Mövzu1 Sahibkarlığın məzmunu, meydana gəlməsinin tarixi-iqtisadi şərtləri Plan



Yüklə 49,18 Kb.
səhifə6/8
tarix10.10.2022
ölçüsü49,18 Kb.
#64805
1   2   3   4   5   6   7   8
sahinkarliq mov -1

MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
Plan :

  1. Sahibkarlıq və onun yaranma tarixi

  2. Sahibkarlığın iqtisadi mahiyyəti

  3. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi.

Plan 1: Sahibkarlıq dedikdə - xüsusi şəxslərin, müəssisə və təşkilatların istehsal, xidmət göstərilməsi, məhsulun satılması və digər məhsullarla mübadiləsi ilə bağlı həyata keçirdikləri fəaliyyət növü başa düşülür.
Sahibkarlığın subyekti ayrı-ayrı xüsusi şəxslər, müəssisələr və onların birlikləri ola bilər. Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır.
Sahibkarlığın inkişafı yüksək bir mərhələyə gəlib çıxmışdır. Sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır. XVI əsrin ortalarından etibarən səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. İlk səhmdar şirkəti beynəlxalq ticarət sferasında yaradılmışdı. 1554-cü ildə Rusiyada ticarət etmək üçün İngiltərə ticarət şirkətinin əsası qoyuldıu. 1600-cü ildə İngiltərənin OST-Hindistan, 1602-ci ildə Hollandiyanın OST-Hindistan şirkətləri təsis edildi. XVII əsrin sonralarından etibarən iqtisadiyyatda ilk dəfə səhmdar bankları yaradılmağa başladı. 1694-cü ildə İngiltərədə və 1695-ci ildə isə Şotlandiyada ilk səhmdar bankının əsası qoyuldu. XVII əsrin sonu və XVIII əsrin əvvəllərində əksər ölkələrdə bank fəaliyyətinin təşkili ilə bağlı səhmdar cəmiyyətlər geniş şəkildə inkişaf etməyə başladı. Bu dövrdə əvvəllər mövcud olmuş ailə firmaları, iri mülkiyyətçilər yüzlərlə xırda əmanətçilərə - səhm sahiblərinə parçalanır. Maksimum mənfəət əldə etmək imkanları daha çox reallaşır. Bu zaman yeni peşə və ixtisaslara - menecer-rəhbərlərə və isteh­sa­lın təşkilatçılarına ehtiyac yaranır.. İstehsal-iqtisadi prosesləri həyata keçirmək üçün maliyyəçi, iqtisadçı, mühsib, hüquqşünas, konstruktor, tcxnoloqlardan istifadə olunur. İstehsalın təşkili və ona rəhbərliyin mərkəzləşdirilməsi məqsədi ilə bir çox funksiyaları yerinə yetirən menecerlərə getdikcə daha çox tələbat yaranır.
Sənayenin inkişafı və yenidən qurulması xarici kapitalın cəlb edilməsinə əsaslandı. XX əsrin əvvəllərində sahibkar mülkiyyətçi kimi formalaşdı. Bu prosesə ilk növbədə xarici kapitalın və dövlətin başlıca təsiri oldu. Bu dövrdə işçi qüvvəsi bazarı formalaşdı. Sahibkarlığın səhmdar payçı formaları inkişaf etməyə başladı, bir çox sahələrdə xüsusi səhmdar banklar yaradıldı.
XVIII əsrin sonu XX əsrin əvvəllərində məşhur fransız iqtisadçısı J. Sey “Siyasi iqtisadın traktatları” adlı əsərində sahibkarlıq fəaliyyətini, istehsalın üç amili - torpaq, kapital, əməyin birləşdirilməsi ilə xarakterizə edirdi. Sahibkarlığı xarakterizə edərkən onu daha çox idarəetmə fəaliyyətilə əlaqələndirirlər. Sahibkarlığı bəzən menecerlə də eyniləşdirirlər. Sahibkarlığın hər iki fəaliyyət növü müxtəlif funksiyaları həyata keçirir. Sahibkarlıq geniş mənada idarəetmə fəaliyyəti, menecment isə səmərəli idarəetmə olub onun gündəlik fəaliyyətini təşkil edir. Onlardan biri mülkiyyətçi, digəri isə idarə edən olsa da, “sahibkar” və “menecer” anlayışları çox hallarda eyni mahiyyət kəsb edir. Bir çox hallarda mülkiyyətçilər menecer funksiyalarını da yerinə yetirirlər. Təsadüfi hallarda menecerlər istehsal vasitələrinin mülkiyyətçiləri olurlar.
Sahibkarlar ya fərdi əmək məsrəfləri ilə kifayətlənir, ya da muzdlu əmək ehtiyatlarından istifadə edirlər. Sahibkarlığın subyekti olan birliklər, müxtəlif təsərrüfat assosiasiyaları, icarə kollektivləri, açıq və qapalı tipli səhmdar və yoldaşlıq cəmiyyətləri formasında çıxış edirlər. Təsərrüfat assosiasiyaları dedikdə - müəyyən məsələlərin həlli üçün istehsalat-təsərrüfat fəaliyyətini kordinasiya etmək məqsədi ilə yaradılmış müəssisələrin müqavilə əsasında birliyi nəzərdə tutulur. Bu assosiasiyanın iştirakçıları yalnız öz maliyyə və material ehtiyatlannın müəyyən hissəsini birləşdirirlər. Onlar assosiasiyanın digər üzvlərinin razılığı olmadan assosiasiyanı tərk edib digər təsərrüfat birliklərinə daxil ola bilərlər. Bu birlik forması konsern və digər strukturlarla müqayisədə daha zəifdir.

Yüklə 49,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin