Page Background (Səhifənin Arxa Planı) lent qrupunun Watermark düyməsini
kliklədikdə ekranda müxtəlif modelli qalereya paneli açılır.Göstərilən modellərin hər hansı
biri icra olunarsa, sənədin bütün səhifələrinin fonunda həmin model su nişanı formasında
tətbiq olunacaq. Fonda verilən yazılar solğun boz rəngdə əks olunacaq.
Page Background (Səhifənin Arxa Planı) lent qrupunun Page Color (Səhifənin
Rəngi) – səhifənin arxa planı üçün rəngin seçilməsini təmin edir.
Word proqramı abzaslar və səhifələri düzbucaqlı çəçivələrə almaq və ya bir, iki, ya
da üç tərəfdən xəttlərlə əhatə olunmuş haşiyələnmə variantlarından istifadə etməyə imkan
verir. Bunun üçün Page Background lent qrupunun Page Borders (Səhifənin sərhədləri)
əmrindən istifadə edilir. Əmrin icrasından sonra ekranda Borders and Shading
(Sərhədlər və Kölgələndirmə) dialoq pəncərəsi açılır.
Borders and Shading (Sərhədlər və Kölgələndirmə) dialoq pəncərəsindən istifadə
85
edərək mətndə seçilmiş abzasa sərhəd xətləri əlavə etmək, abzasları üfiqi xətlərlə
ayırmaq, bu xətlərin parametrlərini dəyişmək olar. Başqa sözlə sənədlərin redaktəsi
prosesində sərhədlərdən istifadə edilməsi, ayrı-ayrı səhifələrin və ya abzasların
başlanğıcında, sonunda, solunda xətlər verməyə, ya da səhifə və ya abzasları çərçivəyə
almağa imkan verir.
Arrange (Nizamla) lent qrupu. Arrange (Nizamla) lent qrupunun əmrləri sənəddə
yalnız seçilmiş obyekt olarsa aktivləşir. Position (Mövqe) – seçilmiş obyektin səhifədə
hansı mövqedə yerləşdirilməsini müəyyən edir.
Arrange (Nizamla) lent qrupunun Rotate (döndər) əmri seçilmiş obyektin
döndərilməsi və ya çevrilməsini təmin edir. Obyekt seçildikdə aktivləşən bu düyməni
kliklədikdə dönmə və çevrilmə parametrlərini göstərən panel əks olunur.
Lent interfeysinin References (Ссылки/İstinadlar) lent qrupları
Adətən elmi məqalələrdə, tədqiqat işlərində, nəşriyyat materiallarında və s. mətnin
müəyyən hissələri, eləcə də mətndə verilən ayrı-ayrı müxtəlif terminlər, ifadələr və s.
haqqında əlavə izahatlar (qeydlər) verməyə ehtiyac yaranır. Belə izahatlara istinadlar
deyilir. İstinadlar sənədlərdə səhifələrin aşağı hissəsində və ya ümumiyyətlə sənədin
(sənəd bölməsınin) sonunda yerləşdirilə bilir. Səhifələrdə yerləşdirilən istinadlara
səhifəsonu şərhlər, sənədin (bölmənin) axırında yerləşdirilən istinadlara isə sənədsonu
istinadlar deyilir.
Microsoft Word 2010 mətn prosessorunda istinadlarla bağlı əməliyyatları Ribbon
(Лента/Lent) interfeysinin References (Ссылки/İstinadlar) tabının lent qruplarındakı
əmrlərlə həyata keçirmək olar.
References (Ссылки/İstinadlar) tabı aşağıdakı lent qrupunlarına malikdir: Table of
Contents (Оглавление/Mündəricat), Footnotes (Сноски/İstinadlar), Citations &
Bibliography (Ссылки и списки литературы/İstinadlar və Biblioqrafiya), Captions
(Названия/Başlıqlar), Captions (Предметный указатель/Mövzu göstəricisi), Index
(Таблица ссылок/Səlahiyyətlər Cədvəli).
Mündəricat dedikdə hazırlanmış Word-sənəddə bütün başlıqlar-fəsillər və paraqrafların
lentin References başlıqları, bölmələr və başqa mətn hissələri adlarının səhifə nömrələri
də göstərilməklə yerləşdikləri siyahı nəzərdə tutulur. Mündəricat yaratmaq, onu
formatlaşdırmaq üçün lentin References (İstinadlar) tabının Table of Contents
(Mündəricat) lent qrupunun əmr və düymələrindən istifadə olunur. İstənilən sənədin
mündəricatının yaradılması üçün əvvəlcə sənəddəki bütün başlıqlar Word başlıqlarının
üslubları ilə formatlaşdırılmalıdır.
Footnotes (İstinadlar) lent qrupu.
İstinadlar daha çox elmi məqalələrin, tədqiqat işlərinin və texniki sənədlərin hazırlanması
zamanı istifadə olunur. Sənəddə əlavə informasiyaların yerləşdirilməsi üsullarından biri də
istinadlardan olan mətn fraqmentinə uyğun əlavə informasiya qismində onun təcrübəsinin
verilməsi. Elə yuxarıda qeyd etdiyimiz kimi misalda əsas mətn fraqmetindən sonra
86
mötərizədə onun tərcüməsini də vermək olar. Lakin belə informasiyanın miqdarı
çoxaldıqca, mətnin yığcamlığını və asan oxuna bilməsini yaxşılaşdırmaq üçün
haşiyələrdən istifadə olunur. İstinadlar sənəddə səhifələrin aşağı hissəsində Footnotes və
ya sənədin axırında isə Endnotes şəklində yerləşdirilirlər.
5.5. Word pəncərədə lentin Review (Resenziya) və View (Görünüş) paneli üzərindəki
düymələr qrupları.
Microsoft Office Word 2010 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul
təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan
verir. Bir baxış rejimindən digərinə keçmək üçün Word 2010 proqramı bir sıra üsullar
təklif edir.İlk növbədə Görünüş (
View
) lenti üzərində olan düymələri araşdıraq. Bunun
üçün siçanın göstəricisini Görünüş (
View
) lenti üzərinə yaxınlaşdıraq və bir dəfə vuraq.
Beləliklə açılmış lentin sol kənarına diqqət yetirək. Burada режимы просмотра
документа adlanan bir bölməni görürük.Göründüyü kimi Word 2010 proqramı sənədə
baxmaq üçün beş rejim təklif edir. Bu rejimlərə həmçinin vəziyyət sətrində olan
düymələrin köməyi ilə keçmək olar. Bu rejimlərin hər birini izah edək.
Birinci rejim Draft (Qaralama) adlanır. Bu rejim Word 2003 proqramında Adi
rejim sayılırdı. Word 2010 proqramında isə bu rejimin adı Draft (Qaralama) rejimidir.
Bu rejim sənədin məzmununda fikri cəm etməyə imkan verir. Sənəddə sadə redaktə
işlərinin aparılması üçündür. Həmçinin sənəd bu rejimdə görsənərsə, onda sənəddə bir sıra
elementlər ( məsələn, yuxarı və aşağı səhifə başlıqları) görsənməyəcək.
İkinci rejim Outline(Struktur) adlanır. Bu rejimdə sənədin strukturu görsənir. Bu
rejim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini göstərir. Abzaslar
qalın nöqtələr şəklində görünür. Onun üzərində siçanın göstəricisini bir dəfə vurmaqla
verilmiş mətnin abzasını seçmiş oluruq. Rejimdən çıxış üçün Close Outline
View düyməsi vurulur. Nəticədə sənəd çap rejiminə qayıtmış olur.
Üçüncü rejim Web Layout (Vebin formatlaşdırılması) adlanır. Bu rejim sənədin
veb səhifəsində necə görünəcəyi haqqında ətraflı təsəvvür yaradır. Əgər biz sənədimizi
veb səhifə üçün hazırlayırıqsa, onda bu rejimdən istifadə etmək məsləhətlidir.
Dördüncü
rejim
Full
Screen
Reading
(Oxunuş
rejimi) sayılır. Bu
rejim Microsoft Office Word 2007 proqramından başlayaraq istifadəçiyə təklif olunur.
Bu rejim cari anda aktiv olan sənədi oxumaq üçün kitab formasında göstərir. Məlumdur ki,
hər bir rejimi tənzimləmək üçün alətlər paneli mövcuddur. Nümunə olaraq Режим чтения-
Oxunuş rejiminin alətlər panelinin yuxarı sağ küncünə bərkidilmiş Параметры
просмотра düyməsi üzərinə vurub rejim üzərində müəyyən tənzimləmə əməliyyatları
aparmaq olar. Bu rejimdən çıxış üçün alətlər panelinə bərkidilmiş Закрыть düyməsi
vurulur.
Beşinci rejim Print Layout (səhifənin formatlaşdırılması) rejimi adlanır. Bu
rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə imkan verir. Qeyd etmək
lazımdır ki, adətən sənədlər məhz bu rejimdə daxil olur. Bu rejimdə sənəd çap zamanı
görünəcəyi formada olur. Rejimlər haqqında onu qeyd etmək istəyirəm ki, hər bir rejimin
özünə məxsus görünüş forması və xüsusiyyəti vardır. Sənədimiz hansı rejimdə yaddaşa
verilirsə təkrar müraciət zamanı da həmin rejim də ekrana çağrılır.
Sənədi çap etməzdən əvvəl həmin sənədi Sənədə çapdan əvvəl baxış (Print
Preview) rejiminin köməyi ilə gözdən keçirmək tövsiyyə olunur. Sənədə çapdan əvvəl
87
baxış (Print Preview) düyməsini basın və sənədinizin necə görünəcəyinə
baxın. Bağlamaq (Close) düyməsini basmaqla işçi sahəsinə geri qayıtmaq olar.
Fayl menyusundan Çap (Print) əmrini
seçin.
Açılmış
dialoq
pəncərəsində Səhifələri (Pages) qeyd edin və 1-5 diapazonunu göstərin. Surətlərin
sayı (Number of copies) sahəsində 2 daxil edin. Xüsusiyyətlər (Poperties) düyməsini
basmaqla A4 farmatlı vərəq seçin. Beləliklə OK-i basdıqdan sonra 1-dən 5-ə qədər
vərəqlər 2 nüsxədə çap ediləcək.
Səhifənin parametrləri ilə işləmək üçün Fayl "File" menyusunda Səhifənin
parametrləri
(Page
setup) əmrini
seçin.
Yaranmış
dialoq
pəncərəsinin Səhifə (Page) səhifəsində Kitab (Portrait) istiqamətini qeyd edin
və Vərəqin ölçüsü (Paper size) sahəsində A4 formatını seçin.
Növbəti Haşiyəyə (Margins) səhifəsinə keçin. Yuxarı sahə (Top) üçün 2 sm, Aşağı
sahə (Bottom) üçün 2 sm, Sol sahə (Left) üçün 2,5 sm, Sağ sahə (Right) üçün 1 sm
müəyyən edin.
Review
panelində Proofing düymələr qrupunda “Tezaurus” –dedikdə qohum və
sinonim sözlərdən təşkil olunmuş lüğət başa düşülür. Ms WORD - də bu lüğət bir neçə dil
üçün təşkil olunub. Uyğun sözü seçmək bəzən xeyli vaxt aparır, lakin “Tezaurus” bu işə
az vaxt sərf etməklə mətinlərin redaktəolunma prosesini tezləşdirir.
Gördüyünüz kimi mətndə bəzi sözlərin altından yaşıl və qırmızı dalğavari
xəttlər çəkilmişdir ki, bu da həmin sözlərin qrammatik və orfaqrafik cəhətdən
səhv olduğunu göstərir. Belə yoxlama yalnız Düzgün yazılış "Spelling and
Grammar" əmrinin
aktivləşdirilməsi nəticəsində baş verir. Düzgün yazılış
"Spelling and Grammar" funksiyası nəinki səhvləri qeyd edir, həm də onları
aradan qaldırmağa kömək edir.Səhvi aradan qaldırmaq üçün ilk növbədə
mausun sağ düyməsini altından xətt çəkilmiş sözün üzərində basmaq lazımdır.
Bu halda kontekst menyu yaranacaq ki, burada da qeyd edilmiş səhv sözün
mümknün düzgün variantlarının siyahısı göstərilir. Mausun sol düyməsi ilə
lazımi variantı qeyd edin. Gördüyünüz kimi səhv avtomatik olaraq düzgün
variantla əvəz edildi.Hamsını ötür "Ignore All" düyməsini basmaqla sözün
altında çəkilmiş qırmızı xətti ləğv etmək olar. Bundan sonra avtomatik yoxlama
artıq həmin sözü yoxlamayacaq.Düzgün yazılış funksiyasının avtomatik
söndürülməsi üçün Xidmət "Tools" menyusunu açın. Parametrlər "Options"
əmrini seçin. Düzgün yazılış "Spelling and Grammar" səhifəsini seçin.
Orfoqrafiya "Spelling" bölməsində Orfoqrafiyanın avtomatik yoxlanılması
"Check Spelling As you Type" sahəsindən qeydiyyatı götürün. Eləcə də
Qrammatika "Grammar" bölməsində Qrammatikanın avtomatik yoxlanılması
"Check Grammar As you Type" sahəsindən qeydiyyatı götürün. Beləliklə də
sözlərin altından qırmızı və yaşıl dalğavari xəttlər çəkilməyəcək.
88
MÖVZU 6.
MS POWER POINT 2010 – TƏQDIMATLARIN
HAZIRLANMASI
Plan:
6.1. Microsoft Power Point elektron təqdimat proqramının təyinatı və əsas xüsusiyyətləri.
6.2. PowerPoint 2010 proqram pəncərəsi və onun əsas komponentləri.
6.3. Elektron təqdimat və slaydlar.Təqdimatın hazırlanması
6.4. Slayda mətnlərin daxil edilməsi, redaktəsi və formatlaşdırılması.
6.5. Slayda müxtəlif obyektlərin əlavə edilməsi. Təqdimatın görünüş rejimləri.
6.1. Microsoft Power Point elektron təqdimat proqramının təyinatı
və əsas xüsusiyyətləri.
Microsoft Power Point 2010 proqramı Microsoft Office paketinə daxil olan tətbiqi
proqramlardan biridir. Paket dedikdə bir-biri ilə qarşılıqlı əlaqəda olan və müəyyən
əməliyyat sistemi üçün yaradılmış proqramlar dəsti nəzərdə tutulur. Power Point 2010-
elektron təqdimatların (prezentasiyaların) hazırlanması və nümayiş etdirilməsi üçün
proqramdır. Elektron təqdimatlar isə slaydlar yığımıdır. Yəni MS Power Point proqramı
vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə
təqdimat təşkil olunur. Hər bir slaydda mətn yığmaq, şəkil, diaqram, cədvəl və ya Power
Point Art obyekti yerləşdirmək və multimediya vasitələrindən geniş istifadə etmək
mümkündür.
Power Point proqramında yeni fayl yaratdıqda açılan dialoq pəncərəsində slaydın
müxtəlif növləri (maketləri) təklif olunur. Lazımi maketi seçmək lazımdır. Maket
seçildikdən sonra lazımi atributlar (şəkil, mətn, başlıq) daxil edilir. Slayd hazır olandan
sonra dizayn işləri aparılır. Yəni mətnin formatlanması, slaydın fon rənginin təyin
edilməsi, istifadə olunan şəkillərin ölçüsünü dəyişdirmək, sayını çoxaltmaq, animasiya
effektləri vermək, və s. Power Point proqramında yaradılan sənədə 4 rejimdə baxmaq olur:
1.
Slayd rejimində
2.
struktur rejimində
3.
Slaydların toplantısı (sort) rejimində
4.
qeydlər səhifəsi rejimində
89
Hər rejimin özünün düyməsi var və onlar ekranın sağ aşağı tərəfində yerləşir.
Bundan əlavə həmin əmrlər baş menyunun View kateqoriyasına daxildir. Başqa
proqramlarda olduğu kimi slaydların üzərində standart əməliyyatlar aparmaq mümkündür:
Slayddan slayda keçmək, slaydı pozmaq, yeni slayd açmaq və s.
Power Point 2010 proqramını yükləmək üçün Word 2010 və Excel 2010
proqramlarında olduğu kimi Windows 7 əməliyyat sistemini Start (Пуск/Başlat) əsas
menyusundakı ALL Programs (Все программы/Bütün proqramlar) alt menyusundakı
Microsoft Office qovluğundan, Taskbar (Панель задач/Tapşırıq paneli) üzərində
yerləşdirilmiş müvafiq düymədən istifadə edilir. Bununla yanaşı, proqramı onun Desktop
(Рабочий стол/İş masası) üzərindəki Shortcut (Ярлык/Qısayol) piktoqramından və ya
Power Point 2010 proqram faylının piktoqramından istifadə etməklə yükləmək də əlverişli
olur.
6.2. PowerPoint 2010 proqram pəncərəsi və onun əsas
komponentləri.
90
Bütün baxılan halların hamısında Power Point 2010 təqdimat proqramının
pəncərəsi açılır.
Cəld müraciət paneli, Başlıq sətri, Lent tərtibatı, Lent, Lentin
qrupları, Lentin gizlədilməsi, Kömək, Bağla.
Əgər Power Point 2010 elektron təqdimat proqramı konkret Power Point faylını
göstərmədən yüklənibsə, onda bir qayda olaraq, avtomatik şəkildə Presentation
(Презентация1/Prezentasiya1)- yəni boş təqdimat adlı faylla birlikdə Power Point
pəncərəsi açılır. Açılmış pəncərə Power Point ilə işləmək üçün bir növ "giriş qapısı"
rolunu oyayır, çünki pəncərə elementləri Power Point 2010 proqramının bütün
imkanlarını, əmrlər sistemini özündə əks etdirir.
Microsoft Power Point 2010 proqramının işçi pəncərəsinin əsas elementləri.
Müxtəlif Office proqramları pəncərəsinin hamısında eyni standart elementlət əks
olunur və bu, müxtəlif proqramlarla işləyərkən istifadəçinin işini asanlaşdırır. Belə ki, bu
vasitələrin həm görünüşü, həm funksiyaları, həm də istifadə qaydası müxtəlif Office
proqramlarının hamısında eynidir.
Pəncərənin yuxarı sərhəddində Title Bar (Строка заголовка/Başlıq sətri) yerləşir.
Bu sətirdə açılmış faylın adı və proqramın adı əks olunur. Başlıq sətrinin solunda sistem
menyusunun düyməsi (bu düymə adətən açılan fayl obyektinin piktoqramı şəklində olur)
və Quick Access Toolbar (Панель быстрого доступа/Cəld Müraciət Paneli), sağ tərəfdə
isə pəncərənin idarəetmə düymələri yerləşir.
Başlıq sətrinin altında daha optimal və yığcam interfeys olan Ribbon (Лента/Lent)
yerləşir ki, bu da müvafiq lent tablardan ibarət olur. Tabların adları Lentin üzərində
yerləşir. Tablarn sağında yerləşən ^ -Minimize the Ribbon (Ctrl+F1) (Свернуть
ленту/Lenti kiçilt) düyməsi Lentin proqram pəncərəsində gizlədilməsini və ya əksinə
görünməsini, ?- Microsoft Power Point 2010 Help (F1) (Справка Power Point 2010/
Power Point 2010 Kömək) düyməsi isə istifadəçiyə zəruri sualı Power Point Help
(Помощь/Kömək) dialoq pəncərəsindən daxil edərək ona lazım olan məlumatı əldə etməyi
təmin edir.
Ribbon (Лента/Lent) interfeysinin aşağısında slaydın yuxarı və sol kənarlarında
göstərilən Ruler (Линейка/Xətkeş) aləti, sonra slaydın məzmununu əks etdirən Working
91
area (Рабочая область/İşçi sahə) proqramı pəncərəsinin aşağı hissəsində isə Satus Bar
(Строка состояния/Vəziyyət sətri) əks olunur.
Susmaya görə Power Point 2010 proqramı Normal (Нормал/Normal) görünüş
rejimində açılır. Açılan pəncərənin solunda Slides\Outline (Слайды\Структуры/
Slaydlar\Struktur) tabları, mərkəzində Current Slide (Активный слайд/Cari slayd)
sahəsi, aşağısında isə Notes (Заметки/Qeydlər) sahəsi görünür. Slides (Слайды/ Slaydlar)
tabında təqdimatın bütün slaydlarının eskizləri yerləşir, Outline (Структура/Struktur)
tabında isə slaydların mətn strukturu göstərilir.
Normal (Нормал/Normal) görünüş rejimi, eyni zamanda, slaydın göstərilməsini,
onun strukturuna baxmaq və slayda aid qeydləri görməyə imkan verir.
Power Point 2010 proqramı Ribbon (Лента/Lent) istifadəçi interfeysi ilə idarə
olunur.
Power Point 2010
elektron təqdimat proqramının pəncərəsində lentin tabları soldan
sağa yerləşir. Lentin tabları Main Tabs (Основные вкладки/Əsas tablar) və Tool Bars
(Вкладки инструментов/Alət tabları) olmaqla əsasən iki hissəyə ayrılır. Əsas tablar
bunlardır: Home (Главная/Ev), İnsert (Вставка/Əlavə et), Design (Дизайн/Tərtibat),
Transitions (Переходы/Keçidlər), Animation (Анимация/Animasiyalar), Slide Show
(Показ слайдов/Slayd Göstərilməsi), Review (Рецензирование/İcmal), View
(Вид/Görünüş). Alət tabları isə soldan yaranan tablara deyilir. Belə tablar bəzən
Contextual Ribbon Tabs (Контекстные вкладк Ленты/Kontekst Lent Tabları).
Lent interfeysindəki səkkiz tabın hər birində onun adına uyğun qəbul edilmiş xüsusi
düymələr (əmrlər) yerləşir.
Ribbon (Лента/Lent) interfeysində hər bir tab müəyyən sinif məsələlrinin həlli
üçün nəzərfə tutlmuş lent qrupuna malikdir. Lent qrupları bir-birindən şaquli xətlərlə
göstərilən Separator (Разделитель/Ayrıcılar)-la ayrılır.
Fayl tabında PowerPoint proqram faylının yerinə yetirə biləcəyi standart
əməliyyatlar yığımı var:
• Сведения, • Сохранить или Сохранить как (Save as); • Закрыть (Close) и
открывать по команде Открыть (Open), • Последние (Recent) • Создать (New); •
Печать (Print) • Сохранить и отправить (Save and send).
92
Home (Главная/Ev) tabı obyektlərin: slaydların, bölmələrin, mətnlərin,
şəkillərin, xətlərin, müxtəlif həndəsi fiqurların yaranması və formatlaşdırılması
elementlərini daşıyır.
İnsert (Вставка/Əlavə et) tabı bütün zəruri obyektlərin yerləşdirilməsini idarə edən
elementlərə malikdir ki, bu obyektlərin prezentasiyalarda olması məruzəçinin çıxışını
maraqlı, auditoriyanın mövzunu daha yaxşı başa dışməsinə zmin yaradır.
Design (Дизайн/Tərtibat) tabı təqdimatın ümumi konsepsiyasının işlənib
hazırlanması üşün nəzərdə tutulub: uyğun ümumi stilin, slaydlar üçün rənglərin,
kompozisiyaların seşilməsi,
Transitions (Переходы/Keçidlər) tabında slaydlararası keçidlərə diqqəti cəlbedə
biləcək effektləri verən instrumentlər daxildir.
Animation (Анимация/Animasiyalar) tabındakı elementlər təqdim edilən işi daha
canlı və dolğun edir.
Slide Show (Показ слайдов/Slayd Göstərilməsi) tabinin elementləri hazır
təqdimatlara genişekranlı formatda baxmağa imkan yaradır.
Review (Рецензирование/İcmal) tabı təqdimata rəy vermək və dəyişikliklər
aparmaq üçün malik olduğu elementləri idarə edir.
View (Вид/Görünüş) tab komandalarının köməyi ilə təqdimatlara baxış rejimlərini
dəyişmək və eyni zamanda bir neşə təqdimata baxmaq olar.
İlk baxışda gözə dəyməyən, lakin iş prosesində istifadə olunması nəzərdə tutulan
düymə və əmrlərin tam siyahısını Customize the Ribbon (Настройка Лента/Lenti
Fəriləşdir) əmrinin yerinə yetirilməsi ilə açılan PowerPoint Option (Параметры
PowerPoin/PowerPoint Seçimləri) dialoq pəncərəsində müşahidə etmək olar.
İstifadəçi interfeysinin faydalı elementlərindən biri də Quick Access Toolbars
(Панель быстрого доступа/Cəld Müraciət Paneli) panelidir. Bu panel PowerPoint 2010
proqram pəncərəsində Lentin yuxarı hissəsində yerləşir. Paneldə istifadəçinin hansı tab ilə
işlənməsindən asılı olmayaraq görünən və istənilən zaman istifadə oluna bilən alətlər
yerləşir. İlkin olaraq paneldə ancaq Save (Сохранить/Saxla), Undo (Отменить/Qaytar),
Dostları ilə paylaş: |