Jan Jak Russo (1712-1778) XVIII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1773). O, 1712-
ci ildə Cenevrədə anadan olmuşdur. Anası erkən öldüyündən onun tərbiyəsi ilə
atası və bibisi məşğul olmuşdur. O, bir müddıt dayısının yanında qalmış, usta
yanında sənət öyrənməyə cəhd göstərmişdir. Russo qeyd edirdi ki, o, ata evində
cəsarətli, Lamberiyanın yanında azad, dayı evində mehriban idisə, usta yanında
cəsarətsiz idi. Beş il (1723-1728) usta köməkçisi olan Russo oradan qaçır,
macəralarla dolu həyat yaşamağa başlayır. Lakin buna baxmayaraq, o şəxsi təhsili
üzərində inadla işləyir, katolikliyi qəbul edir. Katolik xeyriyyə cəmiyyətinin üzvü
gənc xanım Vareninin köməyi ilə ruhani seminariyasına daxil olur, keşiş olmaq
istəyir, ancaq bu, baş tutmur. Müxtəlif işlərdə çalışır. Xanım Varenindən musiqini
öyrənir, iki opera yazır və nəhayət, ədəbi yaradıcılığa başlayır. Volterin “Fəlsəfi
məktublar”ı haqqında eşidən Russo elmlə məşğul olmaq istəyir. Həkim Solomonla
tanışlığı ona güclü təsir edir və o, Por-Royalın əsərləri ilə maraqlanır. Por-Royalın
əsərlərində xeyirxahlıq elmlə birləşdirilmişdi. O, Por-Royalın “Məntiq”, C.Lokkun
“Təcrübələr”, Dekart və Leybnisin fəlsəfi əsərlərini öyrənməklə yanaşı həndəsəni,
latın dilini, tarix və coğrafiyanı, sonralar isə fiziologiyanı və anatomiyanı
öyrənir.Russo 1743-cü ildə “Korların məktubu” əsərinə görə həbsxanaya salınan
D.Didronun görüşünə gedərkən “Elmlərin və incəsənətin inkişafı əxlaqa
müsbət,yoxsa mənfi təsir etmişdir” mövzusunda Con akademiyasının müsabiqə
elanına rast gəlir. O, Didronun məsləhəti ilə həmin müsabiqədə iştirak edir. Con
akademiyasının elanı qığılcım olub onun yanmasına, şölələnməsinə səbəb olur.
Birinci müsabiqədə qalib gələn J.J.Russoakademiyanın elan etdiyi yeni
müsabiqəyə əsasən “İnsanlar arasında bərabərsizliyin mənşəyi” adlı ikinci əsərini
yazır. Bununla da bütün varlığı ilə yaradıcılığa başlayır. On ildən az bir dövrdə
(1753-1762) Russo “İctimai müqavilə”, “Yeni Eloiza”, “Dalamberə məktub”,
“Emil və ya tərbiyə haqqında” əsərlərini yazır. Sonuncu əsəri səs-küyə səbəb olur.
Fransa parlamenti əsərin yandırılması və müəllifin habs olunması haqqında qərar
qəbul edir. Russo Fransadan qaçır, filosof Yumun dəvəti ilə İngiltərəyə gedir.
1767-ci ildə Ren adı ilə vətənə qayıdır. Bu vaxt o, məşhur “Tövbə” (1765) əsərini
yazırdı. Fiziki cəhətdən çox zəifləmiş, mənəvi cəhətdən sarsılmış J.J.Russo çox
yaşaya bilmədi, 1778-ci il, iyun ayının 2-də vaxtsız vəfat edir.