Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı


Jak Anri Bernarden de Sen Per (1737-1814)



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 3(4)

 
Jak Anri Bernarden de Sen Per (1737-1814) 


 
Fransız yazar, səyyah və filosofu. Russoizmin təsirində olub. İlk kitabı “İl de 
Fransda səyahət” (1773) güclü əks-səda yaratmasada, 1784-cü ildə “Təbiət 
haqqında etüdlər”i çap etdirir. Bu əsər Bernardenə uğur gətirir. 1788-ci ildə əsərin 
üçüncü nəşrinə “Pol və Virginiya” povest-pritçasını əlavə edir. Bu povest onun 
yaradıcılığının zirvəsi hesab edilir. Qarşılıqsız sevgi, müdriklik, sivilizasiyanın 
təsri barədə yazılmış povest Adəm və Həvva, Tristan və izolda. Pastoral sevgi 
süjetləri, Androgina və s. bədii hekayələrlə səsləşir. Böyük Fransa İnqilabı 
ərəfəsində hyaradıcılığında önromantizmin təsiri müşahidə olunur. “Pol və 
Virciniya” əsəri fransız ön romantizminin kilid açarı hesab edilir. Eyni zamanda 
Jan Jak Russonun “Yeni Elioza” əsərinin dərin təsiri hiss olunur.
 
PYER BOMARŞE 
(1732-1799) 
Görkəmli ədib Pyer Bomarşe bütün çətinlikləri satira və yumor atəşinə tutmağa 
çalışırdı. Onun belə bir ifadəsi mövcuddur: "Hər şeyə gülməyə tələsin, əks halda 
ağlaya bilərsiniz".Görkəmli fransız mütəfəkkiri Pyer Bomarşe (Pyer Ogüsten 
Karon) 1732-ci il yanvarın 24-də Parisdə saatsaz ailəsində anadan olub. Varlı 
ailədən olan dul qadınla evlənən Pyer kral sarayında xırda bir vəzifəyə işə düzəlir. 
Öz hazırcavablığı və arfada ifası ilə Pyer kraliçanın xoşuna gələ bilir. Milyonçu 
Pari-Düvernenin etimadını qazanan Pyer bank işlərində onun kiçik tərəfdaşına 
çevrilir və tezliklə özü üçün kralın katibi vəzifəsini pulla alır. Vəzifə ilə birlikdə 
zadəgan titulu alan Pyer soyadını de Bomarşeyə dəyişir. 1767-ci ildə ilk pyesi olan 
"İki dost"u, 1770-ci ildə izə "Yevgeniya"nı yazır. Əsərlər sosial qeyri-bərabərlik 
mövzusuna həsr olunur. 1773-1774-cü illərdə Fransanın korrupsiyalaşmış 
məhkəmə sisteminə tənqid edən 4 pamflet yazır. Pyerin "Memuarlar" adlandırdığı 
pamfletlər böyük uğur qazanırlar. Volter bu pamfletləri oxuduğu ən maraqlı əsər 
adlandırır. 1775-ci ildə Bomarşe "Sevilya bərbəri" pyesini yazır və Fransanın 
birinci dramaturquna çevirir. O süjeti davam etdirərək 1784-cü ildə "Fiqaronun 
toyu" əsərini yazır. Trilogiya 1792-ci ildə "Günahkar ana" melodraması ilə başa 
çatır. Bomarşenin pyeslərinin motivləri əsasında Motsart 1786-cı ildə "Fiqaronun 
toyu", Rossini isə 1816-cı ildə "Sevilya bərbəri" operalarını yaradırlar. Pyer 
Bomarşe 1799-cu il mayın 18-də Parisdə vəfat edib. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin