Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan



Yüklə 3,07 Mb.
səhifə10/11
tarix30.04.2020
ölçüsü3,07 Mb.
#31024
1   2   3   4   5   6   7   8   9   10   11
umumi sfera111


Mövzu:13. Mineral və termal sular, onların rekreasiya-
turizm əhəmiyyəti
Plan:


        1. Mineral və termal sular, onların müalicəvi xüsusiyyətləri




          1. Mineral və termal suların turizm ehtiyatı baxımından qiymətləndirilməsi




      1. Kurort – sanatoriya müəssisələrinin başlıca xüsusiyyətləri




    1. Dünyanın məşhur mineral və termal suları, bəzi balneoloji kurortları


  1. Mineral və termal sular müalicəvi xüsusiyyəti, kimyəvi tərkibinə və süfrə suyu kimi istifadə olunmasına görə qruplaşdırılır. Mineral sular qruplara bölünərkən onlarin müalicəvi xüsusiyyətləri ilə yanaşı süfrə suyu kimi istifadə olunmasi da nəzərə alinir. Bu baxımdan mineral sulardan hidrokarbonatlı və xlor tərkibi olan karbonlu sularln süfrə suyu kimi istifadə olunması geniş yayılıb.

Mineral və termal suların kimyəvi tərkibinə müalicəvi xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür:




  1. Karbonatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazları olan mineral sular. Bu sulardan minerallaşma dağları, Karpatın qərb

ətəyi, Bolqarıstan, Rumıniyanın ərazisində, Türkiyənin Zonquldağ bölgəsində daha çox yayılıb. Hesablanmış ümumi debeti 55, 5 mln l / sutka təşkil edir. Azərbaycanda bu suların əsas yayılma arealı Quba,


151


Xaçmaz və Dəvəçidəki termal sulardan ibarətdir. Ölkədə bu suların ümumi debeti 3,2 min l / sutka təşkil edir.
Qeyd olunan mineral sular yayıldığı ərazilərdə balneoloji kurortlar əsasən müxtəlif uroloji xəstəliklərin müalicəsində istifadə olunur. Hidrokarbonatlı sular yayıldığı ərazilərin coğrafi şəraitindən asılı olaraq kompleks turizm məqsədilə istifadə olunur. Belə ki, Bolqarıstanda 33000 yerlik müalicəvi sanatoriyaların əksəriyyəti bu suların baxasında yaradılıb.


  1. Sulfidli və hidrogensulfidli termal sular. Bu tipli termal sular Rusiyanın şimali Qafqaz bölgəsində, Krımda, Balkan yarımadasında

daha çox yayılıb. Bu sularda temperatur 16 – 250s – dən yüksək olur (bəzi sularda 800s - ə çatır). Termal suların əsas müalicəvi xüsusiyyətlərinə dəri, dayaq – hərəkət orqanları, əsəb xəstəliklərinin müalicəsi daxildir. Hidrogensulfidli sulardan müxtəlif dərmanların hazırlanmasında da istifadə olunur. Bu mineral – termal sular Fransa, Böyük Britaniya, Şimali Qafqaz, Ukrayna və s. ölkələrdə yayılıb. Azərbaycanda ən çox hidrogensulfidli kükürdlü sular Abşeron və


Lənkəran bölgəsində yayılıb. Ölkədə fəaliyyət göstərən kurortlardan 3200 yerlik bu suların bazası əsasında fəaliyyət göstərir. Hidrogensulfidli suların digər əhəmiyyətinə kimya sənayesində və müalicə palçıqları ilə birlikdə vanna müalicəsində istifadə olunmasıdır.


  1. Yodlu – bromlu termal sular. Bu suların yayılması əsasən neftli – qazlı ərazilər üçün səciyyəvidir. Bu növ termal suların ümumi

152


debiti 8 mln l /sut. qədər qiymətləndirilir. Əsas yayıldığı ərazilərə ABŞ – ın Meksika sahili, Şimali Afrika ölkələri, İtaliyanı, həmçinin Azərbaycanı da aid etmək olar. Bu termal sulardan istifadə müalicəvi xarakterinə görə digərləri ilə müqayisədə azlıq təşkil edir. Bunun da səbəbi qeyd olunan termal sularda digər qarışıqların çox olmasıdır.


  1. Xloridli və ayrıca tərkibində karbon qazının üstünlük təşkil etdiyi sular. Bu sular minerallaşma dərəcəsinin yüksək olmasına görə

digər sulardan üstündür. Bu suların bəzilərinin tərkibində hidrogen, kalsium, karbon qazının üstün olması müalicə əhəmiyyəti ilə yanaşı süfrə suyu kimi istifadə olunmasına şərait yaradır. Qeyd olunan mineral suların tərkibinə maqni və kalsi tərkibli kimyəvi birləşmələrin çox olması onların müalicəvi xüsusiyyələrini artırmış olur. Bu suların ümumi debiti 500 mln l/sut çox qiymətləndirilir. Yayıldığı əsas ərazilərə Rusiyanın Şimali Qafqaz bölgəsi 125 mln l/sut, Türkiyə, Çexiya, Slovakiya,Ukraynanın Karpat hissəsi,Fransa,İtaliya və s. qeyd etmək olar. Azərbaycandakı bu mineral sular Kiçik Qafqaz və Naxçıvanda yayılıb.


Mineral və termal sularla yanaşı müalicəvi palçıq vulkanları, baleoloji əsas təbii bazasını təşkil edir. Belə kurortlar Gürcüstanda, Rumıniyada, Yeni Zelandiyada, Ukrayna, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. Dünyada mövcud olan palçıq vulkanlarının ümumi ehtiyyatı 1,3 mlrd km3 təşkil edir.
Azərbaycanda müalicəvi palçıq vulkanları Abşerondakı Böyük Şor, Masazır göllərində yayılıb. Bu müalicəvi palçıqların bazasında
153

ölkəmizdə ayrıca müalicə mərkəzləri təşkil olunmasa da müxtəlif sanatoriyalarda istifadə olunur.




  1. Mineral və termal sular turizm ehtiyatı baxımından qiymətləndirilərkən nəzərə alınan əsas amillərə onun debiti, müalicəvi xüsusiyyətləri və digər təbii komplekslərlə birgə istifadə

imkanları daxildir. Mineral suların ümumi sutkalıq debiti min litrdən çox olursa istifadə üçün yararlı sayılır. Bununla yanaşı mineral və termal suların yayıldığı ərazilərin təbii şəraiti, onlardan istifadə imkanlarına təsir etmiş olur. Mineral və termal suların ətrafında digər turizm ehtiyatları mövcuddursa, onların kurort – turizm baxımından mənimsənilməsi daha çox effektiv sayılır.


Mineral və termal suların qiymətləndirilməsində müalicəvi xüsusiyyətləri onların müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunması ilə bağlıdır. Mineral suların tərkibinin müxtəlifliyi, digər zərərli qarışıqların az olması, antropogen təsirə məruz qalmaması ondan istifadənin əhəmiyyətin artırmış olur.
Mineral və termal suların digər təbii komponentlərlə əlaqəsini aşağıdakı kimi qruplaşdırmaq olar:


  1. Mineral və termal suların yayıldığı ərazilərdə landşaft ekzotikliyi ilə seçilən təbii komponentlərin olması. Balneoloji kurortların digər təbii və antropogen ehtiyatlardan birgə istifadə

olunması mehmanxana tipli balneoloji kurortların yaradılması üçün yaralıdır. Belə ki, balneoloji kurortlar landşaft ekzotikliyi ilə seçilən

154

ərazilərdə daha çox tikilir və onun kompleks kurort – turizm xidmətləri göstərmək imkanları artır.




  1. Mineral və termal suların yerləşdiyi coğrafi şəraitin əlverişli olması turizm infrastrukturunun yaradılması baxımından münbit

şərait yaradır ki, bu da ehtiyatların kompleks istifadəsinə imkan verir. Balneoloji turizm ehtiyatlarının coğrafi şəraiti dedikdə onu əhatə edən təbii landşaftla yanaşı, sosial – iqtisadi infrastruktur sahələrinin mövcudluğu, digər təbii – antropogen turizm resursları ilə birgə istifadə imkanlarının nəzərə alınması daxildir. əksər balneoloji turizm ehtiyatlarından istifadə də əsas meyarlardan biri digər turizm ehtiyatlarından birgə istifadə etmək imkanlarıdır. Buna görə də əksər Avropoa ölkələrində balneoloji kurortların təşkilində təbii mühitin saflığı və müxtəlifliyi nəzərə alınmaqla yanaşı, yerləşdiyi ərazinin təbii müxtəlifliyindən, antropogen turizm ehtiyatlarından istifadə etməklə istirahət və dərketmə turizminin inkişafına şərait yaratmış olur. Burada istehsal olunan mineral süfrə suyu isə bütün Avropada məşhurdur.




  1. Ərazinin mənimsənilməsinin əsas xüsusiyyətlərindən olan

ehtiyatların yayılması balneoloji kurort baxımından qiymətləndirilərkən ətraf mühitin sağlamlığının qorunmasıdır. Yəni


əgər təbii ehtiyatlardan istifadə mineral və termal suların tərkibinin dəyişməsinə, çirklənməsinə şərait yaratmamalıdır. Bununla yanaşı balneoloji kurortlarda yaşıllıq norması digər istirahət – turizm mərkəzlərindən yüksək olur. Belə ki, balneoloji kurortlarda yaşıllıq
155

normal hər gün üçün 25 – 30 m 2 çox olur. ətraf mühitin saflığı üçün kurort müəssisələrinin ətrafında meşə massivləri ilə əhatə olunması onların əhəmiyyətini artırır.




  1. Kurort – sanatoriya müəssisələri başlıca xüsusiyyətlərinə

aşağıdakılar daxildir:


Kurort – sanatoriya müəssisələrində müalicə və
sağlamlığın bərpasının bir həftədən bir aya qədər davam etməsi. Bu baxımdan kurort müalicə müəssisələri uzunmüddətli turizm fəaliyyətinə daxil edilir. Kurort müalicə müəssisələrində posientlərə qoyulmuş diaqnozdan asılı olaraq onlardan istifadə müddəti dəyişir.
Kurort – sanatoriya müəssisələrində xidmətlərin qiyməti digər turizm növlərinə nisbətən yüksək olur. Bununda səbəbi müalicə
və sağlamlığın bərpasının uzunmüddətli olması, tibbi diaqnoza uyğun müalicənin aparılmasıdır. Əksər ölkələrdə kurort müəssəsisələtinin rentabelliyin təmin etmək üçün sosial turlara üstünlük verilir. Belə sosial turların təşkili daha çox yerli əhaliyə istiqamətlənir.
Kurort – sanatoriya müəssisələrində mövsümlük probleminin olmaması. Iqlim – dəniz kurortlarından başqa, digər balneolji və palçıqıa mülicə kurortlarında mövsümlük az müşahidə
olunur. Bəzi ölkələrdə balneloji kururtlar mövsümlər arası dövrdə daha çox fəaliyyət göstərir. Kurort – müalicə müəssisələrində mövsümlüyü aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir.

156


Kurort – sanatoriyalarda olan əsasən orta və yaşlı nəsil arasında formalaşır. Bu baxımdan kurort – sanatoriya xidmətlərinə
tələbat ilboyu formalaşa bilir.
Kurort – sanatoriya müəssisələrinin tiplərinə daxildir: balneoloji, palçıq və iqlim. Balneoloji kurortlarda müalicə vannaları və mineral sulardan süfrə suyu kimi istifadə etməklə müalicə prosesi aparılır. ən çox balneolojikurortlar Cexiya, Rusiya, Balkan ölkələrində, Fransa, İtaliya və s. ölkələrdə yayılıb.
Müalicəvi palçıq kurortlarında vannalardan istifadə olunur. Palçığın müsalicəvi əhəmiyyətin artıran amil onun yapışkanlığı və temperaturunun yüksək olmasıdır. ən çox palçıqla müalcə kurortları Rusiya, Ukrayna, Avstriya, Yeni Zelandiya,ABŞ – da və s. yayılıb.
Iqlim kurortları dəniz sahillərinə yaxın yerləşdirilir. Bu da dəniz qumları və günəş vannaları qəbul etməyə imkan verir. Iqlim müalicənin aero və helioterapiya növləri vardır. Iqlim kurortları daha çox Aralıq, Qara, Egey, Qırmızı, Xəzər və digər quru iqlimə malik olan dənizlərin sahillərində fəaliyyət göstərir.
4. Dünyanın məşhur mineral və termal suları, bəzi balneolji
kurortları
Cənubi Avropa ölkələrində:


  1. Fransada Priney turizm bölgəsindəki dağ massivlərində olan Mondor, Vişi, La – Burdu balneloji suların tərkibi əsasən hidrokarbonatlı və sulfidli və s. kimyəvi tərkibli sulardan ibarətdir. 1200 – dən çox belə mineral su mənbəyi vardır. Onların bazasında 30

157


– dan balneoloji kurort fəaliyyət göstərir. Bunlardan ən məşhurlarına Vişi, Spa, Vittel, Plomber – Le – Ben, Evian – Le – Ben və s. misal göstərmək olar.
Vişi balneloji kurortu Luara çayının sahilində, ətrafı ekzotik landşaftlarla örtülmüş mənzərəli ərazidə yerləşir. Burada olan hidrokarbonatlı və natriumlu sulardan müalicə məqsədilə istifadə
olunmaqla yanaşı, müalicəvi süfrə suyu kimi də istifadə edilir. Vişidə fəaliyyət göstərən 20 – dən çox kurort – sağlamlıq müəssisələrində müalicə, sağlamlıq, istirahət, kosmetik tədbirlərdə həyata keçirilir.
Vittel balneoloji kurortu Fasil dağlarında, 340 m yüksəklikdə unikal təbiətə malik ərazidə yerləşir. Az minerallaşmış sulfidli – xloridli mineral su mənbələri ilə zəngindir. Bunlardan süfrə suyu və müalicə vannalarında istifadə olunur. Balneoloji kurort mərkəzində il ərzində 300 mln. Deka – litr süfrə suyu istehsal olunur və bütün Avropada məşhurdur. Vittel kurort mərkəzində kompleks turizm xidmətləri göstərən 6000 yerdən çox kurort – sağlamlıq müəssisələri vardır.


  1. Italiyada Florensiya və Mərkəzi Italiya bölgəsində, Lambardiniyada mineral və termal sular daha çoxdur. Ən məşhurları Blaçco, Komo, Arana, Palanasa mineral sularıdır. Onların bazasında balneoloji kurortları fəaliyyət göstərir. Florensiyadakı Ravvina turizm – kurort mərkəzi termal sular əsasında fəaliyyət göstərir. Italiya termal və müalicəvi su ehtiyatlarına görə Avropada qabaqcıl yerlərdən birini tutur. Ölkıdı 2000 – dən çox termal su mənbəyi

158


mövcuddur ki, onların da əksəriyəti hidrogensulfidli sulardan ibarətdir. Italiyanın məşhur kurortlarına Abano – Terme, San – Pelleqrino – Terme, Salsomadjore – Terme, Kapri, Viaredjo və s. qeyd etmək olar. Italiya kurort – sanatoriya komplekslərındə yerlərin sayına görə Avropada Rusiya və Çexiyadan geri qalır.
Abano – Terme – Venesiya düzənliyində, dəniz səviyyəsindən


  1. m hündürlüyə qədər olan ərazidə yerləşir. Bir hissəsi eyniadlı Milli Parkın ərazisinə düşür. Kurort bölgəsində 150 – dən çox termal su mənbələri vardır ki, bu suların da tərkibi natrium – xloridli və

yodlu – bromludur. Mineral – termal suların ətrafında ekzotik landşaftın, yarı quraq hava şəraitinin müşahidə olması onun kurort – turizm əhəmiyyətini artırmış olur. Abano – Terme termal su mənbələrindən antik dövürdə istifadə olunurdu. Hazırda bu termal suların bazasında 12300 yerlik 30 – dan çox kurort – sağlamlıq mərkəzləri fəaliyyət göstərir.


3. İspaniyada mineral və termal su mənbələri Əndəlüs və Kataloniya əyalətində daha çoxdur. Burada 1000 - ə yaxın mineral su mənbələri vardır ki, bunlardan ən məşhurlarına Palamos, Badalona kurortlarında istifadə olunan xloridli və hidrokarbonatlı, radonlu suları qeyd etmək olar. İspaniyanın Kardova turizm bölgəsində termal sular yayılıb ki, onlardan balneoloji kurortlarda istifadə olunur. İspaniyaya gələn turistlərin 14% - ə qədəri mövcud balneoloji kurortlardan istifadə edir. İspaniyanın məşhur kurortlarına Kosta –

159


del – Asar, Kosta Blanka, Kosta del – Sol, İsya və s. misal göstərmək olar.
İspaniyanın Aralıq dənizi sahillərində olan kurortları beynəlxalq turizmdə daha məşhurdur. Burada olan Kosta – Brava, Kosta Doroda, Kosta – del – Asar, Kosta Blanka, Kosta – del – Sol kurortları ölkəyə gələn turistlərin əksəriyyətinin istirahət və müalicə mərkəzlərinə çevrilmişdir. Sahil boyu 800 km məsafədə uzanan bu kurort zonasında 35 min yerdən çox istirahət – müalicı mərkəzləri fəaliyyət göstərir. Kurort mərkəzində Aralıq dənizi iqlimin tipinin üstünlüyü, yayın isti quru, qışın mülayim keçməsi, qumlu sahillərin mövcudluğu, landşaft ekzotikliyi ilə seçilən meşələrlə əhatə olunmasi, mineral su mənbələri ilə zənginlil bölgənin kurort turizm imkanlarını artırmış olur.


  1. Yunanıstanda mineral və termal sular əksəriyyətinə turizm bölgəsində rast gəlinir ki, onların da əsas hissəsi Pekopones, Rodos, Krit və s. turizm mərkəzində cəmlənib. Ölkədə mövcud olan termal suların əsas hissəsi qeyd olunan ərazilərin payına düşür. Bu termal və

mineral suların bazasında 320 min yerlik kurort kompleksi fəaliyyət göstərir ki, bunlardan da ən məşhurlarına Katafa, Rodos, Krit, Kaliki, Bani, Milonu, Lindos, Yalisos, Lutarki və s. qeyd etmək olar.


Yunanıstandakı mineral sular hidrokarbonatlı, karbon qazlı, natrium – xloridli sulardan ibarətdir. Ümumi debiti 12 mln l/sut qiymətləndirlir. Ölkəyə gələn turistlərin 19% - i bu balneoloji kurortlardan istifadə edir.
160

Avropanın digər ölkələrindən Çexiya, Avstriya, AFR, Bolqarıstan, Ukraynada da mineral və termal sularla zəngindir.


5. Çexiyada mineral və termal sular ölkənin əksər yerlərində yayılıb. Mineral və termal suların zənginliyinə görə İtaliya və Rusiyadan geridə qalır. Ölkədə 1000 – dən çox mineral su mənbəyi vardır ki, bunların da əsas tərkibi karbonlu, hidrokarbonatlı, natrium tərkibi mineral və termal sulardan ibarətdir. Ölkədə olan termal suların ümumi debiti 16 mln l/sut qiymətləndirilir. Bunlardan ən məşhurlarına Karlovi Vari, Lazne və s. qeyd etmək olar. Bu termal suların bazasında 34300 yerlik balneoloji kurort kompleksi yaradılıb. Ölkəyə gələn xarici turistlərin 51% - i balneoloji kurortlardan istifadə məqsədilə gəlir.
Çexiyanın balneloji kurortları olan Karlovi Vari, Mapiansliy lazne, fratişkov – Lazne, Yaximov və s. dünyada məşhurdur. Qeyd olunan kurortlar ilboyu fəaliyyət göstərməklə müalicə ilə yanaşı, kompleks turizm xidmətində göstərir.
Karlovi Vari dünyada ən məşhur balneloji kurort olmaqla, Çexiyanın qərbində Tepla çayının yaxınlığında yerləşir. Kurortun iqlimi mülayim – kontinental olmaqla yayın orta temperaturu 170S, qışda -20S - ə çatır. Karlovi Vari kurortunda 130 – dan çox hidrogensulfidli, hidrokarbonatlı – xloridli və kalsiumlu mineral su mənbələri yayılmışdır. Burada mineral suların temperaturu müxtəlif olmaqla yanaşı, həm müalicə vannaları, həm də süfrə suyu kimi istifadə olunur. Karlovi Vari kurort kompleksində ölkədə mövcud

161


olan balneoloji kurort yerlərinin yarıdan çoxu cəmlənib. Karlovi Vari balneoloji kurortunda 20 – dən çox xəstəliyin təbii üsulla müalicəsi aparılır.
6. Avstriyada mineral və termal sular Zasburq, Yuxarı Avstriya, Ştiviya, Tird turizm bölgəsində daha çox yayılıb. Burada mövcud mineral suların əsas tərkibi hidrogen sulfidli olmaqla termal sular üstünlük təşkil edir. Ölkənin məşhur termal sularına Bad – Işıl, Haley və s. qeyd etmək olar. Ölkədə kurort komplekslərinin inkişafına XX əsrin 80 – ci illərində başlamışdır. Hazırda balneoloji kurortların xidmətlərinə görə Avropada 5 – ci yeri tutur. Ölkəyə gələn əcnəbi turistlərin 2,6 mln nəfəri bu kurortların xidmətlərindən istifadə edir. Ölkədə kurort təsərrüfatının və balneoloji kurortların inkişafı üçün dövlət yardımı edilir.
Avstriyanın məşhur kurortlarına Badqastayn, Bad – Xaal, Baden və s. qeyd etmək olar. Badqastayn Avropada çox məşhur olan dağ iqlim balneoloji kurortudur. Kurort kompleksinin yerləşdiyi ərazidə 18 – dən çox mineral və termal su mənbəyi vardır. Bu mineral və termal suların bazasında 7 açıq və 25 qapalı hovuz, 5000 yerdən çox kurort kompleksi fəaliyyət göstərir. Bununla yanaşı kurort kompleksində qış idman turizminin təşkili üçün 170 km xizək yolu və digər zəruri texniki qurğular təçkil edilmişdir.


  1. AFR –da balneoloji kurortların yayıldığı ərazilərə Bavariya, Maklenburq, Saksoniya, Baden turizm bölgələrini əhatə edir. Burada mineral və termal sular daha çox dağlıq ərazilərddə yayılıb. Ölkədə

162


debiti yüksək olan 1000 – dən çox mineral su mənbəyi mövcuddur. Bunlardan ən məşhurlarına Şvasland, Svab, Vildbadi və s. qeyd etmək olar. Bu qeyd olunan mineral suların tərkibi hidrogen – sulfidli, hidrokarbonatlı və natriumlu sulardan ibarətdir. Yerli turistlərin 18% - i, xarici turistlərin 15,.8% - i onların xidmətlərindən istifadə olunur.
Almaniyanın məşhur kurortlarına misal olaraq Baden – Baden, Visbaden, Bad – Brambax, Bad – Kroyvnax, Qarmiş – Partenkirxen və s.qeyd etmək olar. Qeyd olunan məşhur kurort mərkəzləri kompleks sanatoriya – istirahət xidmətləri göstərir. Baden – Baden və Visbaden kurort mərkəzləri isə buraya gələn turistlərə əyləncə, istirahət, ekskursiya və digər xidmətlərdə göstərilir. Almaniya kurortlarının əlverişli coğrafi mövqeyi, landşaft ekzotikliyi ilə seçilən ərazidə yerləşməsi, iqlimin mülayimliyi, digər turizm ehtiyatları ilə zəngin olması onlardan kurort – turizm məqsədilə istifadə artırmışdır.
8. Ukraynada mineral və termal sular Karpat dağlarının ətəklərində,Lıvov bölgəsində daha çox yayılıb. Burada olan məşhur termal sulara Naftusi, Turskoveç, Prikarpatyeni və s. qeyd etmək olar. Ölkədə mineral sular Qərbi Ukraynada yayıldığına görə burada kurort kompleksləri daha çox inkişaf etmişdir. məşhur balneoloji kurortlara, Turskoveç, Sudak, Aluşda və s. beynəlxalq kurort mərkəzlərindən sayılır.
Turskoveç Karpat dağlarının ətəklərində unikal təbii şəraitdə yerləşən balneoloji kurortudur. Lıvov yaxınlığında yerləşən
163

balneoloji kurortun iqlimi mülayim kontinentaldır. Burada 25 – dən çox yüksək debitli mineral su mənbələri vardır ki, onlarda tərlibi hidrokarbonatlı və sulfidli, maqneziumlu sulardan ibarətdir. Turskoveçdə yayılan mineal suların tərkibi haftusi sularına oxşardır.


Turskoveçdə mineral suların bazasında eyniadlı kurort kompleksi fəaliyyət göstərir (1833 – cü ildən). Hazırda Turskoveç kurort kompleksində 40 – dan çox müalicə - sağlamlıq mərkəzləri fəaliyyət göstərir ki, burada ümumi yerlərin sayı 14 mindən şoxdur.
9. Rusiyada əsas mineral su mənbələri Şimali Qafqaz bölgəsin də yayılıb. Burada 3000 – dən çox mineral su mənbəyi var ki, onların da tərkibidə karbon qazının çox olması müalicəvi xüsusiyyətlərlə yanaşı, süfrə suyu kimi də istifadə etməyə imkan verir.
Şimali Qafqaz turizm bölgəsi mineral suların zənginliyinə görə dünyada yalnız ABŞ – dan geri qalır. Mövcid mineral suların ümumi debiti 2,5 mlrd l/gündən çox yayılıb. Bu mineral sular qafqaz dağlarının şimal ətəklərində 600 – 3200 m yüksəklikdə daha çox yayılıb. Məşhur mineral sular Arxız, Narzan, Esentuki, Nalçık, Minvodu və s. göstərmək olar. Bu kurortlarda 50 – dən çox xəstəliyin təbii üsullarla müalicəsi aparılır.
Bəzi məşhur Qafqaz kurortlarının səciyyəsi:
Pyataqorck – Podkumok çayının sahilində ilboyu fəaliyyə göstərən balneoloji palçıqla müalicə kurortudur. Burada 23 sanatoriya yerləşır ki, onlarda da ümumi yerlərin sayı 4200 – dən çoxdur. Kurort mərkəzində müxtəlif təbii mülicə üsulları ilə dəri,
164

qaraçiyər, mədə - bağırsaq, ginekoloji və s. xəstəliklər müalicə olunur.


Kislovodsk – Şimali Qafqaz dağlarının 800 – 1200 m dəniz səviyyəsindən hündürdə yerləşən, geniş meşə massivi ilə əhatə olunmuçdurşəsas müalicəvi xüsusiyyətləri “narzan” tipli mineral sulardan istifadə etməklə uroloji, mədə və digər daxili xəstəliklərin aradan qaldırılmasıdır. Hazırda kurort kompleksində 44 sanatoriya fəaliyyət göstərir ki, burada ümumi yerlərin sayı 6000 – dən çoxdur. Kurort kompleksindı üç və dörd ulduzlu otellərə turistlər mülicə xidməti ilə yanaşı, əyləncə, səyahət. Ekoloji, idman turları və s. təklif edir. Burada il ərzində 500 mindən çox turist gəlir.
Şimali Qafqazın digər məşhur kurortlarına Esentuki, jeleznovodski və s. qeyd etmək olar. Bu kurort komplekslərindən 50
– dən çoxu il boyu fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzidər. Qeyd edilən sanatoriyalarda yerlərin sayı 10 mindən çoxdur. Hər il bu kurort komplekslərində bir milyona yaxın yerli və xarici turistlər gəlir.
Şimali Qafqaz mineral su mənbələri əsasında dünyada ən çox süfrə suyu istehsal edən müəssisələr yaradılmışdır. Hazırda bu müəssisələrın özəlləşdirilmiş və yeni texnologiyalarla təchiz edilmişdir. Buna görə də bu müalicəvi süfrə suyu istehsalı artırılmı. Və il ərzində 3 mln deka l - ə çatmışdır.
Rusiyada palçıq vulkanları ilə müalicə də geniş yayılıb ki, bunlarında əsas hissəsi Şimali Qafqaz, Ural və Volqaboyu turizm
165

bölgələrində cəmlənmişdir. Ölkəyə gələn turistlərin 5% - i qədəri bu müalicə müəssisələrinin xidmətlərindən istifadə etsə də gələcəkdə qeyd olunan kurortlar da xidmətin səviyyəsin yüksəltməkdə daha çox turist cəlb etmək mümkündür.




  1. Türkiyədə mineral və termal sular əsasən Şərqi Anadolu, Bursa, Mərmərə və Egey dənizi ətrafında yayılıb. Ölkədə 500 – dən çox termal su mənbəyi mövcuddur. Onların debiti 6,8 mln l/sut qiymətləndirilir. Bunlara misal olaraq Yalova, Çeşmə, Pamukkale, Səlçuk, İznik, Uludağda olan termal s mənbələrindən istifadə olunur. Çeşmə və Pamukkaledə olan termal suların bazasında 4000 yerlik kurort kompleksləri fəaliyyət göstərir.

Türkiyədə mineral və termal sulardan turizm məqsədilə hələki geniş istifadə olunmur (15% - ə qədəri). Bununla yanaşı bəzi kurort mehmanxanalarında, turizm bölgələrində termal sulardan mühüm


əhəmiyyət kəsb edən balneoloji müalicə vasitəsi kimi istifadə olunur.

166


Mövzu:14. Milli Parkların rekreasiya – turizm resursları kimi
səciyyəsi
Plan:


  1. Milli Parkların turizmdə istifadəsi




  1. Milli Parkların təsnifatı


3. Dünyanın məşhur Milli Parkları və xüsusi qorunan əraziləri


1.Milli Parkların turizmdə istifadəsi xx əsrin ortalarında Avropa ölkələrində ekoturizmin inkişafı ilə bağlı olmuşdur. Bu mərhələdə milli parklardan istifadə əsasən təbii mühitlə insanların qarşılıqlı əlaqəsi və ölkələrdə ekoloji tərbiyənin inkişafı ilə birbaşa əlaqəli olsa da xx əsrin 70 – 80 –ci illərində Avropa ölkələri və amerikada ekoturizmin digər turizm növlərinə alternativ kimi formalaşması ilə əlaqədar olaraq mənimsənilməsinə başlanıb.
Milli parkların turizm baxımından araşdırılması göstərir ki, onlar tək ekoturizm əhəmiyyəti kəsb etmir, eyni zamanda ətraf mühitin müxtəlifliyinin öyrənilməsində, turizmdə sakit istirahətin təşkilində və safari turlarda istifadə olunur. Milli Parklardan istifadə turizm ehtiyatından ətraf mühitlə birbaşa bağlı olduğu üçün aşağıdakı 3 amil nəzərə alınır:


  1. Turizm və istirahətin inkişafına əlverişli şərait yaradır ki,bu da Milli Parklarda istifadə üçün müəyyən olunmuş cığırları müşahidə

məntəqələrinin olması vacibdir.


167

  1. Təbiət mənzərələrinə, maddi-mədəniyyət abidələrinə turizm fəaliyyəti zamanı dəyən ekoloji pozuntunun minimuma endirilməsinin təmin edilməsi. Bu məqsədlə ekoloji monitorinqin aparılması, ətraf mühitə dəyən ziyanın ödənilməsi vacibdir.




  1. Milli parklarda turizm fəaliyyətinin ekoloji tərbiyə funksiyası yüksək olduğuna görə əhalini kütləvi ekskursiya hərəkatına cəlb edən vasitələrindən sayılır.

Milli parkların turizm ehtiyatı kimi istifadənin məqsədi və


vəzifələri aşağıdakılardır:


  1. Təbii komplekslərin qorunması və ətraf mühitlə əlaqəli olan turizmin həvəsləndirilməsi. Bu məqsədlə Milli Parkların ərazisində

nadir bitki və heyvan nümunələrinin qorunması üçün xüsusi zonalar ayrılır.


2. Əhalinin ekoloji maarifləndirilməsi, həmçinin elmi – təcrübi əhəmiyyət kəsb etməsi və ekoloji monitorinqin keçirilməsi üçün əlverişli yer olması. Əhalinin kütləvi turizm hərəkatına qatılması üçün Milli Parkların imkanlarından istifadə olunur ki, bu da insanların ekoloji maarifləndirilməsində əhəmiyyətli rola malikdir. Milli Parkların elmi – təcrübi əhəmiyyət kəsb etməsi burada olan fauna və flora növlərinin həyat tərzini, yaşadığı ətraf mühitin dəyişmələrinin öyrənilməsindən ibarətdir.


  1. Dağıdılmış təbiət, tarixi abidələrin bərpası, həmçinin infrastrukturun yaradılmasından ibarətdir. Milli Parklar təbii və

antropogen abidələrin bərpası ilə yanaşı, onlardan turizm

168

məqsədilə istifadəyə imkan yaradır. Bu məqsədlə Milli Parklarda




müvafiq infrastrukturlar yaradılır. Belə

infrastruktur obyektlərə

müşahidə məntəqələri, kiçik yerləşmə

müəssisələrinin təşkili,

istirahət üçün

yerlərin ayrılması və s. daxildir.

4. Ekoloji

monitorinqin

həyata keçirilməsi. Milli Parklar elmi

– təcrübi əhəmiyyət kəsb

etdiyinə görə

onlarda müvafiq dövlət

və beynəlxalq təşkilatlar tərəfindən monitorinqlərin təşkili mümkündür. Belə monitorinqlərin aparılması Milli Parklarda olan fauna və flora növlərinin sayına, artım dinamikasına nəzarət etməyə imkan verir.


Milli parkların turizmlə bağlı məhdudlaşdırıcı funksiyası daha çox individual istifadənin üstünlüyü, turizm sənayesinə aid infrastrukturun tam təşkil olunması, mövcud təbii müxtəliflikdən istifadə zamanı onun dəyişilməsinə yol verilməməsidir. Milli Parklardan istifadənin individual xarakteri turist tələbatlarının müxtəlifliyi ilə bağlıdır. Belə ki, Milli Parklardan turizm məqsədilə istifadədə ekskursiya və dərk etmə turları üstünlük təşkil etdiyinə görə kütləvi turizm hərəkatında daha çox yararlanırlar.

Milli Parklarda turizmin təşkili baxımından məqsəd və vəzifələrindən asılı olaraq funksiyaları aşağıdakı qruplara ayrılır:




  • İstehlakçı tələbatına uyğun olaraq turizm məhsulunun hazırlanmasında Milli Parklardan istifadə. Milli Parkların turizm məhsuluna salınması yuxarıda qeyd olunduğu kimi dərketmə turlarında üstünlük təşkil edir. Bununla yanaşı əksər qərb ölkələrində Milli Parklardan turməhsulda istifadənin

əsas xüsusiyyətləri safari turların təşkili ilə bağlıdır. Bununla yanaşı Milli Parkların yaxınlığında


169


müxtəlif istirahət obyektlərinin, əyləncəmüəssisələrinin olması ona olan tələbatı artırır, həmçinin
bütünlükləturməhsula daxil olmasına imkan verir.
- İstehlakçı tələbatına uyğun olaraq Milli Parklarda müşahidə məntəqələrinin olması, fotoovçuluq üçün şəraitin yaradılması. Milli parkın ərazisindəidarəetmənin səmərəliliyini yüksəltmək üçün mövcud ərazi daxilində bir neçə tematik planlar, fotoşəkillə əks olunan lövhələrinin verilməsi vacibdir. Buna görədə Milli Parkların girişində onun fauna və flora aləmini əks etdirən fotoşəkillərin nümayiş etdirilməsi, müvafiq cığırları göstərən kartoqrafik planın olması, təhlükələr haqqında informasiyanın verilməsi ondan istifadə edən turistlərin rahatlığını təmin etmiş olur.


  • Tarixi – memarlıq abidələrinin tələb olunan səviyyədə qorunub saxlanılması, həmçinin Milli Parkların ərazisində sanitar normalara əməl olunması. Milli Parklarda təbii və antropogen ehtiyatlar kompleks qorunduğuna görə onları əvvəlki vəziyyətində bərpası turist maraqlarını artırmış olar. Milli Parkların daxilində olan tarixi-memarlıq abidələrindən istifadə norması müəyyənləşdirilir ki, bu da turistlərin mövcud ehtiyatlardan səmərəli istifadəsinə imkan verir.




  • Milli Parkların ərazisində və onun yaxınlığında turizm infrastrukturunun stimullaşdırılması üçün onların yaxınlığında olan torpaq sahələri icarəyə verilməklə investisiyalar cəlb olunur. Bu da Milli Parkların bərpasına, onun inkişaf etdirilməsinə şərait yaradır.




  • Milli Parkların ehtiyatlarından səmərəli istifadə etmək üçün turist marşrutlarının təşkilinin onunla əlaqələndirilməsi mümkündür. Bu məqsədlə həm Milli Parkın daxilində, həm də mövcud beynəlxalq və yerli turist marşrutlarına salınması kütləvi turizmin təşkilində əhəmiyyətli rol oynayır.


2.Bəzi Avropa və Rus mütəxəssisləri Milli Parkları turizm baxımından istifadəyə görə landşaft, meşəpark, idman parkı, akapark, aqropark, biosfer parkı və s.bölürlər. Bu təsnifatda Milli Parkların ətraf mühiti qorumaq funksiyası ilə yanaşı onlardan istifadənin formaları nəzərə alınır. Burada Milli Parkların təbii və antropogen ehtiyatlarla bağlılığı üstün götürülsə də, turizmdə istifadənin növlərindən asılılığı və insanların yaratdığı idman – istirahət qurğularının cəmləşdiyi ərazilərdə Milli Park kimi təsnifləndirilir. Onu da qeyd edək ki, akvapark, idman, aqroparkların Milli Park kimi verilməsi mübahisəli məqam olmaqla düzgün təsnif olunmamışdır.
Elmi ədəbiyyatda Milli Parkların aşağıdakı növlərinə rast gəlinir:

170


  • Landşaft parkları - ətraf mühitlə bağlı olub, landşaft ekzotikliyi ilə seçilən ərazilərdə təşkil olunur. Ekoloji turizm, ekoloji maarifəndirmə, elmi və ekskursiya əhəmiyyəti vardır.




  • Meşəparklar – təbii və süni salınmış, landşaft ekzotikliyi ilə seçilən yaşıllıq zonalarında təşkil olunur. Landşaft parklarından fərqi kompleks funksiya yerinə yetirməklə rekreasiya, dərketmə, bədii – arxitektur, sanitar – gigiyenik və s. xüsusiyyətləri özündə cəmləməsidir. Meşəparklar ekskursiya, gəzinti, sakit istirahət, müxtəlif növ ovçuluq, idman, Week – End və s. turizm tədbirlərinin həyata keçirilməsi üçün əlverişli ərazi olmasıdır.




  • Təbii Milli Parklar - nadir, tipik landşaft nümunələrinin cəmləşdiyi ərazilərdə təşkil olunur. Buraya xüsusi mühafizə olunan ərazilər, ekoloji zonalar, elmi əhəmiyyət kəsb edən fauna, flora nümunələinin cəmləşdiyi ərazilər də aid edilir. Təbii Milli Parklarda rekreasiya – turizm fəaliyyəti istirahət, ekskursiya xarakterli olur və müəyyən edilmiş zonalardan istifadə etmək mümkündür.




  • Tarixi – arxitektur rekreasiya parkları - müxtəlif etnoqrafik, tarixi – mədəni abidələrin cəmləşdiyi ərazilərdə təşkil olunur. Kompleks rekreasiya əhəmiyyəti kəsb etməklə dərketmə, ekskursiya, səyahət, etnoqrafik turizm məqsədilə istifadə etmək mümkündür.

Dünyada 2000 – dən çox milli park, təbii rezervat və ya təbiət parkı mövcuddur. Bunların əsas hissəsi Avropa ölkələrinin payına düşür. Ən çox Milli Parkı olan ölkə ABŞ-dır. Dünyada mövcud olan milli parkların xüsusiyyətlərinə görə və təbiətdən istifadə baxımından aşağıdakı qruplara bölmək olar:


1. Ekoloji və elmi əhəmiyyət kəsb edən turizm məqsədilə geniş istifadə olunmayan, ekoloji mühitin yüksək səviyyədə qorunduğu Milli Parklar və ya təbii rezervatlar. Bu növ Milli Parkların Çexiyada, Ukraynanın Karpat dağları bölgəsində, Avstriyada, Avstraliyanın Şor gölündən ibarət cənub – qərb bölgəsinə təşkil olunub. Belə Milli Parklar elmi – təcrübi əhəmiyyət kəsb etdiyi üçün turizm fəaliyyətinə qismən icazə verilir.


  1. Təbii və antropogen komplekslərin birgə qorunduğu əhalinin kütləvi turizm hərəkatında istifadə etdiyi milli və təbii parklar. Belə ərazilərdə ətraf mühitin turizm baxımından qiymətləndirilməsi əsas

171


götürülür. Turist cığırları, turist informasiya mərkəzi, müşahidə məntəqələri, gecələmək üçün yerləşmə obyektindən ibarət olur. Hazırda turizm üçün yararlı sayılan Milli Parkların 2/3 hissəsi yuxarıda onların payına düşür.


  1. Safari məqsədi ilə turizmin daha çox təşkil olunduğu fotoofçuluqda geniş istifadə olunan Milli Parklar. Belə Milli Parklar mərkəzi mərkəzi və cənubi Afrika ölkələrində, CAR – da, Avstraliyada, Braziliyada, Hindistanda daha çox yayılıb.


3.Dünyanın məşhur Milli Parklarına və xüsusi qorunan ərazilərinə aiddir:
Şimali Amerika.Yellouston, Yosemit, Everqlide, Niaqara, Roki
– Muntains və s. Dünyada ilk təşkil olunan Milli Park ABŞ- da Yelloustondur (1872). 3000 – dən çox qeyzer, bizonlar və digər təbii komplekslər qorunur. Milli Parkın yaxınlığında istirahət mərkəzləri təşkil olunmuş, səyahət və ekskursiyalar üçün ərazilər müəyyənləşdirilmişdir.
Yosemit Milli parkı.ABŞ-ın qərbində əlverişli coğrafi mövqeyə malik ərazidə yerləşir. İstirahət üçün əlverişli şəraitə malikdir. Milli Parkın istirahət və turizm mərkəzlərindən il ərzində milyondan çox turist istifadə edir. Milli Parkın təbii meşə landşaftı və meşə heyvanları qorunur.
Mersed çayının yuxarı axarında 178 m hündürlüyündə möhtəşəm Nevada-Foll, onun yanında isə 95 m hündürlüyündə olan Vernall-

172


Foll şəlaləsi yerləşir. Milli Parkda Apper-Yosemit və Leuer-Yosemit şəlalələri turistlərin ən çox səyahət etdiyi bölgələrdəndir.
Yosemit Milli Parkının heyranedici mənzərələrindən biri yarımdairə formasında olan Half-Dum dağlarıdır. Dağın qalıqları alpinistlər üçün ən yaxşı məşq meydançasıdır. Parkın cənubunda Qley-şer-Poin meydanı yerləşir. Bu parkın ətraf əraziləri görmək üçün ən yaxşı nöqtəsidir. Buradan Milli Parkın bütün ərazilərini görmək mümkündür.
Park uzunömürlü sekvoya ağaclarının məskənidir. Burada 500-ə yaxın bənzərsiz, çox gözəl sekvoya ağacları vardır. Onlardan ən böyüyü olan Nəhəng Qrizlinin bu yaxınlarda 2700 yaşı qeyd edilib. Milli Parkda 1400 bitki, 70 növdən çox məməli heyvanlar yayılıb.
Yellouston Milli Parkı. Ümumiyyətlə ABŞ-da olan parkların əksəriyyəti ölkənin qərbində yerləşir. Yellouston milli parkı Kordilyer dağının ətrafında yaradılıb. Dünyada ilk milli park olan Yellouston 1872-ci ildə yaradılıb.
Yellouston o qədər böyükdür ki, 3 ştatda yerləşir: Vayominq, Montana, Aydaxo ştatları. Bu park “canlı geologiya” adlanır. Burada qeyzerlər, palçıq vulkanları, göllər,şəlalələr, təkrarolunmaz dağ mənzərələri mövcuddur.Burada həm vulkanik, həm də buzlaq tipli təbiət abidələri var. Yerin altında maqmanın püskürməsi nəticəsində yarğan əmələ gəlmişdir. Bu yarğanlar parkın mərkəzində yerləşir.
Yellouston parkı planetimizin qaynar zonasında yerləşir.Yüksək temperatur nəticəsində parkın ərazisindən qeyzerlər çıxır. 5-8 dəqiqə
173

davam edən püskürmə getdikcə sakitləşir. Parkda 3000-ə yaxın qeyzer var. Ən məşhur qeyzer İlujkadır-qeyzer 50-70 dəqiqə arasında 42 m hündürlüyündə isti su püskürür.


Denali Milli Parkı. Milli park Mak-Kinli dağının yaxınlığında yerləşir. Onun sahəsi 24000 kv.km-dir. Denali milli parkının bəzəyi onun Mak-Kinlinin zirvəsində olmasıdır. Denali dünyada ən böyük parklardan biridir.
Böyük Kolorado Kanyonu. Milli Parkda ən böyük Qrand-Kanyon və ya Böyük Kolorado Kanyonu adlandırılan ərazinin sahəsi


  1. km2-dir. Kanyonun bəzi yerlərinin eni 25 km-dir, bəzi yerlərinin eni isə 120 m-ə çatır. Qırmızı rəngdə olan qayalar atmosferin təsirindən rəngini dəyişə bilər. Hərdən qayalar yaşıl, hərdən isə mavi çalarlar əks etdirir.

Böyük Kanyon 60 milyon il bundan qabaq əmələ gəlmişdi, hansı ki yer kürəsi hələ təzə formalaşırdı. Kanyonda küknar ağacları, ardıc kolları var.Burada yüksək dağlardan tutmuş daş shralarına qədər rast gəlmək mümkündür. Burada 1500 bitki növü mövcuddur. Onlardan 11-i nadir və tükənən növlərdəndir. Qrand-Kanyon Milli Parkı həm də 76 növ məməlinin, 50 növ amfibiyaların və sürünənlərin və 300 növ quşların məskənidir.Qrand-Kanyon milli parkının əsas məqsədi təkcə təbiəti yox, həm də tarixi obyektləri qorumaqdır. Arxeoloqlar burada qədim insan sümükləri tapmışdılar. Buradan da məlum olur ki, park keçmişdə insanların yaşayış yeri olmuşdur. Milli Parkın yaxınığında turist bazaları fəaliyyət göstərir.


174

Kanadanın Vud-Valtalo Milli Parkında Amerikanın səciyyəvi heyvanları, həmçinin bizon, müşk öküzü və s. qorunur. Parkın yaxınlığında 5000 yerdən çox istirahət turizm mərkəzi yaradılıb.


Tikal Milli Parkı Qvatemalanın rütubətli sıx tropik meşələrində yerləşir. Rütubətli tropik meşələrin arasından kəsik daş piramidalar ucalır. Bu, qədim maya hindlilərinin məskənləridir. Mayalar burada


  1. əsr yaşayıblar, lakin onların bu ərazidən getmələri müəmmalı olmuşdur. Tikal Milli Parkı 576 km2 ərazini əhatə edir. Tikal Milli Parkı 54 növ məməli heyvanların məskənidir. Burada ağquyruqlu marallar, pumalar, yaquarlar, tapirlər, böyük və kiçik qarışqayeyənlər, üçpəncəli tənbəllərə və s. rast gəlinir. Həmçinin burada ulayan meymunlar və hörümçəyəbənzər meymunlar da yaşayır.

Milli Parka ildə milyona yaxın yerli və xarici turistlər gəlir. Buna görə də parkın yaxınlığında geniş istirahət mərkəzləri, turist bazaları fəaliyyət göstərir.


Cənubi Amerika-Araukarias, Kanayma, Şinqu və s. Venesuelada yerləşən Kanayma Milli Parkı 2000 hündürlüyə qədər olan dağ meşələrini əhatə edir.Milli Parkda 30 min km2 sahədə geniş
təbiət əraziləri, 12 min növdən çox heyvan növləri, şəlalələr və digər təbiət abidələri qorunur. Dünyada məşhur olan Anhel, Orayma şəlalələri Milli Parkın ərazisindədir. Milli Parkın ərazisində safari və ekoloji turlar təşkil olunur. Venesuelaya gələn xarici turistlərin əksəriyyəti bu Milli Parka baş çəkirlər. Toxunulmaz ərazilər və
175

landşaftın sakitliyi vəhşi təbiəti sevənləri valeh edir. Sapo şəlaləsinin divarları Pemon tayfasının ərazisinə gedən cığırı gizlədir. Bu tayfanın sakinləri aborigenlərdir. Onlar daima parkın ərazisində yaşayırlar. Bu da xarici turistləri daha çox cəlb edən vasitələrdəndir.


Parakas Milli Parkı. Parakas milli parkı Sakit okean sahilində Peru şəhərində yerləşir. Bu ərazidə daim güclü küləklər əsir. Peruda bu küləkləri Parakas küləkləri adlandırırlar. Burada okeanın dibində rəngarəng həyat mövcuddur. Soyuq Peru cərəyanı dəniz sularını oksigen və qidalandırıcı maddələrlə zənginləşdirib okean suları ilə qarışdırır. Mikroorqanizmlərin çoxluğu buraya balıq axınını cəlb edib. Okeanın parka yaxın hissəsi heyvanlarla zəngindir. Onların arasında delfin, dəniz tısbağaları, tülen,xırda onurğasızlar və ən əsası nəhəng balıq sürüləri var.
Milli Parkın ərazisində qədim mədəniyyət mərkəzlərinin mövcudluğu onun turizm əhəmiyyətini artırmış olur. Buna görə də Milli Parka gələn turistlərin sayı ilbəil artır. Peru hökumətinin gördüyü tədbirlər nəticəsində Milli Parkın ərazisində turist cığırları müəyyən edilmiş, yeni istirahət və turizm mərkəzləri istifadəyə verilmişdir.
Pantanal Parkı. Pantanal parkı Braziliyanın cənub-qərbində yerləşir. Onu rəngarəng bioloji xüsusiyyətləri, çoxsaylı göl və çayları, rütubətli sıx tropik meşələri, savannaların olması flora və faunanın tükənən növlərinin qorunmasına əlverişli şərait yaradır. Pantanal meşələrində yaquar, varan, tapir, alligator və bataqlıq
176

quşları yaşayırlar. Meşələrdə hündürlüyü 10-18 m-ə çatan palma və sıx ot bitkiləri vardır. Milli Parkın daha çox elmi-təcrübi əhəmiyyəti vardır.


İquasu Milli Parkı. Park Argentina və Braziliya ərazisində yerləşir. Parkın ümumi sahəsi 1000 km2-dir. Şəlalə 275 ayrı şəlalələrdən, yəni kaskadlardan ibarətdir. Şəlalənin aşağı hissəsi Argentinaya gedən körpü üstündə yerləşib. Şəlaləyə Argentina hissəsindən baxmaq və hətta əl vurmaq çox asandı. Şəlalənin aşağı və yuxarı hissəsinə qayıqla getmək olar. Amma ən maraqlısı şəlaləyə tropik meşələrdən keçərək piyada getməkdir. Şəlalədən başqa burada geniş cəngəlliklərə baxmaq olar. Milli parkın ərazisi ilboyu turistlərlə dolu olur. Buna görə də Milli Parkın yaxınlığında 6000 yerdən çox istirahət və turizm mərkəzləri yaradılmışdır.
Afrika- Serengeti, Kabareqa, Ruvenzori, Kröqera, Tassila və s. Tanzaniyada olan Serengeti Milli Parkı 5 min km2-ə qədər ərazini əhatə edir. Milli Parkda Afrika üçün səciyyəvi olan 60-dan çox fauna növü yayılıb. Milli Parkdan dərketmə, safari və ekoturizm məqsədilə geniş istifadə olunur. Tanzaniyaya gələn xarici turistlərin 2/3 hissəsi bu Milli parkın xidmətlərindən istifadə edir. Milli Parkın yaxınlığında qeyri-adiliyi ilə seçilən mehmanxananın olması onun turim əhəmiyyətini daha da artırır.
Bununla yanaşı Keniyada öz təbii zənginliyi ilə seçilən Masai-Mava Milli Parkıdır. Milli Parkın yaxınlığında yerləşən və dünyanın ən möcüzəli mehmanxanalarından hesab edilən “Tree Tors
177

Hotel”-in burada olması xarici turistlərin cəlb olunmasında əhəmiyyətli rol oynayır. Milli Parkın yaxınlığında dünyanın ən ekzotik restoranı fəaliyyət göstərir ki, burada əksər vəhşi heyvanların ətindən qızardılmış yeməklər və kabablar müştərilərə təklif olunur.


Asiya-Barquzin, Sundarban, Pribaykal, Kedrovi Pad, Böyük Qobi, Silinqol, Volonq, Sinxarac və s.;
Banqladeşdə benqal pələnglərinin qorunduğu Sundarban Milli Parkı 8 min km2-dən çox sahəni əhatə edir. Milli Parkın ərazisində nəsli kəsilməkdə olan benqal pələngi, Cənubi Asiyanın səciyyəvi olan müxtəlif fauna növləri qorunur. Milli Parkın ərazisində safari turlar üçün təşkil olunmuş cığırlar, müxtəlif müşahidə məntəqələri mövcuddur. Burada turizmin müxtəlif növlərinin təşkili üçün onun yaxınlığında kiçik həcmli yerləşmə müəssisələri tikilmişdir.
Çində pandaların qorunduğu Volonq Milli Parkı onun cənub-şərqində musson meşələrinin arasında yerləşir. Milli Parkın ərazisində 500-ə yaxın panda qorunur. Bu Milli Park pandaların qorunduğu yeganə ərazi sayılır. Buraya gələn turistlər pandaların qidalanmasını, həyat tərzini müşahidə edə bilərlər. Milli Parkın daxilində eko və safari turist marşrutları təşkil olunur. Milli Park Çinə gələn xarici turistlərin daha çox baş çəkdiyi ərazilərdəndir.
Avropa-Askaniya Nova, Belovejskaya Puşşa, Valday və s.; Lyuberon Milli Parkı. Lyuberon Milli Parkı Alp dağlarının
şərqində, Fransanın cənub-şərqində yerləşir. Fransızlar buranı Provans adlandırırlar. Bənövşəyi-parlaq lavandalar, sıx yaşıl meşələr,
178

ağappaq təpələr bu milli parkın əsas ekzotik landşaftıdır. Parkın ümumi sahəsi 1650 km2-dir. Parkda bir-birinin əksi olan iki tip iqlim var və bunun nəticəsində burada çoxçeşidli, rəngarəng bitkilər bitir. Lyuberon parkının yaxınlığında Avropada çox məşhur olan Altay sidir ağaclarının iri plantasiyaları var.Lyuberonun digər ekzotik landşaftı erozion mənşəli uçurumlardır. Bu uçurumlara baxmaq üçün il ərzində minlərlə turist gəlir. Parlaq qırmızı və sarı rəngin çalarları uçurumda olan oksidin yaranması ilə bağlıdır. Bu Milli Parkın coğrafi mövqeyinin əlverişli olması, əsas istirahət və turizm mərkəzlərinin yaxınlığında yerləşməsi ondan istifadə edən yerli və xarici turistlərin sayını artırır.


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin