Mövzu1 Sahibkarlığın məzmunu, meydana gəlməsinin tarixi-iqtisadi şərtləri Plan


istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək



Yüklə 49,18 Kb.
səhifə2/8
tarix10.10.2022
ölçüsü49,18 Kb.
#64805
1   2   3   4   5   6   7   8
sahinkarliq mov -1

istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

  • təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;

  • işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyənləşdirmək;

  • öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

  • sahibkarlıq fəaliyyətində əldə edilən mənffətdən vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkar hüquqi şəxslərə aid olan digər hüquqlardan da istifadə edə bilər.

    Sahibkarın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

    • qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;

    • işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;

    • qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər fondlara ayırmaları ödəmək;

    • qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiye nasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;

    • işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq;

    • antiinhisar qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;

    • öz fəaliyyəti haqqında dövlət, statistika əjə maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək.



    2 .Iqtisadi azadliq - sahibkarlığın formalaşmasi və inkişafinin mühüm şərtidir.
    Göründüyü kimi, bazar iqtisadiyyatmm əsas fərqləndirici cəhətlərindən biri azad sahibkarliq və azad seçimdir. Qeyd edək ki, bu iki anlayiş bir-birilə six əlaqədardir və biri digərini şərtləndirir. Belə ki, azad seçim dedikdə, vətəndaşm istədiyi peşəni seçmək və bunun üçün zəruri olan təhsil almaq, öz gəlirlərini sərbəst xərcləmək və onlarm hansi hissəsinin istehlaka, hansi hissəsini isə yiğima yönəlmək haqqmda sərbəst surətdə qərar qəbul etmək, özünə müstəqil surətdə yaşayiş və iş yeri seçmək, habelə sahibkarliq fəaliyyəti ilə məşğul olub-olmamaq və yaxud onun hansi növü ilə məşğul olmaq haqqmda azad surətdə qərar qəbul etmək və onu həyata keçirmək və s. başa düşülür. Deməli, göstərilən baximdan azad seçim anlayişi azad sahibkarliqdan daha genişdir. Bununla belə azad sahibkarliq bir sira cəhətlərlə yanaşi azad seçimi də özünə daxil edir. Belə ki, azad surətdə qanunla müəyyən edilmiş formalar və hüdudlar daxilində sahibkarliq fəaliyyəti ilə məşğul olan hər hansi bir şəxs zəruri təsərrüfat müqavilələrini bağlamaq üçün lazimi olan tərəfi azad surətdə seçə bilər, istədiyi mallari, məsələn, yaşayiş evlərini və torpaq sahələrini sonradan mənfəətlə satmaq və yaxud öz sərvətini genişləndirmək məqsədi ilə azad şəkildə mülkiyyətinə daxil edə bilər və s. Məsələyə belə mövqeydən yanaşdiqda isə azad seçim azad sahibkarlığın tərkib hissəsi kimi çixiş edir.
    Bazar iqtisadiyyati şəraitində azad sahibkarliq fəaliyyəti bu cəmiyyətin mövcudluğunun əsas şərti olan iqtisadi azadliğm təzahür formasidir və onunla müəyyən olunur. Nəzərə alsaq ki, kapitalizm quruluşu (bazar iqtisadiyyati) hüquqi və iqtisadi cəhətdən azad olan insanlarm cəmiyyətidir, burada hər bir şəxs öz iqtisadi fəaliyyətində ilk növbədə öz şəxsi mənfəətini əsas götürür, mənfəət əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyət dedikdə isə sahibkarliq fəaliyyəti başa düşülür, deməli, kapitalizm cəmiyyəti özünün hər bir üzvünə sahibkarliq fəaliyyəti ilə məşğul ola bilmək hüququ verir. Bu isə o deməkdir ki, iqtisadi və hüquqi azadliğm təzahürü olan azad sahibkarliq fəaliyyəti bazar iqtisadiyyatmm mahiyyətindən doğur və məhz bu əsas üzərində iqtisadi inkişafin aparici ünsürünə çevrilir.
    . Azad sahibkarliq yalniz azad rəqabətə əsaslanan zaman yüksək sosial-iqtisadi səmərəyə səbəb olur. Azad rəqabət şəraiti eyni adli məhsullar istehsal edən xeyli sahibkarm azad surətdə hər hansi bazara daxil ola bilməsi, istehsal üçün zəruri olan texnologiyam, iqtisadi resurslari, öz iqtisadi fəaliyyətləri ilə bağli hər bir informasiyani azad surətdə əldə edə bilmələri deməkdir. Sahibkarliq fəaliyyətinin müxtəlifliyi öz növbəsində azad surətdə formalaşan bazar əlaqələrinin mövcudluğunun və inkişafinin zəruri şərtlərindən biri olan rəqabət üçün geniş meydan açir.

    Yüklə 49,18 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin