Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan



Yüklə 3,07 Mb.
səhifə6/11
tarix30.04.2020
ölçüsü3,07 Mb.
#31024
1   2   3   4   5   6   7   8   9   10   11
umumi sfera111


Plan:


  1. Antropogen rekreasiya-turizm ehtiyatları




  1. Milli irs nümunələri və ondan turizm məqsədilə istifadə istiqamətləri




  1. Dini abidələrdən turizm məqsədilə istifadə imkanları




  1. Tarixi arxitektur abidələrdən turizmdə istifadənin əhəmiyyəti və yayıldığı ərazilər



  1. Turizm ehtiyatları arasında antropogen turizm resursları əhəmiyyətli rola malikdir. Antropogen turizm ehtiyatları turizm sənayesində daha çox məqsədli dərk etmə turlarında istifadə olunur.

Antropogen turizm ehtiyatları daha çox maddi və mənəvi növlərə bölünür. Maddi antropogen turizm ehtiyatlarına tarixi-memarlıq, arxeoloji abidələri, müasir şəhərsalma nümunələri və s. aid edilir. Mənəvi antropogen turizm ehtiyatlarına isə bağlı olan abidələr və s. aiddir.


Ümumilikdə bütün memarlıq nümunələri, qədimliyi ilə seçilən tarixi – mədəni abidələr antropogen turizm ehtiyatlarına aid edilir. Antropogen turizm ehtiyatları aşağıdakı qruplara bölünür:
Tarixi – memarlıq abidələri Arxitektur abidələr
Mədəni irs nümunələri
Müasir şəhərsalma və arxitektur abidələr Mədəniyyət müəssisələri və muzeylər Dini abidələr
Tarixi abidə - qədimliyi ilə seçilən tikililər, mühüm tarixi hadisəni özündə əks etdirən məntəqələrə, müxtəlif arxitektur binalar deyilir. Tarixi abidələrə xalqın tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı maddi nümunələrdə daxil edilir.

77

Tarixi-mədəni abidələrin istifadə xüsusiyyətləri iki qrupa ayrılır ki, bunlara da mövcud ehtiyatlardan ancaq səyahət məqsədli istifadə olunması, digəri isə elmi təcrübə əhəmiyyəti kəsb etməsidir.


Bununla yanaşı tarixi-mədəni obyektlər xüsusiyyətlərinə görə mənəvi və mədəni əhəmiyyət kəsb edir. Mənəvi əhəmiyyətinə turistlərin və ya ekskursiyada iştirak edənlərin mənəvi tələbatların ödənilməsinə xidmət edir. Mədəni əhəmiyyətinə isə qeyd olunan abidələrin xalqın tarixi və mədəniyyətindəki rolu ilə müəyyən edilir.
Arxeoloji abidələrə - qədim yaşayış məntəqələrinin qalıqları, kurqanlar, qədim insanların yaşadığı mağaralar, müxtəlif an tik əşyaların cəmləndiyi ərazilər daxildir. Arxeoloji abidələr daha çox elmi əhəmiyyət kəsb etməklə turizm məqsədilə az istifadə olunur. Arxeoloji abidələrin yayıldığı ərazilər etnoqrafik, elmi əhəmiyyət kəsb edən ərazi kimi qorunur.


  1. Milli irs nümunələri. Milli irs nümunələri – xalqın adət - ənənələrin özündə əks etdirən turizm ehtiyatlarına deyilir. Milli irs nümunələrinə ənənəvi sənətkarlıq milli bayram və festivallar, milli kulinariya, folklor nümunələri və s. aid edilir. Milli irs nümunələrindən daha çox beynəlxalq turizmdə istifadə olunur.

Mədəni abidələrin və xalq yaradıcılığının turizmdə istifadəsi onların ayrı – ayrı qrupları üzrə aparılır. Mədəni-mənəvi abidələrə etnoqrafiya, xalq yaradıcılığı, suvenir istehsalı, milli mətbəx nümunələri də daxil olduğuna görə onların turizm baxımından birgə istifadəsi mümkündür.


Etnoqrafik abidələrə xalqların adət-ənənələri, milli bayramı və dil xüsusiyyətlərinin müxtəlifliyi daxil edilir. Etnoqrafik abidələr istifadə
xüsusiyyətinə görə hər hansı bir xalqın və ya etnik qrupun yayıldığı ərazilərdə, yaşayış məntəqələrində turizm və elmi məqsədli səyahətlərin təşkili ilə bağlı olur.
Etnoqrafik abidələrin turizmdə rolu – mövcud marşrutlarda istifadə olunmasına, kütləvi turizm tədbirlərinin keçirilməsində şərait yaratmasıdır. Belə ki, xalqların milli adət-ənənələrinin, bayramlarının, beynəlxalq və yerli festivalların keçirilməsi kütləvi turistlərin cəlb olunmasına imkan verir.
78

Azərbaycanda belə etnoqrafik abidələr Xınalıq, Basqal, Lahıc, Şəki və Ordubadda yayılıb. Həmçinin milli bayram olan Novruz bayramının keçirilməsində bölgələr üzrə müxtəliflik etnoqrafik turizmin inkişafına şərait yaradır. Misal üçün qeyd edək ki, Türkiyədə milli irs nümunələri ilə bağlı olan 26 – dan çox kütləvi tədbirləri hər il keçirilir.


Xalq yaradıcılığının və suvenir istehsalının turizm ehtiyatları kimi əsas əhəmiyyəti bölgələrdə və ya hər hansı bir dövlət daxilində turizm hərəkatının ümumi imkanları ilə birbaşa bağlı olur. Yəni xalq sənətkarlığının inkişafı birbaşa turistlərin cəlb olunmasına tam şərait yaratmasa da ölkəyə gələn turistlərin suvenir istehsalı nümunələrinin alması və hədiyyələr kimi təqdim olunması geniş yayılıb. Bu baxımdan milli irs turizmin inkişafı yerli kustar sənətkarlığın genişlənməsinə təkan vermiş olur.
Bununla yanaşı kənd turizminin inkişafında da xalq sənətkarlığından istifadə olunması əksər ölkələrdə geniş yayılıb. Ölkəmizdə xalq sənətkarlığı nümunələrindən dulusçuluq, ipəkçilik, keramika, taxta üzərində oyma sənəti, xalçaçılıq, misgərlik və s. geniş yayılıb ki, bunlar da bölgəyə gələn turistlərin əsas maraq dairəsinə daxildir.
Turizmin milli ehtiyatlarına daxil olan digər komponentə milli mətbəx nümunələri aiddir. Turizmdə milli mətbəx nümunələrindən istifadə olunması beynəlxalq miqyasda daha çox yayılıb. Bunun da əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:


  • Milli mətbəx nümunələrini turizm məqsədilə istifadəsi – iaşə

müəssisələrində, kulinariya turizmdə, qidalanma prosesi kimi istifadə olunması. Bu baxımdan milli mətbəx nümunələrinin turizm əhəmiyyəti qeyd olunan amillərlə yanaşı turistlərin ərazini seçməsində rolu, səyahət zamanı qidalanmanın vacibliyi və onun mövsümi xarakter daşımaması ilə bağlıdır.


Əsas turizm mərkəzləri və bölgələrində milli mətbəxi əks etdirən nümunələr istirahətçiləri daha çox cəlb etmiş olur. Onu da qeyd edək ki, turizm məhsulunda

79

qidalanma ilə bağlı olan xidmətlər yerləşmə müəssisələrindən sonra ikinci yeri tutur.




  • Milli kulinariya turizm məhsulunun inkişafında və bazarda məhsulların satılmasında mühüm vasitə olmaqla yanaşı, xalqlar arasında mədəni əlaqələrin genişlənməsində yerli istehsalın artmasında əhəmiyyətli rol oynaya bilər.




  • Milli kulinariya içki - ərzaq, müxtəlif kulinariya nemətlərinin turizm məhsulu kimi formalaşmasına və təbliğinə kömək edir.

Milli irs nümunələrindən turizm məqsədilə istifadənin aşağıdakı istiqamətlərin qeyd etmək olar:


O Milli irsi nümunələrin daha çox yayıldığı ərazidən dərketmə turizm məqsədilə istifadə olunması;


  1. Milli irsi nümunələrin yayıldığı yaşayış məntəqələrində etnoqrafik muzeylərin təşkil olunması yolu ilə beynəlxalq turizmin inkişaf etdirilməsi;




  1. Yerli və turizm marşrutlarında milli irsi nümunələrdən istifadə olunması;




  1. Milli irsi nümunələrdən kənd turizmində istifadə olunması.

Turizm sənayesinin inkişafı kustar sənətkarlığın, milli geyimlərin, suvenir istehsalının artmasına təkan vermiş olur. Türkiyə, Kipr, Misir, Tunis və s. ölkələrdə kustar sənətkarlıq və suvenir istehsalından əldə olunan gəlirlər yerli əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rola malikdir. Misal üçün qeyd edək ki, Türkiyədə suvenir istehsalının satışı yerli icma nümayəndələrinə 3,5 – 4 mln. ABŞ dolları gəlir gətirir.


Şəhərsalma və arxitektur abidələrin antropogen turizm ehtiyatı kimi təsnifatında dekorativlik, kompleks ansanbıl təşkil etməsi, tarixi – mədəni əhəmiyyət kəsb etməsi və s. nəzərə alınır.
Müasir şəhərsalma nümunələrinə misal olaraq Nyu – york, Los – Anceles, San – Paula, Reo – de – Janeyro, Osaka, Şanxay, Sidney və s. qeyd etmək olar. Bu şəhərlər öz möhtəşəmliyi ilə yanaşı, müasir tikililəri, küçə və meydanları turistləri cəlb edir.

80

Son illər tikilən möhtəşəm obyektlərə Azadlıq heykəli, Eyfel qülləsi, Kolumbiya çayı üzəridə olan kaskad SES, Sidneydə opera teatrının binası, Sankt


– Peterburqdakı Ermitajın binası, Los – Anceles, Sankt – Peterburq, Yaponiyadakı körpülər və s. turizm əhəmiyyəti kəsb edir.
Antropogen turizm ehtiyatlarından istifadənin digər istiqamətləri aşağıdakılardır:


    • Estetik və dərketmə məqsədilə istifadə;




    • Kütləvi ekskursiyalar zamanı istifadə;




    • Vətənpərvərlik məqsədilə ekskursiyaların təşkili;




    • Elmi – təcrübi əhəmiyyət daşıyan ekskursiyalar zamanı istifadə;




    • Xalqın tarixi ilə bağlı olan arxeoloji abidələrin və kurqanların öyrənilməsi məqsədilə istifadə;




    • Mədəniyyət və incəsənət abidəsi kimi turizmdə istifadə olunması. Ümumiyyətlə bəzi komplekslər maddi və mənəvi obyektləri özündə

birləşdirməklə turizmdə müxtəlif məqsədlərlə istifadə olunur. Geniş həcmli mədəni komplekslərə memarlıq nümunələri ilə yanaşı, eyni zamanda xalqın sosial




  • mədəni mühiti, adət - ənənələri, məişət və təsərrüfat fəaliyyəti də daxil edilir. Mədəni komplekslər dəyərindən, davamlılığından və həcmindən asılı olaraq

turizm sənayesinə tələbatı formalaşdırmış olur. Mədəni komplekslər turizm sistemlərinin normal fəaliyyətin təmin etmək üçün insanların dünya görüşünün artırılmasında, biliklərinin çoxalmasında rol oynamaqla yanaşı, mühitin estetik sərvətlərini artırır, sağlamlıq və müalicə üçün əlverişli şərait yardır.


Tarixi – mədəni obyektlərin turizm xidmətinə daxil edilməsinin digər yollarına daxildir: turist – ekskursiya marşurutlarına salınması, muzeylərə səyahət, tarixi ərazilərə ekskursiya, dini ziyarətlər.

81




Antropogen
turizm


Dərketmə




Ritual turizmi







Kənd turizmi




turizmi































































































































Memarlıq










Dini abidələri










Milli irs



















abid

l ri































nümun l ri

















































Milli irs










Arxeoloji













Mədəniyyət

























nümun l ri










abid l r













ocaqları










Müasir










Milli irs




















































memarlıq










nümun l ri




























Mədəniyyət





















































































ocaqları






































Cədvəl 3. Antropogen turizm ehtiyatlarından istifadənin növləri.

Cədvəldən göründüyü kimi antropogen antropogen turizm ehtiyatları daha çox ekskursiya və dərketmə turlarında istifadə olunur. Bununda səbəbi antropogen ehtiyatların çox funksiyalı olması və turizmin müxtəlif növlərinin inkişafına təkan verməsi ilə bağlıdır.




  1. Dini abidələr tarixi – mədəniyyət abidələrinin tərkib hissəsi olub, onlardan istifadə olunması din tarixində rolu, istifadənin xüsusiyyətləri və məqsədi daxil edilir. Dinin tarixi hadisələrlə bağlı olan əlamətdar günlərdə istifadə olunur. Dini abidələrin yerləşdiyi ərazi, onun tarixi, əhalinin mənəvi tələbatında oynadığı rol və istifadə üçün yararlığı əsas götürülür. İl ərzində 200 mln – a qədər insan dini xüsusiyyətlərinə görə seçilir:




  • Müxtəlif dini kitablarda qeyd olunan ibadətlərin yerinə yetirilməsi üçün mövcud olan dini abidələr (Məkkə, Mədinə).




  • Əsas dini ziyarət yerləri və din tarixində əhəmiyyətli yeri olan abidələr (Ziyarətgahlar, Məryam ananın evi).

82


  • Tarixi arxutekturası ilə seçilən gündəlik ibadət yerləri (mədrəsə, məscid və

s.).
Xristianlıq abidələri Avropada, Yaxın Şərqdə daha çox yayılıb. Avropada Roma katolik kilsəsinə xristian bayramlarında 500000 yaxın ziyarətçilər gəlir. Il ərzində Roma katolik kilsəsinə 11 mln yaxın insan ziyarətə gəlir.


Avropada digər xristianlıq məbədlərində Parisdə müqəddəs Mariya kilsəsi və lurd məbədi daxildir ki, bunlara da il ərzində 3 mln – a yaxın zəvvar ziyarət edir. Qeyd olunan xristian ziyarət mərkəzi Romadan sonra II yer tutur. Digər ziyarət yerlərinə Türkiyədə Məryəm ana evi, Portuqaliyada Fatimə məbədi, İspaniyada Monserat məbədi, Polşada müqəddəs Varşava kilsəsi və s. daxildir. Yerüsəlimdə üzərində İsa peyğəmbərin şəkili olan müqəddəs Pyotr kilsəsi yerli xristian yerlərindəndir. Rusiyada Nijni Novqorod, Moskvada olan Provaslav kilsələri də dini turizm əhəniyyətinə malikdir.
Islamda dini turizmdə istifadə olunan müqəddəs yerlərə Məkkə, Mədinə (Sıudiyyə Ərəbistan), Kərbala, Nəcəf (İraq), Qum, Məşhəd (İran), Əfqanistanda Məzari Şərif, Yerüsəlimdə olan məscid daha çox ziyarət olunur. İl ərzində 20 – 30 mln müsəlman qeyd olunan dini abidələri ziyarət edir. Bununla yanaşı əksər şiə mənsəbli müsəlman ölkələrində dini ziyarətgahlar yerli əhəmiyyətli turizmdə istifadə olunur.
Buddizmə aid olan ziyarət yerləri Çındə, Tibetdə, Hindistanda, Cənub – Şərqi Asiyada yayılıb. Bunlardan ən məşhurları IV – V əsrləri əhatə edən-Nepalda yerləşən Dalay – Lama məbədidir. Bu məbədi il ərzində 1 mln – a yaxın buddist ziyarət edir. Tibet yaylasında olan buddist məbədləri qeyd olunan dini təriqətdə ən müqəddəs yerlərdən sayılır.
Israilin Qüds şəhərində olan iudaizm məbədləri, xristian kilsələri və islamda qeyd olunan müqəddəs məsciddə dini bayramlar zamanı ən çox ziyarət olunan ərazilərdən sayılır.

83

Iordaniya və Suriyadakı sufist məbədləri dini turizm məqsədilə yerli əhalinin, bəzi ərəb ölkələtindən gələn müsəlman turistlərin istifadə etdiyi dini abidələrdən sayılır.


Dini abidələrin turizm məqsədilə istifadəsi təkcə zəvvarlıq məqsədilə deyil tarixi memarlıq abidəsi kimi əhəmiyyət daşıyır. Buna görə də dini abidələrdən turizm məqsədilə istifadəsin aşağıdakı qruplara bölmək olar:
Dini ziyarətgah kimi istifadə olunması. Buraya gələn insanların əsas məqsədi dini ziyarət olsa da, onlara müxtəlif xidmətlər gpstərilir ki, bu da turizm
əhəmiyyəti kəsb edir. Belə ki, dini ziyarətgaha gələn zəvvarlara yerləşmə, qidalanma, müxtəlif dini tədbirlərdə iştirak üçün xidmətlərin göstərilməsi daxildir.bununla yanaşı dini ziyarətgahların turizm məqsədilə istifadəsində nəqliyyat, kommunikasiya, sosial – mədəni xidmətlərdə göstərilir ki, bu da ölkə üzrə ümumi turizm xidmətlərinə aid edilir. Misal üçün qeyd edək ki, Səudiyyə Ərəbistanda zəvvarlıq turizmi ilə məşğul olan şirkətlərin qazanclarının 70 % - dən çoxun müxtəlif xidmətlərin göstərilməsindən əldə edilir. Bununla yanaşı dini turizmin inkişafı kustar, ənənəvi sənatkarlığın inkişafına təkan vermiş olur. Səudiyyə Ərəbistanı, Suriya, Iran, türkiyə, Italiya, Nepal və Hindistanda dini turizmlə bağlı ənənəvi sənətkarlıq inkişaf etmişdir. Bu da kiçik yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin olunmasına, yerli istehsalın genişlənməsinə imkan verir.
Dini abidələrdən tarixi – memarlıq abidəsi kimi dərk etmə turizmində
istifadə olunması. Bildiyimiz kimi dini abidələr öz memarlıq üslubuna və arxitekturasına görə tarixi – memarlıq abidələri siyahısına daxil edilir. Buna görə də dini abidələri dərk etmə turlarında və səyahətlərdə istifadə olunması geniş yayılmışdır. Məsələn: Romaya gələn turistlər katoliqlərin oturduqları binaları və Müqəddəs Piotur kilsəsin ziyarət edirlər. Buraya gələn xarici turistlərin marşurutlarına şəhərin dini ziyarətgahlarının demək olar ki, hamısı daxil edilir. Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanında Məkkə və Mədinə şəhərlərinin müqəddəs dini ziyarətgahlarına yalnız mömin müsəlmanlar buraxılır. Hindistan,
84

Çin və Nepalda olan budist məbədlərinə turistlərin gəlməsi üçün əlverişli şərait yaradılır. Yalnız dini ayinlər zamanı bu məbədlər turistlər üçün baölı elan olunur.


Dini abidələrin yerli turist marşurutlarında və ritual turlarda istifadə
olunması. Dini abidələrin beynəlxalq və yerli turist marşurutlarına salınması əksər ölkələrdə yayılmışdır. Dini abidələrdən yerli turist marşurutlarında istifadə edilməsi turistlər üçün nostalji hisslər yaradır. Bununla yanaşı dinin ziyarətgahların tarixi ilə tanış olur, həmçinin din tarixində xüsusi rolu olur, həmşinin din tarixində xüsusi rolu olan şəxsiyyətlər barədə məlumat alır. Ritual turlarda istifadə isə öz tarixi vətənlərinə gələn xarici turistlərin, həmçinin qohum və yaxinlarını ziyarət edənlərin dini abidələrdən istifadə olunması geniş yayılmışdır. Məsələn: Rusiyadan Azərbaycanın bölgələrinə gələn azərbaycanlı Rusiya vətəndaşları yerli ziyarətgahlara baş çəkirlər və orada qurbanlar kəsirlər.
Ümumiyyətlə dini turizm abidələri dünyanın əksər ölkələrində yayılmaqla beynəlxalq və yerli turizm növlərində də istifadəsi genişlənmişdir.
ÜTT – nin məlumatına görə beynəlxalq turizm hərəkatının 8 – 10% - ə qədəri dini turizmin payına düşür. Dini turizmdən ən çox gəlir əldə edən ölkələrə Səudiyyə Ərəbistanı, Vatikanı, Italiya, Suriya, Türkiyə, Iran, Nepal, Israil, Fransa və s. aiddir.
Dini turizmdə ən çox ziyarət olunan ərazilərə Məkkə, Mədinə ildə 2 – 2,5 milyon; Roma 1 – 1,5 milyona yaxın; Fransada Lurd kilsəsi 1 milyondan çox; Yərüsəlim 1 milyondan çox; Məşəd, Qum 300 – 500 mindən çox; Nəcəf, Kərbəla 200 mindən çox (qeyd edək ki, iraqda baş verən müharibə ilə əlaqədar bu şəhərlərə gələn zəvvarların sayı kəskin azalmışdır.); Türkiyədə Aya Sofiya məqbərəsi 300 mindən çox; Məryam Ana evi 100 minə yaxın; Suriyada sufi məbədləri 30 minə yaxın və s. qeyd etmək olar. Qeyd olunan rəqəmlər bu dini abidələrə ancaq turist məqsədilə gələnlər əcnəbilər göstərilmişdir.
Qeyd olunanlarla yanaşı, Hindistan, Nepal, Çində olan dini ziyarətgahlara ildə on minlərlə zəvvar gəlir. Dini turizm məqsədilə gələn turistlər üçün xidmətləri təşkilindən əldə olunan gəlirlər milyon dollarla ölçülür. Həmçinin 85

əhalinin böyük bir hissəsinin məşğulluğunun təmin olunmasında, yeni xidmətlərin yaradılmasında əhəmiyyətli rol oynayır.




  1. Tarixi arxitektur abidələrdən turizm əhəmiyyəti daxil olan əsas komponentlərə ondan dərketmə və ekskursiya məqsədilə istifadə olunmasıdır. Tarixi arxitektur abidələrin yayılma arealı müxtəlif tarixi hadisələrlə bağlı olduğuna görə onlardan istifadənin əsas göstəriciləri də antropogen ehtiyatlar kimi təsnif olunmasına imkan verir. Tarixi arxitektur abidələrin yayılma arealına görə aşağıdakı subregionlara ayrılır.




  1. Aralıq dənizi hövzəsi, Şimali afrika və Balkan ölkələrin əhatə edən tarixi arxitektur abidələr. Qeyd olunan bölgədə tarixi arxitektur abidələrin yığcam yerləşməsinə, beynəlxalq turizmdə daha çox istifadə olunmasına və zənginliyinə

görə fərqlənir. Burada tarixi arxitektur abidələr İtaliya, İspaniya, Fransa, Yunanistan və misirdə yayılan beynəlxalq əhəmiyyətli tarixi arxitektur abidələrdən ibarətdir.


Fransada tarixi arxitektur abidələr əsasən Paris, Normandiya, Nitsa, Kann turizm bölgələrində daha çox yayılıb. Qeyd olunan turizm mərkəzlərində 1700 – dən çox tarixi memarlıq abidəsi vardır ki, onların da əsas hissəsi beynəlxalq əhəmiyyət kəsb edir. Fransanın məşhur tarixi – memarlıq abidələri aşağıdakılardır:


  • Parisin ürəyi sayılan – Site adası şəhərin qədim hissəsidir, başqa sözlə

desək bura açıq səma altında qədim abidələr muzeyidir. Qədim Roma məbədinin yerində 1163 – cü ildə inşa edilən, orta əsr memarlıq möcüzəsi sayılan – Müqəddəs Məryəm kilsəsi burada yerləşir. 9 min nəfərlik tutumu olan bu kilsə, əsrlər boyu böyük tarixi hadisələrin şahidi olmuşdur. Parisin Müqəddəs Məryəm kilsəsini hər il 350 mindən çx turist ziyarət edir. Fransanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Volterin, Russonun, Hüqonun məzarları yerləşən möhtəşəm Panteon, naməlum əsgərin məzarı önündə əbədi məşəl yanan Zəfər tağı, milli teatr – Qrand Operanın binası, ədalət məhkəməsi sarayı, Müqəddəs Maqdalina kilsəsi, Bonapart Napaleonun məzarı olan əlillər məbədi və bir çox 86

başqa tikililər Parisə təkrarolunmaz xüsusiyyət verir. Eyfel qulləsi Parisin simvolu hesab edilir. Iki min il yaşı olan və həmişəcavan şəhərin mənzərəsini seyr etmək üçün hər il 3 mln – a yaxın turist hündürlüyü 300 metr olan bu qülləyə qalxır. Luvr, 1973 – cü ildən muzey kimi fəaliyyətə başlamışdır. Muzeydə kataloq üzrə eksponantların sayı 4 mln – a çatır. Parisdə 1300 – dən çox tarixi memarlıq abidəsi vardır. Bu xüsusiyyətlərinə görə Paris dünyada Roma, London, Sankt – Peterburq, Afina və s. şəhərlərlə eyni sıradadır.
Fransanın digər memarlıq abidələrinə Versal, Sen – Jermen, Kompyen, Pambule, Fotenblo, Şantiyi kimi çoxsaylı tarixi və memarlıq abidələri ilə zəngindir. Parisdən 18 km. cənub – qərbdə yerləşən, XIV Lüdovikin Versal sarayı
– fransız dünyəvi memarlığının zirvəsidir. Bir çox tarixi olaylar Versal sarayı ilə bağlıdır. 1793 – cü il inqilabına qədərki dövrdə saray XIV, XV və XVI Lüdoviklərin iqamətgahı olmuşdur. Versal sarayına hər il 1,5 mln – dan çox turist gəlir. Versaldan cənub – qərbdə, parisdən təqribən 50 km aralıda böyük parkla əhatə olunmuş qədim kral qəsrinin qorunub saxlandığı Rambuye, geniş meşə assivində yerləşir. Hazırda ölkə prezidentinin yay iqamətgahı Rambuyedədir. Parisdən təqribən 75 km aralı, Şartr şəhərində, Er çayının hündür sahilində yerləşən qotik üslubda tikilmiş yeganə abidə olan Notr – Dam kilsəsi (XIII əsr) uzaqdan görünür. Versal sarayı fransız dünyəvi memarlığının zirvəsi olduğu kimi, Notr – Dm kilsəsi də fransız dini memarlığın zirvəsidir. Erkən orta əsrlərdə tikilmiş ovçulq qəsri, I Napoleonun dövrünədək, yüzillər ərzində dəfələrlə yenidən qurulmuşdur. Parisdən 41 km şimalda, Şantiyi meşə massivində qorunub saxlanılan XVI əsrə aid qəsr hazırda zəngin rəsm kolleksiyası olan muzeykimi fəaliyyət göstərir. Bu zonanın tarixi memarlıq abidələri içərisində seçilən, XV Lüdovikə məxsus qəsrdə hazırda bir neçə muzey yaradılmışdır. Normandiyanın çoxsaylı tarixi – memarlıq abidələrinə Notr – Dam, Sent – Uan, Sen – Maklu, Sen
– Vensen kilsələri xüsusilə seçilir. Fransanın keşməkeşli tarixinin şahidi olan, Lanje, Aze – le – Rido, Şenonso, Ambuaz, Şomon, Blua, Vilandri və Şamborun XV və XVI əsrlərə aid məşhur qəsrləri görkəmli yerləri sayılır.
87

Italiya tarixi-arxitektur abidələrin zənginliyi və qədim şəhərsalma mədəniyyətin özündə əks etdirən saray, qəsr və qalaların zənginliyinə görə Avropada I yer tutur. Ölkədə tarixi arxitektur abidələr Roma və Mərkəzi İtaliyada, Neapolda, Florensiyada, Venesiyada daha çox cəmlənib. Ölkədə beynəlxalq əhəmiyyətli 10000 – dən çox tarixi memarlıq abidəsi vardır. Italiyada tarixi memarlıq abidələrinin yaranma tarixi və istifadə xüsusiyyətlərinə görə qədim, antik mədəniyyəti əks etdirənarxitektur abidələrə: Roma imperiyası dövründə mövcud olan şəhərsalma tarixi memarlıq abidələrin və XV – XVIII əsri əhatə edən memarlıq abidələrinə bölünür. Ölkəyə gələn xarici turistlərin 36% qeyd olunan tarixi memarlıq abidələrinə istiqamətlənir. Italiyanın tarix – memarlıq abidələri aşağıdakılardır:


Italiyanın paytaxtı – Roma, üç min illik tarixi olan qədim şəhərdir. Çayın üzərində salınmış körpülərin tarixi çox qədimdir. İlk körpü e.ə.61 – ci ildə tikilmişdir. Qədim dünyanın memarlıq abidələri və intibah dövrünün misilsiz sənət nümunələri toplanmış ikinci belə şəhər yoxdur. Ona görə də yüz il ərzində bütün dünya üzrə ən çox turist qəbul edən şəhər Romadır. Roma, bədii abidələrin monumentliyinə (latın mənşəli sözdür, xatirə mənasını bildirir – heykəltaraşlıqda və memarlıqda mühüm tarixi hadisələrin, görkəmli ictimai xadimlərin və s. şərəfinə ucaldılan böyük ölçülü abidə) görə Avropanın birinci şəhəridir. Onların arasında antik dövrün abidələri xüsusi yer tutur. Artıq e.ə. IV əsrdə əhalisinin sayı 200 min nəfərə çatan şəhər, qədim dünyanın elmi, siyasi və mədəni mərkəzinə çevrilmişdir. E.ə. 312 – ci ildə Romadan 16 km aralıda yerləşən mənbələrdən şəhərə su çəkilmişdi. Romanın ən böyük amfiteatrı olan Flaviy amfiteatrı (b.e. – nın 80 – ci ili) 50 min tamaşaçı üçün nəzərdə tutulmuşdu.
Burada qladiatorların (latın dilindən tərcümədə qılınc mənasını bildirir – Qədim Romada amfiteatr səhnələrində bir – biri və heyvanlarla silahlı döyüş üçün, xüsusi təlim keçmiş qullar, hərbi əsirlər, məhkum edilmiş cinayətkarlar və


  1. şəxslər) döyüşlər və digər tamaşalar göstərilirdi. Müasir dövrə qədər daha yaxşı qorunub saxlanılan, antik dövrün memarlıq abidələri arasında qədim Roma

88

Panteonunun (Romada bütün Allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi e.ə. təqribən 125 – ci ildə tikilmişdir.) binasını göstərmək olar. Antik dövrün memarlıq abidələri arasında Konstantin tacı, Karakalla qülləsi və Müqəddəs Mələk qəsri xüsusilə seçilirlər.


Müasir Romanın görkəmini, əsasən XV – XVIII əsrlərin tarixi – memarlıq abidələri müəyyənləşdirir. Romanın mərkəzi sayılan Venetsiya meydanında II Viktor Emmanuilin (XIX əsr) möhtəşəm abidəsi ucalır. Roma - katolik kilsəsəinin beynəlxalq mərkəzidir. Roma Papasının iqamətgahı olan vatikan şəhər
– dövləti, Roma təpəliklərindən birində yerləşir. Vatikan muzeyi əsrlər boyu toplanmış sərvətlərə görə Roma muzeyləri arasında birinci yeri tutur. Romanın
ətrafı da həmişə turistlərin diqqət mərkəzində olmuşdur. Romadan cənub – qərbdə yerləşən hələ Roma imperiyası dövründə villalar (latın mənşəli sözdür malikanə, mülk kimi başa düşülür – bağı, yaxud parkı olan şəhərkənarı mülk. E. ə.VIII – VII əsrlərdə daş divarlarla əhatələnmiş etrusk şəhərləri yaranmağa başlamışdır. E. ə IV – III əsrlərdə Romalılar etruskları özlərinə tabe etmişlər. Həmin dövrün inkişaf etmiş şaharlərindən olan Veyn, Tsere darmadağın edilmişdir. Intibah dövrünün nadir rəsm əsərləri və memarlıq abidələri ilə zəngin olduğu üçün, Florensiyanı haqlı olaraq muzey – şəhər adlandırırlar. Leonardo Da Vinçi, Mikelancelo, Qaliley kimi məşhur rəssam və alimlərin həyat və fəaliyyəti bu şəhərlə bağlı olmuşdur. Santa – Mariya – del – Fiore kilsəsi (XIII – XV əsrlər), San – Covanni baptist (protestantlıq təriqətlərinin birinin tərəfdarları. Baptizm təliminə görə insanın xilası kilsənin vasitəçiliyi ilə deyil, yalnız İsaya şəxsi etiqad yolu ilə mümkündür) məbədi (XI – XIII əsrlər) şəhərin görkəmli yerlərindəndir. Santa – Mariya Novella, San – Lorenso, Mikelancelonun məzarı yerləşən Santa – Kroçe, San – Markl muzey – monastrı, Podesta saray – muzey, Mediçi – Rikardo və s. misilsiz memarlıq abidələridir. Italiyan memarlığını nadir abidələrindən olan möhtəşəm, qotik üslubda ağ mərmərdən tikilmiş Kafedral kilsə (XIV – XIX əsrlər), həmçinin Santa – Mariya – della – Qratsiya qəsri (XV əsr) və s. qeyd etmək olar. Italiyanın qədim şəhərlərindən olan Genuya, Liqur
89

Rivyerasının inzibati mərkəzidir, .əhərin zəngin, yüksək bədii üslubda tikilmiş abidələri arasında XVI – XVII əsrlərin mərmər sarayları, Dorian – Tiran palasso (latınca mənası saray deməkdir – Italiya Renessası üçün xarakterik olan saray, sözlə mülk tipi. XV əsrdə meydana gəlmişdir. Rasso palasso və Bianko palasso, Santa – Mariya – di – Karinyano kilsəsi, San – Lorenso kilsəsi (XIX – XX əsr heykəlləri ilə zəngindir), Liqur memarlıq və heykəltaraşlıq muzeyi, Xristofor Kolumbun evi Genuyanın görkəmli yerlerindəndir.


Venetsiyanın tarixi mərkəzi Müqəddəs Mark meydanı, Müqəddəs Mark kilsəsi Dojlar (respublika başçıları) Sarayı ilə əhatə olunmuşdur. Şəhərdəki Akademiya qalərəyası, Korrer muzeyi xüsusilə seçilirlər. Dəbdəbəli dəniz sahili kurortu olan Lido, Venetsiya yaxınlığındadır.
Verona – Italiyanın ən qədim şəhərlərindən biridir. Şəhərdə, antik mədəniyyətə, orta əsr və intibah dövrünə aid çoxsaylı abidələr qorunub saxlanılmışdır. Şəhərin memarlıq abidələri arasında Romadakı Kolizeydən sonra ikinci böyük amfiteatr olan Arena, kastilvekko qalası (XIV əsr, hazırda bədii muzey yerləşir), qotik üslubda tikilmiş Santa – Anastasiya kilsəsi (XIII əsr, pizanellonun nadir freskaları ilə bəzədilmişdir), xüsusilə seçilirlər. Della – Skala sülaləsi hökmdarlarının (XIVəsr) məqbərələri üzərindəki heykəllər də diqqəti cəlb edir.
Ispaniyada tarixi memarlıq abidələri ölkənin əsas “turizm” simasını əks etdirir. Madriddə V – XVIII əsr aid olan 100 – dən çox abidə vardır. Tarixi yalnız Roma və Parisdən geri qalır. Bununla yanaşı Barselonada, Seviliyada, Valensiyada tarixi – memarlıq abidələr və qədim şəhərsalma mədəniyyəti ilə zəngindir. Ispaniyaya gələn turistlərin 3 mln – a yaxını qeyd olunan abidələrdən turizm məqsədilə istifadə edir.
Ispaniyanın məşhur tarixi – memarlıq abidələrinə Madridə XVIII əsrə aid Plasa – Mayor ansamblı, San – Isidro kilsəsi, Barselonada Monstserrat monastrı (XI əsr), Seviliyada müxtəlif qədim dövürlərə aid kilsələr, Əl - Qambra memarlıq kompleksini və s. qeyd etmək olar. Bununla yanaşı Ispaniyada turistləri cəlb edən
90

memarlıq nümunələrinə Kardovado VII əsrə aid məşhur məscid, Valensiyada qala divarları və saraylar və s. qeyd etmək olar.


Tarixi arxitektur abidələrin orta və mərkəzi Yunanistan, Poloponens, Krit adasında daha çox yayılıb. Antik mədəniyyət nümunələri Afina, Krit adası, Poloponens yarımadasında daha çox rast gəlinir. Burada antik abidələrdən e.ə. II minilliyə aid olan tarixi – memarlıq abidələri daha çox yayılıb. Afinada yerləşən akropollar e.ə. III və II minilliyin qəsr və qalalarından, teatr binalarından, Appolon məbədindən ibarətdir. Burada Zevs məbədi (e.ə. II əsr) makedoniya dövrünə aid saraylar və qədim Ellada mədəniyyəti beynəlxalq əhəmiyyətli antropogen ehtiyyatlara aid edilir. Mərkəzi Yunanıstanda olan Bizans dövrünə aid məşhur tarixi – memarlıq abidələrin görə yalnız Krit adasında Müqəddəs Dmitri, Sofiya qəsləri, Mikkur mədəniyyəti beynəlxalq əhəmiyyətə malik olan abidələrdən sayılır. Yunanıstanda Spartada Olimpiya şəhəri və Poloponens yarımadasındakı Roma dövrünə aid abidələr e.ə.V və VII əsrə qədər təşəkkül tapmışdır. Yunanıstan tarixi mədəni abidələrin zənginliyinə və orjinallığına görə Italiyadan geridə qalır. Ölkənin qədim mədəniyyət mərkəzi kimi formalaşmasına görə dünyanın məşhur 10 ölkəsi siyahısına daxildir. Həmçinin antik dövrə aid 1200 – dən çox abidə vardır ki, bu xüsusiyyətlərinə görə dünyada öncül yerlərdən birini tutur. beynəlxalq turist marşurutlarında Yunanıstanın tarixi mədəni abidələrindən geniş istifadə olunur.
Özbəkistanın tarixi mədəni abidələri Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən qədimliyi və məşhurluğu ilə seçilir. Burada tarixi mədəni abidələrdən Buxara, Səmərqənd, Kolkan, Xivəri qeyd etmək olar. , Səmərqənddə monqol və qədim türk imperiyalarından qalan 2550 abidə mövcuddur. Bu abidələrin günümüzə qədər gəlib çatanları orta əsrlərə aiddir. Bunlardan ən məşhurlarına Ulubəy məqbərəsi, Şahnizə dini memarlıq ansamblı, Teymur sarayı, XVII əsrə aid olan qalalar, XVIII əsrə aid Teymurilər məqbərəsi və s. daxildir. Buxara şəhərinin əsası e.ə. II əsrdə qoyulub. 140 memarlıq abidəsi vardır. Burada olan saraylar, qalalar, məscidlər islam dünyasında öz əhəmiyyətinə görə seçilir.
91

Daşkənd, Xivə, kolkanlarda da memarlıq abidələri yığcam yerləşməsinə, qədimliyinə və orjinallığına görə seçilir. Özbəkistanın məşhur tarixi – memarlıq abidələri UNECKO – un milli irs nümunələri siyahısına daxildir. Beynəlxalq və yerli əhəmiyyətli turist marşurutlarında istifadə olunur. Ölkəyə gələn turistlərin 2/3 hissəsi tarixi – memarlıq abidələri ilə bağlıdır. Ümumdünya Turizm Təşkilatı tərifindın təklif olunan qərb – şərq turizm marşurutunun, həmçinin UNECKO tərəfindən dəstəklənən İpək Yolu turist marşurutunun əsas hissəsi Özbəkistanın tarixi – memarlıq abidələri ilə əlaqədardır.


Misirin tarixi – memarlıq abidələri Qahirə, İskəndəriyədə daha çox yayılıb. Burada antik dövrə aid 20 – dən çox abidə vardır ki, giza şəhərində isə bu abidələri 14 – ü cəmlənib. Orta əsrlərə aid abidələr ölkədə 100 – dən çoxdur. Ən məşhur tarixi abidələrinə piramidalar, Rolos mayakı, Firon məbədləri, Sultan Həsən məscidi, Pompey sütunu və s. Qeyd etmək olar. Bununla yanaşı Qahirədə muzeylər kompleksi, İskəndəriyə kitabxanası, Qahirə universitetinin binası dünya əhəmiyyətli tarixi mədəni abidələrə daxildir.
Tarixi – memarlıq abidələrindən turizmdə geniş istifadə olunur. Belə ki, tarixi – memarlıq abidələrindən səyahətlər və ekskursiyalarının təşkilində, dərketmə turlarında, dini turizmdə istifadəsi XX əsrin ortalarından başlayaraq genişlənmişdir. Xüsusilə Araliq dənizinin sahilərində yerləşən ölkələrdə turizmin kütləviliyi ilk öncə tarixi – memarlıq abidələrinin beynəlxalq turizmdə istifadə olunmasından başlamışdır.
İtaliya, İspaniya, Türkiyə, Fransa, Yunanıstanda beynəlxalq turizmin genişlənməsi XX əsrin 80 – illərinə qədər tarixi – memarlıq abidələrindən geniş istifadə olunmasıdır. Sonrakı mərhələdə memarlıq – arxitektur abidələrin turizmdə rolunu saxlasada, təbii və mədəni turizm ehtiyyatlarından istifadə genişlənmişdir. Müasir dövürdə tarixi – memarlıq abidələrindən istifadə öz əhəmiyyətin saxlasada, əksər ölkələrdə antropogen ehtiiyatların digər növlərindən istifadə artmışdır.

92

Qeyd: Dünyada ən çox turist cəlb edən tarixi – memarlıq abidələri Misir piramidaları, Tac Mahal, Çin səddi, Eyfel qülləsi, Luvr muzeyi, Aya Sofiya məbədi, Metropol muzeyi, Azadlıq heykəli, Meksikada asketləri göstərmək olar.



93

Mövzu: 8. Rekresiya-turizm rayonlaşdırılması


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin