`Mövzu Maliyyə uçotunun mahiyyəti, təyinatı, tənzimlənməsinin qanunvericilik bazası və konseptual əsasları


Məlumatların yığılması (ilkin müşahidə) -



Yüklə 49,9 Kb.
səhifə2/10
tarix06.07.2022
ölçüsü49,9 Kb.
#62663
1   2   3   4   5   6   7   8   9   10
1. Maliyyə uçotu

Məlumatların yığılması (ilkin müşahidə) - baş vermiş biznes əməliyyatların, iqtisadi hadisə və faktların ilkin sənədlərdə əks etdirilməsi yaxud rəsmiləşdirilməsidir.
Məlumatın/informasiyanın ölçülməsi - məlumatın/informasiyanın kəmiyyətinin natural və və/ya pul ölçüsündə müəyyən edilməsidir.İnformasiyanın ölçülməsi, təsnifatı və ümumiləşdiriulməsi mühasibat uşotunda əsasən pul və natural, maliyyə uçotunda isə bilabasitə pul ifadəsində həyata keçirilir.
İnformasiyanın qeydiyyatı – ilkin sənədələrin məlumatlarının emal edilərək (işlənilərək) mühasibat registrlərində əks etdirilməsidir.
İnformasiyanın təsnifatı - Aktivlər, kapital, öhdəliklər, gəlirlər, xərclər, eləcə də iqtisadi hadisələr və faktlar haqqında uçot informasiyasının müəyyən əlamətlər üzrə və müəyyən məqsədlər üçün qruplaşdırılması və əks etdirilməsidir.
İnformasiyanın ümumiləşdirilməsi – uçot informasiyasının sintetik uçot registrlərində və maliyyə hesabatında aqreqasiyalaşdırılması və əks etdirilməsidir.
Uçotun başdan başa aparılması- o deməkdir ki, uçotun informasiyası bütün elementləri, obyektləri, iqtisadi hadisələri və faktları əhatə edir.
Uçotun aparılmasının fasiləsizliyi - aktivlərin, kapital və öhdəliklərin, gəlirlərin, xərclərin mövcudluğu və hərəkəti, eləcə də iqtisadi hadisələr və faktlar haqqında uçot məlumatlarının/informasiyasının daimi əsasda və sistematik olaraq sənədlərdə, həmçinin müxtəlif registrlərdə əks etdirilməsidir.
İqtisadi hadisələrin və faktların sənədlərlə rəsmiyyətə salınması - iqtisadi hadisə və faktların hüquqi qüvvəyə malik olan sənədlərdə ilkin olaraq təsbit (qeyd) edilməsidir. Sənədlərdə əks etdirilmiş ilkin məlumatlar daha sonra analitik və sintetik uçot registrlərində təsnifləşdirilir və ümumiləşdirilir. Bu, informasiyanın yoxlanlıla bilməsini təmin edir.
Maliyyə uçotu mühasibat uçotunun yarımsistemlərindən biridir. Mühasibat uçotunun digər yarımsistemini idarəetmə uçotu təşkil edir. Adətən hər iki yarımsistem iqtisadi qərarlar qəbul etmək üçün məlumatları ölçür, emal edir və informasiyaya çevirir. Əgər bütövlükdə mühasibat uçotu biznes qərarları qəbul etmək üçün ümumi informasiya sistemidirsə, maliyyə uçotu adətən maliyyə qərarlarının qəbul edilməsi üçün nəzərdə tutulan informasiya yarımsistemidir. Digər yarımsistem, idarəetmə uçotu, idarəetmə qərarları üçün informasiya hazırlayan yarımsistemdir.
Informasiyanın istifadəçilərini adətən iki qrupa bölürlər:

  1. Insayderlər qrupu (daxili istifadəçilər);

  2. Autsayderlər qrupu (kənar istifadəçilər).

Birinci qrupa müəssisə və şirkətlər çərçivəsində biznes (idarəetmə) qərarları qəbul etmək səlahiyyətinə malik olan rəhbər işçilər, mütəxəssislər, menecerlər və digər işçilər daxildir. Maliyyə uçotunun informasiyasının istifadəçiləri başlıca olaraq kənar istifadəçilərdir, yəni bilavasitə mövcud və potensial investorlar, kreditorlar, borcverənlər və digər kənar hüquqi və fiziki şəxslərdir.
Idarəetmə uçotu adətən istehsal uçotudur, o, məhsulun, işilərin, xidmətlərin maya dəyərinin müəyyən edilməsi, maliyyə nəticələrinin operativ hesablanması üçün tətbiq edilir. İdarəetmə uçotu sistemində formalaşan informasiya müəssisənin fəaliy­yətinin bütün aspektlərini əhatə edir və buna görə də onun mən­bəyi həm daxildə baş ve­rən, həm də müəssisədənkənar hadisə və fakt­lardır. Lakin heç də bütün infor­masiyanın müəssisənin hesabatında rəqəmlərlə əks etdirilməsi mütləq deyildir. He­sabatda adətən kəmiyyət infor­masiyası əks etdirilir. Məsələn, müəssisənin satışdan pul gəli­rinin 1500 min manat, məhsulun maya dəyərinin 1200 min manat, mən­fəətin isə 300 min manat təşkil etməsi kəmiyyət informasiyasıdır, və bu informasiya rəqəmlə ifadə edilir. Həmin informasiya eyni zamanda maliyyə in­for­masiyası hesab edilir və aydındır ki, hər cür maliyyə in­formasiyası pulla ifadə olunmalıdır. Ancaq eyni zamanda rəqəmlə ifadə olunan hər cür informasiya (miq­dar informasiyası) maliyyə informasiyası deyildir. Məsələn, fərz edək ki, mü­əs­sisə ildə 100 000 ədəd televizor istehsal edir və bu şirkətin 500 nəfər işçisi vardır. Hə­min rəqəmlər qeyri-maliyyə xarakterli kəmiyyət informasiyalarıdır. Qeyri-maliyyə informasiyası kəmiyyətlə ifadə olunduğu kimi, keyfiyyət xarakterli də ola bilər. İnformasiyanın keyfiyyət tərəfini isə heç də birbaşa pulla ifadə etmək mümkün deyildir. İdarəetmə uçotu müəssisənin ayrı-ayrı təsərrüfat proseslərinin operativ idarə edilməsi, onun fəaliyyətinin taktikası və strate­gi­ya­sının planlaşdırılması üçün informasiya formalaş­dırma­lıdır. Operativ, taktiki və strateji qərarların qəbul edil­məsi informa­si­yanın da müvafiq olaraq operativ, taktiki və strateji informa­si­yalara bölgüsünü şərtləndirir.
Maliyyə və idarəetmə uçotu arasında olan fərqlər onların ay­rı­lıqda mövcud olmasını şərtləndirir (cədvəl 1.1.1).Maliyyə uçotunun formalaşdırdığı informasiyadan istifadə edənlərin əsas məqsədi müəssisənin əmlak və maliyyə vəziyyəti, maliyyə nəti­cələri, onu pulyaratma qabiliyyəti barədə ətraflı informasiya əldə etməkdir. Belə məlumat (infor­masiya) müəyyən keyfiyyət xarak­teristikalarına cavab verməlidir. De­mə­li, əslində maliyyə uçotunun məqsədi isti­fadəçilər üçün keyfiyyətli in­formasiya formalaşdırmaqdır. İdarəetmə uçotunun məqsədi isə müəssisənin idarə heyətinə, onun struk­tur böl­mələrinin rəhbərlərinə planlaşdırmanı, nəzarəti və idarəetməni həyata keçirmək üçün zəruri informasiya formalaşdırmaq və təqdim etməkdir.
Cədvəl 1.1.1.

Yüklə 49,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin