Volter İctimai-siyasi, sosial-iqtisadi mahiyyət kəsb edən maarifçilik öz faliyyətində və,
eyni zamanda, inkişafında dövrün estetik fikrindən geniş istifadə edir, bədii
yaradıcılığın, elmin-əzəri fikrin ideya-təsir gücünə arxalanırdı. Heç də təsadüfi
deyil ki, maarifçiliyin beşiyi sayılan Fransada bu hərəkatın aparıcı, daşıyıcı
simaları məhz fransız yazıçıları olmuş və onların yaradıcılığı əsasında fransız
ədəbiyyatı maarifçiliyin klassiki hesab edilmişdir. Bu da tarixi faktdır ki,
“maarifçilik dövrü” terminini də tarixə məhz fransız dramaturqu Volter bəxş
etmişdir. Belə ki, Volterin 1718-ci ildə böyük müvəffəqiyyətlə Paris səhnəsində
oynanılan
“Edip”
faciəsinin
inqilabi
əhəmiyyəti
olmuşdur.
Maarifçi estetika dünyanın bütün xalqlarının maarifçilik hərəkatına fəal təsir etmiş,
istər Qərbi Avropa, istər Şərq, istərsə də bir çox millətlərin ictimai fikrini
istiqamətləndirmiş olan Rusiyanın milli ziyalıları, ədəbi şəxsiyyətləri ilə təmsil
olunmuşdur.
Əvvəla qeyd edək ki, dünya maarifçi estetikasının nümayəndələri öz əsərlərində
birinci vəzifə olaraq dövrün mədəniyyət nəzəriyyəsinə, ağıl proqramına cavab
verən məsələləri işıqlandırır, “biliksizlikdən biliyə, az bilikdən tərəqqiyə, inkişafa”
şüarı ilə çıxış edir və, ən başlıcası, belə hesab edirdilər ki, yalnız elmi tərəqqinin
sayəsində yeni ictimai-iqtisadi, mədəni inqilab pilləsinə qalxmaq mümkündür.
Təsadüfi deyil ki, Volter maarifçilik dövrü İngiltərəsini “ağıl adası” adlandırmışdır.
Dünya maarifçiliyinin “tənqid” prinsipi də qlobal xarakter daşıyırdı.Volter
yaradıcılığı ərzində yüzdən çox təxəllüsdən istifadə etmişdi.
Kilsəyə qarşı kəskin fikirlərinə görə İngiltərəyə sürgün olunan Volter həmin illər
ərzində daha çox inkişaf etmişdir. Gənclik illərində Şekspiri gənc şairlərə nümunə
göstərən filosof bir neçə ildən Şekspirdən daha yüksək istedada malik olduğunu
demişdir.
Volter özündən sonra çox böyük bir ədəbi-fəlsəfi yaradıcılıq irsi qoyub
getmişdir. Ölümündən sonra, onun əsərlərinin tam toplusunu yayınlayanda, hər biri
600 səhifəlik 50 cild ortaya çıxmışdı.