Mövzu: 3. XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı.
Maarifçilik ərəfəsi fransız ədəbiyyatı
XVII əsrin ilk üç rübündə mütərəqqi rol oynayan fransız
mütləqiyyəti əsrin
sonlarında tənəzzül dövrü keçirir, ölkənin həyatından təcrid olunaraq açıq tüfeyli
bir səciyyə alır. Uğursuz xarici siyasət, saraydakı
hədsiz dəbdəbə və təmtəraq
ölkəni var-yoxdan çıxarır, dövləti müflis halına salır. Bu vəziyyətdən kəndlilər
daha çox əziyyət çəkirlər. Fenelon kənd və şəhərlərin acınacaqlı
mənzərəsini
xatırladaraq yazır: "Torpağın becərilməsi,
demək olar ki, atılmışdır. Şəhər və
kəndlərdə əhali qalmamışdır, peşələr miskin bir ömür
sürür və fəhlələri yedirə
bilmir. Fransa böyük, atılmış, ərzaqdan məhrum olmuş bir xəstəxanadır." XIV
Lüdovikin qəddar daxili siyasəti kor-təbii kəndli hərəkatlarına səbəb olurdu.
Xalqın narazılığı dövrün ziyalılarına da təsir edirdi. Fransız ziyalılarının
gizli
imzalarla xarici ölkələrdə çap olunan əsərlərində ümumxalq narazılığı əks
olunurdu. Bununla yanaşı XIV Lüdovikin dini və dünyəvi siyasətində də mürtəce
bir dönüş əmələ gəlir: 1685-ci ildə Nant edikti ləğv olunur, protestantların təqibi
yenidən başlanır, kilsə xadimlərinə böyük hüquqlar verilir, ölkədə dini terror hökm
sürür, Por-Royal darmadağın edilir, madam de Mentenona qarşı açıq hücumlarına
görə İtaliya Komediyası teatrı bağlanır və onun aktyorları Fransadan sürgün edilir.
Məhz bu dövrdən ədəbiyyat daha artıq müxalifətçi bir mövqe tutur, saraya xidmət
göstərməkdən uzaqlaşır, döyüşkən bir xarakter alaraq XVIII əsr maarifçiliyinin
sələfinə çevrilir. XVII əsrin ədəbiyyatında müşahidə
olunan bu yeni keyfiyyətlər
maarifçiliyin ilkin təzahürləri və əlamətləri kimi diqqəti cəlb edir. Yaranmış siyasi
şərait bir sıra köhnə janrların ölüb getməsi, yeni janrların meydana çıxmasına
səbəb olur.
Yeni şəraitə, tələbata uyğun şəkildə bəzi janrlar daha da inkişaf
etdirilir. Xüsusilə bir sıra yüngül janrlar
əvvəlki mövqelərini itirir, hətta bəzi
radikal görüşlü yazıçılar teatrdan imtina edirlər. Açıq
tənqidin qorxulu olduğunu
görən ədəbi qüvvələr satiradan qaçırlar. Əsrin sonlarında özünü göstərən yenilikçi
və müxalifətçi meyllər xüsusi yarımleqal janr və formaların meydana çıxması ilə
nəticələndi. Xüsusilə xalq həyatı və xalq yaradıcılığı ilə tanışlıq əsasında yaranan
nağıl janrı geniş mövqe qazanır. Memuar ədəbiyyatı bu dövrdə daha artıq
çiçəklənmə dövrü keçirir.
Q