Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 3(4)

Şarl Lui Monteskyö
Şarl Lui Monteskyö (18 yanvar 1689 — 10 fevral 1755) – fransız yazıçı, maarifçi 
filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi kimi fəaliyyət göstərmişdir. Şarl Lui 
Monteskyö Fransada varlı məmur ailəsində anadan olmuşdur. Dünyagörüşü 
etibarilə deist olan Monteskyö teologiya və kilsənin kəskin tənqidini vermişdir. 
Doğrudur, Monteskyö ictimai əxlaqın qorunmasında dinin müəyyən rol oynadığını 
göstərmişdir. Monteskyö təbiət və cəmiyyət hadisələrinin tabe olduğu ən ümumi 
qanunauyğunluluq ideyasını inkişaf etdirmişdir. O, providensializmi rədd edərək 
qanunu “şeylərin təbiətindən irəli gələn zəruri münüsibət kimi” başa düşmüşdür. 
Monteskyö təbii hüquq nəzəriyəsinin ümumi müddəalarını qəbul edərək ardıcıl 
rasionalist konsepsiyaların tərəfdarlarından fərqli olaraq bu nəzəriyyə əsasında 
ictimai qanunların universal sisteminin yaradılmasını qeyri-mümkün saymışdır, 
çünki xalqların mövcudluğunun şəraiti müxtəlifdir. Monteskyö görə idaretmə 


qanunları və formalarının rəngarəngliyi buradan irəli gəlir. Monteskyö 
sosiologiyada coğrafi cərəyanın banilərindən biridir; ictimai quruluşun və adətlərin 
formalaşmasında iqlimə, torpağa, səthə və s. xüsusi əhəmiyyət vermişdir. Bununla 
belə Monteskyö ictimai mühitin rolunu göstərmişdir; Monteskyödə ictimai mühit 
siyasi quruluş və qanunvericilik anlayışı ilə uyğun gəlir. Monteskyö feodal 
mütləqiyyət qaydalarını kəskin tənqid edərək burjuaziyanın və zadəganlığın siyasi 
kompromis ideoloqu kimi mötədil konstitusiyalı monarxiya ideyasının və 
hakimiyyətlərin bölünməsi prinsipnin müdafiəsində durmuşdur. Moteskyö 1748-ci 
ildə “Qanunların ruhu haqqında” əsərini yazmışdı. Onun fikrincə siyasi 
xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə 
bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması 
ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə böyük təsir 
göstərmişdir. “…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla 
yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə 
oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng 
fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz 
gündəlik şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb keçmiş 
qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”. Şarl Lui 
Monteskyö (“İran məktubları” 1721) 
“İran məktubları” 1721 
Təxminən əlli ilə yaxıın idi ki, Fransada şərq dəb olmuşdu. Əsərdə Usbe və Rica
adında iki İranlı Avropa, xüsusilə Fransada səyahətə çıxır. İki səyyah 
təəssüratlarını vətəndaşlarına yazır, onlar da İranda baş verənlərdən onları xəbərdar 
edirlər. Məktub tərzi, Monteskyöyə sərbəst şəkildə bir mövzudan digərinə 
keçməsinə şərait yaradır. Bir hərəm fırıldağı əsərin süjetini yaradır. Hörmətli 
Usbenin yoxluğunda, qaradərili hərəm ağası, ağasının sarayında hər cür 
çətinliklərlə qarşılaşır. Beləliklə, İran məktublarına qeyri-adi bir görünüş verərək 
Monteskyu yalnız zamanın zövqünə uyğun gəlmir, eyni zamanda risk almadan 
zahirən çox ciddi bir rejimə qarşı kifayət qədər sərt hücumlara keçir. Əsər 
hərəkətlidir, oxucu özünü böyük bir portret qalereyasının içində hiss edir: Vergi 
toplayan, aclıq çəkən şair, yaşlı döyüşçü, böyük nəcib insan, varlı adam, hekayəçi. 
Parisdəki həyatdan da səhnələr xatırlanır: Oxucu, Homer barəsində mübahisə 
edilən bir klubdan, gözəl düşünənlərin qarşılıqlı öyündüyü bir Salona, Parisə xas 
avaraların toplandığı Tuileriesden Fransa Akademiyasına qədər gəzə bilir. 
Məktubların əksəriyyəti dini, əxlaqi və siyasi problemlərə toxunur. Müstəmləkə, 
qul ticarəti, qanunlar haqqında öz mülahizələrini irəli sürür.
İran məktubları 
Fransanın XIV Lüdovik dövrünə və İran sivilizasiyasına iki İran səyyahının gözü 
ilə baxan siyasi satira idi. 1726-cı ildə Monteskyö Parisə köçür və iki ildən sonra 
Fransa Akademiyasına üzv seçilir. O, Avropa ölkələrinə çoxlu səyahətlər edir, 
müxtəlif ölkələrin dövlət hakimiyyətinin quruluşunu müşahidə edir və təhlillər 
aparır. Monteskyö dünyada ilk dəfə olaraq siyasi proseslərin inkişaf 
qanunauyğunluqları haqqında ümumiləşdirilmiş nəticələr almaq üçün müxtəlif ölkə 


hüquqlarının müqayisəli öyrənilməsindən şüurlu və sistematik şəkildə istifadə 
etməyə başlayır. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin