu, rentabellik, dövriyyə kapitalı, ehtiyatların vəziyyəti, likvidlik əmsalı, investisiyaların gəlirliyi və s. də.