Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı


Deni Didro (1713-1784) və ensiklopediyaçılar



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 3(4)

 
Deni Didro (1713-1784) və ensiklopediyaçılar 
Deni Didro
(1713-1784) fransız materialist filosoflarının ən görkəmli 
nümayəndələrindən biridir. O, «Fəlsəfi düşüncələr», «Korların məktubu və 
gözlülərə nəsihət» adlı əsərlərində feodal quruluşunu tənqid edirdi. Didro 
materiyanın məhv olması və yaşaması ideyasını müdafiə edirdi. O, duyğuları 
yüksək qiymətləndirərək göstərirdi ki, ağıl hakim, duyğular isə onun şahidləridir. 
Ağıl həmin şahidlər vasitəsilə alınan məlumatları mühakimə edir. Ağıl həssasdır, o 


müşahidəni mühakimə etməlidir. O, ağılla hissləri eyniləşdirmir, onları dialektik 
vəhdətdə götürürdü. Didro da başqa filosoflar kimi tərbiyəyə yüksək qiymət verir, 
lakin onun rolunu həddindən artıq şişirtmirdi. Onun fikirincə cəmiyyət xalqa lazımi 
tərbiyə və təhsil vermədiyi üçün xalqın içərisindəki istedadlar məhv olur. Didro 
göstərirdi ki, tərbiyə və təhsil insanları əxlaqlı, ləyaqətli, mədəni, həssas 
şəxsiyyətlər kimi formalaşdırır. Tərbiyə nəticəsində kölələr belə özlərini gözəl hiss 
edir, köləlik üçün doğulmadıqlarını dərk edirlər. O, məktəblərdə riyaziyyat, fizika, 
kimya, təbiət, astronomiya kimi real fənlərin tədris edilməsini tələb edirdi. Deni 
Didro və ensiklopediyaçılar 
Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro sənətkar ailəsində 
doğulmuşdur. D.Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və 
gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan 
əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. 
O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək 
işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. 
Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin 
hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını 
ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət 
arasında böyük nüfuza malik idi. O, siyasi, fəlsəfi, mədəni və praktik önəm 
daşıyırdı. Hökumət tərəfindən ensiklopediyaya göstərilən təzyiqlərə baxmayaraq
1780-ci ilə kimi onun 35 cildi nəşr olunmuşdu. Bu, Didronun və onun həmkarı 
Dalamberin xidmətinin nəticəsi idi. D.Didronun adı XVIII əsr Rusiyasında da 
məşhur olmuşdur. O, 1773-cü ildə II Yekaterinanın dəvəti ilə Peterburqa gəlmişdir. 
Qərb modelinə uyğun yeni tədris sistemi yaratmağa çalışan II Yekaterina ona yeni 
əsaslar üzrə maarif haqqında plan tərtib etməyi tapşırır. O, "Rusiyanın universitet 
planı" adlı demokratik ruhlu layihə hazırlayır. Silki məhdudiyyəti aradan qaldıran 
bu layihəyə görə, bütün ibtidai məktəblər ümumi, pulsuz və icbari olmalı idi. 
İbtidai məktəbi qurtaranlar bütün tip məktəblərə daxil ola bilərdi. Layihənin 
demokratik əhvali-ruhiyəsi II Yekaterinanı qorxutduğundan o, bunu nəinki realizə 
etmədi, hətta müzakirəyə belə qoymadı. Fransız maariflənməsinin ədəbi rəmzi 
vəziyyətində olan və maarifçilik prosesinin əsas fikir və ideallarını əks etdirən 
böyük mədəniyyət xəzinəsi Ensiklopediyanın dəyişməz redaktoru Didro (1713-
1784), fəlsəfi görüşləri ilə maarifçiliyin öndə gələn alimlərindən biri olmuşdur. İlk 
cildi 1751-ci ildə çap olunan 1780 ildə 35 cild olaraq tamamlanan 
Ensiklopediyanın 1-ci cild istisna olmaqla qalan cildləriin naşiri olub. Birinci 
cilddə də ideoloji əməyi vardır. Birinci cildi Dalamber dərc etmişdir. İki cilddən 
başlayaraq 7-ci cildin sonuna qədər birlikdə redaktorluq etmişlər ki, bu məqamda 
Dalamberin redaktorluqdan çəkilməsindən sonra 35-ci cildin sonuna qədər 
redaktorluğu tək başına yerinə yetirib. Ensiklopediya yeni fəlsəfi- elmi fikirləri və 
məlumatları Avropa miqyasında yaymaq məqsədi güdən təsirli bir tərbiyə vasitəsi 
olmaq iddiasında idi və buna artıqlaması ilə nail olmuşdur. Ensiklopediyaya töhfə 
verənlər içində, Volter, Holbax, Helvetsi, Monteskyö və iqtisadçı Turgot da var idi.


Deni Didronun əsas bədii əsərləri “Monaxinya” romanı və “Ramonun qardaşı 
oğlu” povestidir. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin