Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə35/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   31   32   33   34   35   36   37   38   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Biliyin mənimsənilməsi.Biliklərin mənimsənilməsinin əsasını şagirdlərin müəllim tərəfindən istiqamətləndirilmiş aktiv fikri fəaliyyəti təşkil edir.
Təlim idrak prosesi kimi bir nüçə mərhələdən ibarətdir.Onlardan birincisi, obyektin qavranılmasıdır. Bu zaman qavrama mərhələsi dərk etmə mərhələsi ilə əvəz olunur.
Növbəti mərhələ biliyin formalaşması, hərtərəfli qavrama və inikas nəticəsində ayrılmış əlaqələri yadda saxlamağı nəzərdə tutur. Daha sonra proses subyekt tərəfindən qavranılma və dərk olunma mərhələsinə keçir.
Çox vaxt biliyin formalaşmasında sıralanan mərhələlər onun mənimsənilmə səviyyəsini qiymətləndirən meyarlar kimi qəbul olunur. Beləliklə bilik ilkin mənalandırmadan və əks etdirmədən başlayaraq aşağıdakı formalarda təşəkkül tapır:
-anlamaya doğru
-bələdləşmə və yeni şəraitdə biliyin tətbiqinə doğru
-şagirdlər tərəfindən biliyin faydasının və yeniliyinin qiymətləndirilməsinə doğru
Psixoloqların gəldiyi qənaətə görə bilik müxtəlif səviyyələrdə mənimsənilə bilər.
1)Reproduktiv səviyyə - obraza və təlimata əsasən əks etdirmə
2)Produktiv səviyyə - qeyri standart formada biliyin axtarışı və tapılması
Anlama problemi. Biliyin mənimsənilməsi haqqında məsələlərə toxunduqda, tədris mətnləri ilə əlaqədar olan vacib bir məsələni qeyd etmək lazımdır. Eyni olan elmi və ya təlim mətni müxtəlif subyekt tərəfindən müxtəlif cür qavranıla bilər. Bu nöqteyi nəzərdən elmi və praktiki baxımdan eyni yazılı və ya şifahi, elmi və ya tədris materialının müxtəlif şəxslər tərəfindən başa düşülməsi və anlanılan materialın birmənalılığının təmin olunması problemi mühüm əhəmiyyət kəsb edir.
İndiyədək “anlama” anlayışına birmənalı tərif verilməyib. Bu onunla izah olunur ki, anlamanın diqnostikasında ümumi qəbul olunmuş meyarlar yoxdur.


    1. Əqli fəaliyyətin formalaşma mərhələləri.

Qeyd etmək lazımdır ki, fəaliyyət əqli fəaliyyətdən əvvəl ümumiləşdirilmiş, mənimsənilmiş keçid halına çatmalıdır. Bu hallar əqli fəaliyyətin formalaşması mərhələrini təşkil edir və hər bir hal əsas parametrlərin fəaliyyətin dəyişməsinin yekunlaşması ilə səciyyələnir.Əqli fəaliyyətin formalaşmasının aşağıdakı mərhələlərini qeyd edirlər.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin