Mövzu1 Sahibkarlığın məzmunu, meydana gəlməsinin tarixi-iqtisadi şərtləri Plan


Sahibkarlığın məzmununu xarakterizə edən digər bir cəhət onun subyektlərinin müəyyən edilməsidir



Yüklə 49,18 Kb.
səhifə4/8
tarix10.10.2022
ölçüsü49,18 Kb.
#64805
1   2   3   4   5   6   7   8
sahinkarliq mov -1

Sahibkarlığın məzmununu xarakterizə edən digər bir cəhət onun subyektlərinin müəyyən edilməsidir. Əvvəldə göstərmişdik ki, bazar iqtisadiyyati şəraitində hər kəs özünə peşə seçməkdə tam iqtisadi azadliğa malik olduğu üçün, hər bir adamsərbəst şəkildə qanunvericiliklə müəyyən edilmiş şəkildə sahibkarliq fəaliyyəti ilə məşğul ola bilər. Öz fəaliyyətini həyata kesirmək üçün sahibkar bir sira hüquqlara malikdir. Bunlara sərbəst şəkildə işgüzar fəaliyyətlə bağli tərəfdaşlari seçmək, istənilən formada müəssisə yaratmaq, işçiləri işə qəbul etmək və işdən azad etmək, öz məhsullari üçün qiymətləri müəyyənləşdirmək, əldə etdiyi mənfəətdən istədiyi kimi istifadə etmək və s. aiddir. Bununla yanaşi sahibkar bağladiği işgüzar müqavilələrdən irəli gələn tələbləri yerinə yetirmək, öz fəaliyyətində inhisarçiliğa və haqsiz rəqabətə yol verməmək, işçilərə qanunla müəyyən olunmuş səviyyədən az olmayan səviyyədə əmək haqqi vermək, dövlətə vergilər ödəmək və s. kimi vəzifələri də həyata keçirməlidir.
Sahibkarliq ilə məşğul olmaq üçün bir sira zəruri şərtlər irəli sürülür ki, bunlardan da biri kapitala malik olmaqdir. Həm də bu kapital ya əvvəldən sahibkarm özünə məxsus ola bilər, ya da ki, o, həmin kapitali kənardan əldə edir..
Sahibkarliq fəaliyyəti ilə məşğul olmaq üçün həm də xüsusi təfəkkür tərzi, konkret olaraq sahibkarliq təfəkkürü tələb olunur ki, onun da tərkib hissəsi kimi təşəbbüskarliq, digərləri ilə münasibətə girmək bacariği, yüksək məsuliyyət hissi, təşkilatçiliq, qətiyyətçilik, inadkarliq, liderliyə can atmaq çixiş edir.
Göstərilmiş keyfiyyətlər bu və ya digər dərəcədə sahibkarliq fəaliyyətinin bütün iştirakçilari - subyektləri üçün xasdir. Bazar iqtisadiyyati ölkələrində sahibkarliq subyekti kimi isə hər şeydən əvvəl ayri-ayri adamlar, şəxslər çixiş edirlər. Ilk əvvəl fərdi sahibkarlar əsasən iqtisadiyyatm ticarət, məişət xidməti, ictimai iaşə kimi xidmət sahələrində və bəzi kiçik istehsalda fəaliyyət göstərirdilər. Belə bir vəziyyət bu gün də öz əhəmiyyətini itirməmişdir. Lakin son zamanlar iqtisadiyyatda müasir texnologiya və yenilikçilik ideyalari ilə bağli yeni, mütərəqqi sahələrin geniş yayilmasi ilə əlaqədar olaraq mühəndislər, konstruktorlar, layihəçilər və s. bu kimi peşə adamlari fəal surətdə fərdi sahibkarliqla məşğul olmağa başlamişlar.
.


Yüklə 49,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin