4. Radioasiya və kimyəvi kəşfyyatın təşkili və aparılması üsulları Radioaktiv və kimyəvi zəhərlənmənin əhalinin həyat fəaliyyətinə, iqtisadiyyat obyektlərinin işinə və FH–ları aradan qaldıran qüvvələrin fəaliyyətinə təsirini müəyyən etmək, araşdırmaq və tədbirləri qəbul etmək məqsədilə radioasiya və kimyəvi şərait aşkar edilir və qiymətləndirilir.
Radiasiya və kimyəvi şəraitin qiymətləndirilməsi dedikdə, radioaktiv və kimyəvi zəhərlənmələrin iqtisadiyyat obyektlərin işinə, əhalinin həyat fəaliyyətinə və FH-ları aradan qaldıran qüvvələrin fəaliyyətinə təsirinin təyini üzrə əsas məsələlərin həlli başa düşülür.
Radiasiya şəraitinin qiymətləndirilməsi üzrə əsas həll olunan məsələlər aşağıdakılardır.