installation (Quraşdırmaya başlamaq üçün Install düyməsini bas) məlumatı əks olunan
pəncərə ekrana çıxır. Odur ki, həmin pəncərədə əks olunan Install (Quraşdırmaq) düyməsi
basılır və prosesin hər bir addımı müvafiq məlumatlarla müşayiət olunmaqla fayllar və qovluqlar
bərk diskdə Program Files (Proqram Faylları) qovluğuna yerləşdirilir.
Beləliklə, quraşdırma prosesi uğurla başa çatdıqda proqram haqqında məlumat sistem
reestrində yazılıb saxlanılır, həmçinin Baş menyuda və İş stolunda (bəzi hallarda) proqramın
müvafiq işarəsi yaradılır.
Proqramların ləğvi. Adətən proqramların köhnə versiyasını onun yenisi ilə əvəz etmək
üçün və ya lazımsız proqramların artıq yaddaş oblastı tutmaması üçün onları ləğv etmək lazım
gəlir. Nəzərə almaq lazımdır ki, proqramları ləğv etmək heç də onların İş stolunda, Computer
qovluğunda və ya Proqram faylları qovluğundakı işarələrini ləğv etmək demək deyildir. Yəni
proqramın işarəsini İş stolundan ləğv etməklə proqramın özü ləğv olunmur. Bunu isə həmin
əməliyyat zamanı ekrana çıxan müvafiq dialoq pəncərəsində əks olunmuş məlumat da təsdiq edir.
Yuxarıda göstərildiyi kimi proqramlar quraşdırılarkən yalnız onun bərk diskdə yerləşdirilməsi
və etiketinin yaradılması prosesi baş vermir, həm də bu proqram haqqında sistem reestrində
müəyyən məlumat yazılıb saxlanılır. Ona görə də proqramların ləğv edilməsində Proqramlar və
komponentlər xüsusi xidmətindən istifadə edilməlidir. Bunun üçün Computer qovluğunun
pəncərəsi açılır və alətlər paneli üzərindəki Uninstall or change a program (Proqramı ləğv
etmək və ya dəyişmək-Удалить или изменить программу) düyməsi basılır. Bu halda
Programs and Features (Proqramlar və komponentlər) pəncərəsi açılır . Bu pəncərəni
İdarəetmə paneli qovluğundan da açmaq olar. Kompüterdə quraşdırılmış bütün proqramlar bu
pəncərədə əlifba sırası ilə əks olunub. Bu siyahıdan lazımsız proqram seçilir və Uninstall (Ləğv
etmək) (və ya bəzi proqramlar üçün Change -Dəyişmək, ya da Repair –Bərpa etmək) düyməsi
basılır. Proses normal başa çatan kimi proqramın uğurla ləğv olunduğu barədə məlumat ekrana
çıxır. Bu pəncərədə bəzi proqramlar seçildikdə (məsələn Microsoft Office paketinə daxil olan
proqram) alətlər paneli üzərində Change (Dəyişmək) düyməsi əks olunur. Bu düymə vasitəsilə
Microsoft Office paketinə daxil olan ayrı-ayrı proqram komponentlərini əlavə etmək və ya ləğv
etmək olar.
Proqramları daha sadə yolla ləğv etmək üçün Baş menyuda əks olunan axtarış sətrindən
Uninstall frazasını daxil etmək olar. Bu halda yuxarıda baxdığımız pəncərə açılır.
3.2. Standart proqramlar.
Windows 7 əməliyyat sisteminin tərkibində bəzi məsələlərin həlli üçün nəzərdə tutulmuş nisbətən
sadə və kiçik həcmli
bir sıra proqramlar var. Bunlar əməliyyat sisteminin tərkibinə məcburi
komponent kimi daxil edilmiş standart proqramlardır. Bu proqramlar əməliyyat sistemi ilə
birlikdə kompüterə avtomatik olaraq quraşdırılır. Standart proqramların icrası üçün Baş
42
menyunun All Proqrams (Bütün proqramlar-Все программы) alt menyusuna daxil olan
Accessories (Aksesuarlar-Стандартные) qovluğundan onun adını seçmək lazımdır. Standart
proqramlar daha sadə üsulla Baş menyunun axtarış sətrindən onun adını (hətta adının ilk hərfini)
daxil etməklə icra oluna bilər.
Qeyd dəftərçəsi. Qeyd dəftərçəsi (Notepad – Блокнот) ən sadə mətn redaktorudur.
Başqa sözlə bu proqram kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri redaktə
etmək üçün nəzərdə tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə
formatlaşdırma rejimlərindən istifadə etməyə imkan verir. Elə ona görə də bu proqram sadə
sənədlər və veb-səhifələrin yaradılmasında istifadə edilir. Belə ki, Qeyd dəftərçəsi bir sıra xüsusi
dillərin (HTML, PHP, PERL və s.) kodları ilə verilmiş əmrlərdən ibarət faylların yaradılması və
redaktəsi üçün ideal vasitədir.
Adətən istifadəçilər elektron sənədlərlə iş zamanı onların açılması və saxlanması
əməliyyatlarını icra edirlər. Bu halda açılan müvafiq pəncərələr vasitəsilə əməliyyat sisteminin
standart dialoqlarından istifadə olunur. Windows 7 əməliyyat sistemində həmin dialoq pəncərələri
ciddi şəkildə yeniləşdirilmişdir.
Beləliklə, Notepad (Qeyd dəftərçəsi) proqramını icra etmək üçün aşağıdakı iki qaydanın
birindən istifadə etmək olar :
1.
Start >All Programs > Accessories >Notepad əmri icra olunur;
2.
Baş menyunun axtarış sətrindən notepad (və ya bu sözün ilk hərfi) daxil edilir və açılan
siyahıda
üzərində mausun sol düyməsi basılır. Nəticədə Notepad (Qeyd dəftərçəsi)
proqramının pəncərəsi açılır.
Bu halda açılan pəncərənin əsas hissəsi daxil edilən mətn sahəsi üçün nəzərdə tutulur. Notepad
(Qeyd dəftərçəsi) proqramı icra olunarkən avtomatik olaraq susmaya görə adsız ( Untitled-
Adsız) boş mətn sənədi yaradır.
Lakin File (Fayl-Файл) menyusunun Open (Açmaq- Открыть) əmrilə diskdə mövcud olan
başqa bir mətn faylını da açıb redaktə etmək olar.
Notepad (Qeyd dəftərçəsi) proqramında faylların açılması pəncərəsində disklər və
qovluqlar üzrə hərəkətlər Windows Explorer pəncərəsində olduğu kimi yerinə yetirilir. Yəni bu
zaman pəncərənin yuxarısındakı düymələr və qovluqların kontekst menyusuna daxil olan
əmrlərdən istifadə edilir. Bu pəncərədə susmaya görə yalnız *.txt formatlı fayllar əks olunur.
Yəni yuxarıda da göstərildiyi kimi Notepad (Qeyd dəftərçəsi) proqramı susmaya görə yalnız
*.txt tipli faylları açmaq, yaratmaq və saxlamağa imkan verir. Lakin bu proqram vasitəsilə başqa
tip faylları da açmaq olar. Məsələn, istənilən başqa bir sənədi - HTML sənədini açmaq üçün File
(Fayl) menyusunun Open (Açmaq) əmri ilə açılan dialoq pəncərəsinin aşağısında (File Name
sətrinin sağında) yerləşən fayl tipləri siyahısından All Files (Bütün fayllar- Все файлы) tipi
təyin etmək və bundan sonra isə zəruri faylı seçmək olar.
Faylların yaradılması, açılması və saxlanması üçün Untitled - Notepad (Adsız-Qeyd
dəftərçəsi) pəncərəsində File (Fayl) menyusunun zəruri əmri seçilir və ya klaviaturadan müvafiq
olaraq CTRL+N, CTRL+O və CTRL+S düymələrindən biri basılır.
Notepad (Qeyd dəftərçəsi) icra olunarkən proqramın pəncərəsində boş səhifə açılır. Ona görə də
nəzərdə tutulan mətni daxil etmək olar. Yəni bu halda New (Yeni-Создать) əmrini icra etməyə
ehtiyac yoxdur. Yalnız müəyyən bir sənəd üzərində işləyərkən yeni sənəd yaratmaq lazım
gələrsə, New (Yeni-Создать) əmrini icra etmək olar.
File (Fayl) menyusunun Save (Saxlamaq- Сохранить) əmrindən istifadə etməklə redaktə
olunan faylı öz əvvəlki adı ilə diskə yazmaq və ya fayl ilk dəfə yaradılırsa onu diskdəki istənilən
bir qovluğa *.txt formatı ilə yerləşdirmək olar.
Redaktə olunan faylı *.txt formatından fərqli formatla diskdə saxlamaq üçün əvvəlcə File
(Fayl) menyusunun Save As (Necə Saxlamaq - Сохранить как) əmri icra edilir. Bundan sonra
isə açılan Save As (Necə Saxlamaq - Сохранить как) pəncərənin aşağısında yerləşən fayl
43
tipləri siyahısından All Files (Bütün fayllar- Все файлы) variantı seçilir və genişlənməni
aşkar şəkildə yazmaqla File (Name) sətrindən faylın adı (məs., metn22.html) daxil edilir.
Nəhayət, sonda Save (Saxlamaq) düyməsi basılır.
Notepad (Qeyd dəftərçəsi) pəncərəsində daxil edilən mətn susmaya görə yalnız bir
sətirdə yerləşir və yalnız Enter düyməsi basılarkən təzə sətrə keçid baş verir. Mətn daxil
edildikcə pəncərənin sərhədində avtomatik olaraq təzə sətrə keçid baş verməsi üçün Format
(Format
- Формат) menyusunun Word Wrap (Sözə görə keçid - Перенос по словам) əmri
seçilmiş olmalıdır.
Notepad (Qeyd dəftərçəsi) müxtəlif kodlarla, o cümlədən Unicode və ANSI kodlaşması
ilə də işləyə bilir. Odur ki, bu proqramla işləyərkən kodlaşmanı dəyişmək (bir tipdən başqa tipə
çevirmək) üçün sənədi diskə yazıb saxlayarkən açılan Save as (Necə saxlamaq- Сохранить как)
dialoq pəncərəsinin aşağısında yerləşən. Encoding (Kodlaşdırma- Кодировка) sətrindən zəruri
kod seçilir və Save (Saxlamaq-Сохранить) düyməsi basılır.
WordPad proqramı. WordPad sənədlərin yaradılması və redaktəsi üçün nəzərdə tutulan
və Notepad (Qeyd dəftərçəsi) proqramına nisbətən daha geniş imkanlara malik olan mətn
redaktorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış variantıdır. Odur ki,
WordPad proqramı pəncərəsində Notepad (Qeyd dəftərçəsi) ilə müqayisədə redaktə olunan
sənəd üzərində sadə formatlaşdırma işləri üçün nəzərdə tutulan daha çox elementlər var. Belə ki,
Notepad (Qeyd dəftərçəsi) proqramından fərqli olaraq WordPad proqramında yaradılan
sənədlərdə cürbəcür şriftlər, ölçülər və rəng formatları öz əksini tapa bilər. Həmçinin WordPad
sənədlərində müxtəlif obyektlər şəkillər, sxemlər, diaqramlar, videokliplər, musiqi və hətta səs
effektləri yerləşdirilə bilər.
Yeniləşmiş WordPad pəncərə interfeysinin üç mühüm idarəetmə elementini qeyd etmək
olar : sürətli giriş paneli, alətlər lenti, WordPad proqramının menyu düyməsi.
Bu panelin düymələri istifadəçilər tərəfindən sazlanır. Yəni alətlər lenti üzərində olan
istənilən düyməni Sürətli giriş paneli üzərinə əlavə etmək olar. Bunun üçün həmin düymənin
kontekst menyusunu açmaq və Add to Quick Access Toolbar (Sürətli giriş panelinə əlavə et)
əmrini seçmək lazımdır. Bu panel üzərindəki istənilən düyməni ləğv etmək üçün isə onun
kontekst menyusundan Remove from Quick Access Toolbar (Sürətli giriş panelindən ləğv et)
əmri seçilir.
Sürətli giriş paneli WordPad proqramı pəncərəsinin başlıq sətrində və ya alətlər lentinin
aşağısında yerləşə bilər. Odur ki, bu panelin yerini dəyişmək üçün onun axırında yerləşən
işarəsilə açılan menyunun Show above the Ribbon (Lentin yuxarısında göstər) əmri seçilir.
Aalətlər lenti WordPad proqramı icra olunarkən açılan pəncərənin yuxarı hissəsində
yerləşir. Lent üzərində yerləşən alətlər isə öz növbəsində düymələrin funksiyalarına görə
qruplaşdırılmış olur. Yəni alətlər lenti müxtəlif oblastlardan ibarətdir. Belə ki, hər oblast
daxilindəki düymələrin funksiyaları bir-birinə yaxın əməliyyatların yerinə yetirilməsini təmin
edir. Məsələn, alətlər lentinin mübadilə buferi oblastına daxil olan əmrlər (düymələr qrupu)
buferlə bağlı əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulur. Alətlər lenti üzərindəki
düymələr qruplarının (oblastların) adları müvafiq şəkildə lentin aşağısında əks olunur.
WordPad proqramının mühüm pəncərə elementlərindən biri də proqramın menyu
düyməsidir (WordPad düyməsi). Beləliklə, WordPad proqramı pəncərəsində alətlər lentinin
yuxarı sol küncündə yerləşən
düyməsi sənəd faylları ilə işləmək üçün nəzərdə tutulan
xüsusi əmrlər menyusunu ekrana çıxarır. O cümlədən, bu menyunun əmrləri faylların
yaradılması, açılması, saxlanması, çapı, səhifə parametrlərinin nizamlanması, elektron poçtu ilə
göndərilməsi əməliyyatlarının icrası üçün nəzərdə tutulur.
WordPad proqramında sadə mətn sənədlərini (* .txt formatlı faylları), Microsoft Word
2007 formatlı sənədləri (*.docx-formatlı faylları) və s. açmaq və saxlamaq olar.
WordPad proqramını icra etmək üçün aşağıdakı iki qaydanın birindən istifadə etmək olar:
44
1.
Start >All Programs > Accessories > WordPad əmri icra olunur;
2.
Baş menyunun axtarış sətrindən wordpad (və ya bu sözün ilk hərfi) daxil edilir və açılan
siyahıda
üzərində mausun sol düyməsi basılır. Nəticədə WordPad proqramının
pəncərəsi ekranda əks olunur.
Qeyd etdiyimiz kimi WordPad proqramı Microsoft Word redaktorunun sadələşdirilmiş
variantıdır.
Paint proqramı. Windows sisteminin əvvəlki versiyalarında olduğu kimi Windows 7 əməliyyat
sisteminin tərkibində də sadə qrafiki redaktor – Paint redaktoru istifadə edilir. Windows 7
sisteminin standart proqramları tərkibində olan Paint proqramı tamamilə yeniləşdirilmişdir. Belə
ki, bu proqramda istifadə edilən bütün alətlər Paint pəncərəsinin yuxarı hissəsində əks olunan
lent üzərində yerləşir. Yəni artıq Pant proqramı Microsoft Office 2007 paketinə daxil olan
proqramlara oxşar olaraq lent interfeysinə malikdir. Həmçinin poqramın standart alətləri sırasına
əlavə fiqurlar, fırçalar və s. daxil edilmişdir.
Yeniləşmiş Paint pəncərəsində də WordPad proqramı pəncərəsində olduğu kimi əsas üç
idarəetmə elementini qeyd etmək olar : sürətli giriş paneli, alətlər lenti, Paint proqramının
menyu düyməsi.
Paint proqramında da sürətli giriş paneli pəncərənin başlıq sətrində və ya alətlər lentinin
aşağısında yerləşə bilər. Bu isə istifadəçilər tərəfindən tənzimlənir.
İstənilən vaxt iş prosesində bu panel üzərinə lazım olan düymələri yerləşdirmək və ya
yalnız standart hal üçün nəzərdə tutulmuş düymələrlə kifayətlənmək olar. Həmçinin zərurət
yaranan halda paneli başlıq sətridə yerləşdirmək və alətlər lentini isə pəncərədən yığışdırmaqla
pəncərədə işçi sahəni genişləndirmək olar.
A lətlər lenti Paint proqramının ən mühüm interfeys elementidir. Demək olar ki, şəkillərin
yaradılması və onlar üzərində aparılan bütün redaktə işləri üçün ən zəruri elementlər (əmrlər)
alətlər lenti üzərində yerləşir.
Alətlər lentinin yuxarı sol küncündə proqramın menyu düyməsi yerləşir. Belə ki, lentin yuxarı sol
küncündəki
düyməsi üzərində mausun sol düyməsi basıldıqda məlum standart əmrlər
ekrana çıxır.
Lent interfeysindən əlavə, proqramda şəkil çəkmək üçün alətlərin yeni variantları,
pəncərənin işçi oblastında xətkeşin və torun əks olunması və s. imkanlar yer almışdır.
Pant proqramını icra etmək üçün aşağıdakı iki qaydanın birindən istifadə etmək olar:
1.
Start >All Programs > Accessories > Paint əmri icra olunur;
2.
Baş menyunun axtarış sətrindən paint (və ya bu sözün ilk hərfi) daxil edilir və bu halda
açılan siyahıdan
üzərində mausun sol düyməsi basılır. Nəticədə Paint pəncərəsi açılır.
Paint proqramı müəyyən şəkillər, sxemlər və s. çəkmək üçün nəzərdə tutulan sadə qrafiki
redaktordur.
Kalkulyator. Kalkulyator Windows 7 əməliyyat sisteminin standart proqramları tərkibində
çox mühüm bir proqramdır. Bu proqram klaviaturadan daxil edilən verilənlər üzərində sadə
hesablamaların aparılması üçün nəzərdə tutulur. Bu proqram əslində əlavə imkanları olan dörd
kalkulyatoru özündə birləşdirir
Kalkulyatoru icra etmək üçün aşağıdakı iki qaydanın birindən istifadə etmək olar:
1.
Start >All Programs > Accessories > Calculator əmri icra olunur;
2.
Baş menyunun axtarış sətrindən Calculator (və ya bu sözün ilk hərfi) daxil edilir və açılan
siyahıda
üzərində mausun sol düyməsi basılır. Bu halda Calculator proqramının
pəncərəsi açılır .
Windows 7 sistemində kalkulyator proqramı bir neçə əlavə funksiyalarla təchiz edilmişdir.
Bunların bəzilərinə diqqət yetirək:
Ümumilikdə isə kalkulyator proqramının dörd müxtəlif iş rejimi var: Adi, Mühəndis,
Proqramist, Statistika.
45
Qeydlər. Windows 7 əməliyyat sisteminin standart proqramları arasında yer alan daha
bir maraqlı proqram Qeydlər adlanır. Bu proqram bilavasitə iş stolunda mətndən ibarət kiçik
qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir proqramdır.
Qeydlər (Sticky Notes-Заметки) proqramına sadəcə olaraq üzərində müəyyən qeydlər,
xatırlatmalar və s. yazılmış yapışqanlı stikerlərin elektron variantı kimi baxmaq olar.
Beləliklə, Qeydlər (Sticky Notes) proqramı zəruri qeydlər yaratmaq və onları İş stolunda
yerləşdirməyə imkan verir. Bu proqramın icrası üçün aşağıdakı iki qaydanın birindən istifadə
etmək olar:
1.
Baş menyunun axtarış sətrindən proqramın adı
(adın ilk iki hərfi) daxil edilir və açılan siyahıdan
üzərində mausun sol düyməsi
basılır;
2.
Start >All Programs>Accessories > Sticky Notes əmri icra olunur.
Bu addımlardan biri icra olunan kimi İş stolunda virtual stiker (kiçik elektron qeydlər
blankı) yaradılır. Belə ki, onun üzərində istədiyimiz mətni yaza bilərik. İş stolunda qeydlərin
yerini istədiyimiz kimi dəyişə bilərik. Bunun üçün onu mausun sol düyməsi ilə tutub
sürüşdürmək lazımdır.
İş stolundakı qeydlər blankının (stikerin) yuxarı sol küncündəki “ +” işarəsi üzərində
mausun sol düyməsi basıldıqda İş stolunda növbəti stiker yerləşdirilir. Bu qayda ilə İş stolunda
stikerlərin sayını artırmaq olar.
Qeydlərin fon rəngini (stikerin rəngini) dəyişmək də olar. Bunun üçün onun kontekst
menyusu açılır və oradan müvafiq rəng seçilir.
Qayçı. Kompüterlə iş zamanı bəzən bütün ekranın və ya onun bir hissəsinin şəklini çəkib
götürmək lazım gəlir. Sistemin əvvəlki versiyalarında bu əməliyyatın icrası üçün bir neçə addım
ardıcıl icra olunmalı idi və bu da çox vaxt aparırdı. Bununla yanaşı Windows 7 əməliyyat
sisteminin standart proqramları tərkibində yalnız bir proqram bu işi çox sadə və rahat şəkildə
həyata keçirməyə imkan verir. Bu Qayçı (Snipping Tool – Ножницы) proqramıdır. Yəni Qayçı
(Snipping Tool) proqramı ekranın və ya onun hər hansı bir hissəsinin şəklini çəkərək yaddaşda
qrafiki fayl kimi saxlamağa imkan verir.
Qayçı (Snipping Tool) proqramının icrası üçün aşağıdakı iki qaydanın birindən istifadə
etmək olar:
1. Baş menyunun axtarış sətrindən proqramın adı (adın ilk iki hərfi) daxil edilir və
açılan siyahıdan
üzərində mausun sol düyməsi basılır;
2. Start >All Programs>Accessories > Snipping Tool əmri icra olunur.
Bu zaman bütün ekranın rəngi sanki “dumana bürünür” və Qayçı (Snipping Tool) adlı
kiçik dialoq pəncərəsi ekrana çıxır. Bu dialoq pəncərəsindən istifadə edərək ekrandan zəruri
hissəni və ya fraqmenti kəsib ayırmaq üçün göstərmək lazımdır. Bunun üçün həmin pəncərədə
New (Yeni - Создать) düyməsinin sağındakı kiçik ox düyməsi basılır və açılan menyudan
kəsmək istədiyimiz fraqment üçün zəruri variant seçilir. Həmin menyu Free-form Snip (İxtiyari
forma), Rectangular Snip (Düzbucaqlı), Window Snip (Pəncərə) və Full-screen Snip
(Bütün ekran)
variantlarından birini seçməyə imkan verir. Bu pəncərənin alətlər paneli üzərində
yerləşən düymələrə baxaq:
- düyməsi növbəti fraqmentin yaradılaraq redaktəsinə keçmək üçün nəzərdə tutulur.
- düyməsi redaktə olunmuş şəkilin saxlanması üçün istifadə edilir. Bu halda fayl üçün ad
daxil etmək və tip seçmək lazımdır.
- düyməsi
redaktə olunmuş şəkli mübadilə buferinə kopiyalayır.
-düyməsi hazırlanmış şəkili elektron məktuba qoşmaq üçün nəzərdə tutulur.
46
və
-düymələri şəkil üzərində əlavə qrafiki elementlər işləməyə imkan verir. Bu
zaman düymənin sağında əks olunan kiçik ox
vasitəsilə açılan menyudan qələmin rəngi, tipi
və xətt qalınlığı seçilə bilər.
- düyməsi şəkil üzərində aparılmış düzəlişləri silmək, yəni istifadəçinin əlavə çəkdiklərini
ləğv etməyə imkan verir.
3.3. İş stolunda mini proqramlar
Windows 7 sistemində birbaşa İş stolunda yerləşən və istifadəçini cürbəcür məlumatlarla
gündəlik təmin edən, əyləncəli və s. funksiyalara malik mini-proqramlardan istifadə edilir. Bu cür
kiçik proqramları həm də qadjetlər ( həcətlər) adlandırırlar. Müxtəlif funksiyalara malik belə kiçik
proqramlar İş stolunun istifadəçi üçün əlverişli olan istənilən yerində yerləşdirilə bilər. Onların
bəziləri sadəcə olaraq istifadəçini məlumatlandırır, yəni təmiz informativ xüsusiyyətə malikdir.
Belə ki, bu proqramlar istifadəçi üçün hər an maraqlı ola biləcək vacib informasiyanı, o
cümlədən, vaxt, hava, təqvim, və s. məlumatları İş stolunda əks etdirir.
Bəzi mini proqramların (“Hava”, “Valyuta”, “Onlayn-radio” və s.) işləməsi üçün internet
qoşulması olmalıdır, bunsuz onlar operativ və aktual məlumatları göstərməyəcək. Çünki bir sıra
mini proqramlar da veb-səhifələr kimi HTML və JavaScript dillərində yazılmış qrafiki təsvirlər
və fayllardan ibarətdir. Ona görə də onların İş stolunda əks olunması üçün brauzerlərdən heç
olmazsa biri sistemdə quraşdırılmış olmalıdır. O cümlədən, Windows 7 sistemində quraşdırılmış
(standart) mini proqramların işləməsi üçün İnternet Explorer brauzerinin olması zəruridir. Yəni
bəzi mini proqramlar (məsələn, “Hava”) işləməsi üçün internetə qoşulma tələb edir, bəziləri isə
(məsələn, “Saatlar”) internetsiz işləyə bilər.
Mini proqramların icrası olunması üçün onlar əvvəlcə qoşulmalıdır. Bunun üçün aşağıdakı
addımlar ardıcıl icra olunur:
Control Panel (İdarəetmə paneli) Programs and Features (Proqramlar və
komponentlər) əmri icra olunur;
Bu halda açılan pəncərənin solundakı menyudan Turn Windows features on or off
(Windows komponentlərinin qoşulması və ya açılması - Включение или отключение
компонентов Windows) bəndi seçilir. Bu zaman displey ekranında Windows Features
(Windows komponentləri) dialoq pəncərəsi əks olunur (şəkil 7.25);
Mini proqramların qoşulması üçün bu pəncərədə Windows Gadget Platform (Windows
Gadjetləri platforması - Платформа гаджетов Windows) rejimi seçilir. Mini proqramlara
ehtiyac yoxdursa bu rejim seçilmir;
Dostları ilə paylaş: |