MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ


Veb-səhifələrin  saxlanması



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
YourFileName


Veb-səhifələrin  saxlanması.  İnternetdən  tapılmış  hər  hansı  veb-səhifəni  sonralar  istifadə 
etmək  məqsədilə  bərk  diskdə  saxlamaq  olar.  Bunun  üçün  brauzer  pəncərəsində  əmrlər  paneli 
üzərində  yerləşən Page (Səhifə - Страница) düyməsi basılır (və ya File menyusunun Save As 
əmri  icra  olunur)  və  açılan  siyahıdan  Save  As  (Necə  saxlamaq-Сохранить  как)  əmri  seçilir. 
Bunun  ardınca  açılan  pəncərədə  faylın  saxlanması  üçün  qovluq  müəyyən  edilir,  zəruri  olarsa 
faylın adı dəyişdirilir,  faylın tipi Webpage (Veb səhifə - Сохранение веб страницы) seçilir  
və sonda Save (Saxlamaq – Сохранить) düyməsi basılır.  
 
    Veb  səhifələrin  çapı.  İnternet  Explorer  8  brauzeri  veb-səhifələrin  bütünlüklə  ekranda  əks 
olunduğu kimi və eləcə də onun ayrı-ayrı elementlərinin seçilərək çap olunmasına imkan verir.  
Veb-səhifələrin çapına başlamazdan əvvəl onun çap olunacaq səhifədəki görünüşünə nəzər 
yetirmək vacibdir. Bunun üçün brauzer pəncərəsində əmrlər paneli üzərində yerləşən Print (Çap 
– 
Печать) 
düyməsinin 
sağındakı  kiçik  ox  üzərində 
mausun  sol  düyməsi  basılır  və 
açılan  əmrlər  siyahısından  (şəkil 
11.16)  Print  Preview  (Çapdan 
əvvəlki görünüş) əmri (və ya File 
menyusundan  Print  Preview 
əmri)  seçilir.  Bu  halda  açılan 
pəncərədə 
veb-sənədin 
görünüşünə  sətirbəsətir  baxmaq 
və görünüş qaneedici olmadıqda 
miqyası,  kağızın  orientasiyasını 
və  s.  parametrləri  dəyişmək 
olar.  Bu  məqsədlə  Page  Setup 
(Səhifə 
parametrləri) 
əmrindən  istifadə  edilir  (şəkil 
11.16).  
Səhifə  parametrləri  təyin  edildikdən  sonra  Veb-səhifəni  çap  etmək  üçün  brauzer 
pəncərəsində əmrlər paneli üzərində yerləşən Print (Çap – Печать)  düyməsi basılır (və ya File 
menyusunun Print əmri seçilir).  
Şək. 11.16. Veb-səhifənin 
səhifə və çap 
parametrlərinin sazlanma 
əmrləri 

 
 
59 
Veb-səhifədə  əks  olunmuş  hər  hansı  şəkili  çap  etmək  üçün  həmin  şəkilin  kontekst 
menyusundan Print Picture (Şəkilin çapı) əmri seçilir. 
 
 
Veb-kanallar.  İnternet  şəbəkəsində  veb-saytların  əksəriyyəti  mütəmadi  olaraq  yenilənir. 
Odur  ki,  istifadəçilər  son  yeniliklərə  baxmaq  üçün  həmişə  müvafiq  veb-saytları  açır  və  onların 
məzmunu  ilə  tanış  olurlar.  Göründüyü  kimi  vaxtlı-vaxtında  müxtəlif  sahələrə  aid  yeniliklərlə 
tanış olmaq  üçün  müxtəlif  saytlara  daxil olmaq lazım gəlir. Lakin bu üsul o qədər  də  əlverişli 
sayılmır. Yenilikləri izləmək üçün daha rahat və əlverişli üsul veb-kanallardan istifadə etməkdir. 
Belə ki, İnternet Explorer 8 proqramı RSS (Really  Simple Syndication – verilənlərin effektli 
yayılması) texnologiyasına əsaslanan veb-kanallardan istifadə etməyə imkan verir.  
  Faylların  internetdən  yüklənməsi.  Faylın  yüklənməsi  onun  İnternetdən  götürülərək 
kompüterə yerləşdirilməsi deməkdir. İstifadəçilər veb-səhifələrə baxmaq və müxtəlif sahələrə aid 
informasiya  axtarmaqla  yanaşı,  həm  də  internetdən  müxtəlif  tip  faylları  (proqramlar,  mətn 
sənədləri,  musiqi,  video  və  s.)  öz  kompüterlərinə  yükləyirlər.  Bu  məqsədlər    üçün  İnternet 
şəbəkəsində  külli  miqdarda  saytlar  var.  İnternetdən  hər  hansı  faylı  yükləmək  (götürmək)  üçün 
müvafiq  link  (hiperəlaqə)  üzərində  mausun  sol  düyməsi  basılır.  Bu  zaman  müvafiq  dialoq 
pəncərəsi ekrana çıxır. Bu pəncərədən istifadə edərək faylı birbaşa İnternetdən açmaq və ya diskə 
yazmaq olar.  Əksər  hallarda  faylı əvvəlcə  saxlamaq  və  sonra  açmağa  üstünlük verilir.  Odur ki, 
Save (Saxlamaq - Сохранить) düyməsi basılır və açılan pəncərədə faylın  yerləşdirilməsi üçün 
qovluq  seçilir,  nəhayət,  növbəti  Save  (Saxlamaq)  düyməsi  basılır.  Bundan  sonra  yükləmənin 
başa çatmasını gözləmək lazımdır.  
 
 İnternet Explorer proqramında  sazlama işləri  
 
Internet  Options  (Internet  Xüsusiyyətləri)  dialoq  pəncərəsi.  İnternet  Explorer 
proqramında sazlama əməliyyatları aparmaq üçün İnternet Options (İnternet Xüsusiyyətləri – 
Свойства  обозревателя)  pəncərəsindən  istifadə  edilir.  Bu  pəncərə  Tools  (Xidmətlər  – 
Сервис) menyusunun Internet Options (İnternet Xüsusiyyətləri) əmri ilə açılır. 
Bu  pəncərədə  General  (Ümumi-
 
Общие),  Security  (Təhlükəsizlik  –
 
Безопасность), 
Privacy  (Məxfilik  –  Конфиденциальность),  Content  (Məzmun  –  Содержание), 
Connections  (Qoşulmalar  –  Подключения),  Programs  (Proqramlar  –  Программы), 
Advanced (Əlavələr –Дополнительно) əlavələri açıla bilər. Bu əlavələr vasitəsilə bəzi sazlama 
işlərinə baxaq.  
    
Internet Explorer proqramının ümumi parametrlərinin sazlanması üçün General (Ümumi -
 
Общие)  pəncərə  əlavəsindən  istifadə.  Bu  pəncərə  əlavəsinin  Home  page  (Ev  səhifəsi) 
bölməsində brauzer proqramı hər dəfə icra olunarkən susmaya görə açılan səhifə, yəni əsas səhifə 
Ev səhifəsi təyin edilir. Alətlər paneli üzərindəki Home (Evə) düyməsi basıldıqda məhz həmin 
səhifə açılır. Həmçinin pəncərənin Home page (Ev səhifəsi) hissəsində səhifənin ünvanını daxil 
etmək üçün müvafiq sətir və Use current (Cari –Текущая),  Use default (İlkin-Исходная) və 
Use  blank  (Boş-Пустая)  düymələri  yerləşir.    Use  current  (Cari  –  Текущая)  düyməsi 
basıldıqda  brauzer  pəncərəsində  cari  anda  açıq  olan  bütün  veb-səhifə  əlavələrinin  ünvanları 
həmin sətirdə görünür, Use default (İlkin-Исходная) düyməsi basıldıqda Microsoft səhifəsi Ev 
səhifəsi kimi təyin edilir, Use blank (Boş-Пустая) düyməsi basıldıqda isə boş səhifə Ev səhifəsi 
olaraq təyin edilir.   
Ev səhifəsinin sazlanması. İnternet İstifadəçisi həmişə eyni bir səhifə ilə işə başlayırsa, o 
halda    həmin  səhifəni  Home  Page  (Ev  səhifəsi)  kimi  quraşdıra  bilər.  Bununla  yanaşı  İnternet 
Explorer  8  proqramı  müəyyən  səhifələr  qrupundan  da  ev  səhifəsi  kimi  istifadə  etməyə  imkan 
verir. Bu halda proqramlar icra olunarkən həmin səhifələr ayrı-ayrı əlavələrdə açılır. Beləliklə, ev 
səhifəsi və ya ev səhifələri qrupu quraşdırmaq üçün zəruri veb-səhifə və ya səhifələr qrupu açılır. 
Bundan  sonra  əmrlər  paneli  üzərində  Home  (Evə-Домой)  düyməsinin  sağındakı  ox  işarəsi 

 
 
60 
üzərində  mausun sol düyməsi basılır  və açılan pəncərədə  Add or  Change Home Page (Ev 
səhifəsinin  əlavə  edilməsi  və  ya  dəyişdirilməsi  -  Добавление  или  изменение  домашней 
страницы)  əmri  seçilir.    Əgər  bir  neçə  səhifə  açılmışdırsa,  o  zaman  aşağıdakı    pəncərədə    ev 
səhifəsinin quraşdırılması üçün üç variant əks olunur və bunlardan biri seçilməlidir (tək bir səhifə 
açıldıqda isə həmin pəncərədə  yalnız birinci iki variant əks olunur): 
1.  Use  this  webpage  as  your  only  home  page  (Yeganə  Ev  səhifəsi  kimi  istifadə  edilsin  – 
Использовать  как  единственную  домашнюю  страницу).  Bu  variantda  cari  səhifə  Ev 
səhifəsi kimi təyin edilir və bütün əvvəlki Ev səhifələri ləğv olunur.  
2.  Add this webpage to your home page tabs  (Bu səhifə Ev səhifəsinə əlavə kimi istifadə 
edilsin – Добавить эту страницу как вкладку домашней страницы). Bu halda cari səhifə 
mövcud Ev səhifələri siyahısına əlavə edilir.  
3.  Use  the  current  tab  set  as  your  home  page  (Səhifə  əlavələri  qrupu  Ev  səhifəsi  kimi 
istifadə edilsin – Использовать текущий набор вкладок как домашнюю страницу). Bu 
variant seçildikdə açıq səhifə əlavələrinə uyğun olaraq yeni Ev səhifələri qrupu yaradılır.  
Müvəqqəti  fayllar  və  Jurnalın  sazlanması.  Adətən  veb-səhifələr  açılarkən  İnternet 
Explorer  proqramı  onların  məzmununu  müvəqqəti  fayllarda  saxlayır.  Bu  isə  onlara  təkrar 
baxarkən yüklənməni sürətləndirir. Müvəqqəti faylların ləğv edilməsi üçün Delete (Ləğv etmək) 
düyməsi basılır. Bu halda açılan pəncərədə  müxtəlif tip müvəqqəti faylları və ya onların hamısını 
ləğv etmək olar.   
Müvəqqəti  faylların  və  Jurnalın  sazlanması  üçün  General  (Ümumi-
 
Общие),  pəncərə 
əlavəsinin  Browsing  history  (Jurnala  baxış)  bölməsində  Settings  (Parametrlər)  düyməsi 
basılır  və  bu  halda  açılan  eyni  adlı  pəncərədən    istifadə  edilir.  Yəni  saxlanılan  veb-səhifələrin 
yenilənməsinin  yoxlanılması  üçün  həmin  pəncərədə  müvafiq  parametri  seçmək  olar.  Eləcə  də 
müvəqqəti  fayllar  üçün  nəzərdə  tutulan  disk  oblastının    maksimum  həcmini  dəyişmək  olar. 
Həmçinin baxılmış veb-səhifələrin Jurnalda neçə gün qalacağını müəyyən etmək olar. 
Veb-səhifə  əlavələrilə  işin  sazlanması  üçün  General  (Ümumi  -
 
Общие),  pəncərə 
əlavəsinin    Tabs  (Əlavələr)  bölməsindən  istifadə  edilir.    Belə  ki,  Settings  (Parametrlər) 
düyməsilə açılan pəncərədə əks olunan xüsusi rejimlərin seçilməsilə baruzer pəncərəsində açılan 
əlavələrin (veb-səhifə əlavələrinin) idarə olunması təmin edilir.   
 
General  (Ümumi  -
 
Общие)  pəncərə  əlavəsinin  aşağı  hissəsində  yerləşən  düymələr 
İnternetin  rəngli  tərtibatını,  şriftləri,    informasiyanın  veb-səhifədə  əks  olunma  dili,  həmçinin  
xarici görünüşü təyin edən digər parametrləri təyin etməyə imkan verir.  
 
Veb  -  səhifədə  rənglər.  General  (Ümumi)  pəncərə  əlavəsinin    aşağısında  Colors 
(Rənglər-Цвета) düyməsi basıldıqda eyni adlı pəncərə açılır. 
Bu  pəncərənin  elementləri  mətnin  rəngini  və  veb-səhifənin  fon  rəngini  dəyişməyə  imkan  verir.  
Mətnin  rəngini,  həmçinin  veb-səhifənin  fon  rəngini  dəyişmək  üçün    müvafiq  yazının  sağındakı 
düymələr  basılır.  Nəticədə  rənglər  palitrasının  bazası  əks  olunmuş  Color  (Rəng  –Цвет) 
pəncərəsi  açılır.  Buradan  maus  vasitəsilə  zəruri  rəng  seçilir  və  OK  düyməsi  basılır.  Baxılan 
pəncərədə    Use  Windows  colors  (Windows-dakı  rənglərdən  istifadə  et  -Использовать 
цвета,  установленные  в  Windows)  rejimi  seçildikdə  rəngli  düymələr  aktiv  olmur.    Yəni  bu 
halda  veb-səhifələrin  mətni  və  fonunun  rənginin  əks  olunmasında    Windows-da  quraşdırılmış 
standart variantdan istifadə edilir.  
 
Use  hover  color  (Üzərinə  gələrkən  rəngini  dəyiş  –Изменять  цвет  при  наведении) 
rejimi seçildikdə mausun göstəricisi əlaqə üzərinə gələrkən əks olunan rəngi dəyişmək olar.  
Şriftlərin sazlanması. General (Ümumi) pəncərə əlavəsinin aşağısında Fonts (Şriftlər-
Шрифты) düyməsi basıldıqda eyni adlı dialoq pəncərəsi açılır. 
Bu pəncərənin  yuxarı hissəsində Language script (İşarələr yığımı - Набор значков) sətrində 
kompüterdə quraşdırılmış şriftləri əks etdirən siyahı yerləşir. Bu sətirdən aşağıdakı sütunlarda isə 

 
 
61 
veb-səhifənin  məzmununu  əks  etdirən  şriftlərin  quraşdırılmasına  imkan  verən  siyahılar  əks 
olunur: 
1.  Webpage  font  (Veb-səhifə  üzərindəki  şrift  -  Шрифт  на  веб-странице)  – 
formatlaşdırılmış mətnin veb-səhifədə əks olunmasında  şrift seçimi üçün istifadə edilir
2.  Plain  text  font  (Adi  mətn  şrifti  -  Шрифт  обычного  текста)  -  formatlaşdırılmamış 
mətnin veb-səhifədə əks olunmasında şrift seçimi üçün istifadə edilir. 
Dil seçimi. General (Ümumi) pəncərə əlavəsinin aşağısında yerləşən Languages (Dillər-
Языки) düyməsi basıldıqda Language Preference (Dilin seçilməsi - Выбор языка) pəncərəsi 
açılır. 
Bu  pəncərə  veb-səhifənin  mətninin    əks  olunmasını  təmin  edən  dillər  siyahısını  təyin  etməyə 
imkan verir. Məsələ burasındadır ki, bəzi veb-saytların müxtəlif dilli versiyaları olur ki,  oxunma 
zamanı  onların  brauzer  tərəfindən  tanınması  üçün  müxtəlif  milli  əlifbaların  şriftlərinin 
quraşdırılması vacibdir.  
Bunun üçün açılmış pəncərədə Add (Əlavə et – Добавить) düyməsi basılır və bu zaman açılan 
siyahıdan zəruri dillər seçilir.  
 
4.3.  Lokal  şəbəkələrin  topologiyaları.  Lokal  şəbəkədə  istifadə  olunan 
qurğular. Qlobal kompüter şəbəkəsi. 
  
Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və uyğun protokolları vardır. 
Lokal kompüter şəbəkələrinin topologiyası 
Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir 
bina,  bir  müəssisə  və  s.  daxilində)  qurulan  şəbəkədir.  Bu  şəbəkələrdə  kompüterlər  arası 
maksimum məsafə 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya 
(struktura) üzrə qurulurlar.  
Şin topologiyası  
Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün 
kompüterlər  paralel  olaraq  şinə  qoşulurlar.  Şin,  kompüterləri  bir-birinə  bağlayan  kabel 
sistemidir. İnformasiya  paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. 
İnformasiya  göndərmək  istəyən  kompüter  (şəbəkə  adapteri)    şinin  boş  olub- 
olmamasına  (yəni  şinlə  digər  kompüterlərin  informasiya  göndərib-  göndərməməsinə) 
nəzarət  edir.  Əgər  şin  boş  isə  kompüter  paketləri  şinlə  ötürür.  Hər  bir  kompüter  şinlə 
ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlaşmış paketləri özündə qeyd edir. 
Əgər  iki  kompüter  eyni  zamanda  paketləri  şinə  ötürərsə  bu  zaman  şində  toqquşma 
olur.  Toqquşmaya  səbəb  olan  kompüterlər  qısa  bir  müddət  ərzində  informasiya  göndərə 
bilmirlər.    
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 
- Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir; 
- Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır; 
- Şəbəkə kartları (adapterləri) ucuzdur; 

 
 
62 
                           
 
    Şin  topologiyalı  lokal  şəbəkələrdə      şinin    (kabel  sisteminin)  etibarlılığı  yüksək 
olmalıdır. 
Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı 
lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək 
olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.  
Halqavari  topologiya  
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə 
halqavari    şəkildə,  yəni  birinci  kompüter  ikinci  ilə,  ikinci  kompüter  üçüncü  ilə,  üçüncü 
kompüter  dördüncü  kompüter  ilə  və  s.,  sonuncu  kompüter  isə  birinci  kompüterlə 
birləşdirilir.  
    
                 
 
Nəticədə  halqavari  topologiya  əldə  edilir.  Bu  topologiyalı  şəbəkədə  məlumatlar 
müəyyən  bir  istiqamətdə  (məsələn,  saat  əqrəbi  istiqamətində)  bir  kompüterdən  qonşu 
kompüterə  ötürülmək  şərti  ilə  lazımi  ünvana  (kompüterə)  çatdırılır.  Bu  tip  şəbəkələrdə 
əsasən  marker  prinsipindən  istifadə  edilir.  Markeri  əldə  edən  kompüter  məlumat  
göndərmək  hüququna  malik  olur.  Markeri  əldə  etmiş  kompüterin,  digər  kompüterlərə 
göndərəcəyi  məlumatı  var  isə,  bu  məlumatları  markerə  yerləşdirərək  onu  paket  şəklinə 
çevirir,  məlumatın  gedəcəyi  ünvanı  və  digər  lazımi  informasiyaları  paketə  qeyd  edərək, 
qonşu  kompüterə  göndərir.  Paketi  almış  kompüter,  onun  ünvan  hissəsinə  baxır  və  əgər 
paket  ona  ünvanlaşdırılmışsa,  paketi  özünə  qeyd  edir,  əks  halda  paketi  özündən  sonrakı 
kompüterə  göndərir.  Bu  tip  şəbəkələrdə  kompüterlərdən  biri  həm  də  server  funksiyasını 
həyata keçirir.  
Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 
— 
Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır; 
— 
Hər bir kompüterin məlumat göndərə bilməsi üçün müəyyən zaman verilir. 
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır: 
 

 
 
63 
— 
Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də 
hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur; 
— 
Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;   
Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. 
Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini  göstərmək 
olar.    
Ulduzvari  topologiyalı lokal şəbəkələr  
Ulduzvari  topologiyalı  lokal  şəbəkələr  mərkəzi  qovşaq  üzərində  qurulur.  Hər  bir 
kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya 
mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.  
 
                   
 
 
 
 
 
 
 
 
 
Mərkəzi qovşaq kimi  xab,  kommutator və ya xüsusi server kompüteri  istifadə oluna 
bilər. 
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin 
sadə  olmasıdır.  Bu  şəbəkələrin  çatışmayan  cəhəti  isə  şəbəkənin  etibarlılığının  mərkəzi 
qovşağın  etibarlılığından  çox  asılı  olmasıdır.  Ulduzvari  topologiyalı  lokal  şəbəkəyə 
nümunə olaraq Ethernet 10 BASE-4, 100 BASE-4 şəbəkələrini göstərmək olar. Burada 10 
və100 - şəbəkənin sürətini (Mbit/san) göstərir. 
 
Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.   
Bu  və  ya  digər  topologiyanın  seçilməsi  kompüter  şəbəkəsinin  tətbiq  sahəsindən, 
kompüterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. 
Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib 
göstəricilərə də diqqət edilməlidir. 
Kompüter şəbəkələrinin vacib xarakteristikası onun arxitekturasıdır. 
 Şəbəkənin  arxitekturası-  verilənlərin  ötürülməsi  şəbəkəsinin  reallaşdırılmış 
strukturudur. Bu struktur onun topologiyasını, tərkibindəki qurğuları və onların şəbəkədə 
qarşılıqlı əlaqələri qaydalarını müəyyənləşdirir.  
Şəbəkələrin daha geniş yayılmış arxitekturaları  aşağıdakılardır: 
-  Ethernet  (  ingiliscə  ether-efir)-  geniş  yayımlı  şəbəkə.  Belə  arxitekturaya  malik 
şəbəkələrdə şəbəkənin bütün stansiyaları bütün məlumatları qəbul edə bilir. Bu şəbəkələr 
xətti və ya ulduzvari topologiyaya malik olur və verilənlərin ötürülmə sürəti 10 və ya 100 
Mbit/san.-dir. 
-  Arcnet  (Attached  Resourse  Computer  Network-  birləşdirilmiş  resursların 
kompüter  şəbəkəsi)-  genişyayımlı  şəbəkə.  Fiziki  topologiyası-  ağacvaridir.  Verilənlərin 
ötürülmə sürəti 2,5 Mbit/saniyədir. 
 

 
 
64 
-  Token  Rinq  -estafetli  halqavari  şəbəkə,  markerin  ötürülməsi  şəbəkəsi)- 
halqavari  şəbəkədir.  Bu  şəbəkələrdə  verilənlərin  ötürülməsi  prinsipi  belədir:  hər  bir 
halqaya  daxil  olan  qovşağın  özündən  əvvəlki  qonşu  qovşaqdan  bir  neçə  unikal  ardıcıl 
bitlər  ardıcıllığı  olan  markeri  gözləyir.    Markerin  qovşağa  daxil  olması  göstərir  ki, 
məlumat  marker  daxil  olan  qovşaqdan  axın  istiqamətində  növbəti  qovşağa  ötürülə  bilər. 
verilənlərin ötürülmə sürəti 4 və ya 16 Mbit/saniyədir.  
-  FDDİ  (Fiber  Distrubuted  Data  İnterface)  –  optik  lifli  xətlərlə  verilənlərin 
yüksək  sürətli  ötürülməsinin  şəbəkə  arxitekturası.  Verilənlərin  ötürülmə  sürəti  100 
Mbit/saniyədir. Bu cür şəbəkələr ikiqat halqa və ya qarışıq (ulduzvari və ya ağacvari alt 
şəbəkələrinin iştirakı ilə) topologiyaya malik olurlar. Şəbəkədə işçi stansiyaların maksimal 
sayı 1000 ola bilər.  
-  ATM  (Asynnchronous  Transfer  Mode-  asinxron  ötürmə  tərzli)-  perspektivli, 
rəqəmsal  verilənlərin.  videoinformasiyanın  və  səsin  eyni  xətlə  ötürülməsini  təmin  edir. 
Əlaqə xətləri optik lifli xətlərdir. Verilənlərin ötürülmə sürəti 2,5 Qbit/saniyədir. 
Lokal  şəbəkələrdən  uzun  müddətdir  ki,  istifadə  olunmasına  baxmayaraq  onların 
təsnifatı şərti aparılır. Lokal şəbəkələr aşağıdakı əlamətlərə görə təsnifləşdirilirlər: 

Təyinatına  görə:  idarəedici  (təşkilati,  inzibati  və  texnoloji  prosesləri), 
informasiya (informasiya axtarışı), hesablayıcı, sənəd informasiyasının emalı  və s. lokal 
şəbəkələr; 

  Şəbəkədə  istifadə  olunan  kompüterlərin  tipinə  görə:  bircins  və  ya 
həmcins (bütün işçi stansiyalar eyni modifikasiyadan olduqda) və qeyri-həmcins ( müxtəlif 
platformalara  malik  kompüterlər  olduqda.  Məsələn  İBM  PC,  Macintosh,  Unix-
kompüterlər) lokal şəbəkələr

İdarəetmənin təşkilinə görə: mərkəzləşdirilmiş idarə edilən ( mərkəz kimi 
fəaliyyət göstərərək kompüterlərin fayl-server tərəfindən idarə olunması), eyni mərkəzdən 
idarə edilməyən, birranqlı  lokal şəbəkələr; 

İnformasiyanın 
ötürülməsinin 
təşkilinə 
görə
informasiyanın 
marşrutlaşdırılması  ilə  işləyən  (şəbəkədə  informasiya  əvvəlcədən  müəyyən  olunmuş 
marşrut  üzrə  ardıcıl  olaraq  ötürülür)  və  informasiyanın  seleksiyası  ilə  işləyən  şəbəkələr 
(verilənlərin  ötürülməsi  zamanı  şəbəkədəki  bütün  kompüterlər  öz  aralarında  şəbəkəyə 
sahib olmaq üçün mübarizə aparırlar). 
Adətən  bütün  lokal  şəbəkələr  işçi  stansiyalardan  və  serverlərdən  ibarət  olurlar.  İşçi 
stansiya  lokal  şəbəkəyə  daxil  olan  orta  güclü,  yaxşı  funksional  imkanlara  malik  olan 
kompüterdir. 
 
Lokal şəbəkədə istifadə olunan qurgular 
1. Lokal şəbəkələrdə istifadə olunan qurğular. 
2. Lokal şəbəkələrdə istifadə olunan brandmauzer, şlüz, körpü, təkrarlayıcı, kommutator və 
konsentratorun təyinatı. 
 
Şəbəkələrin  yaradılmasında  istifadə  edilən  qurğular  və  bu  qurğuların 
əlaqələndirilməsi üçün aşağıdakı vasitələrdən istifadə edilir. 
-  şəbəkə kabelləri ( koaksial, optik lifli, burulmuş cütlü kabellər); 
-  kompüteri  kabelə  birləşdirən  konnektorlar  (birləşdiricilər),  kabel  hissələrini 
birləşdirmək üçün pazyemlar; 

 
 
65 
-  verilənlərin  ötürülməsi  və  qəbulu  üçün  şəbəkə  interfeys  adapterləri. 
Müəyyən  protokollara  uyğun  olaraq  verilənlərin  ötürülməsi  mühitinə  daxil  olmanı  idarə 
edir.  Bu  adapterlər  şəbəkəyə  qoşulmuş  kompüterlərin  sistem  blokunda  yerləşdirilir. 
Adapterlərin razyomlarına şəbəkə kabeli birləşdirilir. 
-  Kabellə  verilənlərin  ötürlməsi  keyfiyyətinin  səviyyəsini  yüksəldən,  konfliktləri 
aşkar edən və şəbəkədən siqnalların qəbuluna cavabdeh olan transiverlər;  
-  Kompüter  şəbəkələrinin  topoloji,  funksional  və  sürət  imkanlarını  genişləndirən 
hablar (konsentratorlar) və kommutasiya xabları (kommutatorlar); 
-  Şəbəkə  kabellərinin  kifayət  qədər  böyük  uzunluqlarında  kabellə  ötürülən 
siqnalları gücləndirən təkrarlayıcılar (repiterlər); 
Qeyd etmək lazımdır ki, coğrafi yayılmasına görə şəbəkələr lokal, ərazi. korporativ, 
qlobal şəbəkələrə bölünürlər. 
Lokal  şəbəkə  (LAN-  Local  Area  NetWork)-  bir  otaq.  Bina  və  ya  müəssisə  ilə 
məhdudlaşmış ərazidə yerləşən kompüterləri birləşdirən şəbəkədir. 
Şəhər şəbəkəsi (MAN- Metropolitan Area NetWork)- böyük şəhərlərin informasiya 
tələbatına xidmət edən şəbəkə; 
Qlobal  şəbəkə (WAN  —  World  Area  NetWork)-  bir-birindən uzaq  məsafədə  olan 
və coğrafi uzaqlaşdırılmış kompüterləri birləşdirən şəbəkə. Lokal şəbəkələrdən daha geniş 
əhatəli  kommunikasiyaya  (peyk.  Kabel  və  s.)  malik  olması  ilə  fərqlənir.  Adətən  qlobal 
şəbəkə lokal şəbəkələri birləşdirir. 
Qeyd  etmək  lazımdır  ki,  lokal  şəbəkələrin  yaradılmasında  aşağıdakı  qurğulardan 
geniş istifadə edilir: 
-Körpülər  (ingiliscə  Bridge)-  iki  lokal  şəbəkəni  birləşdirir.  Şəbəkələr  arasında  heç 
bir dəyişiklik etmədən verilənləri paket şəklində ötürür.  
-  Marşrutlaşdırıcılar  (ingiliscə  Router)-  körpülərdən  fərqli  olaraq  ümumi 
protokollu şəbəkələri daha səmərəli birləşdirirlər.  
-  Körpü  marşrutlaşdırıcısı  (ingiliscə  Brouter)-  bu  körpü  və  marşrutlaşdırıcının 
hibridi  olub,  əvvəlcə  mümkün  olan  yerdə  marşrutlaşdırmanı  həyata  keçirir, 
müvəffəqiyyətsizlik halında körpü rejiminə keçir
Şlüz (ingiliscə GateWay)- körpülərdən fərqli olaraq müxtəlif şəbəkə protokollarına 
malik  şəbəkələri  birləşdirir.  Burada  şlüzə  bir  şəbəkədən  daxil  olan  məlumat  onun 
ötürüləcəyi şəbəkənin tələblərinə uyğun olaraq çevrilir və sonra ötürülür.  
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin