MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   2   3   4   5   6   7   8   9   10   ...   16
YourFileName


ARPANET  texnologiyaları  əsasında  ölkənin  müxtəlif  bölgələrində  olan  yüksək  sürətli 
superkompüterləri  birləşdirən  yeni  qlobal  şəbəkə  yaratdı.  Bu  NSFNET  (National  Science 
Foundation NETwork - Milli elm fondunun şəbəkəsi) idi. NSFNET daha kiçik şəbəkələrin (o 
vaxtlar tanınmış olan USENET və BITNET şəbəkələrinin) birləşməsindən yaranmışdı və həm də 
ARPANET-lə  müqayisədə  daha  yüksək  buraxılış  imkanlarına  malik  idi.    Odur  ki,  1990-cı  ildə 
ARPANET öz fəaliyyətini dayandırdı.  
ABS müdafiə Nazirliyi ARPANET layihəsi üzərində işləri dayandırana qədər artıq qlobal 
şəbəkə strukturu mövcud idi və bütün dünya üzrə universitetlər və müxtəlif təşkilatlar əlaqə üçün 
ondan istifadə edirdilər. Bu şəbəkə İnternet şəbəkəsi idi.    
 
 İnternetin strukturu 
İnternet bütün dünyada milyonlarla kompüteri özündə birləşdirən və vahid informasiya məkanına 
malik  qlobal  kompüter  şəbəkəsidir.  İnternet,  şəbəkəyə  qoşulmuş  bütün  kompüterlər  arasında 
informasiya mübadiləsini təmin edir. 
 
İnternetin  strukturu  düyün  nöqtələrində  bir-biri  ilə  rabitə  xətləri  ilə  əlaqələndirilmiş 
kompüterlər yerləşən hörümçək torunu xatırladır. Yüksək sürətli rabitə xətləri ilə əlaqələndirilmiş 
İnternet qovşaqları İnternetin bazisini təşkil edir. Bunlar müxtəlif internet xidmətləri təklif edən 
provayderlərdir.  
İnternet  istifadəçilər  üçün  müxtəlif  xidmətlər  təklif  edir.  Bu  təkliflərin  hər  birində 
informasiyanın  ötürülməsi  (göndərilməsi)  üçün  müəyyən  qaydalar  mövcuddur.  Həmin  qaydalar 
protokollar  adlanır.  Adətən  istifadəçi  şəbəkəyə  daxil  olarkən  WWW  (World  Wide  Web  - 
Ümumdünya hörümçək toru - всемирная паутина) xidmətindən və elektron poçtundan daha 
çox  istifadə  edir.  Əslində  WWW  (Ümumdünya  hörümçək  toru)  veb-serverlərdə  saxlanılan 
saytlar çoxluğu, başqa sözlə desək, hipermətnlərdən ibarət səhifələr sistemidir.  
WWW  (World  Wide  Web)  texnologiyasının  əsası  hələ  1969-cu  ildən  qoyulub.  Bu 
texnologiyaya  görə  istənilən  bir  mətn  sənədi  digər  bir  sənədlə  əlaqəli  ola  bilər,  həmçinin 
mümkündür  ki,  axırıncı  sənəddə  də  başqa  bir  sənədin  əlaqəsi  mövcud  olsun.  Bu  əlaqələr 
hiperəlaqələr  (hyperlink)  adlanır.  Beləliklə,  WWW  (World  Wide  Web)  –  ümumdünya 
informasiya  sistemi  (şəbəkəsi)  hiperəlaqələr  vasitəsilə  bir-biri  ilə  əlaqələndirilmiş  səhifələr 
sistemidir.  Başqa  sözlə,      WWW  bir-biri  ilə  xüsusi  əlaqələrlə  bağlı  olan  çoxsaylı  sənədlər  – 
səhifələr toplusudur.   
Ümumdünya  informasiya  şəbəkəsinin  ən  kiçik  vahidi  səhifə  adlanır.  Səhifədə  mətnlə 
yanaşı digər elementlər məsələn, şəkillər, səs, animasiyalar, video və  s. elementlər  də ola bilər. 
Ən əsası isə ondan ibarətdir ki, bunların arasında başqa səhifələrə keçidlər üçün nəzərdə tutulan 
hiperəlaqələr  var.  Belə  əlaqələr  adicə  mətnin  sətirlərində  və  ya  sözlərdə  göy  rənglə  seçilmiş 
formada ola bilər. Əlaqə üzərində mausun sol düyməsi basılan kimi yeni səhifə açılır. Hər yeni 
açılan  səhifədəki  hiperəlaqələrdən  biri  üzərində  mausun  sol  düyməsi  basıldıqca  səhifədən-
səhifəyə sonsuz keçidlər baş verir. Bu səhifələr Web-səhifələr (və ya İnternet-səhifələr) adlanır.  
         
   
İnternetə qoşulma üsulları 
İnternetə  qoşulma  üsulları.  Müasir  dövrdə  ona  yaxın  İnternetə  qoşulma  üsulları 
mövcuddur. Təbiidir ki, bu İnternet qoşulmaları bir-birindən internet əlaqələrinin keyfiyyəti ilə, 
yəni əlaqənin stabilliyi və informasiyanın ötürülmə sürətilə fərqlənirlər. İndi isə bu qoşulmaların 
bəziləri ilə qısaca tanış olaq. 

 
 
54 
1.  Dial-Up  модем  vasitəsiə  qoşulma  (adi  modemlə  qoşulma).  Bu  qoşulma  üsulu  ən 
köhnə olmaqla  modem və telefon xətti vasitəsilə qlobal şəbəkədə geniş istifadə olunan üsuldur. 
Bununla yanaşı indiki dövrdə daha müasir üsullara üstünlük verildiyinə baxmayaraq, bu üsullar 
yüksək  sürətli  xətlər  vasitəsilə  daha  sürətli  və  daha  etibarlı  şəbəkə  qoşulması  imkanı  olmayan 
yerlərdə istifadə edilir.  
2.  ADSL  (Asymmetric  Digital  Subscriber  Line  –Asimmetrik  rəqəmli  abonent  xətti)
 
modem  vasitəsilə  qoşulma.  Bu  qoşulma  üsulu  Dial-Up  ilə  müqayisədə  daha  mükəmməl  və 
müasirdir.  Bu  üsul  telefon  xətti  və  xüsusi  modem  (ADSL)  vasitəsilə  ümumdünya  kompüter 
şəbəkəsinə  yüksək  sürətli  giriş  imkanı  verir.  Həmçinin  verilənlərin  şəbəkə  üzrə  keyfiyyətli  və 
yüksək  sürətli  ötürülməsi  təmin  edilir,  həm  də  İnternetdə  işləyə-işləyə  telefonla  sərbəst  şəkildə 
danışmaq mümkün olur, yəni telefon azaddır.  
3.  Ayrılmış  xətlə  qoşulma.  Ayrılmış  xətt  dedikdə  rabitə  xətti  (verilənlərin  ötürülmə 
kanalı)  nəzərdə  tutulur.  Belə  qoşulmada  verilənlərin  ötürülməsi  xüsusi  kabellə  həyata  keçirilir. 
Belə ki, bu kabel bir tərəfdən provayderin qurğusuna, digər tərəfdən isə istifadəçinin (kliyentin) 
kompüterinin şəbəkə kartına birləşdirilir.  
Bu cür ayrılmış xətlər müxtəlif tipli olurlar və əlaqə xəttinin kompüterə birləşmə qaydası 
və verilənlərin ötürülmə sürətilə fərqlənirlər.   
4. Mobil telefonla qoşulma. Mobil telefonun istifadəsi kütləvi hal aldığından (az qala hər 
bir şəxs  mobil telefon işlədir) internetə qoşulmanın bu variantı getdikcə daha da populyar olur. 
Belə  ki,  mobil  telefondan  istifadə  edən  hər  bir  şəxs  qlobal  şəbəkəyə  daxil  olmaq  arzusunu 
reallaşdıra bilər. Yəni bu günkü gündə faktiki olaraq bütün provayderlər  internetə qoşulmaq üçün 
ənənəvi  modemlərin  əvəzinə    mobil  telefonların  xidmətindən  istifadə  etməyi  təklif  edir.  Belə 
qoşulmada  noutbuklar  işlədən  istifadəçilər  üçün  mobil  rabitə  mövcud  olan  istənilən  yerdə 
internetdən istifadə etmək imkanı yaranır.  
5. Peyk vasitəsilə qoşulma. Bu üsul telefon xətlərindən kifayət qədər uzaq olan,  eləcə də  
mobil rabitə siqnalları çatmayan və çətin keçilən məkanlarda kompüteri şəbəkəyə qoşmağa imkan 
verir.  Yəni  istifadəçinin  hansı  məkanda  olmasına  baxmayaraq  internetə  girişi  olacaq.  Odur  ki, 
başqa qoşulma imkanları olmadıqda Peyk vasitəsilə qoşulmadan istifadə edilir.  
Peyk  vasitəsilə  internetə  qoşulma  birtərəfli  (yalnız  verilənləri  qəbul  edir)  və  ikitərəfli 
(verilənləri ötürür və qəbul edir) ola bilir.  
Peyk  internetinə  qoşulmaq  üçün  peyk  antennası,  peyk  modemi  və  siqnalların  çevrilməsi 
üçün konvertor tələb olunur.  
 
4.2. İnternet Explorer 8 proqramı. İnternetdə iş. İnternet Explorer 
proqramında sazlama işləri. 
 
 İnternetə  çıxış  və  bu  qlobal  kompüter  şəbəkəsi  üzrə  səyahət  üçün  xüsusi  proqramlar  – 
brauzerlər nəzərdə tutulur. O cümlədən,  Windows 7 əməliyyat sisteminin tərkibinə bu sistemin 
öz brauzeri daxildir. Bu, İnternet Explorer 8 proqramıdır. Bu proqram istifadəçilərin internetdə 
rahat  işləməsini  təmin  edən  çox  geniş  yayılmış  veb-brauzerdir.  İnternet  Explorer  8  brauzeri 
əvvəlki  versiyalarla  müqayisədə  veb-səhifələr  üzrə  daha  sürətli,  daha  sadə  və    daha  təhlükəsiz 
hərəkəti təmin edir.  
Ümumiyyətlə,  İnternet  Explorer  8  proqramı  kompüter  istifadəçiləri  üçün  ücu-bucağı 
görünməyən böyük elektron şəbəkə dünyasına geniş pəncərə açır. 
İnternet  Explorer  8  brauzeri  ilə  ilk  tanışlıq.  Adətən  İnternet  Explorer  proqramının 
işarəsi  tapşırıqlar  panelinin  üzərində  bərkidilmiş  olur  və  elə  həmin  işarədən  istifadə  etməklə 
proqramı  icra  etmək  olar.  Bununla  yanaşı  Baş  menyudan  Start  All  Proqramsİnternet 
Explorer 8 əmrini icra etməklə də  bu proqramı işə salmaq olar. 

 
 
55 
 İnternet  Explorer  brauzeri  birinci  dəfə  icra  olunarkən  proqramın  sazlanması  üçün 
xüsusi dialoq pəncərəsi açılır və həmin pəncərədə zəruri sazlanma parametrləri seçildikdən sonra 
əsas səhifə (Ev səhifəsi - HomePage) yüklənir. 
Windows  İnternet  Explorer  proqramında  əvvəlki  versiyaların  bütün  üstünlükləri  nəzərə 
alınmış və bir sıra yeni imkanlar da əlavə edilməklə proqram daha da təkmilləşdirilmişdir. Bunun 
da nəticəsidir ki, İnternetdə iş daha sürətli, daha sadə və daha təhlükəsiz olmuşdur.  
         İnternet Explorer 8 proqramının pəncərəsi. Bələdçi proqramı pəncərəsində gördüyümüz 
elementləri  İnternet  Explorer  pəncərəsində  də  görürük.  Belə  ki,  İnternet  Explorer  proqramı  
pəncərəsində  də  menyu  sətri  susmaya  görə  gizlədilmiş  olur  və  bütün  əsas  əməliyyatlar  alətlər 
paneli üzərindəki müvafiq düymələr vasitəsilə yerinə yetirilir.  
İnternet Explorer 8 pəncərəsində bir neçə alətlər paneli var: Menyu paneli (və ya menyu 
sətri),  Seçilmişlər  paneli  və  Əmrlər  paneli.  Bundan  əlavə  pəncərədə  Ünvanlar  sətri,  Axtarış 
sətri    həmçinin  Vəziyyət  sətri  də  yerləşir.  İnternet  Explorer  8  proqramı  pəncərəsinin  əsas 
elementlərinə baxaq.  
Back  (Geri-  Назад).  Bu  düymə  əvvəlki  baxılmış  səhifələrə  ardıcıl  keçidləri  təmin  edir. 
Belə ki, əvvəl  baxılmış hər hansı səhifəyə keçmək üçün həmin səhifə  yenidən açılana qədər bu 
düymə basılır.   
Forward (İrəli-Вперед). Bu düymənin funksiyası Back (Geri) düyməsinin funksiyasının 
əksinədir.  Belə  ki,  əvvəl  baxılan  səhifəyə  qayıtdıqdan  sonra  yenidən  axırınsı  açılmış  səhifəyə 
keçmək üçün bu düymədən istifadə edilir.  
 
Nəzərə  almaq  lazımdır  ki,  bir  neçə  səhifə  ardıcıl  açıldıqda  İnternet  Explorer  proqramı 
onların  açılma  ardıcıllığını  yadda  saxlayır.  Bu  isə  əvvəl  açılmış  elektron  səhifələrin  istənilən 
birini  yenidən  açmaq  üçün  işi  çox  asanlaşdırır. Yəni  bu halda  zəruri səhifə  açılana  qədər  Back 
(Geri)  düyməsinin  bir  neçə  dəfə  ardıcıl  basılmasına    ehtiyac  qalmır.  Belə  ki,  əvvəl  açılmış 
çoxsaylı  səhifələrdən  istənilən  birinə  tez  qayıtmaq  üçün  Forward  (İrəli)  düyməsinin  sağındakı 
kiçik  ox  işarəsi  üzərində  mausun  sol  düyməsi  basılır  və  açılan  siyahıdan  (şəkil  11.3)  zəruri 
səhifənin adı seçilir.  
 Beləliklə, Back (Geri) və Forward (İrəli) düymələri açıq veb-səhifələr üzrə hərəkət etmək üçün 
istifadə edilir.  
Refresh (Yeniləmək - Обновить). Bu düymə vasitəsilə səhifə yenidən  yüklənir. Adətən 
bu düymədən səhifə çox ləng yüklənən zaman və ya səhifədə əks olunan informasiyanın birinci 
yükləmədən sonra yeniləşməsi üçün istifadə olunur. 
Stop (Dayanma - Стор). Bu düymə səhifənin yüklənməsini yarımçıq dayandırır. Elektron 
səhifənin  yüklənmə  prosesi  çox  uzun  çəkirsə  və  ya  istifadəçi  səhifənin  ünvanını  səhv  daxil 
edibsə, belə hallarda yüklənmə prosesini yarımçıq dayandırmaq üçün bu düymədən istifadə edilir.  
      
Address  Bar  (Ünvanlar  sətri  –  Адресная  строка).
  Ünvanlar  sətri  İnternet  şəbəkəsindən 
açıb  baxmaq  istədiyimiz  istənilən  veb  –  səhifənin  ünvanını  daxil  etmək  üçün  nəzərdə  tutulur. 
Yəni  istənilən  veb-səhifəyə  baxmaq  üçün  onun  ünvanını  ünvanlar  sətrindən  daxil  edərək  Enter 
düyməsini basmaq kifayətdir. 
Search  (Axtarış  sətri  –  Строка  поиска).  Bu  sətir  axtarış  üçün,  daha  doğrusu  axtarış 
sorğusu üçün mətn daxil etməyə imkan verir. Belə ki, bu sətirdən müəyyən sözün elə ilk hərfləri 
daxil  edilən  kimi  müvafiq  sorğular  siyahısı  əks  olunur.  Bu  sorğular  arasından  zəruri  olanını 
seçmək kifayətdir ki, müvafiq səhifə açılır. 
Favorites  (Seçilmişlər  –  Избранные).  Bu  düymə  vasitəsilə  İnternet  Explorer 
pəncərəsinin solunda xüsusi panel açılır. Həmin panel üzərində yerləşən Favorites (Seçilmişlər), 
Feeds (Veb-kanallar) və History (Jurnal) düymələri vasitəsilə eyni adlı panellər ekrana çıxarıla 
bilər.  Bu  panel  üzərində  yerləşən  Add  to  Favorites  (Seçilmişlərə  əlavə  etmək)  düyməsi 
vasitəsilə lazımlı səhifələri Favorites (Seçilmişlər) qovluğuna yerləşdirmək olar.  

 
 
56 
       
Favorites  Bar  (Seçilmişlər  paneli-  Панель  избранное).  Bu  panel  üzərində  adətən 
tez-tez  istifadə  olunan  saytlar,  veb-səhifələr  və  ya  veb-kanallar  yerləşdirilir.  Eyni  zamanda  Add 
to  Favorites  Bar  (Seçilmişlər  panelinə  əlavə  etmək-Добавить  на  панель  избранного) 
düyməsindən  istifadə  etməklə  cari  səhifəni  seçilmişlər  siyahısına  əlavə  etmək  olar.  Bu  halda 
həmin səhifənin müvafiq piktoqramı həm də  Favorites Bar (Seçilmişlər paneli) üzərinə əlavə 
edilir. 
İnternet  Explorer  pəncərəsinin  yuxarısında  həm  də  bir  sıra  zəruri  əmrlərin  icrası  üçün 
nəzərdə tutulan xüsusi əmrlər paneli - Command Bar (Əmrlər paneli – Панель команд) (və 
ya  əmrlər  sətri)  yerləşir.  İnternet  Explorer  brauzerinin  bu  panel  üzərində  yerləşən  idarəetmə 
elementləri arasında bir neçə düymə və açılan menyular yerləşir. Bu elementlərə baxaq.  

 
Home (Evə – Домой). Bu düymə əsas səhifəyə (ev səhifəsi) keçmək üçün istifadə edilir. 

  Feeds  (Cari  səhifədə  olan  Veb  -  kanallara  baxmaq  -  Просмотр  каналов  на  этой 
странице). 
Bu  düymə  cari  səhifədə  olan  (ola  bilən)  veb-kanalların  siyahısını  əks  etdirir  (veb 
kanallar haqqında daha ətraflı bir az sonra verilir).   
   

  Read Mail (Poçtu oxumaq - Читать почту). Sistemdə susmaya görə quraşdırılmış poçt 
proqramını  açır.  Windows  7  sisteminin  tərkibində  susmaya  görə  elektron  poçt  proqramı 
quraşdırılmış olmur. Yəni bu proqram ayrıca quraşdırılmalıdır.  

  Print  (Çap  –  Печать).  Çap  parametrlərini  quraşdırmaq  və  cari  səhifəni  çap  etmək 
üçündür. Bu düymənin sağındakı kiçik ox işarəsi vasitəsilə açılan əmrlər menyusundan müvafiq 
əmrləri seçməklə çapdan əvvəlki görünüşə baxmaq və səhifə parametrlərini sazlamaq olar.   

 
Page (Səhifələr menyusu – Меню «Страница»). Bu düymə basıldıqda cari veb - səhifə 
üzərində müxtəlif əməliyyatlar aparmağa imkan verən əmrlər menyusu açılır.  

 
Safety  (Təhlükəsizlik  menyusu  -  Меню  «Безопасность»).  Bu  menyuda  İnternet 
Explorer brauzerinin təhlükəsizlik parametrləri əks olunur.  

 
Tools (Xidmətlər münyusu - Меню Сервис). Bu düymə  İnternet Explorer proqramının 
sazlanması və idarə olunması üçün nəzərdə tutulan menyunu açır.  

 
Help  (Kömək-Справка).  İnternet  Explorer  proqramı  ilə  bağlı    məlumat  almağa  kömək 
edir. 
Kontekst  menyunun  yuxarı  hissəsindəki  parametrləri  seçməklə  müvafiq  panellərin 
pəncərədə əks olunmasını, eləcə də onların bərkidilməsini təmin etmək olar. O cümlədən, Menu 
Bar  parametri  menyu  panelinin  (sətrinin),  Favorites  Bar  parametr  seçilmişlər  panelinin, 
Command  Bar  parametri  əmrlər  panelinin  (sətrinin)  Status  Bar  vəziyyət  sətrinin  ekranda  əks 
olunmasını  təmin  edir.  Kontekst  menyunun  Compatibility  View  Button  (Uyğunluq  - 
Представление  совместимости)  parametri  oxunan  veb-səhifələrin  brauzerin  versiyası  ilə 
uyğunluğunu təmin edir. 
 
 
Həmçinin  Customize  (Sazlamaq  –  Настройка)  əmri  ilə  açılan  alt    menyudakı 
parametrlər panellər üzərində yerləşən düymələrin sazlanması üçün tətbiq edilir.  
Məsələn,  Refresh  (Yeniləmək)  və  Stop  (Dayanma)  düymələrinin  pəncərədə  yerini 
dəyişmək üçün Show Stop and Refresh Buttons before Address Bar (Dayanma və Yeniləmək 
düymələrini  Ünvanlar  sətrindən  əvvəldə  əks  etdirmək  -  Отображать  кнопки 
«Остановить» и «Обновить» перед Адресной строкой) parametri seçilir.   
Eyni  qayda  ilə  də    bütün  düymələrin  yanında  adlarının  əks  olunması,  yalnız  bəzi 
düymələrin  yanında  adlarının  əks  olunması,  yalnız  ikonaların  əks  olunması  menyunun  müvafiq 
parametrlərinin seçilməsilə tənzimlənir. 
Digər tərəfdən, alt menyunun Add or Remove Commands (Əmrlərin əlavə edilməsi və ləğvi - 
Добавление и удаление команд) əmri  icra olunduqda açılan dialoq pəncərəsi yeni düymələrin 
panellər  üzərinə  əlavə  edilməsi  və  ya  onların  ləğv  olunmasına  imkan  verir.Yəni  əmrlər  paneli 
üzərindəki düymələri dəyişmək olar.    

 
 
57 
Açılmış  dialoq  pəncərəsində  iki  siyahı  əks  olunur.  Solda  ümumiyyətlə  bütün 
düymələrin siyahısı yerləşir. Sağ sütunda isə panel üzərində əks olunan cari düymələr siyahısı əks 
olunur.  Odur  ki,  soldakı  siyahıdan  hər  hansı  düyməni  sağdakı  siyahıya  əlavə  etməklə  həmin 
düyməni əmrlər paneli üzərində yerləşdirmiş oluruq.  
Beləliklə,  əmrlər  paneli  üzərinə  yeni  düymə  əlavə  etmək  üçün  soldakı  siyahıdan  həmin 
düymə  seçilir  və  Add  (Əlavə  etmək-Добавить)  düyməsi  basılır.  Həmçinin,  əmrlər  paneli 
üzərindəki hər hansı düyməni ləğv etmək üçün sağdakı siyahıdan həmin düymə seçilir və bundan 
sonra  Remove  (Ləğv  etmək  -  Удалить)  düyməsi  basılır.  Düymələrin  panel  üzərində  yerləşmə 
ardıcıllığını    dəyişmək  üçün  sağdakı  siyahıdan  həmin  düymə  seçilir  və 
Move  Up  (Yuxarı  – 
Вверх) və ya Move Down (Aşağı – Вниз)
 düyməsi basılır. Bu halda həmin düymə panel üzərində 
öz yerini sola və ya sağa dəyişir. Bütün bunlarla yanaşı əmrlər paneli üzərində standart hal üçün 
yerləşən  düymələri  bərpa  etmək  olar.    Bunun  üçün  sadəcə  olaraq  Reset  (Əvvəlki  vəziyyətə 
qaytarmaq - Сброс) düyməsi basılır. 
            İnternet  Explorer  proqramı  pəncərəsində  -  Command  Bar  (Əmrlər  paneli)  əmrlər 
panelinin solunda əlavələr (əlavə veb-səhifələr) paneli yerləşir. 
Əlavə 
Veb-
səhifələr (Əlavələr). Bütün müasir 
internet 
brauzerlərində  eyni  bir  pəncərədə 
bir neçə veb-səhifənin 
açılıb  oxunması  üçün  xüsusi 
vasitədən  -  əlavələr 
xidmətindən  istifadə  edilir.  O 
cümlədən, 
İnternet 
Explorer  8  proqramı  brauzerin  bir 
pəncərəsində  bir  neçə  veb-səhifənin  açılmasına  imkan  verir.  Yəni  artıq  yeni  veb-səhifənin 
açılması  üçün  yeni  brauzer  pəncərəsi  açmağa  ehtiyac  yoxdur.  Belə  ki,  İnternet  Explorer  8 
proqramının eyni bir pəncərəsində əsas səhifədən (Home Page) sonra II, III, IV və s. əlavə veb-
səhifələr  açmaq  olar.  Bu  halda  əsas  səhifədən  sonra  açılan  əlavə  səhifələrin  adları  (linklər
əlavələr  paneli  üzərində  ardıcıl  əks  olunur.  Bu  bir  növ  icra  olunan  proqramların  müvafiq 
işarələrinin  tapşırıqlar  paneli  üzərində  ardıcıl  əks  olunmasına  bənzəyir.  Bu  isə  açılmış  veb-
səhifələrin birindən digərinə keçidləri çox sürətləndirir.  
       
Bir  pəncərədə  bir  neçə  veb-səhifənin  açılması  ilə  yanaşı,  həm  də  onların  adları    əlavələr 
paneli üzərində qruplaşdırılaraq yerləşir. Yəni müxtəlif brauzer proqramları pəncərəsində açılmış 
veb-səhifələr  fərqli  qruplarda  yerləşdirilir.  Həm  də  cari  brauzer  proqramı  pəncərəsində  açılan 
bütün veb-səhifələrin adları  həmin pəncərə ilə eyni rəngdə əks olunur.  
 
Yeni əlavə səhifə açmaq üçün əlavələr panelinin axırında yerləşən düymədən - 
 istifadə 
etmək olar. Bu düymə basıldıqda yeni boş səhifə əlavəsi açılır. Bundan sonra ünvanlar sətrindən 
zəruri  ünvan  və  ya  axtarış  sətrindən  müəyyən  sorğu  daxil  edərək  həmin  boş  səhifədə  müvafiq 
veb-səhifəni açmaq olar.   
 İnternetdə iş
 
 
  
İnternetdə  informasiya  axtarışı.
   
Adətən  hər  bir  istifadəçi  internetə  daxil  olarkən  onu 
maraqlandıran mövzu ilə bağlı material tapmaq üçün axtarış funksiyasından istifadə edir. İnternet 
Explorer 8 proqramında əvvəlki versiyalardan fərqli olaraq xüsusi axtarış sətrinin tətbiq edilməsi 
axtarış  əməliyyatını  xeyli  asanlaşdırır.  Belə  ki,  brauzer  pəncərəsinin  axtarış  sətrindən  müəyyən 
sorğunun  ilk  hərfləri  daxil  edilən  kimi  axtarış  üçün  uyğun  ola  biləcək  sorğular  siyahısı  ekrana 
çıxır  .  Odur  ki,  bu  siyahıdan  zəruri  (sorğuya  uyğun)  olan  elementi  (əlaqəni)  seçdikdə  axtarılan  
veb-səhifə açılır.  
İnternet  Explorer  8  proqramında  axtarış  əməliyyatı  üçün  yeni  axtarış  serverindən  - 
Microsoft  bing.com  serverindən  istifadə  edilir.  Bununla  yanaşı  internet  istifadəçilərinin 
əksəriyyəti  geniş  yayılmış 
www.google.com
, 
www.yandex
.ru    və  ya  rambler.ru  axtarış 
serverlərindən  istifadə  edirlər.  Ona  görə  də  axtarış  sətri  üçün  bunlardan  istənilən  birini  seçmək 
Şək. 11.7. Əlavələr paneli.  
  Əlavə səhifələr açılmamışdır 

 
 
58 
olar. Bunun üçün axtarış sətrinin sağında  yerləşən kiçik ox işarəsi   üzərində   mausun   sol   
düyməsi   basılır  və  açılan  
Siyahıdan  Find More Providers (Başqa xidmət axtar - Найти другую службу) əmri seçilir. 
Bu halda axtarış serverlərinin siyahısı əks olunan pəncərə açılır. Buradan zəruri  server seçilir və 
açılan  pəncərədə  Add  to  Internet  Explorer  (İnternet  Explorer-ə  əlavə  et  -  Добавить  в 
Internet Explorer) düyməsi üzərində mausun sol düyməsi basılır.   
  Həmçinin  Manage  Search  Providers  (Axtarış  serverinin  idarə  olunması-Управление 
поставщиками  поиска)  əmrinin  köməyilə  açılan  pəncərədən  ən  çox  istifadə  edilən  axtarış 
serverini seçmək və onu susmaya görə istifadə olunan axtarış serveri kimi təyin etmək olar.  
Veb-səhifələrə  keçidlər.  Adətən  internet  istifadəçiləri  cürbəcür  veb-səhifələrdən  istifadə 
edirlər və hər bir veb-səhifədə başqa veb-səhifələrə keçidlər üçün nəzərdə tutulmuş çoxlu sayda 
hiperəlaqələr ola bilir. Bu hiperəlaqələr mətn formasında (onların rəngi əsas mətndən fərqlənir və 
altından xətt çəkilmiş olur) və ya  qrafiki işarələr şəklində olurlar.  
Beləliklə, hər hansı bir veb-səhifədən başqasına keçmək üçün həmin veb-səhifə üzərində 
zəruri heperəlaqəni tapmaq və onun üzərində sol düyməni basmaq kifayətdir.  
Cari  iş  seansında  açılmış  veb-səhifələrə  keçmək  üçün  Back  (Geri)  və  Forward  (İrəli) 
düymələrindən  istifadə  edilir.  Bu  düymələr  basıldıqca  əvvəllər  açılmış  veb-səhifələrə  ardıcıl 
olaraq  yenidən  baxmaq  olar.  Birbaşa  lazım  olan  səhifəyə  keçmək  üçün  isə  Forward  (İrəli) 
düyməsindən  sağda  yerləşən  kiçik  ox  işarəsi  üzərində  mausun  sol  düyməsi  basılır  və  açılan 
siyahıdan zəruri səhifə seçilir.  
Ünvanı həm də ünvanlar sətrində açılan siyahıdan daxil etmək olar.   
Veb-səhifənin açılması üçün həm də Fayl menyusunun Open (Açmaq) əmrindən istifadə 
etmək  olar.  Yəni    Open  (Açmaq)  əmri  icra  olunduqda  eyni  adlı  dialoq  pəncərəsi  açılr.    Bu 
pəncərədə  Open  (Açmaq)  sətrindən  zəruri  ünvan  daxil  edilir  və  OK  düyməsi  basılır.  Nəticədə 
nəzərdə tutulan veb-səhifənin məzmunu İnternet Explorer pəncərəsində əks olunur. 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin