MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ


Sonda kompüteri təzədən yükləmək lazımdır.   Windows 7



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   2   3   4   5   6   7   8   9   ...   16
YourFileName


 
Sonda kompüteri təzədən yükləmək lazımdır.  
Windows 7 sisteminin tərkibində quraşdırılmış bir sıra mini proqramlar var: “Təqvim”, “Hava”, 
“Saat”, “Slaydların görünüşü”, “Valyuta”, “Mərkəzi prosessor indiqatoru” və s. Onlara baxmaq 
üçün İş stolunun kontekst menyusundan Gadgets (Qadjetlər-Гаджеты) əmrini seçmək lazımdır. 
Həmin əmr seçildikdə İş stolunun mini proqramlar kolleksiyası əks olunmuş pəncərə  ekrana 
çıxır. 
Bu pəncərədə göstərilən mini proqramlardan istənilən birini İş stoluna yerləşdirmək üçün onun 
üzərində mausun sol düyməsi ikiqat basılır və ya o, sadəcə olaraq mausla İş stoluna daşınır. İş 
stolunda  mini proqramların yerini ixtiyari qayda ilə dəyişmək olar. Bunun üçün onu mausla İş 
stolunun istənilən yerinə daşımaq lazımdır.  
İş stolunun kontekst menyusunda View (Görünüş- Вид) menyusunun Show desktop gadgets (İş 
stolunun mini proqramlarını göstər - Отображать гаджеты рабочего стола) əmri ilə mini 
proqramların İş stolunda əks olunmasını tənzimləmək olar.   

 
 
47 
 
Səsyazma (Sound Recorder). Windows 7 sisteminin standart proqramları tərkibində 
daha bir kiçik və lazımlı proqramdan istifadə olunur. Bu Səsyazma (Sound Recorder) 
proqramıdır. Bu proqram Windows 7 sistemində səsi mikrofondan yazaraq səs faylı kimi  
kompüterdə saxlamağa imkan verir. Proqramın icra olunması üçün aşağıdakı iki qaydanın 
birindən istifadə etmək oar: 

  StartAll ProgramsAccessoriesSound Recorder əmri icra olunur; 

 
Baş  menyunun  axtarış  sətrindən  proqramın  adı  (adın  ilk  iki  hərfi)  daxil  edilir  və  açılan 
siyahıdan 
 seçilir.  
Səsyazma (Sound Recorder) proqramı icra olunarkən onun pəncərəsi ekrana çıxır. Proqramın 
çox sadə interfeysi var. Belə ki, səsin yazılması prosesi pəncərədə yeganə Start Recording 
(Yazmağa başla - Начать запись) / Stop Recording (Yazmanı dayandır) düyməsilə idarə 
olunur.  
Nəzərə almaq lazımdır ki, səsyazma proqramı ilə işləmək üçün səs kartı və kompüterə qoşulmuş 
dinamiklərin olması, həmçinin səsin yazılması üçün mikrofon tələb olunur.   
 
3.4. İdarəetmə paneli. İdarəetmə panelinin bəzi elementlərinin sazlama işlərində tətbiqi. 
  
 İdarəetmə panelinin pəncərəsi  Baş menyudan və ya Computer qovluğu pəncərəsində Open 
Control Panel (İdarəetmə panelini açmaq) düyməsi ilə açıla bilər. Bu pəncərədə İdarəetmə 
panelinin elementləri bir neçə kateqoriyadan ibarət olan qruplarla əks olunur. O cümlədən, 
aşağıdakı iki mühüm yeniliyi qeyd etmək lazımdır: Windows 7 sisteminin İdarəetmə paneli 
pəncərəsində Baş menyuda olduğu kimi xüsusi axtarış sətri var. Belə ki, bu axtarış sətri zəruri 
idarəetmə elementini onun adının ilk hərfinə görə  tapmağa imkan verir; 
1. 
Pəncərədə  əks  olunan  kateqoriya  qrupları  üzrə  keçidlər  üçün  ünvanlar  sətrindən 
istifadə  etmək  olar.  Yəni  Windows  Explorer  proqramı  pəncərəsində  olduğu  kimi  ünvanlar 
sətrindəki  kiçik  ox  işarələrindən,  eləcə  də  bu  sətrin  solundakı  “İrəli”  və  “Geri”  düymələri 
vasitəsilə kateqoriya qrupları üzrə keçidlər etmək olar.    
Kateqoriya qruplarından əlavə İdarəetmə paneli elementlərinə böyük işarələr və ya kiçik 
işarələr rejimlərində də baxmaq olar. Bunun üçün pəncərənin yuxarı sağ hissəsində açılan 
Görünüş (View by) siyahısından  istifadə etmək olar. Yəni həmin siyahıdan Small icons (Kiçik 
işarələr) rejimi seçildikdə İdarəetmə panelinin bütün elementləri kiçik işarələrlə, Large icons 
(Böyük işarələr) rejimi seçildikdə isə böyük işarələrlə  əks olunur. 
İş stolunda yerləşən Network (Şəbəkə) və ya Computer (Kompüter) qovluğunun kontekst 
menyusunda Properties (Xüsusiyyətlər) əmrindən istifadə etməklə  də açmaq olar və belə 
misallardan çox göstərmək olar. Ona görə də hər bir istifadəçi özünün ən münasib bildiyi variantı 
seçə bilər.    
 
Beləliklə, İdarəetmə panelinin daha bir neçə elementinin sazlama işlərində tətbiqlərinə 
baxaq.  
Maus və klaviaturanın sazlanması. Kompüterdə işləyərkən icra olunan əksər əməliyyatlarda 
demək olar ki, maus və klaviaturadan istifadə edilir. Bu məqsədlə sistemdə maus və klaviaturanın 
sazlanması əməliyyatı nəzərdə tutulur. Bunun üçün İdarəetmə panelindən istifadə edilir. 
Mausun sazlanması. Mausun sazlanması prosesi Mouse Properties (Maus xüsusiyyətləri) 
dialoq pəncərəsində aparılır. Bu pəncərə aşağıdakı iki qaydanın birindən istifadə etməklə 
İdarəetmə panelindən açılır: 
a). İdarəetmə panelinin elementləri kateqoriya qrupları şəklində əks olunur. Bu halda  
StartControl Panel Hardware and Sound Devices and PrintersMouse 
(Startİdarəetmə paneli Qurğular və səs Qurğular və printerMaus) əmri icra olunur.  
b). İdarəetmə panelinin elementləri kiçik və ya böyük işarələrlə əks olunur. Bu halda 
StartControl Panel Mouse əmri icra olunur.  

 
 
48 
Buttons (Düymələr - Кнопки мыши) pəncərə əlavəsində  Switch primary and secondary 
buttons (Düymələrin funksiyasını dəyişmək - Обменять назначение кнопок) rejimi 
seçildikdə mausun sağ və sol düymələrinin funksiyaları  dəyişir (solaxaylar üçün). Belə ki, bu 
halda ənənəvi haldan fərqli olaraq mausun sol düyməsi kontekst menyunu açmaq üçün, sağ 
düyməsi isə obyektlərin seçilməsi, daşınması, qovluq və faylların açılması üçün istifadə olunacaq.   
 
Obyektlərin daşınması zamanı mausun sol düyməsini basılı saxlamamaq da olar. Bunun 
üçün yuxarıdakı pəncərədə əvvəlcə  ClickLock (Yapışdırmaq- залипать) bölməsindən Turn 
on ClickLock (Yapışdırmanı qoşmaq - Включить залипание) rejimi seçilməlidir.  
Digər versiyalarda olduğu kimi Windows 7 sistemində də mausun göstəricisini müxtəlif proseslər 
üçün dəyişmək mümkündür. Bu məqsədlə Pointers (Göstəricilər - Указатели) pəncərə 
əlavəsindən istifadə edilir. Bu pəncərəni Personalize (Fərdiləşdirmə) pəncərəsində  əks olunan  
Change mouse pointers (Maus göstəricisini dəyişmək - Изменение указателей мыши) 
hiperəlaqəsindən istifadə etməklə də açmaq olar.  
 
Aşağıdakı qayda ilə müxtəlif rejimlər üçün göstəricinin görünüşünü dəyişmək olar: 

 
Customize (Sazlanma - Настройка) siyahısından zəruri rejim seçilir; 

 
Browse (Xülasə-обзор) düyməsi ilə açılan pəncərədə göstərici üçün zəruri fayl tapılır; 

 
Göstərici  faylı  seçilir  və  Open  (Açmaq)  düyməsi,  sonra  isə  Apply  (Tətbiq  etmək) 
düyməsi basılır.  
Klaviaturanın sazlanması. Klaviatura əksər proqramlarda verilənlərin əl ilə daxil edilməsi 
üçün istifadə edilən ən əlverişli qurğudur. Klaviaturanın sazlanması üçün Keyboard Properties 
(Klaviatura xüsusiyyətləri) dialoq pəncərəsindən istifadə edilir. Bu pəncərəni StartControl 
Panel (İdarəetmə paneli) Keyboard (Klaviatura) əmri ilə açmaq olar. 
  
Burada Speed (Sürət) və Hardware (Qurğu) düymələrinə müvafiq iki pəncərə əlavəsi 
var. Bunların hər birinə baxaq. Speed (Sürət) pəncərə əlavəsində  klaviaturanın işinin sürət 
parametrlərini sazlamaq olar. Eyni zamanda Repeat delay (Təkrardan əvvəl ləngimə - 
Задержка  перед началом      повтора) sətrindəki tənzimləyici (sürüngəc) klaviatura düyməsi 
basılı olarkən müvafiq simvolun təkrarlanmadan əvvəlki zaman intervalını təyin edir. Yəni bu 
tənzimləyici klaviatura düyməsi basılı olarkən müvafiq simvolun daxil olunma anı ilə onun 
təkrarlanmaya başlaması anı arasındakı ləngimə vaxtını nizamlamaq üçündür. Eləcə də klaviatura 
düyməsi basılı vəziyyətdə saxlandıqda müvafiq simvolun təkrarlanma sürətini nizamlamaq 
(azaltmaq və ya artırmaq) üçün Repeat rate (Təkrarlanma sürəti - Скорость повтора) 
tənzimləyicisi sola və ya sağa sürüşdürülür.  Bu halda pənəcərədəki boş sətirdə quraşdırılmış 
sürəti yoxlamaq da olar.  
Nəhayət, Cursor blink rate (Kursorun sayrışma tezliyi - Частота мерцания курсора) 
sətrindəki tənzimləyici vasitəsilə kursorun ekranda sayrışma (tez-tez yanıb-sönmə) tezliyini 
artırmaq və ya azaltmaq olar.    
              Hardware (Qurğu) pəncərə əlavəsində istifadə edilən klaviatura haqqında ümumi 
məlumatlar, o cümlədən, qurğunun adı və tipi, istehsalçısı, qurğunun vəziyyəti haqqında 
informasiya verilir.   
 
Dil və regional standatların sazlanması.  
Regional standartların sazlan-ması 
rejiminə keçmək üçün İdarəetmə paneli pəncərəsində Clock, Language and Region  (Saat, dil 
və region -Часы, язык и регион) kateqoriya qrupu seçilir və açılan siyahıdan Region and 
Language üzərində sol düymə basılır. Bu halda Region and Language (Dil və region)  
pəncərəsi açılır.  
 
Bu pəncərənin Formats (Formatlar – Форматы) əlavəsindəki Date and time formats 
(Tarix və vaxt formatları) bölməsində açılan siyahılardan proqramlarda tarix, vaxt, valyuta və 
ədədlərin regional xüsusiyyətləri (milli dillər) nəzərə alınmaqla  əks olunma rejimləri seçilir. Bu 
halda tarix və vaxtın qısa, həmçinin  bütöv yazılışlarından istifadə etmək olar.  

 
 
49 
           Keyboards and Languages (Dillər və klaviaturalar - Языки и клавиатуры) 
pəncərə əlavəsindən istifadə etməklə dillərin və mətndaxiletmə xidmətlərinin sazlanma 
parametrlərinə baxmaq və zəruri hallarda onları dəyişmək olar.  Bunun üçün Keyboards and 
Languages (Dillər və klaviaturalar) pəncərə əlavəsində Change keyboard (Klaviaturanı 
dəyişmək) düyməsi basılır. Bu halda Text Services and Input Languages (Dillər və Mətn 
xidmətləri) dialoq pəncərəsi açılır. 
 
Bu pəncərənin yuxarı hissəsindəki Default input language (Dilin susmaya görə daxil 
edilməsi- Язык ввода по умолчанию) bölməsində sistemdə quraşdırılmış giriş dillərindən biri 
susmaya görə istifadə üçün seçilir.  
  
Sistemə yeni dil əlavə etmək üçün bu pəncərədə Add (Əlavə etmək - Добавить) düyməsi 
basılır. Bundan sonra ekranda açılan siyahıdan zəruri olan dil seçilir və OK düyməsi basılır.     
İndi isə Text Services and Input Languages (Dillər və mətn xidmətləri) dialoq pəncərəsinə  
qayıdaq və orada Language Bar (Dil paneli - Языковая панель) pəncərə əlavəsinə keçək; 
 
Dil paneli İş stolunun istənilən yerində yerləşdirilə bilər. Lakin bəzi hallarda dil paneli nə 
İş stolunda, nə də  tapşırıqlar paneli üzərində görünmür, itir. Bu isə dil panelinin kontekst 
menyusundan təsadüfən Close the Language bar (Dil panelini bağla- Закрыть языковую 
панель) əmri icra olunduqda baş verir. Belə hallarda dil panelini yenidən tapşırıqlar paneli 
üzərinə çıxarmaq  olar. Bunun üçün açılmış Language Bar (Dil paneli)   pəncərə əlavəsində 
Docked in the taskbar (Tapşırıqlar paneli üzərində bərkidildi - Закреплена в панели 
задач) rejimi seçilir. Həmçinin bu pəncərədə Floating On Desktop (İş stolunun istənilən 
yerində yerləşir) rejimi seçildikdə dil paneli İş stolunun istənilən yerində yerləşdirilə bilir.  
 
Sistemin interfeys dilini dəyişmək üçün aşağıdakı qaydadan istifadə edilir:  

 
   İdarəetmə panelindən Region and Language (Dil və region) pəncərəsi açılır;  

 
Bu  addımda  həmin  pəncərənin  Keyboards  and  Languages  (Dillər  və  klaviaturalar) 
pəncərə  əlavəsindəki  Choose  a  display  language  (Əks  olunma  dilinin  seçilməsi)  sətrindən 
zəruri  dil seçilir və OK düyməsi basılır.  Bundan  sonra  dəyişikliyin işə  düşməsi üçün kompüter 
yenidən yüklənməlidir.  
 
3.5. Qeydiyyat yazısı haqqında ümumi məlumat. Qeydiyyat yazısının yaradılması və  
sazlanması. 
 
Windows əməliyyat sistemində qeydiyyat yazısından istifadə edilməsi bir neçə istifadəçinin 
yalnız öz şəxsi fayl obyektlərindən istifadə etməklə kompüterdə işləməsinə imkan verir. Belə ki, 
hər bir istifadəçi öz qeydiyyat yazısı ilə sistemə daxil olarkən yalnız öz İş stolu ona təqdim olunur 
və buna görə də o başqa istifadəçilərin İş stolu ilə təmasda ola bilmir.  
 
 
 
Qeydiyyat yazılarının üç növü var. Bunların hər biri kompüteri idarə etmək üçün 
istifadəçiyə fərqli imkanlar verir: 

   Administrator - Kompüterə tam nəzarət hüququ olan administrator qeydiyyat yazısı. 
Administrator sistemin sazlanması ilə bağlı bütün işləri görə  bilər və  onun bərk  diskdəki bütün 
fayl  və  qovluqlara  giriş  imkanı  var.  Administrator  başqa  istifadəçilər  üçün  qeydiyyat  yazısı 
yarada bilər, qeydiyyat yazılarını dəyişdirər və ya ləğv edə bilər; 

   Standard  user  -  Adi  (məhdud  imkanlı)  qeydiyyat  yazısı.  Belə  qeydiyyat  yazısı  olan 
istifadəçilər maneəsiz olaraq proqramları icra etmək, sənədlər yaratmaq və redaktə etmək, onları 
ləğv etmək imkanlarına malikdir. Lakin onlar sistemdə sazlama işləri apara bilməzlər və sistem 
qovluqlarında,  məsələn,  Windows  və  ya  Proqrams  Files  qovluqlarında  saxlanılan  fayllarda 
düzəlişlər edə bilməzlər. 

   Guest - kompüterə müvəqqəti giriş üçün nəzərdə tutulan və həmişə mövcud olan xüsusi tip 
qeydiyyat yazısı – Qonaq. Bu qeydiyyat yazısı təsadüfi istifadəçilərin-qonaqların  kompüterdən 
müvəqqəti  istifadə  etməsi  üçün  nəzərdə  tutulur  və  belə  istifadəçilər  üçün  yeni  qeydiyyat  yazısı 

 
 
50 
yaratmağa ehtiyac yoxdur.  Kompüterdə bir neçə qeydiyyat yazısı olan halda Windows sistemi 
yüklənərkən sistemə giriş ekranında onların işarələri və adları əks olunur. Bunların arasından isə 
istifadəçi  öz  adını  seçərək  sistemə  daxil  olur.  Beləliklə,  hər  bir  istifadəçi  yalnız  öz  İş  stolunda 
işləyə bilir.  
Qeydiyyat yazısının yaradılması və sazlanması   
 
   
İstifadəçinin qeydiyyat yazısını yaratmaq və redaktə etmək üçün İdarəetmə panelindən 
User Accounts and Family Safety (İstifadəçilərin qeydiyyat yazıları və ailə təhlükəsizliyi) 
kateqoriya qrupuna daxil olaraq User Accounts (Qeydiyyat yazıları) bəndini seçmək lazımdır. 
Bu zaman qeydiyyat yazılarının idarə olunması üçün istifadə olunan xüsusi dialoq pəncərəsi 
açılır. Bu pəncərəni  həm də Baş menyuda sağ sütunun yuxarısında yerləşən istifadəçinin öz 
qeydiyyat yazısının işarəsi üzərində mausun sol düyməsini basmaqla açmaq olar. Açılan 
pəncərədə  cari qeydiyyat yazısını redaktə etmək və ya yeni qeydiyyat yazısı yaratmaq olar. 
Nəzərə almaq lazımdır ki, cari qeydiyyat yazısının parolu varsa, baxılan pəncərədəki rejimlər 
sırasında  Öz parolunu dəyişmək və Öz parolunu ləğv etmək rejimləri də əks olunacaq.   
 
  Yeni qeydiyyat yazısı yaratmaq üçün bu pəncərədə Create a new account (Yeni 
qeydiyyat yazısı yaratmaq - Создание учетной записи) bəndi seçilir. Bu addımda açılan 
pəncərədə qeydiyyat yazısı üçün ad daxil edilir və tip seçilir. Bunun ardınca Create Account 
(Qeydiyyat yazısının yaradılması) düyməsi basılır. Bununla da yeni qeydiyyat yazısı yaradılmış 
olur. Belə ki, mövcud qeydiyyat yazıları siyahısında yeni yaradılmış  qeydiyyat yazısı öz adı və 
işarəsilə əks olunur.  
           Bunun ardınca yeni yaradılmış qeydiyyat yazısını  sazlamaq olar. Bunun üçün həmin yazı 
seçilir və nəticədə müvafiq sazlanma pəncərəsi açılır. Bu pəncərədə əks olunmuş Change the a 
account name (Qeydiyyat yazısının adını dəyişmək), Create a password (Parol yaratmaq), 
Change the picture (Şəkili dəyişmək), Set up Parental Controls (Valideyin nəzarəti 
qurmaq),  Change the account type (Qeydiyyat yazısının tipini dəyişmək), Delete the 
account (Qeydiyyat yazısını ləğv etmək), Manage another account (Başqa qeydiyyat 
yazılarının idarə olunması) rejimləri vasitəsilə yeni yaradılmış qeydiyyat yazısını sazlamaq və 
həmin pəncərədən digər qeydiyyat yazılarının idarə olunması pəncərəsinə  keçid etmək olar. 
İstifadəçinin öz qeydiyyat yazısının sazlanması  
 
  Yuxarıda qeyd etdik ki, qeydiyyat yazılarını redaktə etmək (parametrlərini dəyişmək) üçün 
İdarəetmə panelindən istifadə etməklə və ya Baş menyuda cari istifadəçinin qeydiyyat yazısının 
işarəsi (şəkli) üzərində mausun sol düyməsini basmaqla açılan xüsusi pəncərədən istifadə edilir. 
İstifadəçi öz qeydiyyat yazısını idarə etmək üçün həmin pəncərədə hiperəlaqələr şəklində əks 
olunan rejimlərdən istifadə edə bilər. Hər bir istifadəçi öz qeydiyyat yazısını istədiyi kimi sazlaya 
bilər. Yəni əməliyyat sistemi istifadəçiyə öz qeydiyyat yazısının parametrlərini dəyişdirmək 
imkanı verir. Bununla yanaşı istifadəçinin administrator hüququ olarsa, o zaman o istənilən 
qeydiyyat yazısını seçərək redaktə edə bilər.  
 
     İndi isə göstərilən pəncərədə  istifadəçinin öz qeydiyyat yazısını sazlaması üçün nəzərdə 
tutulan rejimlərə nəzər salaq. 
1.  Əgər  qeydiyyat  yazısı  parolla  qorunmursa,  Create  a  password  for  your  account  (Öz 
qeydiyyat  yazısı  üçün  parol  yaratmaq  -  Создание  пароля  своей  учетной  записи)  rejimi 
üzərində sol düymə basılır. Bunun ardınca parol daxil edilir və təsdiqlənir.  
2.  Əgər  qeydiyyat  yazısı  parolla  qorunursa,  pəncərədə  həm  də  Change  your  password  (Öz 
parolunu dəyişmək - Изменение своего пароля) və Remove your  password (Öz parolunu ləğv 
etmək  -  Удаление  своего  пароля)  rejimləri  əks  olunacaq.  Bu  rejimlər  vasitəsilə  müvafiq 
əməliyyatları  yerinə  yetirmək  olar.  Parolu  dəyişmək  üçün  köhnə  parolun  daxil  edilməsi  tələb 
olunur, ardınca da yeni parol daxil edilir və təsdiqlənir  

 
 
51 
      3.  İstifadəçi öz qeydiyyat yazısının işarəsini dəyişmək üçün Change your picture (Öz 
şəklini dəyişmək – Изменение своего рисунка) rejimindən istifadə edir. İstifadəçi öz qeydiyyat 
yazısının şəklini (işarəsini) istənilən başqa şəkillə əvəz edə bilər.  
      4. İstifadəçi istənilən vaxt öz qeydiyyat yazısının adını dəyişdirə bilər. Lakin bunun üçün 
onun administrator hüququ olmalıdır. Yəni istifadəçi administratorun qeydiyyat yazısı ilə sistemə 
daxil olmalıdır.  
 
Öz qeydiyyat yazısının adını dəyişmək üçün Change your account name (Öz qeydiyyat 
yazısının adını dəyişmək – Изменение имени своей учетной записи) rejimindən istifadə 
edilir.  
     5. İstifadəçi öz qeydiyyat yaısının tipini dəyişə bilər. Bunun üçün  baxılan pəncərədə Change 
your account type (Öz qeydiyyat yazısının tipini dəyişmək – Изменение типа своей учетной 
записи) rejimindən istifadə olunur. Lakin bu əməliyyat da yalnız administrator hüququ olan 
istifadəçilərə aiddir. Belə ki, yalnız administrator tərəfindən adi istifadəçilərə administrator 
hüququ verilə bilər.  
 
 

 
 
52 
Mövzu4 
İnternet kompüter şəbəkəsi. 
Lokal və qlobal şəbəkələr 
Windows 7 sistemində elektron poçt 
Movzu 4
 
 
4.
1. İnterneitn yaranma tarixi. İnternetin strukturu. İnternetə qoşulma üsulları. 
4.2.  İnternet  Explorer  8  proqramı.  İnternetdə  iş.  İnternet  Explorer  proqramında  sazlama                                
işləri. 
4.3. Lokal şəbəkələrin topologiyaları. Lokal şəbəkədə istifadə olunan qurğular. 
       Qlobal kompüter şəbəkəsi. 
4.4. Elektron poçt.  
4.5. Windows Live poçt  proqramının qu-raşdırılması, sazlanması, interfeysi 
 
4.1. İnterneitn yaranma tarixi. İnternetin strukturu. İnternetə 
qoşulma üsulları. 
 
İnternet  XX  əsrin  ən  böyük  nailiyyətlərindən  biridir.  İnternetin  əsasının  qoyulması  60-cı 
illərin  axırına  təsadüf  edir.    Belə  ki,  1969-cu  ildə    ABŞ  Müdafiə  Nazirliyinin  (Pentaqon)  hərbi 
məqsədlər  üçün  nəzərdə  tutulmuş  Qabaqcıl  Tədqiqatlar  Bürosunu  yaratması  ilə  İnternetin  əsası 
qoyuldu.  Bu  tədqiqatlar  mərkəzində  elə  bir  kommunikasiya  şəbəkəsinin  qurulması  nəzərdə 
tutulurdu ki,  onun müəyyən hissəsi sıradan çıxdıqda belə,  qalan hissə əvvəlki kimi informasiya 
mübadiləsi prosesini davam etdirə bilsin və bununla da informasiyanın etibarlı şəkildə ötürülməsi 
təmin edilsin.  Belə bir şəbəkə yaradıldı və ARPANET (Advanced Research Projects Agency 
Network) adlandırıldı.
  
Mütəxəssislər  üçün  ARPANET  son  dərəcə  mühüm  şəbəkə  imkanları  verdi.  Belə  ki, 
ölkənin ucqar bir məntəqəsində olan mütəxəssis başqa bir uzaq yerdən informasiya almaq üçün 
ora  sorğu  göndərir  və  cəmisi  bir  neçə  saniyə  ərzində  lazım  olan  fayl  onun  “elektron  stoluna” 
çıxarıla  bilir.  Yəni  bu  sistem  uzaq  məsafələrdə  olan  kompüter  mərkəzləri  ilə  əlaqələr  yaradır, 
elektron poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün istifadə olunurdu.   
İllər  keçdikcə  ARPANET  aktiv  şəkildə  inkişaf  etdirildi  və  genişləndi.  Yeni-yeni 
iştirakçılar şəbəkəyə qoşuldular. Nəhayət, bura ali təhsil müəssisələri də qoşuldu və bu şəbəkədən 
müxtəlif elm sahələrinin alimləri istifadə etməyə başladı. İlk dəfə olaraq 1973-cü ildən şəbəkəyə 
müxtəlif ölkələrin kompüterləri qoşuldu. Beləliklə, ARPANET beynəlxalq şəbəkəyə çevrildi. 
Qlobal  şəbəkənin  sonrakı  inkişafı  80-ci  illərdə  davam  etdirildi.  1983-cü  ildə  ARPANET 
şəbəkəsi  ARPANET  və  MİLNET  (Military  Network)  adlanan  iki  müxtəlif  sistemə  bölündü. 
Belə  ki,  MİLNET  şəbəkəsi  yalnız  hərbi  məqsədlər  üçün,  ARPANET  isə  digər  sahələr  üçün, 
xüsusi  halda  elmi  tədqiqat  işləri  üçün  nəzərdə  tutulurdu.  Lakin  sonralar  bu  iki  şəbəkə  arasında 
informasiya  mübadiləsi  imkanı  yaranır  və  bunlar  birləşir,  həm  də  bu  birləşmə  ilk  dəfə  olaraq 
İnternet  adı  ilə  tanınır.  Beləliklə,  bu  iki  şəbəkə  birləşdirildi  və  İnternet  (İnterconnected 
Networks – Birləşmiş şəbəkələr) adlandırıldı.  
Bütün  bunlarla  yanaşı  başqa  qlobal  şəbəkələr  də  yaradılmağa  başlandı.  Məs.,  BİTNET 
(Because  İt’s  Time  Network  -Çünki,  vaxtı  gəldi),  CSNET  (Computer  Science  Network  - 
Elmi kompüter şəbəkəsi), USENET (User Network - İstifadəçi şəbəkəsi) və s. Bunlar əvvəlcə 

 
 
53 
bir-biri  ilə  əlaqəsi  olmayan  tamamilə  müstəqil  şəbəkələr  idi,  təhsil  və  tədqiqat  işləri  üçün 
istifadə  edilirdi.  Lakin  müəyyən  müddət  sonra  bu  şəbəkələr  də  müxtəlif  təşkilatlar  arasında 
informasiya mübadiləsini asanlaşdırmaq üçün İnternetə qoşuldular.   
Nəhayət,  1986-cı  ildə  ABŞ  Milli  Elm  Fondu  İnternetlə  bağlı  mühüm  qərar  verərək 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin