Azad rəqabətli iqtisadiyyat istehlakçinin hökmran olduğu iqtisadiyyatdir. Yüksək mənfəət qazanmaq məqsədilə istehsalçilar arasmda gedən rəqabət məhz istehlakçinin tələbinin dolğun ödənilməsi vasitəsilə baş verir. Rəqabət sahibkarlari məhsulun keyfiyyətini yüksəltməyə, onun çeşidini yaxşilaşdirmağa, istehsal xərclərini və qiyməti aşaği salmağa sövq edir ki, bu da istehlakçinin mənafeyinin daha dolğun ödənilməsinə səbəb olur. Ümumiyyətlə, müasir bazar iqtisadiyyatmda rəqabətin inkişaf səviyyəsi bir tərəfdən istehlakçi tərəfindən özünə lazim olan istehsalçmm axtarilib tapilmasmm nə dərəcədə mümkün olmasi, digər tərəfdən isə istehlakçinin tələbatmi ödəyə bilməyən istehsalçmm öz fəaliyyətini nə dərəcədə davam etdirə bilməsinin mümkünlüyü ilə müəyyən olunur.
Beləliklə, rəqabət hər bir bazarm normal fəaliyyətinin, hər bir iqtisadiyyatm isə inkişafinin zəruri şərtidir Sahibkarliq
- səmərəli təsərrüfatçiliq tipidir, çünki ən az məsrəflərlə, əməyin və istehsalm təşkilinin ən səmərəli metodlarmi tətbiq etməklə iqtisadi fəaliyyəti həyata keçirməyə yönəlmişdir.
- sahibkarliq mütərəqqi iqtisadi təfəkkürdür, çünki o, öz subyektlərində əsasən tələbata uyğun məhsullar istehsal etmək və satmaq, istehlakçilara yüksək keyfiyyətli xidmət göstərmək kimi hissləri tərbiyə edir.
-sahibkarliq həm də sosial-psixoloji kateqoriyadir. O, öz subyektlərinə doğruçuluq, düzlük, digər bazar subyektlərinə münasibətdə rəqabətin haqsiz metodlarmdan çəkinmək, tabeçiliyində olan işçilərə vicdanla yanaşmaq, xeyriyyəçilik tədbirlərində yaxmdan iştirak etmək kimi mədəni, etik davramş hissləri aşilayir.
3. Sahibkarliq fəaliyyətinin obyektləri və subyektləri.
Sahibkarlığın məzmunu ilə əlaqədar olan məsələlərdən biri onun obyektidir. Ən ümumi mənada sahibkarlığın obyekti kimi əmtəələr istehsali, onlarm satişi və ya müxtəlif növ xidmətlər göstərilməsi formasmda həyata keçirilən iqtisadi fəaliyyət başa düşülür. Bununla belə, sahibkarliq fəaliyyətini adi təsərrüfat fəaliyyətindən fərqləndirmək lazimdir. Fikrimizcə, təsərrüfat fəaliyyəti istehsal ehtiyyatlarmm əvvəlcədən verilmiş kombinasiyasmdan, texnika və texnologiyanm mövcud səviyyəsindən olduğu kimi, heç bir yaradici dəyişiklik, yenilik edilmədən, iqtisadi fəaliyyətin nəticələrinə görə riskə getmədən istifadə etməklə həyata keçirilir. Bundan fərqli olaraq sahibkarliq fəaliyyətinin əsas məğzini, ruhunu təşəbbüskarliq təşkil edir. Təşəbbüskarliq anlayişi iqtisadi subyekt tərəfindən istehsal ehtiyatlarmdan istifadənin daha yeni və səmərəli kombinasiyalarmm axtarilib tapilmasi, iqtisadi fəaliyyətin mövcud təşkilati, texniki və texnoloji səviyyəsi ilə kifayətlənmədən, heç bir çətinliyə baxmayaraq onun təkmilləşdirilməsi, məhsullarm və xidmətlərin yeni-yeni növlərinin bazara çixarilmasi və bu deyilənlər əsasmda öz cari və perspektiv məqsədlərinə nail olunmasi deməkdir.