7.2. Excel 2010-da Ribbon (lent) istifadəçi interfeysi. Cəld müraciət paneli. Düstur sətri.
Microsoft Office (14) paketini fərqləndirən başlıca xüsusiyyət yeni istifadəçi interfeysinin
Ribbon (Лента/Lent) tətbiq olunmasıdır.
Excel 2010 proqram pəncərəsindəki Ribbon (Лента/Lent) interfeysinin tabları iki qrupa
bölünür: Main Tab (Əsas tablar/Основные вкладки) və Tool bars (Alət tabları/Вкладки
инструментов). Əsas tablar Home (Ev/Главная), İnsert (Əlavə et/Вставка), Page Layout
(Səhifə Düzəni/Разметка страницы), Formulas (Düsturlar/Формулы),
Data(Veriənlər/Данные), Review (İcmal/Рецензирование), View (Görünüş/Вид) aiddir və
Developer (İşləyib Hazırlayan/Разработчик), Add-İns (Qoşmalar/Надстройки), Bakground
Removal (Fonun Silinməsi/Удаление Фона) bunlara əlavə olaraq standart halda lent üzərində
əks olunmayan tablardır. Alət tabları isə sonradan yaranan tablar olmaqla əsas tablardan sonra əks
olunur və bu tablara Contextual Ribbon Tabs (Kontekst Lent Tabları/Контекстные Вкладки
Ленты) da deyilir. Belə lent tablarına Design (Tərtibat/Конструктор), Layout
(Düzən/Макет), Format (Format/Формат), Analyze (Təhlil etmək/Анализировать) aid
edilir ki, bunlar elektron cədvələ Chart Tools (Diaqram Alələri/Работа с диаграммами),
Drawing Tools (Rəsmçəkmə Alətləri/Средства Рисования), Header and Footer Tools (Yuxarı
və aşağı Sərlövhə alətləri/Работа с колонтитулами), PivotChart Tools (PivotChart
Alətləri/работа со сводными диаграммами) və s. obyektlərin əlavə edilməsi zamanı yaranır.
Excel- də işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur:
Excel - in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls olan fayl şəklində yadda
saxlanılır. İşçi kitab yaradıldıqda və ya açıldıqda o ayrıca bir pəncərə şəklində təsvir olunur. Hər
bir kitab işçi vərəqələrdən təşkil olunmuşdur.
Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə
tutulub. Hər bir vərəqə sətir və sütunlardan təşkil olunur. Sətirlər 1, 2, 3, ... və sütunlar A, B, C, ...
kimi işarələnir.
106
Excel 2010 elektron cədvəl proqramında hər bir iş vərəqində 16384 column (sütun),
1048576 row (sətir) və 16384x 1048576=17179869184 cell (xana) olur.
İş vərəqində sütunlar latın əlifbasının baş hərfləri ilə (A-XFD), sətirlər isə 1-dən 1048576-
ya kimi natural ədədlərlə işarələnirlər.
Hər bir iş vərəqinin ilk sütunu A, sonrakı B, daha sonrakı C və.s. kimi adlandırılır. Z
sütunundan sonrakı sütunlar iki hərflə: AA, AB, AC,.....,AZ və s. Kimi adlandırılır. AZ
sütunundan sonra BA, BB, BC,...,ZZ kimi, sonrakı üç hərflə: AAA, AAB, AAC və s. davam edir.
Sonuncu (yəni 16384) sütunun adı XFD olur.
Exceldə verilənlərin təsvir formalarından asılı olaraq vərəqələrin aşağıdakı tipləri
mövcuddur:
- cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;
- diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi;
- cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanılması üçün makroslar
vərəqi.
Excel kitabdakı vərəqlərin sayını artırıb, azaltmağa imkan verir. Bir qayda olaraq bir
vərəqdə bir cədvəl yaradılır.
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Hər
bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində
saxlayır. verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı
əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin ( təsir edən) və asılı olmaqla
iki hissəyə bölünür. Asılı xanalarda düstur yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad
edir. Asılı xanaların qiymətləri cədvəlin təsir edən xanalarının tərkibində təyin olunur.
Göstəricinin köməyilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir
xananın hündürlüyünü və ya enini dəyişmək üçün buna uyğun sətrin hündürlüyünü və ya enini
dəyişmək lazımdır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün nəzərdə tutulub.
Xanalar ünvanının yaradılmasının iki üsulu mövcuddur:
1. Cədvəl sütununun hərflərinin və sətrin nömrəsinin Qarşısında $ simvolunun yazılması
mütləq ünvanlaşdırmanı göstərir. Məs., B$2, $K$ və s. . Exseldə bu üsul susmaya görə istifadə
olunur. və “A1” stili adlanır. Onu qeyd edək ki, bunun üçün sətir və sütunun ünvanları ayrılıqda
mütləq halda göstərilə bilər. Burada mümkün olan hallar aşağıdakı kimidir:
- $А4 yazılışı onun ancaq sütun ünvanını dəyişməz edir;
- А$4 yazılışı onun ancaq sətir ünvanını dəyişməz edir;
107
- $А$4 yazılışı onun sütun və sətir ünvanını dəyişməz edir.
2. R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və
sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir.
Məs., R4C7 – 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci
üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. Ünvanların bu üsulla yazılışı
“R1C1” stili adlanır.
Xananın göstəricisi – cədvəlin aktiv xanasını seçən çərçivədir. Göstəricinin yeri maus və
ya idarəedici klavişlərin köməyilə dəyişilir.
Formatlaşdırma – bir və ya bir neçə xanalara yazılan verilənləri əks etdirmək üçün
parametrlərin təyinidir. Bu parametrə şriftin növü və ölçüsü, çərçivə, rəng, xananın qiymətinin
tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun əmrləri, kontekst menyu və ya alətlər panelinin
düymələrinin köməyilə təyin edilir. Xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən
əvvəl və sonra yerinə yetirilə bilər.
Stil – formatlaşdırma parametrlərinin çoxluğudur. Stilin adını göstərməklə onu seçilmiş
xanaya tətbiq etmək olar.
Formatlaşdırma panelinin altında Düstur sətri yerləşir:
Bu sətirdə seçilmiş oyuğun ünvanı və oyuğun tərkibi göst
Cari anda yalnız işiniz üçün vacib olan alətlər panelini ekranda saxlamaq, istifadəsizləri isə
ekrandan götürmək lazımdır. Bunun üçün Настройка панели быстрого доступа panelində
yerləşən əmrlərdən istifadə etmək lazımdır.
Настройка панели быстрого доступа panelinin düyməsi proqramı açarkən pəncərə
başlığının sol tərəfində əks olunur.
Paneli əvvəlki yerinə qaytarmaq üçün isə Настройка панели быстрого доступа panelindən
Разместить над лентой əmrini seçilir. Bu əməliyyatlar kontekst menyu vasitəsilə də yerinə
yetrilir.
Microdoft Excel elektron cədvəl prosessoruna malik olan özünəməxsus panellərdən biri
Formula Bar (Düstur Sətri/Строка формул) adanır. Bir qayda olaq Formula Bar (Düstur
Sətri/Строка формул) Excel 2010 proqram pəncərəsində lent interfeysinin aşağı hissəsində
yerləşir.
Elektron cədvələ funksiyaların daxil edilməsi Formula Bar (Düstur Sətri/Строка
формул) düstur sətrindəki
x düyməsilə də təmin edilir.
108
Dialoq pəncərəsinin Customize (Настройка/Fərdiləşdir) bəndinin köməyi ilə əvvəlcə
Choose commands from: (Выбрать команды из:/ Əmrlərdən seç) sahəsindən tələb olunan
düymə seçilir və pəncərədəki Add (Добавить/Əlavə et) düyməsi ilə seçilmiş düymə Customize
Quick Access Toolbars (Настройка панели быстрого доступа/Cəld Müraciət Panelini
Fərdiləşdir) sahəsinə daxil olur və panelə əlavə edilir.
Hər hansı düymənin paneldən yığışdırılması üçün Customize Quick Access Toolbars
(Настройка панели быстрого доступа/Cəld Müraciət Panelini Fərdiləşdir) sahəsindən həmin
düymənin seçilməsini ləğv etmək və ya müvafiq dialoq pəncərəsindən seçim etdikdən sonra
Delete (Удалить/Sil) düyməsi klikləmək lazımdır.
Quick Access Toolbar (Панели быстрого доступа/Cəld Müraciət Paneli) alətlər panelinin
Lentin aşağısında yerləşməsini Customize Quick Access Toolbars (Настройка панели
быстрого доступа/ Cəld Müraciət Panelini Fərdiləşdir) düyməsi ilə açılan siyahısındakı Show
Below the Ribbon (Разместить под лентой/Lentin aşağısında göstər) əmri ilə, eyni qayda ilə
Lentin aşağısında yerləşmiş panelin yuxarıda yerləşməsini isə Show Above the Ribbon
(Разместить над лентой/Lentin yuxarısında göstər) əmri ilə həyata keçirmək olar.
Microsoft Office paketinin bütün proqramlarında Lentin tablarına keçidi və ya Cəld
Müraciət Panelinin alətlərinin icrasını maus göstəricisini həmin tablar və alətlər üzərinə gətirib,
sol düyməni klikləməklə ya da klaviaturanın müəyyən düymələri ilə yerinə yetirmək olar.
Təcrübəli istifadəçilər əmrlərin yerinə yetirilməsində klaviatura düymələrindən istifadəyə
üstünlük verirlər. Type Key (Тип ключа/Açar tipi) elementləri klaviatura düymələri vasitəsi ilə
istidadəçi interfeysinin imkanlarından birgə istifadəsinə şərait yaradır.
Type Key (Тип ключа/Açar tipi) qeydləri klaviaturanın Alt və ya F10 düymələrinin
basılması nəticəsində aktivləşir və bütün “cəld düymə”lərin uyğun əmr və ya seçim üzərində əks
olunmasını təmin edir. Düymələrin əks olunmasından imtina etmək üçün Alt və ya F10
düymələri təkrar basılır, ya da Esc düyməsi basılır.
7.3. Verilənlərin daxil edilməsi və redaktəsi. Funksiyalar. Funksiya kateqoriyaları
İndi də məlumatların xanaya necə daxil edilməsi ilə tanış olaq. Exceldə məlumatları
müxtəlif yollarla daxil etmək olar. İş prosesində xanaya məlumat daxil etməkdən başqa bir neçə
xanaya eyni məlumatı bir anda daxil edə və ya bir məlumat sırasını yarada bilərsiniz.
Əgər Exceldə hazırladığınız sənədlər başqaları tərəfindən də istifadə ediləcəksə, bu
sənədlərin asan başa düşülən və istifadə edilən formada olması lazımdır.
109
Məlumatları daxil etməzdən əvvəl məlumatın daxil ediləcəyi xananı
aktivləşdirməniz lazımdır. X ananı aktivləşdirdikdən (seçdikdən) sonra, sanki düz yazı yazırmış
kimi, klaviatura düymələrindən istifadə edərək məlumatları daxil edə bilərsiniz. Bir xanaya
məlumatı daxil edərkən yazdıqlarınızı həm xananın içərisində, həm də formul çubuğunda
görəcəksiniz.
Bir neçə xanaya eyni məlumatı daxil etmək üçün əvvəl məlumatın daxil ediləcəyi xanaları
seçin, məlumatı yazın və [Ctrl+Enter] düymələrini sıxın.
Əgər daxil edilən mətn xanaya yerləşmirsə, mətnin davamı qonşu boş xanalara keçir.
Mətnin daxil edilməsinin sonunu bildirmək üçün Enter düyməsi sıxılır. Əgər ədədin ölçüsü
xananın ölçüsündən böyükdürsə, onda xanada xE+x formatında simvollar görsənir.
Xanaya düstur daxil etmək üçün əvvəlcə = işarəsi yazılır. Arxasınca düsturun özü yazılır.
Məsələn,A3 xanasında =A1+A2 düsturu yazılsa,onda həmin xanada A1vəA2 xanalarında
olan ədədlərin cəmi görsənəcəkdir.Xanaya informasiya daxil etməyə başlayan kimi, orada
əvvəlcədən olan məlumatlar silinir.
Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar.
1.Mouse-un (Siçan) sol düyməsini xananın üzərində iki qat sıxmaqla.
2.Xana üzərində F2 düyməsini sıxmaqla.
3.Kursoru düstur sətrinə gətirmək və orada redaktə etməklə.
Xananın tərkibini silmək üçün,həmin xananı qeyd edib Delete düyməsini sıxmaq, yaxud
Главная menyusunun Редактирование bölməsindən Очистить əmrini seçmək lazımdır. Bu
zaman ekrana siyahı açılır.
Əgər daha əvvəl Word və ya oxşar yazı proqramlarında işləmisinizsə, stil anlayışı sizə
tanışdır. Özünüz təyin etdiyiniz formatlaşdırma formalarını bir stil adı altında saxlaya bilər və
istədiyiniz zaman bu stili işçi səhifənin hər hansı bir yerinə tətbiq edə bilərsiniz. Əgər
AutoFormat (Avtomatik formatla) əməliyyatı və ya Format Painter ( format boyayıcı)
düyməsindən istifadə etmək kifayət etmirsə, stillərdən İstifadə edin. Format menyusundakı Style
(stil) əmrindən və ya alətlər panelindəki uyğun düymədən istifadə edərək bu tip əməliyyatları
yerinə yetirə bilərsiniz. Hazırda stillərdən də faydalana bilərsiniz.
Düstur – cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi
yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapozon, hesablama ardıcıllığını dəyişmək üçün
istifadə olunan mötərizələrdən təşkil olunur. düstur bərabərlik və riyazi operatorlarla başlayır və
cədvəlin xanasına yazılır. düsturların yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu
qiymət avtomatik olaraq düsturun yerləşdiyi xanaya yazılır.
110
Məs., =SUMM(A1:A12)/$C$3+400
Burada SUMM – funksiyanın adı, A1, A12, $C$3 – istinad, A1:A12 xanalar diapozonu (
massiv), 400 isə sabitdir.
Düsturlarda +, -, *, /, % ( faizin qiymətinin təyini), ^ ( qüvvətə yüksəltmə) hesabi
operatorlarından, =, <, >, <=, >=, <> müqayisə operatorlarından və mətn verilənlərini
birləşdirən & operatorundan istifadə olunur.
Excel 2010-un əsas funksiyaları.
Excel 2010 elektron cədvəlinin əsas funksiyaları (Math and Trig: ABS, FACT, POWER?
PRODUCT, SUM. Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN. Text:
LEFT, RIGHT, LEN. Logical: IF, TRUE, FALSE, AND, OR, NOT) və onlardan istifadə
qaydaları.
Microsoft Excel proqramında funksiyalardan istifadə bir çox məsələlərin həllini
asanlaşdırmağa və sürətləndirməyə imkan verir. Funksiyaların köməyi ilə böyük və mürəkkəb
düsturları sadə və aydın ifadələrə çevirmək olur. Bu səbəbdən Microsoft Excel 2010 cədvəl
prosessorunun ən çox istifadə olunan funksiyalarına baxaq:
RİYAZI FUNKSİYALAR.
ABS funksiyası ədədin mütləq qiymətini, yəni işarəsiz qiymətini
qaytarır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
ABS (Number);ABS (Число);
burada number- mütləq qiymətini tapmaq istədiyiniz həqiqi ədəddir.
FACT (ФАКТР) funksiyası ədədin faktorialının hesablayır, yəni 1-dən verilmiş ədəd qədər
olan bütün natural ədədlərin hailini tapır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
FACT (Number);(ФАКТР) (Число);
burada number- faktorialını tapmaq istədiyiniz mənfi olmayan ədəddir.
POWER (СТЕПЕНЬ) funksiyası qüvvətə yüksəldilmiş ədədi qaytarır. Bu funksiyanın
formatı aşağıdakı kimidir:
POWER (number, power); СТЕПЕНЬ (число, степень);
burada number- qüvvətə yüksəldiləcək əsası, power isə qüvvəti bildirir. Qüvvətə
yüksəltmə əməliyyatı "^" işarəsi ilə işarə edilir. Bu zaman qüvvəti bildirən ədəd əsas ədədlə eyni
səviyyədə yerləşir.
PRODUCT (произвед) funksiyası arqument kimi verilən number1, (number2), ...
ədədlərinin hasilini hesablayır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
PRODUCT (number1, (number2), ...); (ПРОИЗВЕД) (число1, число2, ...);
111
burada number1, number2, ...- hasili hesablanmalı lan ədəd, məntiqi qiymət və ya mətn
şəklində verilən ədədlərdir. Bu ədədlərin sayı 1-dən 255-ə qədər ola bilər.
SUM (СУММ) funksiyası verilmiş xanalar diapazonundakıədədlərin cəmini tapır. Bu
funksiyanın formatı aşağıdakı kimidir:
SUM (number1, (number2), ..., number N); СУММ ( число1, число2, ..., числоN)
burada number 1,number 2,..., number N- cəmlənən ədədlərdir.
STATİSTİK FUNKSİYALAR.
Excel-də statistik göstəriciləri emal etmək üçün bir çox
funksiyalar nəzərdə tutulmuşdur. Statistik funksiyalara işləmək üçün Formulas
(Düsturlar/Формулы) tabına Function Library(Funksiyalar kitabxanası/Библиотека
функций) lent qrupunu ya İnsert Function (Fnksiya Əlavə Et/Вставить Функцию) əmrinin
köməyi ilə ekranda açılan eyni adlı dialoq pəncərəsindəki Statictical
(Statistik/Статистические) kateqoriyasından ya da həmin lent qrupundakı More Functions
(Əlavə Funksiyalar/Другие Функции) siyahısınan Statictical (Statistik/Статистические)
kateqoriyasından istifadə edilir.
AVERAGE(СРЗНАЧ) funksiyası verilmiş xanalar diapazonundan ədədlərin orta qiymətini
tapır. Funksiyanın formatı aşağıdakı kimidir:
AVERAGE (number 1, number 2, ..., number N);СРЗНАЧ ( число1, число2, ...,)
burada numbe 1, number 2, ..., number N-orta qiyməti tapılacaq ədədlərdir.
COUNT (СЧЕТ) funksiyası verilmi xanalar diapazonunda ədədlərin sayını tapmaq üçün
istifadə edilir. Funksiyanın formatı aşağıdakı kımıdır:
COUNT (value 1, value 2, ...); СЧЕТ (значение 1, значение 2, ...)
COUNTA (СЧЕТ3) funksiyası verilmiş xanalar diapazonunda ədədlərin, mətnləri, mətn
formasında verilmiş tarix və saatın sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı
aşağıdakı kimidir:
COUNTA(value 1, value 2, ...); СЧЕТ3 (значение 1, значение 2, ...)
COUNTİF (СЧЕТЕСЛИ) funksiyası verilmiş xanalar diapazonunda müəyyən şərti ödəyən
ədədlərin sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir:
COUNTİF (range, criteria) . СЧЕТЕСЛИ ( диапазон, критерий).
Burada arqumentlər:
Range (диапазон)-boş olmayan xanaların sayının hesablandığı diapazon;
Criteria(критерий)- verilənlərin seçilməsi üçün şərt.
MAX (МАКС) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasında maksimum
qiyməti tapır. Funksiyanın formatı aşağıdakı kimidir:
112
MAX (number1, number2,..., number N).
MİN (МИН) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasından minimum
qiyməti tapır. Bu funksiyanın formatı belədir:
MİN (number1, number2,... Number N)
MƏTN FUNKSİYALARI.
Mətn funksiyaları elekton cədvəl xanalarında olan mətn tipli
verilənlərin üzərində əməliyyatlar aparmağa xidmət edir.
LEFT (ЛЕВСИМВ)- funksiyasl qeyd olunmş mətni xanada soldan təyin edilmiş ədədə
uyğun simvolların fraqmentini seçmək üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı
kimidir:
LEFT (text, num_chars). ЛЕВСИМВ (текст, количество_знаков)
Burada arqumetlər:
text (текст)- seçilmiş mətni xananın ünvanını;
num_chars (количество_знаков)- mətnin sol kənarından seçiləcək simvolların sayın
təyin edir.
LEN (Длстр) funksiyası qeyd olunmuş mətni xanada olan simvolların sayını tapmaq üçün
istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir:
LEN (text)
ДЛСТР (текст)
Burada arqument:
text (текст)- seçilmiş mətni xananın ünvanıdır.
MƏNTIQ FUNKSIYALARI.
Məntiq funksiyaları məntiqi şərti verməyə və dəyişməyə,
həmçinin qoyulmuş şərtdən asılı olaraq bu və ya digər əməlləri yerinə yetirməyə imkan verir.
İF (ЕСЛИ/ƏGƏR) funksiyası. Bu funksiyanı seçərkən aşağıdakı dialoq pəncərəsi açılır.
İF (logical_test, value_if_true,value_if_false)
ЕСЛИ (лог_выражение, значение_если_истина, ...) Logical_test (лог_выражение)
sətrində məsələnin şərti daxil edilir. Value_if_true (значение_если_истина) sətrində, cavab
doğru olan haldakı qiymət, Value_if_false (значение_если_ложь) sətrinə isə cavab yalan
olduğu haldakı qiymət daxil edilir.
TRUE (ИСТИНА/DOĞRU) funksiyası şərtin TRUE məntiqi qiymətini əks etdirir. Bu
funksiyanın arqumenti yoxdur. Düsturun nəticəsi ədəd deyil, TRUE olur.
113
FALSE (ЛОЖЬ/YALAN) funksiyası şərtin FALSE məntiqi qiymətini əks etdirir. Bu
funksiyanın arqumenti yoxdur. Düsturun nəticəsi ədəd deyil, FALSE olur.
AND (И/VƏ) funksiyası bütün arqumentlərin TRUE olduğunu yoxlayır və əgər bütün
arqumentlər TRUE-dursa TRUE əks olunur. Bu funksiyanın formatı belədir:
AND (logical1, (logical2), ...)
OR (ИЛИ/YAXUD) funksiyası arqumentlərdən heç olmasa birinin TRUE olduğunu
yoxlayır və TRUE və ya FALSE olduğunu ks etdirir. Yalnız bütün arqumentlər FALSE olduqda
FALSE qiymətini əks etdirir. Bu funksiyanın yazılışı aşağıdakı kimidir:
OR (logical1, logical2, ...)
NOT (НЕ/YOX) funksiyası məntiqi qiymətlər FALSE, TRUE-ya və ya TRUE-nun
FALSE-a dəyişir. BU funksiyanın sintaksisi belədir:
NOT (logical)
MALIYYƏ FUNKSIYALARI investisiya qoyuluşlarını qiymətləndirmək, vəsaitlər
dövrüyyəsi, avadanlıqların amortizasiyası və dicər maliyyə hesablamalarında tətbiq edilir.
Maliyyə funksiyalarının bir neçəsi ilə tanış olaq.
1. FV( )
funksiyası müəyyən dövrü ödənişlər etməklə (ayda, ildə və s.) hər hansı
dövrdən sonra nə qədər vəsait əldə olunacağını hesablayır. Funksiyanın formatı aşağıdakı
kimidir:
2. SLN( ) funksiyası avadanlığın amortizasiyasını (köhnəlmə dərəcəsini) hesablayır.
3. SVD( )funksiyası illər üzrə amortizasiya məbləğini hesablamaq üçün istifadə olunur.
7.4. Fayl əməliyyatları. İş vərəqinin görünüş rejimləri, miqyası və formatlaşdırılması.
Microsoft Excel 2010 prosessorunun File (Fayl) tabı dizayn və funksional baxımdan
yeniləşdirilmişdir. Microsoft Excel 2010 proqramlarının proqram interfeysinə uyğun olaraq bu
taba File menyusu da deyilir. File (Fayl) tabı əmrlərdən və kateqoriyalardan ibarət olur. Burada
Save (Saxla), Save as (Fərqli saxla), Open (Aç), Close (Bağla), Options (Seçimlər) və Exit (Çıxış)
tabın əmrləri, İnfo (Məlumat), Recent (Son istifadə faylları), New (Yeni), Print (Çap), Save & Send
(saxla & Göndər) və Help (Kömək) isə tabın kateqoriyaları adlanır.
Bu əmrlərdən və kateqoriyalardan istifadə etməklə elektron cədvəli yaddaşda fərqli formada
və ya öz adında yadddaşda saxlamaq, proqram pəncərəsində mövcud faylları açmaq, açılmış
elektron cədvəl sənədlərini bağlamaq, Microsoft Excel proqram pəncərəsini tərk etmək, mövcud
faylın xüsusiyyətləri və versiyaları haqqında məlumatlar əldə etmək, yeni cədvəl faylı yaratmaq,
114
iş kitabını müxtəlif parametrlərə görə çapa vermək, mövcud iş kitabını müxtəlif tiplərdə
saxlamaq və elektron poçtla göndərmək, faylın xüsusiyyətlərinə baxmaq və Exsel proqramı üçün
ümumi seçimlər etmək və.s. əməliyyatlar aparmaq olar.
Dostları ilə paylaş: |