Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə67/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
Yerüstü kəşfiyyat - ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat - zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarələr və helikopterlərlə aparılır. Belə kəşfiyyatı, adətən respublika FHN-yi təşkil edir.
Kəşfiyyat aparatları adətən Mİ-8MT tipli helikopterlərdə yerləşdirilir.
Dənizdən (çaydan) kəşfiyyat - sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədi güdür, yüksək surətli gəmilər və katerlər vasitəsilə icra edilir.
Kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə bölünür. Yerinə yetirdiyi vəzifələrin xarakterinə görə, ümumi kəşfiyyət FH baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə işlərə MM qoşun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və laboratoriya nəzarət şəbəkəsi cəlb olunur.
Xüsusi kəşfiyyatı, adətən, MM xidmətləri təşkil edir, mühəndis, radiasiya və kimya müşahidəsi postları, tibbi, baytar və fitopatoloji manqalar və s. qüvvələr yerinə yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Plan müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir. Plana obyektin (rayonun xəritəsi) sxemi əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir.
Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidə postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları, müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) müəssisələri cəlb edilir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin