Maliyyə uçotunun aparılması və maliyyə hesabatının tərtib və təqdim edilməsi konkret institusional vahidlər, yəni müşxtəlif tipli müəssisələr çərçivəsində həyata keçirilir. Başqa sözlə, maliyyə uçotu və maliyyə hesabatı həmin vahidlərin (təşkilatların) kommersiya fəaliyyətinə aid məlumatlar və informasiya formalaşdırır. Müəssisələrin müxtəlif tipləri vardır. Bütün tipdən olan müəssisələr hüquqi şəxs hesab olunurlar. AR Mülki Məcəlləsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququnqa malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüqqi şəxs bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki, və hüquqi şəxlərin toplusu tərəfindən yaradıla bilər (Mülki Məcəllə maddə 43.1., 43.2.).
Hüquqi şəxs hesab olunan kommersiya təşkilatının yaradılması onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə formalaşdırılır. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi həmin hquqi şəxsin təsis sənədidir.Hər bir hüquqi şəxs müvafiq icra icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.
Məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya təşkilatlarının aşağıdakı tipləri (növləri) yaradıla bilər:
Fərdi sahibkarlıq;
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri (Birgə müəssusələr);
Fərdi sahibkarlıqda müəssisənin bir sahibi olur və müəssisəni o özü idarə edir.Belə müəssissələrə misal olaraq bəbərxananı, təlimçini, məhəllə dükanını göstərmək olar. Fərdi sahibkarlıqda mənfəət bölüşdürülmür, mübahisə halları baş vermir, formallıqlar çox az olur, uçotun sadə forması tətbiq olunur. Fərdi sahibkarlıqda bütün risklər, məsuliyyətlər və səlahiyyətlər sahibkarın üzərinə düşür. Müflisləşmə halında sahibkar öhdəliklərini ödəmək üçün səxsi əmlakını/aktivlərini istifadə edə bilər.