Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmada məhsulun maya dəyərinin aşağı salınması



Yüklə 0,77 Mb.
səhifə65/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   61   62   63   64   65   66   67   68   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Firmada məhsulun maya dəyərinin aşağı salınması

mənbələri və yolları

Maya dəyəri hər hansı təsərrüfat subyektinin fəaliyyətini səciyyələndirən qiymətləndirmə göstəricisidir.


Məhsulun maya dəyəri təsərrüfat fəaliyyətinin və təşkilati-texniki tədbirlərin iqtisadi səmərəliliyinin əsas göstəricilərindən biridir. İstehsalın cari məsrəfləri firmada əsaslı vəsait qoyuluşlarını həyata keçirən zaman, onun ayrı-ayrı bölmələrinin fəaliyyətini və iqtisadi səmərəlilik səviyyəsini qiymətləndirmək və s. üçün nəzərə alınır. Maya dəyəri göstəricisindən, habelə texnikanın, texnoloji proseslərin, sərfəli materialların tətbiqi, istehsalın təşkilinin təkmilləşdirilməsinin iqtisadi səmərəliliyinin hesablanması, istehsalın ictimai təşkili formalarının səviyyəsinin məqsədəuyğunluğunun müəyyən edilməsində və bir çox başqa hallarda istifadə edilir.
Firmanın təsərrüfat fəaliyyətinin iqtisadi aspektlərinin öyrənilməsi və habelə qiymətləndirilməsində maya dəyəri göstəricinin müstəsna əhəmiyyəti vardır. Bu isə öz növbəsində hər bir firma üçün maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələrinin və amillərinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.
Məhsulun maya dəyərinin aşağı salınması onu əmələ gətirən bütün xərc ünsürləri üzrə mümkündür və onlardan hər birində daxili ehtiyatlar elmi-texniki tərəqqi ilə əlaqədar, demək olar ki, həmişə mövcuddur.
Maya dəyərinin durmadan aşağı salınmasının, az məsrəflə yüksək təsərrüfat nəticələrinə nail olunmasının ən ümdə yolu qənaət rejiminin tətbiqi və ona əməl edilməsindən ibarətdir.
Maya dəyərinin aşağı salınması yığımın çoxalması mənbəyi kimi eyni resurslar müqabilində daha çox məhsul istehsalını təmin edir. Ən əsası isə budur ki, bazarda məhsul kütləsinin artması və onların maya dəyərinin aşağı salınması sənaye məhsulunun qiymətlərini ucuzlaşdırır və nəticə etibarilə əhalinin sosial rifahı yüksəlir.
Maya dəyərinin aşağı salınmasının ən vacib və iqtisadi cəhətdən əhəmiyyətli yolu istehsal miqyasının intensiv yolla genişləndirilməsidir.
Məhsulun maya dəyərinin aşağı salınması işinin mütəşəkkil və müvəffəqiyyətlə aparılması üçün xərclərin azaldılmasının ehtiyat mənbələrinin müəyyən edilməsi çox vacib şərtdir.
Firmada maya dəyərinin aşağı salınmasının mühüm ehtiyat mənbələrindən biri də əmək məhsuldarlığının yüksəldilməsidir. Bu onunla izah edilir ki, yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiqi əsasında istehsalın təşkilinin mütərəqqi formalarına keçməklə istehsalda çalışan hər bir işçiyə düşən məhsulun həcmi çoxalır. Bununla əlaqədar olaraq fəhlələrdən hər birinin əmək haqqı artsa da, bir məhsula düşən əmək haqqının məbləği azalır. Çünki bütünlükdə əmək haqqı xərcləri məhsulun artırılma həcminə mütənasib olaraq artmır.
Firmada maya dəyərinin aşağı salınmasının başqa bir önəmli mənbəyi məhsul vahidinə xammal, material, yanacaq və enerji məsrəflərinin azaldılmasıdır.
Material məsrəflərindən qənaətə nəinki istehsal prosesində, həmçinin istehsal vasitələrinin istehsalçıdan alınıb gətirilməsi və tədarükü zamanı da nail olmaq olar: sərfəli nəqliyyat növünün seçilməsi, istehsalçının məsafəcə yaxın regiondan tapılması, təchizatın tranzit növündən istifadə edilməsi, yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi nəticə etibarilə istehsal vasitələrinin və deməli, məhsulun maya dəyərinin ucuz başa gəlməsini təmin edir.
Fondtutumlu sahələrdə maya dəyərinin aşağı salınmasının əsas istiqamətləri onların istehsal güclərindən istifadənin yaxşılaşdırılması, növbədaxili və növbəboyu boşdayanmaları azaltmaqla mövcud olan texnoloji və digər avadanlıqların maksimum yüklənməsidir. Nəticə etibarilə, bu, maya dəyərinin xərc maddəsi kimi amortizasiya ayırmalarının hər manatına məhsul istehsalını artırır.
Maya dəyərinin aşağı salınmasının başqa bir yolu istehsalın idarə olunması və ona xidmətlə əlaqədar olan xərclərin azaldılmasıdır. Bu xərclərə firma və sexlərin inzibati-idarə işçilərinin əmək haqqı, poçt, teleqraf və ezamiyyə xərcləri, avadanlıq, bina və qurğuların saxlanması xərcləri, binaların qızdırılması və işıqlandırılması ilə əlaqədar olan xərclər və s. aiddir.
Maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələrindən qeyri-istehsal xərclərinə qənaəti də göstərmək olar. Qeyri-istehsal xərcləri məhsulun realizasiyası ilə əlaqədar olan xərclərdir.
Maya dəyərinin aşağı salınması üçün yuxarıda haqqında bəhs olunan mənbələrdən istifadə edilməsi müxtəlif istiqamətli tədbirlər vasitəsilə həyata keçirilir.
İstehsalın səmərəliliyinin, xüsusilə maya dəyərinin aşağı salınması hesabına yüksəldilməsinin ehtiyat mənbələri tükənməzdir. Çünki elmi-texniki yeniliklərin istehsala tətbiqi fəaliyyətdə olan bütün normaları köhnəldir.
Firmada məhsulun maya dəyərinin aşağı salınması amilləri dedikdə, bu azalmanı təmin edən şərtlər kimi başa düşülür. Bu amillərə aşağıdakılar aiddir:

  1. Məhsulun həcminin və quruluşunun dəyişilməsi;

  2. İstehsalın texniki səviyyəsinin yüksəldilməsi;

  3. İstehsalın və əməyin təşkilinin yaxşılaşdırılması.

Firmada istehsalın həcminin artması nəticəsində məhsul vahidinə düşən şərti-sabit (daimi) xərclərin və amortizasiya ayırmalarının nisbi azalması baş verir.
Məhsulun quruluşunun dəyişilməsi dedikdə, ümumi istehsal həcmində onun ayrı-ayrı növlərinin xüsusi çəkisinin dəyişilməsi nəzərdə tutulur. Bu dəyişmə yeni məhsul modellərinin mənimsənilməsi və köhnələrinin istehsalının dayandırılması, habelə müxtəlif növdə məhsulların buraxılışının artım sürətlərinin fərqli olması ilə əlaqədardır. Müxtəlif rentabelli məhsulların paylarının dəyişdirilməsi ilə xərclərin azalmasına nail olmaq olar.
Firmada məhsulun keyfiyyətinin artırılması, bir qayda olaraq, müəyyən əlavə xərclərlə bağlıdır. Keyfiyyətin yüksəldilməsi ilə əlaqədar xərclərin iqtisadi səmərəsinin hesablanması zəruridir və mümkündür. Azad rəqabətli bazarda keyfiyyətin artırılması hesabına məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi və gəlirin əldə olunması böyük əhəmiyyət kəsb edir.
Müasir dövrdə istənilən təsərrüfat sisteminin inkişafının əsasında elmi-texniki tərəqqi durur. Firmada istehsalın səmərəliliyinin artırılması və məhsulun maya dəyərinin aşağı salınması əsasən yeni texnika və texnologiyanı tətbiq etməklə istehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılma səviyyəsini artırmaqla, yeni, daha səmərəli xammal və material növlərini tətbiq etmək və onlardan istifadəni yaxşılaşdırmaqla, istehsal edilən məhsulun konstruksiyasını və texniki xarakteristikalarını yüksəltməklə nail olmaq olar.
İstehsalın və əməyin təşkilinin yaxşılaşdırılması istehsalın idarə edilməsinin təkmilləşdirilməsini, istehsalın və əməyin təşkilinin yaxşılaşdırılmasını, istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilməsini, maddi-texniki təchizatın və maddi resurslardan istifadə edilməsinin yaxşılaşdırılmasını, nəqliyyat xərclərinin ixtisar edilməsini və istehsalın təşkilinin yüksəldilməsinin digər amillərini əhatə edir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin