Sahələrin xüsusiyyətləri:
- hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu
orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
- hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik
ola bilməz.
- hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin
sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza
verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni
imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki
kimi müxtəlif adlarla saxlanılacaqdır.
Sahələrin tipləri.
125
- mətn sahələr mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn
sahənin bir məhdudiyyəti var, onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan
verilən 256 simvoldan artıq ola bilməz.
- ədədi sahələr rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir.
Ədədi sahələr müxtəlif olurlar-tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq
ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də
onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
- tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
- xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği
saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla
işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks
etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla
incə rəftar edə bilir.
- müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini,
videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt
sahəsi adlanır.
- əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən
istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil,
başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
- ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər,
ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır.
Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
Sadə verilənlər bazası. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə
etmədən də yaratmaq olar.
Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya
belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə
sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu
informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.
126
8.3.Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS),
onların funksiyaları və növləri.
VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya
mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu.
Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram
vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması
və istifadəsi ilə bağlı bütün işləri idarə edir.
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının
səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi
səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə yetirilməsində
verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır.
Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurğularında verilənlər
bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların
işlənməsini təmin edən universal proqram vasitəsidir.
Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından çoxməqsədli qaydada
istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş dialoq
vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının
idarəetmə sistemini son istifadəçi üçün ən əlverişli vasitəyə çevirir.
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə
olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı
veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər.
Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və
relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları
birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir
məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan
atributlar sayı ilə müəyyən olunur.
127
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar.
Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik
olması ilə əlaqədardır.
VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və
istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb)
tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin
istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu
sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə
etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu
sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur.
Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına
və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük
olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-
Base Server.
4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü
VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya
görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır.
Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar
sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə
sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi
işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni
yerinə yetirir.
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə
verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir.
Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki
eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.
128
Aşağıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində
“Əməkdaşlar haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı
tamamlayan cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.
Əməkdaşlar haqqında məlumat cədvəli Cədvəl 1.
№
kod
Soyadı
adı
Atanın adı Doğulduğu
tarix
Ailə
vəziyyəti
Xaricdə olması
001
Ağayeva
Gülnar
Fikrət
01.02.71
ailəli
olub
002
Bayramov
Nicat
Həmid
05.04.75
ailəli
olub
003
Məmmədov
Anar
Hüseyn
20.12.78
subay
olmayıb
…
…..
…
…
….
…
…
Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl Cədvəl 2
Əməkdaş
ın kodu
Soyadı
adı
Atanın
adı
Doğulduğu
tarix
Qohumluq
əlaqəsi
Məşğuliyyəti
001
Ağayev
Nadir
Camal
03.04.66
həyat yoldaşı
mühəndis
001
Ağayev
Nicat
Nadir
05.04.95
oğlu
şagird
001
Ağayev
Lalə
Nadir
20.12.97
qızı
şagird
002
…
Bayramova
…
Vüsalə
…
Yusif
…
15.06.79
…
həyat yoldaşı
müəllimə
…
Əməkdaşın xaricdə olması barədə cədvəl Cədvəl 3.
Əməkdaşın
kodu
Ölkələr
tarix
Məqsəd
Hesabat
001
Almaniya
03.04.90
Səyahət
-
001
Fransa
05.04.95
ezamiyyət
+
001
Türkiyə
20.12.97
ezamiyyət
+
002
…
Türkiyə
…
15.06.99
…
səyahət
-
Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən modelə və
verilənlərin quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən çoxsaylı
istifadəçilər üçün zəruri məlumatlar olur. Verilənlər bazasını idarəetmə sistemi bir sıra
xassələrə malikdir:
- modelin müxtəlif obyektlərində verilənlərin təkrarlanması;
- verilənlərin bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;
- verilənlərin uyğunluğu və birinin digərini inkar etməməsi;
129
- verilənlər bazasının tamlığı və bütövlüyü;
- verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;
- verilənlər bazasında verilənlərin ixtiyari seçilməsi;
- verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;
- qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya
istifadəçilər səhv etdikdə belə verilənlərin mühafizəsi və bərpasının mümkünlüyü və s.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin
seçilməsi bir sıra amillərlə bağlıdır:
- mövcud texniki və baza proqram təminatı, onların konfiqurasiyası, əməli və disk
yaddaşı;
- istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;
- verilənlər modelinin növü;
- predmet sahəsinin xüsusiyyətləri;
- informasiya məntiqi modelinin quruluşu;
- verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;
- istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində
verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.
Verilənlər bazasının idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində
göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər
bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər bazasının
yaradılması həyata keçirilir.
8.4. Microsoft Access proqramının təyinatı
.
Microsoft Access verilənlər bazalarının yaradılması və idarə edilməsi üçün
nəzərdə tutulmuş bir proqramdır. O, müxtəlif növ informasiyanı toplamağa və
sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil
etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa
imkan verir.
130
Microsoft Access-i işə salmaq üçün mausun oxunu Start düyməsinin
üstünə gətirib sol düyməni sıxın. Açılan menyuda Programs sətirini, sonra isə Microsoft
Access sətirini seçin və mausun sol düyməsini sıxın.
Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft
Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər
bazasının adı yazılır. Başlığın altında tablardan ibarət Lent (Ribbon), bu sətrin altında isə
alətlər lövhələri yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, Lent tablarının
müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.
Access 2010-da verilənləri emal etmək üçün SQL strukturlaşdırılmış sorğular
dilindən istifadə edilir. SQL-dan istifadə etməklə konkret məsələni həll etmək üçün bir və
ya bir neçə cədvəldən lazım olan informasiyanı seçmək olar. Access verilənlərin emalı
məsələsini kifayət qədər sadələşdirir.
Microsoft Office-in digər proqramlarından fərqli olaraq Access 2010
proqramı yükləndikdə ekranda heç bir yeni sənəd pəncərəsi açılmır. Odur ki, yeni
verilənlər bazasının yaradılması məqsədi ilə proqram yükləndikdə File tabının New (Yeni)
kateqoriyası aktivləşir və istifadəçidən yeni baza faylının yaradılması və ya yaddaşda
mövcud olan Access proqramının fayllarının açılması gözlənilir.
Access 2010 verilənlər bazasında susmaya görə yeni faylın adı Database1
kimi qəbul olunur.
Access 2010 proqram pəncərəsinin sol kənarında proqram obyektləri əks
olunur. Buradakı All Access Objects (Bütün Access Obyektləri) düyməsini klikləmələ
açılmış siyahıdan obyektlərin tipinə, dəyişiklik və yaranma tarixinə görə, cədvəl və
əlaqələndirmə görünüşlərinə görə göstərilməsini təmin edir. Bu siyahıda obyektlərin
süzgəcə görə də görünməsini tənzimləmək olar.
Access proqram pəncərəsinin aşağı hissəsində göstərilən Status Bar
(Vəziyyət sətri) panelin sağ kənarında bazanın görünüş rejimləri əks olunur.
Access 2010 proqram pəncərəsində istifadəçi interfeysi Ribbon (Lent) tətbiq
olunmuşdur.
Lentin tabları Main Tabs (Əsas tablar) və Tool Bars (Alət tabları) olmaqla 2
hissəyə ayrılır. Əsas tablara Home (Ev), Create (Yarat), External Data (Xarici
Verilənlər) və Database Tools (Verilənlər bazası ilə iş), seçilmiş obyektdən asılı olaraq
131
sonradan yaranan kontekst (alət) tablarına isə Design (Tərtiat), Arrange (Nizamla),
Format (Format), Fields (Sahələr), Table (Cədvəl) və s. aid edilir.
Lent interfeysdəki tabların hər birində onun adına uyğun qəbul edilmiş xüsusi
düymələr (əmrlər) qrupu yerləşir.
Verilənlərlə iş zamanı tez-tez rast gələn əməliyyatların yerinə yetirilməsinə
xidmət edən və düymələr Ribbon (Lent) interfeysinin Home (Ev) tabındakı lent
qruplarında yeləşdirilmişdir.
View (Görünüş)- bazanın obyektlərinin görünüş rejimini dəyişdirir.
Clipboard (Mübadilə Buferi)- mübadilə buferi ilə işi təmin edir.
Sort and Filter (Sıralama və Süzgəc)- cədvəldə, sorğuda və formada
verilənlərin sıralanması və süzgəcdən keçirilməsi əməliyyatlarını həyata keçirir.
Records (Yazılar)- yazıların təzələnməsi, yaradılması, saxlanılması,
silinməsi və s. yazılarla əməliyyatların icrasını təmin edir.
Find (Tap)- verilənlərin axtarışı, əvəzlənməsi və verilənlərlə keçid
əməliyyatlarını icra edir.
Text Formatting (Mətn Formatlaşdırılması)- verilənlərin mətn
formatını dəyişir.
Cədvəllərin, sorğuların, formaların, hesabatların, makroslar və modulların
müxtəlif rejimlərdə fərqli üsullarla yaradılmaını təmin edən əmr və düymələr lentin
Create (Yarat) tabında yerləşdirilmişdir.
Müxtəlif proqramların verilənlərin bazaya idxalı və bazadan verilənlərin
müxtəlif proqramlara ixracı əməliyyatlarının həyata keçirilməsini MS Access proqramında
lentin External Data (Xarici Verilənlər) qrupunun elementləri həyata keçirir.
Verilənlər bazasında emal xarakterli əməliyyatlarının yerinə yetirilməsi üçün
nəzərdə tutulmuş əmrlər lentin Database Tools (Verilənlər bazası ilə iş) tabının elementləri
sayılır.
Verilənlərin tipləri
Sahələr- verilənlər bazasında obyektin və ya prosesin bir parametrinin
qiymətinin saxlanılması üçün ən sadə elementdir.
Sahədə verilənlər müxtəlif tiplərlə xarakterizə olunur.
132
Verilənlərin tipləri. Sahədə mövcud olan verilənlər əsasən 9 tipə təsvir
edilir: Text (Mətn), Number (Ədədi), Memo (Xidməti yazı), Currency (Pul),
Autonumber (Sayğac), Yes/No (Məntiqi), Data/Time (Tarix/Vaxt), Hyperlink
(Hiperəlaqə), OLE (OLE obyekt sahəsi).
Yeni faylın yaradılması. Verilənlər bazasının əsas obyekti cədvəl olduğu üçün
onun yaradılması və sazlanmasına xüsusi diqqət yetirmək lazımdır. Cədvəllərdə təkcə
lazımi sahələrin verilməsi, onların tiplərinin və açarların göstərilməsi deyil, həmçinin
sahələrin baza ilə işləmək üçün çox lazımlı ola biləcək xüsusiyyətlərinin düxgün verilməsi
də əhəmiyyətlidir.
Access 2010 cədvəlinin əsas xarakteristikaları:
Cədvəlin adının uzunluğu 64 simvoldan çox ola bilməz;
Cədvəldə 255-ə qədər sahə ola bilər;
MEMO sahələrindən və OLE obyektlərindən başqa biryazıda 4000-ə
qədər simvol ola bilər;
Eyni zamanda bazada 2048-ə qədər cədvəl açmaq olar;
Bazada cədvəlin ölçüsü 2 Giqabayta qədər ola bilər.
Access 2010 proqramında cədvəlin yaradılmasının aşağıdakı üsuları vardır:
Verilənlərin daxil edilməsi ilə yeni cədvəlin yaradılması;
Şablondan istifadə etməklə yeni cədvəlin yaradılması;
SharePoint siyahısından cədvəli bazaya idxalı və ya birləşdirilməsi;
Cədvəl tərtibatının köməyi ilə yeni cədvəlin yaradılması.
8.5. Access 2010-un obyektləri.
VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in
obyektləri bunlardır:
1. Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu
cədvəllərdə saxlanılırlar.
2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların
köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
133
Sorğular verilənlər bazasından tələb olunan informasiyanın əldə olunmasını
və bazanın dəyişdirilməsini təmin edir. Soğular öz növbəsində digər sorğunun , formanın
və hesabatın informasiya mənbəyi ola bilər.MS Access-də sorğuların yaradılması üçün
usta,konstruktor- qrafiki QBE,SQL rejimləri nəzərdə tutulmuşdur.Aşağıdakı sorğu
növlərini yaratmaq mümkündür.
1.Seçim
2.Dəyişdirici
3.Parametrik
4.Kəsişən
5.SQL sorğuları
3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə
imkan verən obyektdir.
Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə olub,təyinatından asılı
olaraq База данных informasiyanın rahat daxil olmasını ,redaktəsini ,informasiyanın
vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir
Formalar cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər.
1.Forma bir deyil , bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini
və informasiya daxil olmasını təmin edə bilər.
2.İdarəetmə elementlərinin , informasiyanın tam şəkildə görünüşü üçün,rahat
daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir.
3.Bir sıra informasiyaların OLE- obyektlərin , o cümlədən şəkillər,video və
animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.
4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə
printerə və ya ekrana çıxarılır.
Hesabatlar verilənlər bazasındakı informasiya əsasında yaradılmış və çap üçün
nəzərdə tutulmuş sənədlərdir. Yeni Hesabat yaratmaq üçün ilk növbədə База данных
pəncərəsinin Hesabatlar bölməsinin Создать düyməsini sıx База данных pəncərəsinin
Forma bölməsinin Создать düyməsini sıxmaq,açılan pəncərədə hesabat yaradılması
rejimlərindən birini və informasiya mənbəyini seçib OK düyməsini sıxmaq lazımdır.Yeni
hesabatın yaradılması üçün aşağıdakı rejimlər nəzərdə tutulmuşdur.
134
Конструктор
Мастер отчета
Автоотчет :ленточный
Автоотчет: в столбец
Почтовые наклейки
Мастер диаграмм
5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan
hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və
onu klavişin bir düyməsinə mənimsədirlər.
6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-
də olan informasiyanı ifadə edirlər.
1. Sahələrin xüsusiyyətləri
Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu
orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyni adlı sahəyə
malik ola bilməz.
Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də
həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma
imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən
eyni imza vermək olar. Bu kompyuterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr
əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
1. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı
olaraq müxtəlif xüsusiyyətli olurlar.
Mətn sahələr - mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn
sahənin bir məhdudiyyəti var - orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət
edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq
ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm
də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
135
Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə
olunur.
Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun
məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində
onlarla işləmək daha münasibdir.
Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini,
videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt
sahəsi adlanır.
Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO
sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər
sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici
qoyulur.
Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə
bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu
oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
Dostları ilə paylaş: |