MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
YourFileName


Qlobal kompüter şəbəkəsi. 
Ərazi  kompüter  şəbəkələri  də  adlandırıla  bilən  qlobal  şəbəkələr  (Wide  Area 
Networks,  WAN)  böyük  ərazilərdə  -  oblast,  region,  dövlətlər,  bütün  Yer  kürəsində 
yayılmış  çoxlu  sayda  abonentlərə  xidmət  etmək  üçün  yaradılıb.  Əlaqə  kanallarının 
uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, 
buraya  kabellərin  və  onların  çəkilmə  işlərinin  qiyməti,  kommutasiya  avadanlıqlarının  və 
kanalın  lazımi  keçirmə  zolağını  təmin  edən  aralıq  gücləndirici  qurğuların  xərcləri, 
həmçinin  böyük  ərazilərdə  yayılmış  şəbəkə  qurğularının  işçi  vəziyyətdə  saxlanması  və 
istismarı xərcləri də daxildir. 
Qlobal  şəbəkələr  adətən  böyük  telekommunikasiya  şirkətləri 
tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır.  

 
 
66 
70-ci  illərin  axırlarında  ABŞ-ın  Müdafiyə  Nazirliyi  elektron  şəbəkə  yaratmaq 
qərarına gəlir. Məqsəd hərbi qərargahlardakı kompüterlar arasında informasiya mübadiləsi 
yaratmaq  idi.  Bu  məqsədlə  aparılan  tədqiqatlar  ABŞ-ın  Perespektiv  Tədqiqatlar  Layihə 
Agentliyi  (ARPA  -  Advanced  Research  Project  Agency)  tərəfindən  maliyyələşdirilir  və 
nəticədə  1968-ci  ildə  bu  sistem  yaradılır.  Dünyada  ilk  yarımfunksional  hesablama 
şəbəkəsi ARPAnet adlanır (net- tor (set) deməkdir). 
-  Bu  şəbəkəyə  daxil  olan kompüterlər  eyni  hüquqlu  idilər. Yəni, ARPAnet-də  «baş 
kompüter - tabe kompüter» anlayışı yox idi. 
-  ARPAnet-də  əsas  şəbəkə  protokolu  kimi  şəbəkələrarası  IP  (Internet    Protocol) 
protokolu qəbul edilmişdir. 
Internet  -  çoxlu  sayda  kompüterlərdən,  kabellərdən,  marşrutizatorlardan  və 
şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət şəbəkə sistemidir. 
İnternet üç əsas komponentdən ibarətdir: 
Server - lokal və uzaq kompüterlərdəkı verilənlərə daxil olmanı təmin edən proqram 
və kompüterlər sistemidir. 
Kliyentserverlərdən verilənləri çağıran kompüterlərdır. 
Şəbəkə - informasiya  mübadiləsi aparan kompüterlər qrupudur,  məsələn, istifadəçi 
informasiyanı serverdən çağırır və onun sorğusuna cavab olaraq verilənlər ona göndərilir. 
Kompüterlər  arasındakı  bu  informasiya  mübadiləsi  naqil,  koaksial  kabel,  peyklər  və 
mikrodalğalar vasitəsilə aparılır. 
Kompüterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və qəbul 
edilməsi  qaydalannı  təsvir  edən  razılaşdırılmış  və  təsdiq  olunmuş  standart  şəbəkə 
protokolu adlanır. 
IP protokolu Internet Ümumdünya şəbəkəsinin əsas protokoludur. 
80-cı  illərin  axırlarında  Internet-lə  əlaqə  yaratmaq  istəyən  istifadəçi  modemdən 
istifadə  etməyə  başladı.  Modem  -  kompüterdən  göndərilən  rəqəm  axınını  səs  siqnalına 
çevirən  və  onu  adi  telefon  xətti  ilə  göndərən  qurğudur.  Şəbəkənin  digər  tərəfində  səs 
siqnallarını  qəbul  edən  modem  onları  yenidən  kompüterə  göndərir.  Hər  bir  modem  həm 
qəbuledici, həm də informasiya ötürücüsüdür. 
Internet-də ünvanlaşdırma sistemi: 
TCP/İP  şəbəkəsində  ünvanlaşdırmanın  üç  növü  mövcuddur.  Bu  ünvanlaşdırmalar 
aşağıdakılardır:
 
Qovşaqların  lokal  ünvanları.  Bu  ünvanlar  qovşağın  daxil  olduğu  ayrıca  təşkil 
olunmuş  şəbəkəni  müəyyənləşdirən  texnologiya  ilə  təyin  olunmuşdur.  Lokal  şəbəkədə 
olan  belə  ünvanlar  MAC  ünvanlar  adlandırılırlar.  Belə  ünvanlar  unikal  olmaqla, 
mərkəzləşdirilmiş şəkildə idarə edilir. 
İP  ünvanlar  və  ya  şəbəkə  ünvanları.  Bu  ünvandan  şəbəkə  səviyyəsində  istifadə  olunur.  İP 
ünvanlar iki hissədən ibarət olur: şəbəkənin nömrəsi və qovşağın nömrəsi. Şəbəkənin nömrəsi inzibatçı 
tərəfindən  ixtiyari  qaydada  seçilə  bilər  və  ya  şəbəkə  İnternetin  tərkib  hissəsi  kimi  işlədikdə  İnternetin 
xüsusi  bölməsi  tərəfindən  (Network  International  Center,  NIC)  təyin  olunur.  Adətən  hər  bir  İnternet 
xidməti  provayderləri  NİC  tərəfindən  belə  ünvanların  diapazonunu  alır  və  sonra  isə  həmin  diapazona 
daxil olan nömrələri öz abonentləri arasında bölüşdürür.
 
İP  protokolunda  qovşağın  nömrəsi  həmin  qovşağın  lokal  ünvanından  asılı 
olmayaraq  təyin  edilir.  İP  ünvanların  şəbəkə  nömrəsi  və  qovşağın  nömrəsi  arasındakı 
sərhəd çevikdir və bu səbəbdən də həmin sərhəd istənilən kimi müəyyənləşdirilə bilər. 
Internetin işləmə prinsipi: 

 
 
67 
IP  protokolu verilənlərin  yalnız  ötürülməsini  təmin  edir.  Bütün  prosesi isə TCP 
(Transmission Control Protocol) protokolu idarə edir. 
TCP  protokolu  informasiyanı  bir  neçə  hissəyə  bölür,  hər  bir  hissəni  xüsusi 
nömrələyir  (sonradan  informasiyanı  ardıcıl  birləşdirmək  üçün),  hər  bir  hissəyə  «işçi» 
informasiya  əlavə  edir  və  onları  ayrı-ayrılıqda  «IP-paketə»  düzür.  Bu  «paket»  şəbəkə 
vasitəsilə göndərüir. Göndərilən sxemdə TCP və IP protokolları sıx birləşdiyinə görə onlan 
TCP/IP  protokolu  adlandırırlar.  İnternetlə  göndərilən  TCP/IP  paketlərinin  ölçüsü  1 
baytdan 1500 bayta qədər olurr. Bü ölçü şəbəkənin texniki xarakteristikalarından asılı olur. 
 
4.4.  Elektron poçt. 
Elektron  poçtu  dedikdə  elektron  məlumatların  kompüter  şəbəkəsi  ilə  göndərilməsinə 
imkan verən texnologiya başa düşülür.  
Poçt serveri çox güclü kompüterdir. Həm də məlumdur ki, kompüterin  yaddaşında bütün 
informasiya fayllarda saxlanır. Odur ki,  elektron poçt qutusu dedikdə, kompüterin bərk diskində 
konkret  istifadəçinin  aldığı  və  göndərdiyi  məktubların  saxlanması  üçün  ayrılmış  yaddaş  oblastı 
(disk oblastı) nəzərdə tutur.    
 
Beləliklə, bu deyilənlərdən belə nəticəyə gəlirik ki, elektron məktublar heç də istifadəçinin 
kompüterində deyil, İnternetə qoşulu olan xüsusi kompüterdə  - poçt serverində saxlanılır.  Odur 
ki,  kompüterdə  məktubu  hazırlayaraq  müvafiq  ünvanı  göstərməklə    Send  (Göndər  – 
Отправить)    düyməsini  basdıqda  həmin  məktub  İnternet  şəbəkəsi  üzrə  konkret  elektron  poçt 
serverinə  göndərilir  və  orada  məktubu  alanın  elektron  qutusuna  daxil  olur.  Bundan  sonra 
istifadəçi elektron poçt serverinə daxil olduqda orada yeni məktubu aşkar edir və onu açıb oxuya 
bilir.   
Elektron poçtunun çox mühüm və inkarolunmaz üstünlükləri var: 
       -  Elektron  məktubların  göndərilmə  sürəti  çox  yüksəkdir.  Elektron  məktublar  faktiki  olaraq 
saniyələr ərzində öz ünvanına çatır; 
      -  Eyni  bir  məktubun  eyni  vaxtda  bir  neçə  ünvana  çatdırılması  mümkündür  və  bu  əməliyyat 
saniyələr ərzində baş tutur
      - Elektron məktuba mətndən əlavə istənilən formatlı fayl əlavə etmək mümkündür (məs. audio, 
video və ya fotoqrafiya); 
       -  Elektron  poçt  proqramının  işlədilməsi  asan  və  rahatdır.  İstənilən  şəxs  bu  proqramın 
istifadə qaydalarını çətinlik çəkmədən sərbəst şəkildə mənimsəyə bilər.      
Hər bir elektron poçt qutusunun unikal ünvanı (elektron ünvanı) var. Bu ünvanlar ümumi 
şəkildə belə olur: 
istifadəçinin adı
@
poçt serverinin adı 
Bu yazılışda istifadəçinin adı ixtiyari qayda ilə yazılır. Elektron poçt qutusunun qeydiyyata 
alındığı serverin adı isə avtomatik olaraq sistem tərəfindən təyin edilir. Bu yazılışda iştirak edən
 
@ 
işarəsi istifadəçilər tərəfindən bəzən “et”, bəzən “əd” (bəzən də rus dilində  “собачка”) kimi 
oxunur.  Məsələn,  seid
@
mail.ru  yazılışı  belə  anlamda  qəbul  edilir:  “Səid  adlı  istifadəçi  mail.ru 
serverində qeydiyyata alınıb”.  
   
4.5. Windows Live poçt  proqramının quraşdırılması, sazlanması, 
interfeysi 
   
Windows Live poçt proqramının quraşdırılması prosesi aşağıdakı addımlardan ibarətdir: 

 
 
68 
1. 
Yuxarıda  göstərilən  ünvanlardan  birinə,  məsələn,  http://download.live.com  ünvanına 
müraciət olunur. Bu halda əvvəlcə Windows Live Essentials paketinin quraşdırılmasına hazırlıq 
prosesi başlayır.   
2. 
Bu addım başa çatdıqdan sonra quraşdırma əməliyyatı üçün iki variant təklif edilir:  
 
a)
  Install  all  of  Windows  Essentials  (Windows  Live  Essentials  paketində  olan  proqram 
komponentlərinin  hamısı  (bütövlükdə  paket)  quraşdırılsın  -  Установить  все  Windows 
Essentials);  
b) 
Choose  the  programs  you  want  to  install  (Quraşdırmaq  istədiyiniz    proqramı  seçin  - 
Выберите, какие программы вы хотите установить). 
Birinci  variant  qəbul  edildikdə  istifadəçiyə  seçim  imkanı  verilmir  və  ehtiyac  olmadığı 
halda  paketin  bütün  proqramları  quraşdırılır.  İkinci  variantda  isə  istifadəçi  yalnız  vacib  hesab 
etdiyi bir və ya bir neçə proqramı seçərək quraşdıra bilər.   
      3.  Beləliklə,  təklif  olunan  quraşdırma  variantlarından  biri  seçilir  və  bu  halda  quraşdırılacaq 
proqramların seçilməsi üçün müvafiq dialoq pəncərəsi açılır. 
 
Bu  pəncərədə  əks  olunmuş  siyahıdan  Mail  (Poçt  -  Почта)  proqramı  seçilir  və  İnstal 
(Quraşdırmaq-Установить)  düyməsi  basılır.    Quraşdırma  prosesi  başa  çatdıqda  bu  barədə 
müvafiq məlumat əks olunmuş dialoq pəncərəsi ekrana çıxır. Həmin pəncərədə Close (Bağlamaq
 
-
Закрыть) düyməsi basılır.   
Quraşdırılma  prosesi  başa  çatdıqdan  sonra  Baş  menyunun  All  Programs  (Bütün  proqramlar) 
siyahısına baxsaq Windows Live Mail  elektron  poçt proqramının bu siyahıda olduğunu görərik. 
Elə  bu  siyahıdan  Windows  Live  Mail  üzərində  mausun  sol  düyməsini  basmaqla  və  ya  Baş 
menyunun  axtarış  sətrindən 
Windows  Live  Mail
  daxil  etməklə  elektron  poçt  proqramını  icra 
etmək  olar.  Yadda  saxlamaq  lazımdır  ki,  Windows  Live  Mail    pəncərəsi  açılarkən  iki  hal  ola 
bilər: 
    I. Windows Live Mail proqramı quraşdırıldıqdan sonra ilk dəfə icra olunur; 
   II. Windows Live Mail proqramı indiyə qədər istifadə olunmuşdur.  
 
I  halda  proqram  icra  olunan  kimi  avtomatik  olaraq  yeni  qeydiyyat  yazısının  yaradılması 
üçün dialoq pəncərəsi açılır. Bu pəncərədə elektron poçtunun sazlanması təklif edilir. Belə ki, bu 
pəncərədə istifadəçi  müvafiq sətirlərdən özünün elektron poçt ünvanı, parol və adını  daxil edir. 
Həmçinin  bu  pəncərənin  aşağısında  yerləşən  Make  this  my  default  email  account  (Elektron 
poçtunun bu qeydiyyat yazısı susmaya görə təyin edilsin -  Назначить эту учетную запись 
электронной  почты  учетной  записью  по  умолчанию)  parametrini  seçməklə  elektron 
poçtunun qeydiyyat yazısını susmaya görə istifadə olunan qeydiyyat yazısı kimi təyin etmək olar. 
Bu isə o deməkdir ki,  yaradılan elektron poçt qutusu proqram tərəfindən susmaya görə  istifadə 
ediləcək. Yəni istifadəçinin yeni hazırladığı məktub məhz bu poçtdan göndəriləcək.   
 
II halda isə Windows Live Mail proqramı icra olunarkən onun əsas pəncərəsi  ekrana çıxır. 
Buradan  da  Accounts  (Qeydiyyat  yazıları  -  Учетные  записи)  pəncərə  əlavəsinə  keçməklə 
Email  (Elektron  poçtunun  qeydiyyat  yazısı  -  Учетная  запись  электронной  почты) 
düyməsi  baslır.  Bununla  da  yeni  qeydiyyat  yazısının  daxil  edilməsi  üçün  yuxarıda  baxdığımız 
Windows  Live
 
Mail  pəncərəsi  açılır.  Odur  ki,  yuxarıda  göstərilən  qayda  ilə  yeni  qeydiyyat 
yazısını sazlamaq olar.  
 
Windows Live  poçt proqramının interfeysi  
 
Windows Live Mail proqramının pəncərəsini şərti olaraq bir neçə hissəyə bölmək olar. Bu 
hissələr proqram icra olunan kimi elə ilk baxışdan nəzərə çarpır. O cümlədən, pəncərənin yuxarı 
hissəsində (
I
 hissə) MS Office 2007 proqramlarının pəncərələrinə analoji olaraq yeni tipli alətlər 

 
 
69 
paneli,  yəni  panellər  lenti  (alətlər  lenti)  yerləşir.  Panellər  lenti  Windows  Live  Mail 
proqramının istifadəçi interfeysinin ən əsas elementidir. Bütün alətlər (düymələr) nəzərdə tutulan 
funksiyalarına  görə    bir-birini əvəz  edə  bilən bir neçə  (dörd)  panel  üzərində  müxtəlif qruplarda 
əks  olunur.  Bu  panellər,  haqqında  danışdığımız  lentin  hissələridir.  Bunlara  həm  də  panellər 
lentinin  əlavələri  deyirlər.  Adətən  proqram  birinci  dəfə  icra  olunarkən  onun  pəncərəsi  susmaya 
görə panellər lentinin Home (Əsas - Главная) əlavəsilə açılır.  
Panellər  lenti  əlavələrinin  hər  biri  icra  olunan  əməliyyatlarla  bağlıdır.  Məsələn,  lentin 
Home  (Əsas  -  Главная)  əlavəsində  əsasən  işin  başlanğıc  mərhələsində  lazım  olan  elementlər 
əks  olunur.  Sonrakı  addımlarda  isə  zərurət  yarandıqca  Folders  (Qovluqlar-  Папки),  View 
(Görünüş-Вид)  və  Accounts  (Qeydiyyat  yazıları  –  Учетные  записи)  lent  əlavələrində  əks 
olunan düymələrdən  istifadə edilir.  
Beləliklə,  pəncərənin 

hissəsində  tez-tez  tətbiq  olunan  əmrlərin  icrası  üçün  nəzərdə 
tutulmuş  düymələrin  (alətlər)  yerləşdiyi  panellər  lenti  əks  olunur.  Lent  əlavələrində  əks  olunan 
düymələr  öz  funksiyalarına  uyğun  olaraq  ayrı-ayrı  qruplarda  yerləşir  və  ən  müxtəlif 
əməliyyatların aparılmasını təmin edir.  
Pəncərənin  solunda 
II 
hissənin  yuxarısında  açıla  bilən  Quick  views  (Sürətli  görünüş) 
siyahısı  yerləşir.  Bu  siyahıdakı  elementlər  daxil  olmuş,  lakin  hələ  oxunmamış  məktubları  əks 
etdirir.  Burada üç əmr yerləşir: 
          1.Unread  email  (Elektron  poçtunun  oxunmamış  məlumatları  -  Непрочитанные 
сообщения эл. Почты) əmri bütün istifadəçilərin bütün oxunmamış məlumatlarını əks etdirir
    2. Unread from contacts (Kontaktlardan daxil olan  
oxunmamış  məlumatlar  -  Непрочитанные  сообщении  от  контактов)  əmri  ünvanlar 
kitabında olan istifadəçilərdən gəlmiş, lakin oxunmamış məlumatları əks etdirir
 3.  Unread  feeds  (Oxunmamış  veb-kanallar-  Непрочитанные  веб-каналы)  əmri 
istifadəçinin seçdiyi bütün RSS kanallarından oxunmamış yazıları əks etdirir.  
Quick views (Sürətli görünüş) qovluğunun aşağısında istifadəçinin məktubları saxlanılan 
bütün  qovluqların  siyahısı  əks  olunur.  Yadda  saxlamaq  lazımdır  ki,  pəncərənin  solunda 
II 
hissədə əks olunan bu qovluqlar elektron poçt qutularında bir qayda olaraq susmaya görə həmişə 
mövcuddur:  
1.  Inbox  (Daxil  olanlar  –  Входящие).  Bütün  daxil  olan  (arzuolunmaz  poçt  kimi  qeyd 
olunmayan) məlumatlar bu qovluqda saxlanır;  
2.  Drafts  (Qaralamalar  –  Черновики).  Göndərilmək  üçün  hazırlanmış,  lakin  hələlik 
göndərilməmiş məlumatlar bu qovluqda saxlanılır;   
3.  Sent  items  (Göndərilmişlər  –  Отправленные).  Bu  qovluqda  artıq  göndərilmiş  (yola 
salınmış) məlumatlar saxlanılır;   
4.  Junk  email  (Arzu  olunmayan  poçt  -  Нежелательная  почта).  Bu  qovluqda  arzu 
olunmayan  məktublar  saxlanılır.  İş  ondadır  ki,  İnternet  şəbəkəsində  elektron  poçt  qutusunun 
ünvanını  gizləmək  (gizli  saxlamaq)  mümkün  deyildir.  Odur  ki,  şəbəkədə  bəzi  arzuolunmaz 
əməliyyatlardan qorunmaq (məsələn, məzmununda müəyyən viruslar olan reklam xarakterli bəzi 
məktubların kütləvi şəkildə yayılması)  çox çətindir və belə məktubların elektron poçtuna düşmə 
ehtimalı həmişə var.     
5. 
Deleted items (Ləğv olunmuşlar – Удаленные). Bu qovluqda istifadəçinin ləğv etdiyi 
məlumatlar saxlanılır. Həmin məlumatlar qovluqdan ləğv edildikdə birdəfəlik silinir.  
       Əgər 
II
 
 
hissədə hər hansı bir qovluq seçilərsə, o halda onun məzmunu 
III
 
 
hissədə əks 
olunar.  Belə  ki,  burada 
II
 
 
hissədəki  qovluğun  məzmunu,  yəni  bu  qovluqda  yerləşən  bütün 
məktublar siyahısı əks olunur.   
 
 Eləcə də 
III 
hissədə hər hansı məktub seçildikdə onun məzmunu
 IV 
hissədə açılır və biz 
məktubu oxumaq imkanı qazanırıq.  

 
 
70 
 
Nəhayət,  pəncərənin  II  hissəsində  aşağıda  Windows  Live  paketi  tərkibində  olan  bir 
neçə proqramın keçid modulu yerləşir:  
1. Mail (Poçt – Почта) -  Poçt proqramı ilə iş rejiminə keçid üçündür;  
      2.  Calendar  (Təqvim  –  Календарь)  –  görüləcək  işlərin  əvvəlcədən  planlaşdırılmasına 
kömək edir;   
3.  Contacts  (Kontaktlar  siyahısı  -  Список  контактов)  –  bu  sadəcə  ünvanlar  kitabıdır.  
Göndərəni ünvanlar kitabına əlavə etmək üçün məktublar siyahısında onun məktubunun kontekst 
menyusu  açılır  və  Add  sender  to  contacts  (Göndərəni  kontaktlar  siyahısına  əlavə  et  - 
Добавить отправителя в список контактов) əmri seçilir.
 
 
4. Feeds (Veb-kanallar - Веб-каналы) – bunlar barəsində yuxarıda ətraflı verilir;  
5.  Newsgruoups  (Yeniliklər  qrupu  -  Группa  новостей)  –  poçt  proqramından  yeniliklər 
qrupu ilə işləmək üçün də istifadə etmək olar. 
 
 

 
 
71 
Mövzu 5. 
Microsoft Word 2010 
Mətn prosessorları 
 
Plan: 
 
5.1. MS Word 2010 prosessoru. Proqramın interfeysi.  
5.2. Word pəncərədə lentin Home (ev) paneli üzərindəki düymələr qrupları. 
5.3. Word pəncərədə lentin İnsert (Əlavə et) paneli üzərindəki düymələr qrupları. 
5.4. Word pəncərədə lentin Page Layout (Səhifə maketi) və References (İstinadlar) paneli 
üzərindəki  düymələr qrupları. 
5.5.  Word  pəncərədə  lentin  Review  (Resenziya)      və  View  (Görünüş)  paneli  üzərindəki 
düymələr qrupları.
 
 
5.1. MS Word 2010 prosessoru. Proqramın interfeysi. 
 
EHM-larının yarandığı ilkin dövrlərdə başlayaraq digər məsələlərin həlli ilə bərabər 
hər  bir  müəssisənin  fəaliyyətində  mühüm  əhəmiyyətə  malik  sənədləşmə  ilə  əlaqədar 
mətnlərin  yığılması,  proqram  vasitələrinin  yaradılması  üzərində  iş  aparılırdı.  MS  DOS 
əməliyyatlar  sistemində  bu  məqsədlə  ABV  və  ya  TEXT  proqramlarından  sonralar  isə 
ChiWriter  redaktorundan  istifadə  edilirdi. Bu  redaktorlar  adi  yazının  yığılması  və  çapına 
imkan  versə  də  mətnə  müxtəlif  obyektlərin  əlavəsi  və  qrafik  imkanlardan  istifadədə 
problemlər yaradırdı. Eyni zamanda müxtəlif əlifbalar, şriftlər və işarələrin (hərf, rəqəm və 
digər işarələrin) müxtəlif parametrlərinin təyin olunması imkanlarına malik deyildi. Məhz 
bunu nəzərə alaraq  Windows proqram örtüyü yarandığı vaxtdan mətnlərin yığılması, onlar 
üzərində  müxtəlif  əməliyyatların  aparılması  üçün  mətn  redaktoru  olan  Word  mətn 
redaktoru  istifadəyə  verildi.  Bu  redaktor  Windows  əməliyyatlar  sisteminin  inkişafına  və 
yeni versiyalarının yaradılmasına uyğun olaraq yeni imkanların əlavəsi ilə təkmilləşdirildi. 
Eyni zamnda Word mətn redaktoru Windows əməliyyatlar sisteminin offis proqramı kimi 
mübadilə, müxtəlif proqramların əlaqəli işləməsi, müasir tələbatlara uyğun xüsusiyyətləri 
də özündə cəmləşdirdi. 
 
Mətn  proqramları  mətnlər  yaradılması  və  redaktəsi  üçün  nəzərdə  tutulmuşdur. 
Mətnlərin  yalnız  daxil  edilməsi  və  redaktəsi  üçün  istifadə  edilən  proqramlar  mətn 
redaktorları, əlavə olaraq mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə 
mətn prosessorları adlanır. 
 
Windows  ƏS-nə  standart  Notepad  (Блокнот),  Write  mətn  redaktoru  və  sadə 
Wordpad  mətn  prosessoru  daxildir.  Windows  sistemində  formatlaşdırılmamış  mətn 
faylının genişlənməsi .txt, Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan 
mətn  prosessorlarına  Word  6.0,  7.0,  97,  2000,  2003,  2007,  2010,  2013  Leksikon  9.0, 
AmiPro 3.1 və s. misal göstərmək olar. 
 
Microsoft  Word
 –  güclü  mətn  redaktoru  olub  istənilən  mürəkkəb  sənəd  yaratmaq 
üçün  nəzərdə  tutulmuşdur.  Hazırda  dünyada  ən  populyar  proqram  hesab  olunur.  Word 
sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi 
müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox 

 
 
72 
asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək 
mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür 
proqramlara mətn redaktorları deyilir (Notepad (Блокнот), WordPad). 
Müxtəlif  tipli  verilənlərə  malik  sənəd  heç  də  adi  sənəddən  fərqlənmir.  Bu  sənədə 
mürəkkəb və ya inteqrasia olunmuş sənəd deyilir. 
Verilənlərin  mübadiləsində   mouse  vasitəsilə  də  surət  çıxartmaq,  dəyişdirmək 
mümkündür. 
Versiyaları 
Microsoft Windows üçün: 

 
1989 — Word for Windows 1.0 for Windows 2.x, code-named "Opus" 

 
1990 — Word for Windows 1.1 for Windows 3.0, code-named "Bill the Cat" 

 
1990 — Word for Windows 1.1a for Windows 3.1 

 
1991 — Word for Windows 2.0, code-named "Spaceman Spiff" 

 
1993 — Word for Windows 6.0, code named "T3" 

 
1997 — Word 97 (version 8.0) included in Office 97 

 
1999 — Word 2000 (version 9.0) included in Office 2000 

 
2001 — Word 2002 (version 10) included in Office XP 

 
2003 — Word 2003 ("Microsoft Office Word 2003") – Office 2003 

 
2007 - Word 2007 ("Microsoft Office Word 2007") – Office 2007 

 
2010 - Word 2010 ("Microsoft Office Word 2010") – Office 2010 

 
2013 - Word 2013 ("Microsoft Office Word 2013") – Office 2013 
 
 
OLE  –texnologiyasınin  yaradılmasına  səbəb,  müxtəlif  tip  verilənlərdən  sənədlərin 
tərtib  edilməsi  olmuşdur.  Bir  neçə  versiyası  mövcuddur  (Məs.  OLE  2.0). 
OLE   texnologiyası  Windows  tətbiqi  proqramların  hamısının  yox,  yalnız  mürəkkəb 
sənədlərin işlənməsi üçün lazım olan tətbiqi proqramları nəzərə alır. 
 
OLE –də verilənlərin mübadiləsi bir neçə variantda həyata keçirilir: 
Obyektin  yerləşdirilməsi  (obyekt  qəbuledici-  sənəddə  yerləşdirilir),  obyektin 
əlaqələndirilməsi  (sənədə  istinad  edilir),  obyektin  daxil  edilməsi  (sənədin  özü 
yerləşdirilir).  
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin