istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;
işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyənləşdirmək;
öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;
sahibkarlıq fəaliyyətində əldə edilən mənffətdən vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkar hüquqi şəxslərə aid olan digər hüquqlardan da istifadə edə bilər.
Sahibkarın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;
işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;
qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər fondlara ayırmaları ödəmək;
qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiye nasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;
işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq;
antiinhisar qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;
öz fəaliyyəti haqqında dövlət, statistika əjə maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək.
Dövlət sahibkarlığın inkişafına hərtərəfli kömək göstərir. Bu məqsədlə də sahibkarlıq fəaliyyətinin bütün istiqamətləri və buna müvafiq olaraq güzəştlər sistemi müəyyənləşdirilir. Güzəştlərdə əsasən aşağıdakılar nəzərdə tutulur: informasiya, məsləhət, elm və tədris mərkəzlərinin, maliyyə fondlannm yaradılması, vergi ödənişləri, bank krediti, faizlər, amortizasiya ayırmalan üzrə güzəştli dərəcələrin tətbiq edilməsi və s.
Sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və onun yanında fəaliyyət göstərən sahibkarlığa kömək fondu həyata keçirir. Sahibkarlıq fəaliyyəti mövcud qanunvericilik, inzibati hüquq, büdcə, vergi və pul-kredit sistemləri vasitəsilə tənzimlənir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, onun növünü seçmək məsələlərində vətəndaşlar tam sərbəstdirlər. Sahibkarlıq fəaliyyətinin yalnız bəzi növləri xüsusi icazə əsasında həyata keçirilir. Mülkiyyət və təşkilat-hüquqi formalarından asılı olmayaraq sahibkarın hüquqları dövlət tərəfindən müdafiə olunur. Bu hüquqları pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və vəzifəli şəxslər ödəyirlər. Sahibkarın əmlakı qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları üçün alınarsa, ona müvafiq kompensasiya verilir. Sahibkarlıq fəaliyyəti dövlət tərəfindən müdafiə olunmaqla yanaşı, sahibkar qanunvericiliyin tələblərinə əməl elmədiyi, öz öhdəliklərini icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.
Plan 3. Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi formalaşdırılmasında müəyyən şərtlərin olması tələb olunur. Bu şərtlərə ilk növbədə iqtisadi, sosial, hüquqi və digər faktorları göstərmək olar. Sahibkarlıq fəaliyyətinin iqtisadi şərtlərinə ilk növbədə əmtəə təklifi və həmin əmtəələrə olan tələb, əmtəələrin növləri ( alıcı tərəfindən əldə edilir), pul vəsaitinin həcmi ( lazım olan əmtəənin əldə edilməsinə sərf edilir), işçi qüvvəsinin və iş yerlərinin artıqlığı və çatışmazlığı, işçilərin əmək haqqının səviyyəsinə təsir edən amillər və s. aid edilir. İqtisadi vəziyyətə pul resurslarının həcmi, gəlirlərin səviyyəsi, investisiyaya yönəldilən kapitalın həcmi, həmçinin işgüzar əməliyyatları maliyyələşdirmək üçün istifadə ediləcək borc vəsaitinin məbləği əhəmiyyətli dərəcədə təsir göstərir. Sahibkarlıq fəaliyyəti üçün zəmri olan iqtisadi şərtlərə ən müxtəlif təşkilati strukturlar daxildir. Onun da köməyi ilə sahibkarlar kommersiya əməliyyatlarını həyata keçirirlər. Bu strukturlara misal olaraq aşağıdakıları göstərmək olar: banklar - maliyyə xidməti göstərir; mal göndərənlər - xammal, materiallar, yarımfabrikatlar, yanacaq, enerji, maşın, avadanlıqlarla təchizatını; topdansatış və pərakəndə ticarət strukturları - əmtəənin istehlakçılara çatdırılmasını; ixtisaslaşdırılmış firmalar - hüquq, mühasibat, vasitəçilik xidmətlərini; işədiizəltmə agentlikləri - işçi qüvvəsinə olan ehtiyaclann təmin edilməsini; sair agentliklər- reklam, nəqliyyat, sığorta, informasiya və rabitə xidmətlərini həyata keçirirlər. Sahibkarlığın formalaşmasının sosial şərtləri hər şeydən əvvəl alıcının əmtəəni əldə edərkən ona təsir edən zövq və moda ilə xarakterizə olunur. Müxtəlif mərhələlərdə bu ehtiyaclar dəyişə bilir. Sosial-mədəni mühitdən asılı olaraq sahibkarlıq fəaliyyətində mənəvi və dini normalar da əhəmiyyətli rol oynayır. Bu normalar istehlakçıların həyatına və onun vasitəsilə əmtəələrə olan tələbə birbaşa təsir edir. Sosial şərtlər eyni zamanda ayn-ayn fərdlərin fəaliyyətinə, bu isə öz növbəsində əmək haqqının həcminə və əmək şəraitinə təsir edir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkar öz işçilərinin sosial məsələlərinin həllində iştirak etməli, sağlamlığın mühafizəsi və iş yerlərinin saxlanılmasını təmin etməlidir. Sahibkarlığın formalaşmasında sahibkar kadrların hazırlanması və ixtisaslarının yüksəldilməsi mühüm rol oynayır. Bu sistemə ilk növbədə müasir şəraitdə sahibkarlıq fəaliyyəti göstərilməsinin təşkili, kadrların təlimi və yenidən öyrədilməsi, inkişaf etmiş ölkələrdə təcrübə keçilməsi, sahibkarlara təlim keçilməsi üzrə müəllimlərin hazırlanması və təşkili, məsləhət mərkəzlərinin yaradılması və s. aid edilir.
Sahibkarlıq fəaliyyəti müvafiq hüquqi mühitin formalaşmasını tələb edir. Sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasını, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunların qəbul edilməsini nözərdə tutur. Sahibkarlıq fəaliyyəti üçün hüquqi şərtlərin formalaşdırılması həm də müəssisələrin yaradılması və qeydiyyatdan keçirilməsi ilə bağlı qaydaların sadələşdirilməsini, sahibkarların dövlət inhisarından müdafiəsini, xarici ölkələrlə birgə sahibkarlıq fəaliyyətinin inkişafını, istehsal təyinatlı sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan vergi tutulmasının təkmilləşdirilməsini özündə əks etdirir. Xırda sahibkarlığın inkişafına kömək məqsədilə regional mərkəzlərin yaradılması, statistik uçot və hesabat formalarının təkmilləşdirilməsi daxildir. Sahibkarlığın hüquqi şərtlərinin formalaşdırılmasında ilk növbədə mülkiyyət hüququ və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi vacibdir. Sahibkarlıq fəaliyyətinə hüquqi təminatın yaradılması ilə bağlı qanunvericilik aktlarının hazırlanması da mühüm rol oynayır. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin zəruriliyini ilk dəfə elmi nöqteyi-nəzərdən məşhur iqtisadçı Filipp Kotler tərəfindən əsaslandırmış və sahibkarlığın hüquqi cəhətdən müdafiə edilməsi ilə bağlı onun üç əsas faktorunu ön plana çəkmişdir. Kotler faktoru aşağıdakılardır:
1) Firmaların bir-birindən müdafiəsinin zəruriliyi. Elə qanunvericilik aktları hazırlanmalıdır ki, kommersiya əməliyyatları zamanı firmaların xüsusi maraqlarına digər firmalar tərəfindən toxunulduqda o, neytrallaşdırılsın. Məhz bu amili əsas götürərək dövlət tərəfindən xoşməramlı olmayan rəqabətin qarşısının alınması ilə bağlı qanunvericilik aktları qəbul edilməli və həyata keçirilməlidir.
2) İstehlakçıların xoşməramlı olmayan rəqabət mühitindən mühafizə edilməsinin zəruriliyi. Buraya ilk növbədə alıcıların reklam vasitəsi ilə aldadılması, onlara keyfiyyətsiz malların satılması, qiymətlərin səviyyəsinin heç bir obyektiv səbəb olmadan qaldırılması və s. daxildir.
3) Sahibkarlıq fəaliyyəti heç də həmişə yüksək həyat şəraitinin yaradılmasına təminat vermir. Məhz bu prinsipin özü ilk dəfə iqtisadi praktikada sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin zəruriliyini ön plana çəkmişdir