Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı


Fransız dramaturq və yazıçısı Pyer Marivo



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 3(4)

 
Fransız dramaturq və yazıçısı Pyer Marivo 
(Paris, 1688 - Paris, 1763). 


 Riom zərbxanası müdirinin oğlu olan Pyer Carlet də Chamblain də Marivaux bir 
müddət hüquq oxuduqdan sonra dövrünün ədəbiyyat toplantılarına qatılıb. 
Əlindəki sərvətini itirəndə özünü yazmağa həsr edib.. Əvvəllər bir neçə roman 
yazıb, teatr və jurnalistika sahəsində məşğul olub. Uğursuz bir neçə qəzet çıxarmaq 
təşəbbüsü alınmır və Annibal (1720) adlı faciəsi ümid etdiyi uğuru qazanmır. Daha 
sonra İtalyan komediyasına istiqamətlənir və bu sahədə uğur qazanır. 1742-ci ildə 
Fransız Akademiyasına üzv seçilib. Madam de Pompadourun ona müəyyən bir 
məbləğ ödəməsinə baxmayaraq daima dolanışıq sıxıntısı içində yaşayıb. Romanları 
kimi komediyalarında də yenilik tərəfdarı bir yazıçı olan Marivo, oyunlarında 
Molyerin qoyduğu yolun başqa bir çıxışını axtarırdı. Əsas mövzu olaraq ələ aldığı 
eşqi, hər oyununda "gizləndiyi yerdən" çıxarmağa çalışdı. Yaradıcılığında qadına 
xüsusi bir yer verdi. Onun gənc və emosional oyun qəhrəmanları yalnız sevgiləri 
məşğul idilər. Son dərəcə incə, təsirli hisslərin bütün təfərrüatlarını vermək üçün 
Marivo gözəl, yumorist, ifrata varan incəlikdə özünə məxsus bir tərz ortaya qoydu. 
Xoşbəxtlik həsrətinin və insan münasibətlərinin (ağa və nökər, qadın və kişi 
sevgili) mürəkkəbliyini dilə gətirdi. Bundan başqa, teatr tarixində ilk dəfə olaraq, 
nökərlə ağanı eyni səviyyədə bir əsər daxilində işlədi. Adətən çağdaşlan tərəfindən 
kifayət qədər anlaşılmaz, hətta, Volter tərəfindən təhqir olunan Marivonun 
yaradıcılığı müasir romanın da bir müjdəçisi sayılır. Həqiqətən də, 
tamamlanmamış iki romanından ənənəvi xarakterli “Marianın həyatı” (1731-1741) 
və “Bambılı, Kəndli” (1735-1736) Floberin və müasir roman yazarların öncülük 
etmişdir. İkinci romanında Parisə gələn passiv kəndli tipini, hadisələrin içində yer 
alan, aktiv iştirakçı kimi deyil, gördüklərini müəyyən etməklə kifayətlənən bir növ 
müşahidəçi durumunda qələmə aldı. Stendalin "roman yol boyu gəzdirilən bir 
güzgüdür" sözü Marivonun bu romanı üçün xarakterikdir. Marivo bu əsərində 
müəllif kimi əxaqi baxımdan bir davranış sərgiləmədən yalnız ruhi açıqlamalar 
verməklə kifayətlənir. Bundan başqa, dialoqarm gerçəkliyi, cümlə quruluşunun 
çevikliyi bu romanın modern bir əsər kimi səciyyələnməsinə imkan verir.Əsas 
əsərləri: Farzamon və ya yeni Don Kixot (1712), Mariannanın həyatı (1731-1741), 
Bambılı Kəndli (1735-1736) romnlarının, Annibal (1720); Eşq ilə tərbiyələnmiş 
Arlequin (1720), Məhəbbətin İlk sürprizi (1722); İkiqat qətiyyətsizlik, (1723); 
Paltarını Dəyişmiş Şahzadə, (1724); Kölələr Adası, (1725); Məhəbbətin İkinci 
Sürprizi, (1727); Könül və Qismət Oyunu ( 1730); Analar Məktəbi, (1732); Boş 
əhdlər, (1732); Xoşbəxt Hiyləgərlik, (1733); Sirdaş ana, (1735); İanə (1735); Saxta 
sirdaşlar ( 1737); Sınama, (1740); Məğlub olmuş qərəz, (1746) və sə teatr 
əsərlərinin müəllifidir. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin