Avstraliya- Ridcent-River, Xamersli-Reync, Tanami-Dezert və
s.
Uluru və Kata-Tyuta Milli Parkları.Avstraliyanın mərkəzində yerləşir. Park 3 səhra ilə əhatələnib: Hibson, Simpson və Viktoriya. Ətrafa baxdıqda gözə sonu görsənməyən səhralıqdan və orada olan dyunlardan başqa heç nə görsənmir. Ümumi sahəsi 1300 km2 olan parkın ərazisi yerli aborigenlərə məxsusdur. Uluru və Kata-Tyuta Milli Parkları yerli əhali üçün müqəddəs sayılır. Uluru yer üzündəki ən böyük daşdır. Onun hündürlüyü 350m, uzunluğu 36 km, eni isə 1,6 km-dir. Daşın 6 km-i yerin altındadır. Uluru sanki səhrada aysberqi xatırladır. Onun burada necə əmələ gəlməsi hələ də müəmmalıdır. Daşın üstündə qədim insanların müxtəlif əşyaları, heyvan və insanların şəkilləri canlandırılır. Turistləri bura cəlb edən
179
əsas səbəblərdən biri də daşın rənginin dəyişməsidir. Qısa vaxt ərzində daş rəngini qızılı-sarıya, sonra tünd-qırmızıya, bənövşəyiyə və nəhayət sonda tamamilə qaraya çevirir.
180
Mövzu:15. Azərbaycanın Xəzərsahili rekreasiya – turizm
təsərrüfatı
Plan:
Sahil zolağının sərhədləri və ehtiyatlarının qiymətləndirilməsi üsulları
Xəzərsahili bölgədə rekreasiya ehtiyatlarının qiymətləndirilməsi
Xəzər sahilində rekreasiya əhəmiyyətinə görə seçilən tarixi memarlıq
abidələri
Xəzərsahili bölgədə turizmin perpektiv inkişafı
Sahil zolağı dedikdə yalnız çimərlik deyil, ondan müəyyən qədər kənarda yerləşən rekreasiya əhəmiyyətli ərazilər nəzərə
alınmalıdır. Bu baxımdan biz bunun sahil zolağı üzrə müqayisəli sərhədini çəksək və sahil bölgəsində olan təbiət, tarixi-mədəni abidələri, mineral və termal suları, rekreasiya landşaftlarını, o cümlədən sosial infrastruktur sahələri də buraya əlavə etsək, bunların da sahildən 20-25 km kənarda yerləşdiyini görə bilərik.
Bununla belə, biz sahildən 20-30 km uzaqda yerləşən əraziləri sahil zonası kimi qəbul edə bilərik. Sahil zonası dedikdə, 1 - 5 km - lik ərazilərin əsas, 5-14 km daxilə doğru olan ərazilərin isə ehtiyat ərazi kimi qəbul olunmasını məqsədə uyğun hesab edirik. Xəzərsahili rekreasiya ehtiyatları qiymətləndirilərkən ehtiyat ərazilərin də
181
götürülməsi məqsədə uyğundur. Sahil zolağının sərhədləri isə hər bir rekreasiya rayonunun özünəməxsus xüsusiyyətlərini nəzərə alınmaqla müəyyən edilə bilər.
Rekreasiya ehtiyatlarının qiymətləndirilməsində əsas problemlərdən biri də ayrı-ayrı meyarlar üzrə bal sistemi əsasında şkalanın tərtibidir.
Bal qiymətinin meyarları aşağıdakı kimi götürülmüşdür:
1 bal - əlverişsiz;
3 bal-orta əlverişli;
4 bal - əlverişli;
5 bal çox əlverişli.
Bu baxımdan biz havanın temperaturu 18 – 230S - ə çatan
günlərin sayı 135-dən çox olarsa (5 bal) komfort günlər – çox əlverişli, 100-135 günə çatarsa əlverişli (4 bal), 100 günə qədər olarsa orta əlverişli (3 bal) götürmüşük ki, bu da ümumi iqlim göstəricilərinin rekreasiya məqsədilə istfadəyə yararlı olduğunu göstərir.
bal – rekreasiya məqsədləri ilə istifadə üçün nisbətən əlverişli
hesab olunur. Burada havanın temperaturu 18 -230S olan günlərin sayı 50-70 çatarsa, həmçinin havanın temperaturunun 160S – dən aşağı və 280S – dən yuxarı qeydə alındığı günlərin sayı tez-tez təkrarlanarsa, yağıntıların orta illik miqdarı 800 mm və ya 150 mm – dən aşağıdırsa, küləyin orta sürəti 15m/san – dən çox qeydə alınan
182
günlərin sayı 70-80 - ə çatarsa, bu iqlim şəraiti diskomfort və ya nisbətən əlverişli sayıla bilər.
Havanın temperaturunun 18 – 230S olan günlərin sayı 30 – 40 – a çatarsa, həmçinin temperatur 10 – 140S – dən aşağı və 300S – dən yuxarı olan günləri tez -tez təkrarlanarsa, yağıntıların orta illik miqdarı 1000 mm və ya 100 mm – dən aşağı, günlərin sayı çoxluq təşkil edərsə, 15 m/san sürətlə əsən küləkli günləri sayı 120 – ni ötərsə, günəşli saatların orta illik miqdarı 1600 klvt/ saatdan az olarsa, rekreasiya məqsədilə istifadə üçün əlverişsiz sayılır (1 bal).
Çimərliklərin suyunun temik rejimini qiymətləndirərkən 17 – 250S bizim region üçün komfort sayıldığını əsas götürmüşük (5 bal). Çimərliklərdə suyun temperaturunun 14 – 270S – yə çatan günlərin təkrarlanmasını 4 bal, 13 – 280S diskomfort olduğuna görə 3 bal, 130S – dən aşağı və 280S – dən yuxarı temperaturun tez – tez təkrarlanmasını 2 bal, 120S – dən aşağı və 290S – dən yuxarı olan günlərin sayının çoxluğunu bizim bölgə üçün əlverişsiz hesab etmək olar (1 bal).
Rekreasiya bölgəsinin iqlim xüsusiyyətləri qiymətləndirilərkən, həmin ərazi üçün komfort zona öyrənilir. Komfort bölgə coğrafi enliklərdən, yaşayış məntəqəsinin hündürlüyündən, insanların həyat tərzindən və s. asılıdır. Bizim zona üçün komfort şərait 18 – 230S arasında götürülə bilər. Küləyin sürəti və nisbi rütubət artdıqca komfort zonanın hədləri də ona müvafiq olaraq dəyişir.
183
Bir nəfərə düşən yaşıllıq zonası qiymətləndirilərkən N. P. Şelemovun və K. İ. Lyuomudrovanın təklif etdiyi meşə parklardan, meşə və çimərliklərdən istifadə norması əsas götürülmüş sahil bölgəsi üçün yerli xüsusiyyətlər nəzərə alınmışdır. Burada yaşıllıq zonalarının orta yüklənmə normaları əsas götürüldüyündən biz də rekreasiya məqsədi üçün istifadədə yaşıllıq normasının 0,8 m2/adam
– çox əlverişli (5 bal), 0,52 m2/adam - əlverişli (4 bal), 0,4 m2/adam-orta əlverişli (3 bal), 0,3 m2/adam-nisbətən əlverişli (2 bal), 0,12 m2/adam - əlverişsiz (1bal) kimi qeydə almışıq.
Adambaşına düşən məişət xidmətinin həcmi respublikadakı normaları uyğun götürülmüşdür. Burada respublika üzrə adambaşına düşən orta məişət xidmətinin həcmi nəzərə alınmışdır. Bu baxımdan çox əlverişli – 672,4 manat, əlverişli 528,4 manat, orta əlverişli – 350,1 manat, nisbətən əlverişli – 218,4 manat, əlverişsiz – 190 manat götürülmüşdür.
Əhalinin sıxlığı qiymətləndirilərkən ərazinin turizm və
rekreasiya baxımından mənimsənilməsində rolu nəzərə alınmış, N.P. Şelomovun təklif etdiyi metodikaya uyğun olaraq hər km2-ə düşən əhalinin sayı əsas götürülmüşdür. Buna görə də əhalinin daha sıx məskunlaşdığı ərazilər (hər km2 - ə 500 nəfərdən çox) (5 bal), 300 – 450 nəfər əlverişli (4 bal), 150 – 290 nəfər orta əlverişli, 80 – 140 nəfər nisbətən əlverişli, 45 – 70 nəfər əlverişsiz kimi qiymətləndirilə bilər.
184
Il ərzində 100 min rekreantın ərzaq tələbatı respublikamızda olan fizioloji normalar, həmçinin istirahət və kurort müəssələrinin gündəlik ərzaq tələbatının orta kütləsi əsasında hesablanmış, orta bal göstəriciləri F.N. Əsgərovun tövsiyə etdiyi normaya uyğun qiymətləndirilmişdir.
Yuxarıda qeyd etdiyimiz bal sistemini saxlamaqla rekreasiya ehtiyatlarının qiymətləndirilməsinin aşağıdakı komponentlər üzrə
aparılmasının daha məqsədə uyğun hesab edirik.
Əlverişli iqlim. Tədqiq etdiyimiz ərazidə bol günəş ənərjisi ilə
təmin olunan dörd iqlim tipi müşahidə olunur. Iqlimin quru olması, günəşli saatların illik miqdarının çoxluğu, açıq havaların mövsüm dövründə tez-tez təkrarlanması burada istirahət və turizm müəssələrinin yaradılması üçün əlverişlidir.
Xəzər sahilində ilin soyuq və mülayim dövründə (oktyabr, aprel) bütün meteroloji məntəqələr üzrə havanın orta temperaturu 3-70S müşahidə olunmuşdur. Ilin soyuq və mülayim dövründə rütubətli və mülayim havaların təkrarlanması - 57% (IV, VI, VII, VIII sinif), o cümlədən yağışlı havalar – 37%, havanın temperaturu 7-100S arsında dəyişən və yuxarı olan günəşli havaların təkrarlanması 32% (II, III, V, IX sinif) təşkil edir. Müalicə və istirahət üçün oktyabr ayının əvvəlləri daha əlverişlidir. Yanvar fevral aylarında isə Altiağacda, Şahdağda qış idman oyunlarını təşkil etmək mümkündür.
Havanın temperaturu sahilboyu düzənliklərdə və çimərlik zonasında 20 - 250S, dağətəyi zonalarda isə 17 -230S arasında dəyişir.
185
O cümlədən dağətəyi və dağlıq zonada açıq və qismən açıq havaların təkrarlanması 69 – 72% təşkil edir ki, bu da yay aylarında dağlıq və dağətəyi zonalarda istirahətin təşkili üçün əlverişli şərait yaradır.
Xəzər sahilinin iqlim göstəriciləri Qara dəniz sahillərinə nisbətən üstünlüyü ilə seçilir. Tədqiqat prosesində Qara dəniz və Aralıq dənizi sahillərinin Xəzər sahilləri ilə müqayisəsini aparmışıq.
Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi sahilləri iqlim göstəricilərinin müqayisəsindən aydın olur ki, Xəzərsahili zona günəşli saatların miqdarı və komfort günlərin sayına görə Aralıq dənizi sahillərindən geri qalır. Bununla yanaşı iqlim göstəricilərinin mühüm elementi olan günəş radiasiyasının bolluğuna görə Xəzər sahilləri Aralıq dənizi sahillərindən üstündür. Deməli, Xəzər sahillərində iqlimlə müalicə imkanları daha genişdir. Bununla yanaşı, Xəzər sahilləri qısa və uzunmüddətli istirahətin təşkili baxımından müqayisə etdimiz digər regionlardan üstünlüyü ilə fərqlənir.
Dənizsahili bölgədə komfort hədlərin təkrarlanması mövsüm dövründə yerləşdiyi ərazidən asılı olaraq 69 – 75% çatır. Çimərlik mövsümünün müddəti isə 110 – 125 gün davam edir. Ərazidə mikroiqlim komfortluluğunun dəyişməsi Abşeronda küləkli havanın təkrarlanmaı ilə əlaqədar olaraq 57% - ə düşür. Çimərlik mövsümünün uzunluğu isə ən çox Abşeron və Neftçalanın dəniz sahilləri üçün səciyyəvidir ki, bu da 135 günə qədər davam edir.
Narın qumlu çimərliklər. Xəzərsahilinin mühüm rekreasiya sərvətlərindən biri də narın qumlu çimərliklərdir. Xəzər dənizinin
186
Azərbaycan sahil zolağının dayazlığı, suyun şəffaflığı, duzluluq faizinin aşağı olması (10 – 13%), mövsüm dövründə dənizdə suyun hərarətinin 18 – 240S – yə çatması, çimərlik mövsümünün 140 – 160 gün davam etməsi burada rekreasiya təsərrüfatının inkişafı üçün münasıb şərait yaradır.
Xəzərsahili çimərliklərin temperaturunun təhlilindən aydın olur ki, komfort günlərdə suyun temperaturunun 18 – 210S - ə çatması çımərlik mövsümünə mane olan küləkləri, rütubətli günləri də əlavə etsək, Xəzərsahili çimərliklərdə çimmək üçün normal temperatur 21
– 23,50S götürülə bilər.
Xəzərsahili çimərliklər müalicəvi qumu və şəffaf suyu ilə Qara dəniz sahili çimərliklərindən geri qalsa da, mövsüm dövründə suyun temperaturunun yüksəkliyi baxımından üstündür. Burada əlavə çimərliklərin mövsümünün davamiyyəti də Qara dəniz sahili çimərliklərindən 20 – 30 gün artıqdır (Qara dəniz sahili çimərlik müddətinin davamiyyəti 120 – 130 gün, Xəzərsahili də isə bu göstərici müvafiq olaraq 130 – 145 gündür).
Xəzər dənizində duzluluq dünya okeanının orta duzluluğndan 2-
dəfə azdır. Çimərliklərdə bu, daha da azalır. Xəzər sahillərinin 0-20 m - ə qədər dərinliklərdə duzluluq 10 – 12% - i təşkil edir. Sahilboyu çimərliklərdə ən çox duzluluq fevral, avqust aylarında 12,5 – 13,1% müşahidə edilir.
Mineral sular və müalicəvi palçıqlar. Qeyd etmək lazımdır ki, Azərbaycanın mineral və termal sularına bir çıx hallarda yüksək
187
dağlıq, gözəl mənzərəli meşə örtükləri olan ərazidə rast gəlmək olur ki, bu da həmin suların ətrafında kurort təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır.
Kurortoloqlar mineral və termal sulardan istifadə imkanlarını müəyyən edərkən, onların müalicəvi xüsusiyyəti və kimyəvi tərkibinə görə bir neçə qrupa bölmüşlər.
karbohatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazı və ionu olmaqla, orta temperaturu 10 – 200S təşkil edən mineral və
termal sular. Buraya əsasən Dəvəçi – Siyəzən inzibati rayonlarında yerləşən mineral və termal sular (Zeyvə mineral bulaqları – (debiti 2300 l/sut.çox), daxildir. Karbohatlı və hidrokarbonatlı mineral suların ümumi debiti 5,5 min l/sut. – dan çox, orta temperaturu 10 – 200S – dir. Bu sular uroloji xəstəliklərin müalicəsində istifadə olunur.
B: sulfidli və hidrogensulfidli, orta temperaturu 25 – 37 0S - ə çatan termal sular. Bu mineral və termal suların ümumi debiti 1240 min l/sut. – dur.
Şübhəsiz ki, yerləşdiyi ərazidən, minerallaşma dərəcəsindən asılı olaraq bu mineral və termal suların orta temperaturu müxtəlifdir. Belə ki,Nabran soyuq bulaqlar qrupunda suyun temperaturu 8 – 200S, minerallaşma dərəcəsi isə çoxdur. Abşeronda yerləşən termal suların minerallaşma dərəcəsi isə az olsa da, temperatur 16 – 250S – yə (Şıxovda 710S) çatır.
Bu sulfidli və hidrogen – sulfidli mineral və termal sularla əsasən vanna müalicəsi aparılır, əsəb, dəri, qan – damar, dayaq – hərəkət
188
orqanları və s. xəstəliklər müaslicə edilir. Bu termal və mineral bulaqların bazası əsasında 5000 yerdən çox sanatoriya – kurort təsərrüfatı yaradılmışdır.
xlor – natriumlu və tərkibində ayrıca hidrogen – sulfidli, suyunun temperaturu 40 – 450S, minerallaşma dərəcəsi 4 – 7, 0 mlq/l olan termal sular. Suyun temperaturunun yüksək olması termik vannaların qəbulu üçün əlverişli şərait yaradır. Hərəkət orqanlarının, xroniki revmatizmin, əsəb sistemi xəstəliklərinin müalicəsində bu sulardan istifadə olunur. Həmçinin ürək – damar, giekoloji xəstəliklərin müalicəsində də yaxşı səmərə verir
Lənkərann zonasında yayılmış natrim – xloridi suların ümumi debiti 465 min l/sut – dan çox, suyunun temperaturu 41 – 450S - ə
çatır. Bu suların bazası əsasında Lənkəranda 400 yerlik müalicə pansionatı, “İbadsu” və “Qotursu” da yerli əhəmiyyəti istirahət bazaları fəaliyyət göstərir.
Ç: yodlu – bromlu və tərkibinə üzvi maddələrin çoxluğu ilə seçilən mineral sular. Bu suların minerallaşma dərəcəsi 2 – 5 mlq/, temperaturu isə 27 – 330S - ə çatır. Sahil zonasında yodlu – bromlu sular. Neftçala rayonu əraziində yayılmışdır ki, onların da onların da ümumi debiti 1500 l/sut – dan çoxdur.
Müalicəvi palçıqlar. Sahil bölgəsində çox böyük ehtiyata malik müalicə ocaqlarını təmin etməyə imkan verir.
Plastiklik və yapəşqanlıq, istilik tutumunun çox, istilik keçirmənin az olması palçıqla müalicənin səməmrəsini artıran fiziki
189
xassələrdir. Xəzər sahilində masazır, Böyük – şor gölündəki müalicəvi palçığın plastikliyinin çox olması onların bəzən tamamilə yapışmasına, xəstəliyin səmərəli müalicəsinə kömək edir. Həmçinin bu palçıqların istilik effektinin yüksək olması, onunla müalicə imkanlarını artırır.
Rekreasiya landşaftları. Sahil boyunca 26,5 m – dən başlayaraq 200 m - ə qədər uzanan düzənliklər, çəmən-meşələr, yovşanlı-şoranlı səhralar, çəmənliklərdən sonra ucalan dağlar
ərazinin estetik zənginliyini göstərir. Həmçinin burada mavi dəniz, qumlu sahil, təmiz hava, açiq səma, mülayim cənub küləyi ərazinin rekreasiya əhəmiyyətini artırır. Respublikamızın ərazisində 825 km uzanan Xəzər sahilləridə yuxarıda qeyd etdiyimiz təbii zənginliklərlə yanaşı, nadir təbiət abidələri də geniş yayılmışdır.
Burada – təbiətlə dənizin qovuşağında relikt meşəliklər, yaşı min ildən çox olan ağaclar, ekzotik amillərin təsiri ilə yaranmış relyef formaları, dəniz sahillərində inkişaf etmiş müasır dəniz çöküntüləri, “yanardağ” kimi tanınan təbii məşəl bölgənin çox cazibədar mənzərələrindəndir. Xəzər sahillərindəki zəngin təbiət abidələrinin ərazinin rekreasiya potensialında mühüm rolu vardır. Bunlar əsasən aşağıdakı kimi qruplaşdırılır:
Geoloji – geomorfoloji abidələr və onların landşaft ekzotikliyində rolu. Qobustan qayalıqları, Dibrar tipli qayalıqlardan ibarət Beşbarmaq, küləyin təsiri ilə yaranmış Abşerondakı relyef formaları, Şollar və Lənkəran ovalığndakı gətirmə çöküntüləri belə
190
abidələrdəndir. Xəzər sahillərində tərkibində balıqqulağı olan böyük daşlara da təsadüf edilir.
Abşeron yarımadasında geomorfoloji xüsusiyyətlərinə görə seçilən yarğanlar, qobular və onların yamaclarında səthə yaxın neft layları turistləri daha çox cəlb edir. Abşeronun Məhəmmədli və Digah kəndləri yaxınlığında üzə çıxan metan qazı burada daimi yanan məşəl yaratmışdır. Hələ qədim zamanlarda Suraxanı kəndi yaxınlığıda – üzə çıxan qazın alovlandığı yerdə atəşpərəstlər özləri üçün məbəd tikmişlər. Sahil bölgəsində daim şölələnmiş qaz ən cəzbedici mənzərə yaradır.
Xəzər sahillərində öz ekzotikliyi ilə seçilən təbiət abidələrindən biri də Neogendən başlayaraq fəaliyyətdə olan palçıq vulkanlarıdır.
Burada fəaliyyətdə olan 5 palçıq vulkanı və bir çox sönmüş vulkanlar mövcuddur. Sahil düzənliklərində sönmüş vulkanlar konus, təpəcik formasında qalmışdır. Palçıq vulkanlarının püskürməsi qazların alovlanması ilə müşayiət olunur ki, bu da ətrafda gözəl mənzərə yaradır.
Flora və fauna abidələri, onların landşaft ekzotikliyində rolu: Xəzər sahilinin zəngin iqlimi burada özünəməxsus rekreasiya landşaftları yaratmışdır. Xəzərin şimal sahillərinin mülayim iqlimi, suların səthə yaxın yerləşməsi sahilboyu meşə sahələrinin yayılmasına səbəb olmuşdur.
Xəzər sahilində yerləşən meşəliklər torpaq və su mühafizəedici, tarlaqoruyucu xassələri ilə yanaşı, kurort – istirahət məqsədilə
191
istifadə üçün də yararlıdır. Təəssüf ki, Xəzərsahili meşəliklərdən rekreasiya məqsədilə cəmi 5 – 10% istifadə olunur.
Sahil zonasında ümumi meşəlik sahəsinin (838 km2) əsas hissəsini meşə - parklar təşkil edir. Sahil zonasında əhalinin sayından və yaşıllıqların sahəsindən asılı olaraq adambaşına 0,3-0,4 m2 yaşıllıq düşür ki, bu da 3 balla qiymətləndirilə bilər.bu yerlərdə rekreasiya müəssələri yaradılarkən təbii resurslardan istifadə olunması məqsədəuğundur. Əlavə onu da qeyd edək ki, bu heyvanların çoxu qorunduğuna görə bu ərazilərdə ovçuluq turizmini inkişaf etdirmək yalnız mövsüm dövründə mümkündür. Bütün bunlar nəzərə alınaraq sahil zonasında respublikamızda turizmin yeni sahəsi olan fotoovçuluğun inkişafına diqqət yetirilməlidir.
Sahil zonasının ovçuluq imkanlarından maksimum istifadə üçün bu sahənin inkişafının qayğısına qalmaq lazımdır. Müqayisə üçün qeyd edək ki, Türkiyənin Aralıq dənizi sahillərində istirahətə gələn turistlərə meşələrdə tur, dağ keşisi, ceyran və s. heyvanların ovu təklif olunur.
Respublikamızda ov heyvanları daha çox Böyük və kiçik Qafqazda və Talış dağlarında yayıldığından ovçuluğu məhz bu zonada təşkil etməyi məğbul sayırıq.
Xəzərsahili heyvanat aləmində rekreasiya məqsədilə istifadə və heyvanların qorunması üçün aşağıdakılar zəruri hesab edirik.
a) Sahil zonasında fotoovçuluğun inkişaf etdirilməsi;
192
b) Xarici turistləri cəlb etmək üçün ov turizminin inkişaf etdirilməsi;
c) Sahil zonasında qanunsuz ovçuluğa imkan verilməməsi;
d) Gələcəkdə rekreasiya müəssələrindən gələn gəlirin bir hissəsinin sahil zonası heyvanlar aləminin aləminin qorunmasına sərf olunması.
Xəzərsahili zonanın zəngin təbiətinin qorunması məqsədilə 113 min hektar sahəni əhatə edən dövlət qoruğu (Qobustan, Şirvan, Qızılağac, Hirkan) və 3 yasaqlıq (Abşeron, Gil adası, Bəndovan) yaradılmışdır. Bu qoruq və yasaqlıqlarda relikt və endemik bitki növləri (dəmirağac, şabalıdyarpaq palıd, azat, Xəzər şanagülləsi və s.), o cümlədən, Qobustanda ağac formalı ardıc, qoz, əncir, nar, sahil zonası üçün səciyyəvi olan qocaman palıd, vələs və s. yayılmışdır.
Son dövrlərdə respublikamızda milli parkların yaradılması təşəbbüsü geniş vüsət almışdır. 1997 – ci ilin iyul ayında Sankt – Peterburqda Tasis proqramı üzrə “Yeni müstəqil dövlətlərdə ətraf mühitə qayğıkeş münasibətin yayılması” mövzusunda keçirilmiş yekun seminarda Azərbaycanda “Şahdağ” milli parkının yaradılması proqramı bəyənilmişdir. Layihənin beynəlxalq maliyyə orqanları tərəfindən dəstəklənməsini Britaniya şirkəti təmin edəcəkdir. Bu milli parkən yaradılmasının ümumi dəyəri 350 min ABŞ dolları təşkil edir ki, bunun da 280 min dollarını beynəlxalq təşkilatlar müəyyənləşəcəkdir. “Şahdağ” milli parkında ərazinin ekosistemi ilə yanaşı, onun tarixi – mədəni abidələrinin də qorunması nəzərdə
193
tutulur. Onu da qeyd edək ki, respublika Prezidentinin fərmanı ilə Bakının sahil bağına milli park statusu verilmişdir. Bununla yanaşı, Səbail qəsrinin bərpası, həmçinin Nargin adasında disney əyləncə mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur.
Sahil bölgəsində yerləşən istirahət və turizm mərkəzlərində səyahətlərin təşkili işində rekreasiya landşaftlarının mühüm rolunu nəzərə alaraq aşağıdakı turist marşrutlarını daha aktual hesab edirik:
Bakı – Beşbarmaq – Siyəzən – Qalaaltı.
Bakı - Giləzi – Altıağac.
Bakı – Beşbarmaq – Xaçmaz – Xudat.
Bakı – Beşbarmaq – Xudat – Nabran – Yalama.
Onu da qeyd edək ki, əlavə olaraq bu marşrutlara Şamaxı, İsmayıllı, Quba, Qusar rayonalarındakı landşaft ekzotikliyi ilə rekreantları cəlb edən ərazilər də daxil edilə bilər.
Cənub istiqamətində aşağıdakı ekzotik turist marşrutlarını təşkil etmək daha məqsədəuyğundur.
Bakı – Qobustan.
Bakı – Ələt – Salyan – Neftçala.
Bakı – Masallı – Qızılağac.
Bakı – Masallı – Lənkəran – İstisu.
Bakı – Lənkəran – İstisu – Xanbulaqçay.
Bakı – Lənkəran –Astara – Lovani.
194
Abşeron yarımadasında sahil boyunca təşkil edilən ekzotik turist marşrutlarına Abşeronda yerləşən tarixi – mədəni abidələri də daxil etmək lazımdır.
5. Tarixi-mədəni abidələr. Azərbaycan tarixi-mədəni abidələrlə zəngindir. Respublikamızda ilk insan məskənləri, orta əsr nadir memarlıq abidələri ilə diqqəti cəlb edir.
Xəzər sahilində rekreasiya əhəmiyyətinə görə seçilən tarixi memarlıq abidələri təsvirləri əsasən Abşeronda təsadüf edilir. Buradakı Qobustan qayaüstü rəsimlərinə (e. ə. 8-ci minillik), o cümlədən, orta əsr şəhərsalmanın incisi sayılan “İçəri şəhər” abidələr kompleksi, Abşeron kəndlərindəki XIII – XIX əsrlərə aid məscidlər, karvansaralar, Mərdəkandakı dördkünc qala (XIV əsr), Nabrandakı qala (1301 – ci il), Ramanadakı qala (XV əsr), Suraxanıdakı qədim atəşpərəstlərin məbədi “Atəşgah” xalqımızın qədim tarixini əks etdirir.
Sahil zonasında Xaçmaz rayonu Şıxlar kəndindəki məscid (XV
əsr), Dəyirmantəpə yaşayış yeri (IV əsr), Şabran kəndindəki şəhər xarabalıqları da rekreantları cəlb edən tarixi – memarlıq abidələrindəndir. Siyəzən rayonundakı Beşbarmaq dağı dini ziyarətgah olaraq yerli əhəmiyyət kəsb edir.
Lənkəran – Astara mühüm rekreasiya əhəmiyyəti kəsb edən tarixi – memarlıq abidələri ilə seçilir. Bölgədəki tarixi – memarlıq abidələri əsasən V – XIX əsrə aiddir. Lənkəranda qalan, Hacı Mirzə hamamı, məscid (XVIII əsr), Balaburd kəndində qalan (XIV əsr),
195
Sığın, Divəlona kəndlərində erkən dəmir dövrünə aid qəbirlər rekreasiya əhəmiyyətinə görə diqqəti çəkir.
Astara rayonunda orta əsrlərə aid zəngin tarixi – mədəni abidələr qorunub saxlanılmışdır. Buradakı tarixi – memarlıq abidələrinin yaşı 800 – 1000 ilə çatır. Hacı Teymur və Hacı Baxış məscidlərini, Məşədi Abdultalib hamamı, Ərçivan kəndində olan Həmid Abdulla məscidi, XIX əsrə aid hamam, Tülü kəndindəki erkən dəmir dövrünə aid (e. ə. XI – V əsrlər) qədim qəbiristanlıq turistləri özünə cəlb edən maraqlı səyahət yerləridir.
Qeyd edək ki, Xəzər sahillərində yerləşən tarixi – memarlıq abidələrin çoxu XII – XV əsrlər aiddir. Digər ölkələrdən fərqli olaraq respublikamızda bu sahədən rekreasiya məqsədləri üçün çox az istifadə edilmişdir. Bunu da qeyd etmək lazımdır ki, bizim tarixi – mədəni abidələr bir – birindən uzaq və pərakəndə yayılmışdır. Belə vəziyyət onlardan rekreasiya məqsədilə istifadı üçün çətinləşdirir.
Aralıq dənizi sahillərində özünün qədimliyi və orjinallığı ilə seçilən, tarixi – mədəni abidələrlə zəngin ölkələrdən İtaliya, Yunanıstan, İspaniya, Türkiyə və s. qeyd etmək olar. Aralıq dənizi sahillərində roma imperiyası dövründən qalma, antik dövr (Yunanıstan), həmçinin orta əsr abidələri təsadüf olunur. Xəzərsahili abidələr isə Qara dəniz və Aralıq dənizi sahilindəki abidələrinə nisbətən cavan və pərakəndəliyilə seçilir. Məhz buna görə də Xəzərsahili bölgənin tarixi – mədəni abidələrindən digər rekreasiya sərvətləri ilə birgə istifadə etmık daha çox səmərə verərdi.
196
Sahil bölgəsindəki tarixi – mədəni abidələr əhəmiyyətinə görə aşağıdakı kimi qruplaşdırılır:
Beynəlxalq əhəmiyyətli abidələr: “İçəri şəhər” abidələr kompleksi, Qobustan qaya təsvirləri;
Respublika əhəmiyyətli abidələr: qədim yaşayış məskənləri, XV – XIX əsrə aid məscid, karvansara, qala, türbələr, həmçinin qədim qəbirlər və s.
Yerli əhəmiyyətli abidələrə rayonun tarixində izi olan tarixi – memarlıq abidələri daxildir.
Tarixi – mədəni abidələrə rayonun əhəmiyyətinə görə dini ziyarətgahları da əlavə etmək olar. Beşbarmaq, Şıx burnundakı Bibi-Heybət piri, həmçinin Abşeron və Lənkəran rayonlarının bir çox yaşayış məntəqələrindəki dini ziyarətgahlar sahil zonasındakı dini abidələrdir.
6. Nəqliyyat infrastrukturu. müasir dövrdə dənizsahili xalq təsərrwfatının inkişafında şəhər – kənd, kənd – rayon mərkəzləri arasında əlaqə mühüm əhəmiyyət kəsb edir. Buna görə də regional və şəhərətrafı nəqliyyat sistəmindən rekreasiya məqsədləri üçün geniş
istifadə olunur.
Nəqliyyat xidmətində uzaq və yaxın məsafə, yolxərci rekreanta xidmətində əsas rol oynayır. Buna görə də hər hansı bir ərazinin rekreasiya potensialından istifadə etmək üçün onun əlverişli nəqliyyat imkanları əsas götürlür.
197
Rekreasiya təsərrüfatı ilə nəqliyyat sistemi arasındakı əsas əlaqələr aşağıdakılardır:
Inkişaf etmiş nəqliyyat sistemi ərazinin rekreasiya potensialından istifadəni genişləndirir.
Nəqliyyat sistemi xarici turizm baxımından gəlir və valyuta gətirən bir sahədir.
Müasır nəqliyyat sistemi insanları səyahətə həvəsləndirən biridir.
Rekreasiya təsərrüfatının formalaşmasında avtomobil nəqliyyatı mühüm rol oynayır. Respublikamızda avtomobil yollarının ümumi uzunluğu 22,4 min km – dən çoxdur.
Xəzər sahillərində əsas magistral yolların ümumi uzunluğu 512, bərk örtüklü yolların uzunluğu isə 958 km – dən artıqdır. Əsas magistral yollarından olan Bakı – Yalama (199 km), Bakı – Astara
şose yolunun uzunluğu isə avtəməbil yollarının texniki vəziyyəti müasır tələblərə tam cavab vermir.
Avtomobil nəqliyyatının rekreasiya əhəmiyyətini aşağıdakı qaydada qruplaşdırmaq olar:
a) Avtomobil nəqliyyatı rekreantla moterllərdə dincəlməyə getdiyi yerlərin ərazisi ilə yaxından tanış olmağa imkan verir.
b) Qrup halında turizm səyahətlərinin təşkilində əsas nəqliyyat vasitəsidir.
c) Motel və kempinqlərin genişlənməsi və inlişafına səbəb olur.
198
Apardığımız hesablamalara görə, sahil zonasında turizm və itirahətin 70% - dən çoxu avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Həmçinin sahil zonasında şəhərətrafı qısamüddətli istirahətə gedənlərin 60 – 65% - i bu nəqliyyat növündən istifadə edir. Sahil zonasında avtomobil yolların orta sıxlığı km2 - ə təşkil edir ki, bunu da 4 balla qiymətləndirmək olar.
Dəmiryol nəqliyyatı vaxt itkisinə görə avtəməbil nəqliyyatından 25 – 45 dəqiqə geri qalsa da, sahil zonasında rekreantların 17 – 20% -
bu nəqliyyat vasitəsindən istifadə edir. Abşeronda magistral və şəhər ətrafinda 373 km elektrik dəmiryol xətti 40 dayancaq üzrə
sərnişinlər xidmət göstərir. Bu daşımaların 52% - i Bakı – Sabunçu – Sumqayıt istiqamətində, 48% - i digər istiqamətlərdə həyata keçirilir. Mövsüm dövründə bu daşımaların 23 – 28% - i rekreantlara xidmət edir; istirahət günlərində bu rəqəm 52 – 56% - ə çatır. Dəmir yolu sürətinə görə digər nəqliyyat növlərindən geri qalsa da, tariflərin ucuzluğu, təhlükəsizlik baxımından ölkədaxili turizmdə mühüm yer tutur.
Respublikamızda xarici turistlərə “AZAL” aviokompaniyası xidmət göstərir. Respublikamızdan dünyanın 30 – dan çox ölkəsinə işgüzar, turizm və digər məqsədlərlə səfərlər təşkil edilir ki, bunların da, demək olar ki, hamısı binə hava limanından həyata keçirilir. Hazırda Naxçıvan və Gəncədə olan hava limanları yenidən qurularaq istifadəyə verilmişdir. Yaxın gələcəkdə Lənkəran və Zaqatalada yeni
199
müasir tələblərə uyğun hava limanının tikilməsi ölkəyə turist axınının artmasında əhəmiyyətli rol oynayacaqdır.
Rekreasiya – turizm baxımdan rahatlığı, göstərilən xidmətlərin növ tərkibinin müxtəlifliyi (əyləncə və istirahət üçün geniş imkanların olması) çox vaxt dəniz nəqliyyatını əvəzsiz edir. Keçmişdə dövlətlərarası əsas nəqliyyat vasitələrindən biri sayılan dəniz nəqliyyatı müasir dövrdə kütləvi turizmin “Üzən otel” kimi hər cür komfort şəraiti olan, istifadə etdiyi mühüm bir səyahət növüdür.
Dəniz nəqliyyatının turistlərin tələbatına uyğun üstünlükləri aşağıdakılardır:
A) Dəniz səyahəti rahatlıq baxımından digər nəqliyyat növləri ilə səyahətdən üstündür;
Dəniz nəqliyyatı ilə səyahət turistlərə əyləncə, müxtəlf uerləri görmək, flimlərə baxmaq və digər mədəni – kütləvi tədbirlərdə
iştirak etmək imkanı qazanırlar;
Dəniz səyahətinin istirahət və əyləncə imkanlarını avtomobil və aviasiya nəqliyyatının sürətliliyi ilə əlaqələndirmək olar. Dəniz səyahəti daha çox ekzotik gəzintilər üçün əlverişlidir.
Qədim İpək yolunun bərpası respublikamızda bu marşrut üzrə
turistlərin axınını gücləndirəcəkdir. Hazırda respubilikamıza gəzinti məqsədilə gələn xarici turistlər İpək Yolu üzərində olan əraziləri görməyə daha çox meyl göstərirlər. Bununla yanaşı, Xəzər regionun negt ehtiyatlarının dünyaya aşılması gələcəkdə xarici iş adamlarının Xəzərsahili bölgədə istirahətini təşkil etməyə imkan verir. Bakıdan
200
başqa Lənkəranda müasir dənia limanın tikilməsi xəzər dənizində kurizlərin yaradılması və genişləndirilməsinə imkan verir.
7. Suvenir istehsalı. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində nadir sənət abidələri yaratmışdır. Respublikamızda qədim zamanlardan dekorativ sənət növlərinin bir çox sahələri, o cümlədən basma naxışlar, naxıçlı tikmələr, toxuculuq sənəti, metal və daş üzərində oymalar, mis qablar istehsalı, duluşculuq, keramika, zərgərlik, dəri üzərində aşılma və s. sənət növləri inlkişaf etmişdir.
Xalçaçılıq ölkəmizin suvenir istehsalında mühüm yer tutur. Respublikamızda xalçaçılıq çox qədim zamanlardan inkişaf etmiş, ev şəraitində və kustar emalatxanalatxanalarda toxunmuşdur. Öz dekorotivliyi ilə seşilən “keçə”, “xəli”, “gəbə”, “palaz”, “kilim” və s. suvenir istehsalında mühüm rolu vardır. Turistlərə hədiyyə kimi kiçik xalçalar da toxunur.
Parça üzərində naxışvurma sənəti respublikamızda geniş yayılmışdır. Içəri şəhərdə parça üzərində naxışvurma emalatxanası fəaliyyə göstərir. Bakı şəhərində toxuma və naxışvurma sənəti daha çox inkişaf edib. Şəhərimizdə düzənlənən bir çox beynəlxalq sərgilərdə bu incəsənət növü xarici qonaqlarda maraq doğurur.
Suvenir hazırlanmasında mühüm rolu olan dulusçuluq və mis qablar istehsalı Masallı və Astarada və habelə Bakının bir çox kəndlərində inkişaf edib. Lənkəran bölgəsində yayılmış qamışdan hörmələr öz dekorativliyi ilə seçilir. Burada qamışdan həsir, hətta başgeyimi toxunur.
201
Qızıl, gümüş, mis üzərində naxışvurma sənəti respublikamızda hələ qədim zamanlardan inkişaf etmişdir. Zərgərlikdə əsasən kəmər üzərində naxışlar, üzük, sırğa, qolbaq, boyunbağı və s. geniş çeşidi ilə seçilir. Hazırd suvenir istehsalının əsas mərkəzi kimi Bakı, Gəncə, Ordubad, Naxçıvan şəhərləri hesb olunur. Bundan əlavə turistləri cəlb edən gəlincəklər, geyi m nümunələri də kustar şəraitda hazırlanır və respublikqamızda düzənlənən beynəlxalq tədbirlərdə nümayiş etdirilir.
Xarici turizmin inkişafında rolu olan milli mətbəximiz öz zənginliyi ilə seçilir. Xalqımızın milli mətbəxində ətdən hazırlanan məhsullar mühüm yer tutur. Azərbaycan milli mətbəxində piti, toyuq şorbası, toyuq ləvəngisi və s. milli mətbəximizin ləziz yeməklərindən hesab olunur.
Sahil zonasında istər suvenir istehsalının, istərsədə milli mətbəximizin xarici və yerli turizmin inkişafında mühüm rol oynayır. Gələcəkdə suvenirlərimizi və milli mətbəximizi təbliğ etmək,onun özünəməxsusluğunu respublikamıza gələn qonaqlara tanıtdırmaq, beynəlxalq səviyyədə təbliğ etmək xarici turizmin inkişafına müsbət təsir göstərərdi.
Əmək ehtiyaları və məşğulluq. Xəzərsahili respublikamızın başqa bölgələrinə nisbətən daha sıx və əhalinin yüksək məskunlaşması ilə seçilir. Belə ki, respubliki ərazisinin 3,7%,
əhalisinin 30,2% - i (2,4 mln nəfər, şəhər əhalisinin isə 73,5% - i sahil rayonlarının payına düşür.
202
Respublika üzrə əhalinin orta sıxlığı 94 nəfərdirsə, sahil bölgəsində bu rəqəm 718, 7 – yə çatır. O cümlədən Abşeron rayonunda hər km2 - ə 99 (Bakı və Sumqayıt şəhərləri daxil olmaqla), kürdili rayonunda 78,5 nəfərə çatır. Respublikamızın bazar iqtisadiyyatına keşməsi ilə əlaqədar olaraq ölkə əhalisini məşğulluğunun azalması əmək ehtiyatlarından istifadədə bir sira problemlər yaratmışdır. Hazırda respublukamızın əmək bazarlnda artıq işçi qüvvəsi mövcud olduğuna görə kəskin sosial – iqtisadi vəziyyət yaranmışdır. Buraya xalq təsərrüfatında çalışanların sayının azalması, işçi qüvvəsi axının artması, işdən çıxanlarəın sayının içə
girənlərin sayından üstün olması, müasir tələblərə cavab verən işçi qüvvəsinin çatışmamazığını da əlavə etməık olar.
Sahil zonasında rekreasiya təsərrüfatının inkişafı məşğulluq probleminin həllində mühüm rol oynaya bilər. Belə ki rekreasiya kompleksinin inkişafı və fəaliyyət prosesinin geniçlənməsi həm maddi (tikinti, təchizat, ticarət və s.), həm də xidmətedici sahələrə xeyli işçi qüvvəsinin cəlb edilməsinə səbəb olardı.apardığımız hesablamalar göstərdir ki, müasir tipli sanatoriya və mehmanxanalarda üç yerə bir xidmətçi, istirahət vəturist bazakarında isə dörd yerə bir xidmətçi tələb olunur ki, bu da sahil zonasında 120 min adamın işlə təmin olunması deməkdir. Gələcəkdə tikiləcək rekreasiya müəssələrini də nəzərə alsaq, bu rəqəm 150 minə çatacaqdır.
203
1985 – 1990 – cı illərdə respublikamızın rekreasiya müəssələrində işləyənlərin sayı 100 min nəfərdən çox olmuşdur. Bunların da 70% - i sahil zonasında olan rekreasiya müəssələrinin payına düşür. Rekreasiya təsərrüfatinin inkişafi qadın əməyindən istifadəni də səmərələşdirərdi. Belə ki, bu gün respublikamızda qadınəməyindən istifadəni çox aşağı səviyyədədir. Sahil zonasında əhalinin məşğulluğunun artırılması, əmək ehtiyatından səmərəli istifadə etmək məqsədilə rekreasiya müəssələrini rolunu aşağıdakı kimi müəyyənləşdirmək olar:
Sahil zonasında rekreasiya müəssələrini genişləndirməklə yeni iş yerlərinin yaradılması;
Respublikamızda rekreasiya kompleksinin inkişafı ilə əlaqədar bir çox tədris müəəsələrində turizm işi, mehmanxana və otelçilik fəaliyyəti istiqamətində ixtisaslı kadrların hazırlanması.
Bölgədə olan turizm müəssələri hüquqi mənsubiyyətinə görə
aşağıdakı kimi qruplaşdırılır:
Həmkarlar İttifaqının nəzdində olan Nabrandakı 500 yerlik Dostluq, 800 yerlik Xəzər istirahət mərkəzi və müxtəlif müəssələrlə
məxsus olan 30 – dan çox istirahət mərkəzləri
Kurort – sanatoriya müəssələri. Kurort Səhmdar Cəmiyətinin tabeliyində olan 5680 yerlik Sanatoriya və müalicə müəssələrindən ibarətdir. Qeyd olunan müəssələri ölkədə fəaliyyə göstərən kurort – müalicə müəssisələrini 75% - dən çoxunu təşkil edir. Bunlarin 46,8%
dən çoxunda məcburi köçkünlər yerləşdirilib.
204
Özəl təşkilatlara məxsus olan yerləşmə müəssələri və digər turizm obyektləri ölkədə fəaliyyt göüstərən bu növ turizm obyektləri 63% təşkil edir. Özəl təşkilatlara məxsus istirahət və əyləncə
müəssələrini əsas hissəsi Abşeron və Yalama, Nabranda cəmlənib ki, bunləardaa qeyd olunan istirahət obyektlərinin 2/3 – nə sahibdir.
Xəzər sahilində fəaliyyət göstərən özəl müəssələrə məxsus yerləri ayrı – ayrı inzibatı rayonları üzrə aşağıdakı kimi dəyışır. Abşeronda 7856 yerlik istirahət mərkəzi, 5977 yerlik digər yerləşmə müəssələri, Lənkəranda 6212 yerlik istirahət mərkəai, 400 yerlik sanatoriya, 770 yerlik yerləşmə müəssələri fəaliyyət göstərir . Bu göstərici masallı rayonunda 348 yerlik müalicə müəssəsindən, 2296 yerlik istirahət müəssələrindən ibarətdir. Bu göstərici Xaçmazda 4980 yerlik istirahət mərkəzindən, 1330 yerlik əyləncə müəssisəsi və digər yerləşmə müəssəsindən ibarətdir.statistik rəqəmlərdən göründüyü kimi Xəzərsahili rayonlardan ən şox mənimsənilmiş əraziləri Abşeron, Xaçmaz, Lənkəran sahillərindədir. Bu da ərazinin turizm ehtiyatı ilə zənginliyi və sosial – iqtisadı inkişaf səviyyəsinin yüksək olması ilə bağlıdır. Xəzərsahili bölgədə əsasən Bakı şhəri əhalisinin qısa və uzun müddətli istirahətinin təşkil olunduğuna görə bu ölkə daxili turizmdən çox istifadə olunan əraziləırdən sayılır ki, bu da Bakı şəhər əhalisinin 45 – 50% - nin tələbatını ödəyir.
Xəzərsahili bölgədə 5 turizm rayonu ayrılır ki, bunlar da Yalama – Nabran, Dəvəçi – Giləzi, , Kürdili, Lənkəran aiddir. Bölgədə turizmin inkişafı üçün perspektivli olan sagəılər əsasən istirahət,
205
ekoturizm və ekskursiya məqsədi turizmin inkişafı ilə bağlıdır. Xəzərsahili bölgədə turizmin perpektiv inkişafı aşağıdakı xüsusiyyəti ilə şərtlənir:
1. Bölgənin kurort turizm imkanlarından istifadə etməklə istirahətlə yanaşı, kurort təsərrüfatının inkışaf etdirilməsi;
Turizm təsərrüfatında infrastrukur sahələriin yaradilmasi və bu sahəyə kapital qoyuluşunun artirilmasi;
Yerləşmə müəssələrinin və digər isatirahət mərkəzlərinin az mənimsənilmiş Kürdili, Dəvəçi – Giləzi turizm rayonlarında inkişafının həvəsləndirilməsi
-
Yerləşmə
|
Yerləşmə
|
Yerlərin sayı
|
Işçilərin sayı
|
müəssisələrinin adı
|
müəssisələrinin sayı
|
|
|
|
|
|
|
Abşeron
|
52
|
6930
|
2430
|
|
|
|
|
Xaçmaz
|
28
|
3840
|
571
|
|
|
|
|
Dəvəçi
|
3
|
266
|
27
|
|
|
|
|
Lənkəran
|
12
|
867
|
143
|
|
|
|
|
Astara
|
6
|
205
|
37
|
|
|
|
|
Masallı
|
23
|
1032
|
137
|
|
|
|
|
Cədvəl 1. Xəzərsahili Yerləşmə müəssisələrinin sayı və ümumi yer tutumu
Regionda yerləşmə müəssəsi və turizm obyektlərinin dinamikası göstərir ki, daha çox mənimsənilmiş bölgələr Abşeron, Xaçmaz, Masallı, Lənkərandır. Digər ərazilərdə isə mənimsənilmə səviyəsi aşğı olaraq qalır. Bu daha çox Siyəzən, Dəvəi, Neftçalaya aid etmək olar. Qeyd olunan zəif mənimsənilmə bölgələrdə turizm süənayesini inkişafı üçün geniş ərazi kənd təsərrüfatında istifadə olunmayan
206
torpaq sahələri, nisbətən təmiz çimərlikləri, iqlim elementləri perspektiv inkişafı şərtləndirən amillərdən sayılır. Qeyd olunan ərazilərdə meşə parkları salımaqla turizm sənayesinin inkişafa nail olmaq olar.
Bununla yanaşı Xəzər dənizində su idman növlərindən, dağətəyi ərazidə ekoturların təşlkili mümkündür. Ölkənin su regionunda həyata keçirdiyi kənd – yaşıl turizm tədbirləri ekoloji turizm təşkili xəzərsahili bölgədə turizmin uzunmüddətli inkişafını şərtləndirən amillədən sayılır. Xəzər dənizdininb Dəvəçi-Giləzi turizm rayonun ərazisində “dağ-dəniz” turizminin inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layihə hazırlanmışdır. Bu proqramda uyğun olaraq Dəvəçi, Siyəzən rayonlarının ərazisidə müasir tələbələrə cavab kompleks istrahət – kurort kompleksinin tikintisi planlaşdırılır. Burada 20 min yerlik müasir yerləşmə kompleksiləri, qolf meydançası, istirahət, əyləncə, biznes mərləzləri, ekoloji turist marşurutlarının təşkili və s. nəzərdə tutulmuşdur.
207
Dostları ilə paylaş: |