Paltaryuyan maşınların informasiya eyniləşdirməsi – maşında yuma proqramlarının sayının, yuma proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi dərəcəsinin, durulamasının və sıxmasının pasportunda, markalanmasının rekvizitlərində, əmtəə-müşayətedici sənədlərində göstərilmiş məlumatlara, standartların tələblərinə uyğunluğunun təyin edilməsidir.
Paltaryuyan maşınların markalanması aydın və aşağıdakı məlumatlardan ibarət olmalıdır:
istehsalçı müəssisənin nömrələmə sistemi üzrə maşının sıra nömrəsi;
2-ci sinif maşınlar üçün elektrik cərəyanı vurmasından qorunma dərəcəsinin işarəsi.
Zəmanət müddəti:
pərakəndə ticarət şəbəkəsi vasitəsilə satıldığı gündən sonra 24 ay müddətinə;
pərakəndə ticarət şəbəkəsi vasitəsilə istehlakçıya dövlət keyfiyyət nişanı ilə satıldığı gündən sonra 30 ay müddətinə;
ixrac üçün nəzərdə tutulan paltaryuyan maşınların istifadəyə verildiyi gündən sonra 12 ay, lakin dövlət sərhədindən keçdiyi gündən sonra 24 aydan çox olmamaq şərti ilə.
İxrac üçün nəzərdə tutulan paltaryuyan maşınların markalanması xarici ticarət təşkilatlarının sifariş-naryadlarının tələblərinə uyğun olaraq aparılır. Bu zaman pərakəndə satış qiyməti, texniki şərtlərin işarələri və dövlət keyfiyyət nişanı, istehsalçı müəssisənin adı yazılmır.
Nəqliyyat markalanması GOST 14192-77 tələblərinə, ixrac üçün istehsal edilən maşınlar üçün isə, əlavə olaraq xarici ticarət təşkilatının sifarişinə uyğun olmalıdır.
Nəqliyyat tarasının üzərində “Ehtiyyatlı olun, tez sınandır!”, “Nəmdən qorxur”, “Yuxarı, çevirməyin” kimi xəbərdaredici işarələr qeyd olunur.