§2.1. Maus və klaviaturadan istifadənin əsasları
Maus (Siçan).
Maus
Windows sistemində obyektləri idarə etmək üçün ən əlverişli
qurğudur. Adətən bu qurğu müxtəlif formalarda ola bilir və uzunsov kabellə sistem blokuna
birləşdirilir. Bununla yanaşı son model mausların bəziləri kabelsiz olur.
Bir qayda olaraq standart mausların iki düyməsi olur: sol (əsas) və sağ (köməkçi) düymələr.
Sol düymə əsas düymədir və funksiyası Enter düyməsinin funksiyası ilə eynidir. Yəni bu
düyməyə icra düyməsi də deyilir. Sağ düymə isə kontekst menyunu açmaq üçündür. Bunun üçün
mausun sağ düyməsi bir dəfə basılır. Bununla yanaşı bu düymələrin funksiyalarını dəyişmək və
sağ düyməni əsas düymə (icra düyməsi) kimi işlətmək olur. Bu düymələrin arasında yerləşən
kiçik təkərcik isə müxtəlif sənədlərə və veb-səhifələrə baxmaq prosesini asanlaşdırır.
Kursor ekranda adətən kiçik ölçülü standart ox formasında olur. Qeyd etmək lazımdır ki,
göstəricinin görünüş forması ekrandakı vəziyyətdən, yəni göstəricinin təyin etdiyi obyektdən asılı
olaraq dəyişə bilər (şəkil 3.2). Məsələn, mausun göstəricisi İnternet səhifəsi üzərində hərəkət
etdikcə hər hansı bir hiperəlaqəni müəyyən edən kimi onun əvvəlki ox işarəsi əl işarəsinə
çevrilir.
Əgər maus hər hansı bir obyekti göstərirsə, yəni mausun göstəricisi obyekt üzərində bir
neçə saniyə saxlanılırsa, həmin anda bu obyektin funksiyası haqqında məlumat əks olunur.
Mausun düymələrinin istifadəsində aşağıdakı dörd əsas qaydadan istifadə edilir:
sol düymə bir dəfə
basılır,
sol düymə ikiqat (iki
dəfə fasiləsiz) basılır,
sağ düymə basılır,
sol
düymə
basılı
vəziyyətdə qalmaqla maus
sürüşdürülür.
Bu göstərilən əməliyyatların hər birində tamamilə fərqli nəticələr alınır.
Şək. 3.2.
Göstəricilər
24
Sol düymə bir dəfə basılır. Əksər hallarda sol düymənin bir dəfə basılması elementin
seçilməsi və ya menyunun açılması üçün istifadə edilir. Bəzi hallarda isə bu əməliyyatla
proqramlar icra olunur.
Sol düymə ikiqat (iki dəfə fasiləsiz) basılır. Proqramların icra olunması, eləcə də iş stolunda
və ya istənilən qovluq daxilində hər hansı qovluğun, yaxud hər hansı sənədin açılması üçün
müvafiq piktoqram üzərində mausun sol düyməsi ikiqat basılır.
Sağ düymə basılır. Obyekt üzərində mausun sağ düyməsi (bir dəfə) basıldıqda həmin
element üçüm mümkün olan bütün əməliyyatların siyahısı açılır. Bu siyahı həmin obyektin
kontekst menyusu adlanır.
Sol düymə basılı vəziyyətdə qalmaqla maus sürüşdürülür. Buna obyektlərin daşınması da
deyilir. Bu əməliyyatla ekranda obyektlərin yerini dəyişmək mümkün olur.
Klaviatura. Klaviatura giriş qurğusudur. Bu qurğu informasiyanın kompüterə daxil
edilməsi və eyni zamanda kompüterin işinin idarə olunması üçün istifadə edilir. Klaviaturanın
bütün düymələrini öz funksiyalarına görə bir neçə qrupa bölmək olar. Birinci qrupa daxil olan
düymələr klaviaturanın mərkəzi hissəsində yerləşir. Yəni bu qrupa mərkəzi hissədəki hərflər,
rəqəmlər, eləcə də digər işarələri daxil etmək üçün nəzərdə tutulan düymələr və həmçinin bir sıra
idarəetmə düymələri daxildir.
Beləliklə, klaviaturanın iş rejimini dəyişmək, yəni bir dildən başqa dilə, məsələn, İngilis
dilindən Azərbaycan dilinə keçmək üçün Ctrl+Shift və ya Alt+Shift düymələr
kombinasiyasından istifadə edilir.
Susmaya görə informasiya klaviaturadan kiçik hərflərlə daxil edilir. Lakin Shift düyməsi
basılı saxlandıqda mətn böyük hərflərlə (yuxarı registrə uyğun) daxil edilir.
Böyük hərflərlə yazmaq rejiminə (yuxarı registrə uyğun olan rejimə) keçmək üçün Caps
Lock düyməsi basılır. Bu halda klaviaturanın yuxarı sağ küncündə yerləşən CapsLock işıq
indiqatoru yanır. Bu düymə təkrar basıldıqda isə klaviatura əvvəlki rejimə (kiçik hərflərlə yazmaq
rejiminə) keçir və CapsLock işıq indiqatoru sönür.
İkinci qrupa klaviaturanın yuxarı hissəsində yerləşən funksional düymələr F1-F12 və
bəzi idarəetmə düymələri daxildir. Bu düymələrin funksiyaları cari anda işləyən proqramlardan
və bəzi hallarda isə əməliyyat sistemlərindən asılı olur.
Funksional düymələr çox vaxt Alt, Ctrl, Shift düymələri ilə birgə işlədilir. Məsələn,
Shift+F10 kontekst menyunu açmaq üçün istifadə edilir.
Üçüncü qrupa kursorun idarəolunma (yerdəyişmə) düymələri aid edilir. Bu düymələrin
funksiyası sənədlər və veb-səhifələr üzərində hərəkətləri, eləcə də mətnlərin redaktəsi zamanı
zəruri hissələrə keçidləri təmin etməkdən ibarətdir. Bura
, , , və həmçinin
Insert,
Home, Page Up, Delete, End, Page Down düymələri aiddir. Belə ki,
, , ,
düymələri
kursorun yerini mətn üzərində göstərilən istiqamətlərdə dəyişmək, veb-səhifəni əvvələ və ya axıra
doğru vərəqləmək üçün istifadə edilir.
Insert, Home, Page Up, Delete, End, Page Down düymələri mətnlərlə maussuz işləyərkən
istifadə edilir. Belə ki, Home düyməsi kursoru sətrin və ya fayllar (qovluqlar) siyahısının
başlanğıcına və ya veb-səhifənin əvvəlinə, End düyməsi isə sətrin və ya fayllar (qovluqlar)
siyahısının sonuna və ya veb-səhifənin sonuna keçirmək üçündür. Ctrl+Home sənədin əvvəlinə,
Ctrl+End isə sonuna keçmək üçün işlədilir.
Page Up düyməsi kursoru bir səhifə yuxarı, Page Down isə bir səhifə aşağı keçirir.
Burada səhifə dedikdə sənədin bir ekranda əks olunan fraqmenti nəzərdə tutulur. Delete düyməsi
kursorun sağındakı simvolu silir. Insert düyməsi daxiletmə rejimini idarə edir. Yəni bu düymə
basıldıqda klaviatura daxiletmə rejiminə keçir. Bundan sonra istənilən hərfə uyğun düymə
basıldıqda həmin hərf kursorun dayandığı mövqedən mətnə daxil edilir. Bu halda sətrin kursordan
sağda yerləşən hissəsi bir mövqe sağa sürüşür. Insert düyməsi təkrar basıldıqda isə yeni daxil
edilən hərf (mətn) kursorun sağındakı simvolu (mətni) əvəz edir.
25
Dördüncü qrupa rəqəmlər və hesab əməlləri işarələrini daxil etmək üçün və ya
kursorun idarə olunması üçün nəzərdə tutulan düymələr daxildir. Klaviaturanın bu düymələr
yerləşən hissəsinə rəqəmli klaviatura deyilir. Rəqəmli klaviatura kalkulyatoru xatırladır və
klaviatura üzərində sağ tərəfdə yerləşir. Bu hissəyə bəzən kiçik klaviatura da deyirlər.
Klaviaturanın bu hissəsi iki rejimdə işləyir: rəqəmlərin daxil edilməsi və kursorun idarə
olunması rejimləri. Bu iş rejimləri Num Lock düyməsi ilə idarə olunur. Belə ki, Num Lock
düyməsi basılan kimi rəqəmli klaviatura ədədi verilənlərin daxil edilməsi və sadə hesablamaların
aparılması rejiminə keçir. Bu halda klaviaturanın yuxarı sağ küncündəki Num Lock işıq
indiqatoru yanır. Bu düymə təkrar basıldıqda isə (bu zaman Num Lock indiqatoru sönür) kiçik
klaviaturanın düymələri kursorun hərəkəti rejiminə keçir.
İdarəetmə düymələri kompüterin işini idarə edir. Bu düymələr bir qrupda toplanmamış
və yuxarıda qeyd edildiyi kimi klaviaturanın müxtəlif hissələrindəki müxtəlif qruplarda
yerləşdirilmişdir. Bunlar təklikdə və ya ayrı-ayrı əməliyyatlarda başqa düymələrlə kombinasiyada
işlədilir. Bunlardan Alt, Ctrl və Shift düymələri adətən təklikdə işlənmir, klaviaturanın başqa
düymələri ilə birgə işlənir. Bu düymələr başqa düymələrin funksiyalarını dəyişmək üçün istifadə
edilir. Məs., proqramdan çıxmaq üçün adətən Alt+F4 kombinasiyasından istifadə edilir.
Ctrl + Alt + Delete düymələr kombinasiyası sistemdən çıxmaq, tapşırıqlar dispetçerini
çağırmaq və s. əməliyyatlar üçün nəzərdə tutulur.
Ctrl+A pəncərənin bütün elementlərini və ya bütün mətni seçmək, Ctrl+C seçilmiş
elementi buferə kopyalamaq, Ctrl+X seçilmiş elementi kəsərək buferə yerləşdirmək, Ctrl+V
buferdən götürərək dursor dayanan mövqedən yerləşdirmək, Ctrl+Z görülən işdən imtina etmək,
Shift+Delete seçilmiş elementi səbətə yerləşdirmədən ləğv etmək üçün istifadə edilir.
Mətn daxil edilərkən yuxarı registri təyin edən Caps Lock düyməsi də idarəetmə düymələri
qrupuna aiddir. Yuxarıda qeyd edildiyi kimi bu düymə basılarkən klaviatura yuxarı registrə
uyğun daxiletmə rejiminə keçir və yuxarı sağ küncdəki Caps Lock işıq indiqatoru yanır, təkrar
basıldıqda isə sönür.
Esc düyməsi axırıncı icra olunan əməliyyatdan imtina etmək üçün istifadə edilir. Bu
əməliyyat Ctrl+Z düymələr kombinasiyası ilə də yerinə yetirilə bilir.
Ctrl+Esc baş menyunu açır.
Enter düyməsi hər şeydən əvvəl giriş düyməsidir, yəni mətn yığılması prosesində cari sətrin
daxil edilməsini başa çatdırmaq və növbəti sətrin daxil edilməsinə keçid üçündür. Bu düymədən
həm də proqramların icra olunması üçün istifadə edilir. Odur ki, Enter düyməsinə çox vaxt icra
düyməsi də deyirlər.
Tab düyməsi mətn daxil edilərkən kursoru bir neçə mövqe sağa sürüşdürmək (boşluqlar
buraxmaq) üçündür.
Space düyməsi mətndaxiletmə prosesində kursoru bir boşluq sağa sürüşdürmək üçün
istifadə edilir. Bu düymə ilə sözlər arasındakı məsafələri tənzimləmək olur.
Backspace düyməsi mətnyığma (daxiletmə) rejimində işləyərkən kursordan soldakı
simvolu silir və sağ tərəf bir mövqe sola sürüşür. Backspace düyməsi həm də Windows Explorer
proqramı və ya Kompüter (Computer) pəncərəsində yuxarı səviyyədəki qovluqlara keçmək üçün
istifadə edilir.
Win (Windows "start" Ctrl və Alt düymələri arasında) düyməsi Baş menyunu açmaq
üçündür.
AppsKey (Win və Ctrl düymələri arasında) obyektin kontekst menyusunu açır.
PrtScn (Print Screen) düyməsi displey ekranını buferə kopyalayır. Alt+PrtScn düymələr
kombinasiyası isə yalnız ekrandakı aktiv pəncərəni buferə kopyalayır.
ScrLk (Scroll Lock) düyməsi əksər proqramlarda heç bir iş görmür. Bəzi proqramlarda
isə bu düymənin basılması ox düymələri , , , eləcə də Page Up və Page Down
düymələrinin funksiyasına təsir edir, yəni kursorun hərəkət rejimini (informasiyanın ekrana çıxış
26
rejimini) dəyişdirir. Belə ki, ScrLk (Scroll Lock) düyməsi basılı olan halda (klaviaturanın sağ
tərəfində yerləşən Scroll Lock işıq indiqatoru yanırsa) kursoru idarə edən düymələr kursoru yox,
bütün ekranın məzmununu hərəkət etdirir
Pause/Break
düyməsi kompüterin işini dayandırır. Hazırda bu düymə nadir hallarda
işlənir. Belə ki, bu düymə müasir əməliyyat sistemlərində yalnız kompüter yüklənən zaman
işləyir.
2.2. Faylar və qovluqlar. Piktoqramlar, etiketlər, pəncərələr
Kontekst menyular. Fayl sistemləri
Kompüterin işlətdiyi və yaddaşında saxlanılan informasiya müxtəlif tipli, o cümlədən,
mətni, qrafiki, audio və video formatlarda ola bilər. Bu müxtəliflikdən asılı olmayaraq
informasiyalar kompüterin yaddaşında müəyyən standart struktura malik olmaqla fayllarda
saxlanılır.
Fayl anlayışı Windows sistemində ən mühüm anlayışlardan biridir. Fayl - adlandırılmış
(müəyyən adı olan) yaddaş hissəsinə deyilir. Başqa sözlə, fayl dedikdə kompüterin yaddaş
qurğularında (bərk disk, CD, DVD, USB- fləş daşıyıcı və s.) öz adı ( faylın adı) ilə yazılıb
saxlanılan verilənlər yığımı nəzərdə tutulur.
Faylları axtarıb tapmaq və bir-birindən fərqləndirmək üçün adlarından istifadə edilir.
Kompüter faylın adı vasitəsilə yerləşdiyi yeri, faylda saxlanılan informasiyanın tipini və onun
yazılış formatını təyin edir.
Yuxarıda qeyd edildiyi kimi hər bir faylın öz adı olur. Faylın adı maksimum 255 işarədən
ibarət ola bilər və bu saya bütün hərflər, rəqəmlər, nöqtə, vergül, bərabərlik, tire, probel və s.
işarələr daxildir. Faylın adında /, \,
l
, :, *, ?, «, », <, > işarələrindən istifadə edilə bilməz. Adlar
həm latın, həm də rus hərflərilə, böyük və kiçik şriftlərlə yazıla bilər.
Faylın adı bir-birindən nöqtə ilə ayrılan iki hissədən ibarət olur. Birinci hissə faylın öz
adını, ikinci hissə isə adın genişlənməsini göstərir. Adın genişlənməsi faylın tipini təyin edir və
əsasən üç, bəzi hallarda isə dörd simvoldan ibarət olmaqla həm istifadəçiyə, həm də kompüterə
faylda hansı tip informasiyanın saxlanıldığını, faylın hansı proqramla yaradıldığını və deməli,
faylı hansı proqramla açmağın mümkün olduğunu təyin etməyə imkan verir. Faylın adı istifadəçi
tərəfindən ixtiyari qayda ilə, adın genişlənməsi isə proqram tərəfindən fayl yaradılarkən
avtomatik verilir.
Tez-tez işlənən bəzi genişlənmələr siyahısı:
Genişlənmələr Faylların tipləri Fayllar
exe proqram Calc.exe
doc Word- sənəd Fesil1.doc
docx Word- sənəd Fesil2.docx
xls cədvəl (Excel) Cedvel5.xls
txt
mətn sənədi Metn2.txt
ppt təqdimat (PowerPoint) Lahiye1.ppt
htm İnternet səhifəsi Tebiet.htm
html İnternet səhifəsi Kitab.html
hlp
kömək Windows.hlp
bmp şəkil, fotoqrafiya Şhekil1.bmp
jpg şəkil, fotoqrafiya Foto1.jpg
gif
şəkil, fotoqrafiya Shekil3.gif
mp3 musiqi Mahni5.mp3
27
mpeg video Film1.mpeg
avi
video Klip3.avi
zip
arxiv ZIP Kursishi.zip
rar
arxiv WinRAR Diplom_ishi.rar
Beləliklə, qovluq müəyyən əlamətlərinə görə birləşmiş fayllar qrupuna deyilir.
Hər bir diskdə çoxlu sayda qovluqlar ola bilər. Həmçinin qovluq daxilində yalnız fayllar
deyil, həm də başqa qovluqlar saxlanıla bilər. Yəni qovluqlar bir-birinin daxilində yerləşdirilə
bilər və bu proses davam etdirildikcə bir-birinin daxilində (iç-içə) olan qovluqlar ardıcıllığı alınır.
Bununla da qovluqların ağac şəkilli strukturu yaranır. Bu isə qovluqlar və fayllarla daha effektli
işləməyə, o cümlədən,
kompüterin yaddaşında saxlanılan külli miqdarda fayllar arasından lazım
olanını çox asanlıqla vaxt itirmədən tapmağa imkan verir.
Piktoqramlar, etiketlər, pəncərələr
Adətən kompüterdə yerinə yetirilən bütün işlər bilavasitə fayllar, qovluqlar və disklərlə
bağlı olur. Ona görə də bu obyektlərlə sadə, rahat və səmərəli işləməyin mümkünlüyü üçün
Windows sistemində onların xüsusi işarələrindən istifadə edilir. O cümlədən, fayllar, qovluqlar
və disklər üçün Windows sistemində müvafiq işarələr işlədilir. Bu işarələr piktoqramlar və ya
ikonalar adlanır. İstənilən piktoqramda həm də təmsil etdiyi obyektin adı olur.
Beləliklə, piktoqram-ikona dedikdə qovluqları, faylları, diskləri və s. obyektləri göstərən
kiçik ölçülü qrafiki obyekt nəzərdə tutulur. Yəni Windows sistemindəki piktoqramlar ən müxtəlif
obyektləri – qurğuları, faylları, qovluqları işarələmək üçün istifadə edilir.
Faylların işarələri. Hər bir fayl həm adı, həm də ad qarşısında əks olunan işarəsi-
piktoqramı ilə müəyyən olunur. Hər bir proqramın (ofis proqramı) və bu proqramla yaradılmış
sənədin piktoqramları bir-birinə oxşar olur. Bu piktoqramlar üzərində mausun sol düyməsi ikiqat
basıldıqda proqram icra olunur və sənəd ekranda (həmin proqramın pəncərəsində) açılır.
Qeyd etmək lazımdır ki, piktoqram faylın adının genişlənməsini əvəz edir. Belə ki,
Windows sistemi piktoqram vasitəsilə faylın tipini təyin edə bilir. Ona görə də çox vaxt faylların
piktoqramlarda verilmiş adlarının genişlənməsi olmur.
Qovluqların işarələri. Yuxarıda qeyd edildiyi kimi disklərdə külli miqdarda fayllar
saxlanıldığından onların qarışıq salınmaması və lazım olan faylın axtarışına çox vaxt sərf
olunmaması üçün onları qruplaşdırmaq lazımdır. Bunun üçün qovluqlardan istifadə edilir.
Qovluqlar faylların qruplaşdırılması üçün lazım olduğundan onlar da disklərdə yerləşir və onların
da xüsusi işarələri (piktoqramları) olur. Nəzərə almaq lazımdır ki, qovluqların işarələri həmin
qovluqlar daxilində saxlanılan faylların tipindən asılı olur.
Ümumiyyətlə, qovluqları şərti olaraq iki qrupa bölmək olar : istifadəçi qovluqları və sistem
(xidməti) qovluqları. Bir qayda olaraq piktoqramının üzərində xüsusi (özəl) rəsmlər olan
qovluqlar sistem qovluqları (xidməti qovluqlar) adlanır. Məsələn, Kompüter qovluğu, Şəbəkə
qovluğu, Səbət qovluğu, İdarəetmə paneli qovluğu və s. sistem qovluqlarıdır.
İstifadəçi qovluqlarının piktoqramları sarı rəngdə olur və onların üzərində rəsmlər olmur.
Kitabxanaların işarələri. Windows 7 sistemində əsas kitabxana ( Libraries –Kitabxana) kimi
işlədilən daha bir sistem qovluğundan (virtual qovluqdan) istifadə edilir. Bu kitabxananın (sistem
qovluğunun) xüsusi işarəsi var.
Əsas kitabxana daxilində isə öz növbəsində əvvəlcədən müəyyən edilmiş dörd əlavə
kitabxana (sistem qovluğu) yerləşir. Bu kitabxanaların da öz funksiyalarına uyğun piktoqramları
var.
Disklərin işarələri. Windows sistemində kompüterin bərk diskinə, həmçinin dəyişdirilə
bilən daşıyıcılarla iş üçün nəzərdə tutulan qurğulara, eləcə də kompüterə qoşulan xarici
28
informasiya daşıyıcılarına (məs. “fləş” daşıyıcı vəyə rəqəmli fotoaparat ) xüsusi adlar verilir.
Bu adlar latın əlifbasının baş hərflərindən, qoşa nöqtədən və xüsusi işarədən ibarət olur.
Disket üçün nəzərdə tutulan disk daşıyıcısı A: ilə (əgər disket daşıyıcıdadırsa) işarələnir.
Əgər bərk disk hissələrə bölünməmiş olarsa, o halda optik ötürücülər də (kompakt disk
daşıyıcıları kimi) D: ilə,
əks halda isə məsələn, bərk disk C: və D: bölmələrindən ibarət olarsa, onda optik ötürücü E:
ilə işarələnir.
Etiketlər.
Windows sisteminin mühüm qrafiki elementlərindən biri etiketdir (Shortcut).
Burada Shortcut sözü kəsə yol (qısa yol) mənasında işlənir. Başqa sözlə desək, etiket hər hansı
fayl obyektini (proqramı, sənədi, qovluğu və s.) tapmaq üçün keçilən qısa yolu göstərir. Belə ki,
etiket çox kiçik ölçülü elə bir fayldır ki, bu faylda müəyyən bir fayl obyektinin dəqiq ünvanını
göstərən əlaqə saxlanılır. Yəni etiket obyektin harada saxlanıldığını göstərir və onun dəqiq
ünvanını təyin edir..
Yadda saxlamaq lazımdır ki, etiket obyekt deyildir, o yalnız obyektin yerini göstərir. Ona
görə də obyektlərə xələl gətirmədən onların etiketlərinin adını və yerini dəyişmək və ya onları
ləğv etmək olar. Bu halda obyekt toxunulmaz qalır. Yəni etiketin ləğv olunması obyektin ləğv
olunması demək deyildir.
Etiketin işarəsi aid olduğu obyektin işarəsi ilə demək olar ki, eynidir. Yəni etiketin işarəsi
aid olduğu obyektin işarəsindən yalnız onunla fərqlənir ki, onun piktoqramının aşağı sol
küncündə kiçik ölçülü ox işarəsi olur.
Çox böyük yaddaş oblastı tutan proqramların işlədilməsində də etiketlərdən istifadə etmək
səmərəlidir. Bu cür proqramlara tez-tez müraciət olunması səbəbindən onların əlavə olaraq İş
stolunda və ya istifadəçi qovluğunda saxlanılması lüzumsuz yerə artıq yaddaş sərfinə səbəb olur.
Etiketlərdən istifadə etdikdə bu problem aradan qalxır. Yəni belə proqramlar hamı üçün ümumi
olan qovluqda saxlanılır, lakin istifadəçilər isə bu proqramların özü əvəzinə onların etiketini öz
qovluğuna və ya İş stoluna yerləşdirir. Etiket 2kb-dan da az yaddaş hissəsi tutduğundan həm İş
stolunda, həm istifadəçi qovluğunda böyük həcmli fayl obyektlərinin yalnız etiketlərini saxlamaq
daha məqsədəuyğun-dur.
Pəncərələr. Windows əməliyyat sisteminin adının ingiliscədən tərcüməsinin “Pəncərələr”
olması təsadüfi deyildir. Yəni bu sistemin işində pəncərə ən mühüm qrafiki elementdir. Belə ki,
Windows əməliyyat sistemində görülən bütün işlər bilavasitə pəncərələrlə bağlıdır. Belə ki,
bütün qovluqlar və disklər kompüter ekranında standart strukturlu pəncərələrdə, eləcə də bütün
proqramlar icra olunarkən öz pəncərələrində açılır. Bu zaman kompüter ekranına çıxarılan hər bir
sənədin məzmunu müvafiq tətbiqi sistemin pəncərəsində əks olunur. Odur ki, istənilən piktoqram
üzərində mausun sol düyməsi ikiqat basıldıqda kompüter ekranında müəyyən bir pəncərə açılır.
Windows sistemində pəncərələrin dörd növü var:
I.
Qovluq və disk pəncərəsi;
II.
Tətbiqi sistem (proqram) pəncərəsi;
III.
Dialoq pəncərəsi;
IV.
Sorğu sisteminin pəncərəsi.
I
. Qovluq və disk pəncərəsi.
Windows sisteminin əvvəlki versiyalarını yada salsaq qeyd etməliyik ki, indiyə qədər
qovluq pəncərəsinin başlıq sətrində onun adını həmişə görmüşük. Lakin şəkil 3.15-də qovluğun
adı başlıq sətrində yoxdur. Windows 7 sistemində qovluğun (diskin) adı müvafiq pəncərənin
başlıq sətrində əks olunmur. Başlıq ləğv olunduğundan qovluğun pəncərə interfeysi bir az
sadələşib.
|