Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Paltaryuyan maşınların keyfiyyət eyniləşdirməsi



Yüklə 87,19 Kb.
səhifə38/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   32   33   34   35   36   37   38   39   40
Mövzu ime

Paltaryuyan maşınların keyfiyyət eyniləşdirməsi – paltaryuyan maşınların yuyub təmizləmə göstəricilərinin, sıxmanın keyfiyyətinin və paltarların yırtılmasının (köhnəlməsinin, sürtülməsinin) standartların tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Yuyub təmizləməni işlənməmiş ağ pambıq parça məhsulları üzərində yoxlayırlar. Məmulatı perimetr üzrə tikidikdən sonra həmin parçadan 120 x 120 sm ölçüdə parça kəsib suspenziya ilə çirkləndirirlər. Çirkləndirilmiş nümunələri eksikatorda 10 gün müddətində saxlayırlar. Hazırlanmış çirklənmiş nümunələri iki tərəfdən məmulatlara tikirlər və çirklənmiş nümunələrin ağlığını və məmulatın ağlığını ФБ-2 fotometri vasitəsilə ölçürlər.
Yuyucu məhlul kimi 20%-i səthi aktiv maddələrdən ibarət olan universal sintetik tozdan istifadə edirlər. Bu tozun suda 1 faizli məhlulunda pH 9-9,5-ə bərabərdir. Aktivatorlu maşın üçün məhlulun konsentrasiyası – ilkin yuma üçün 6 q / dm3 su və əsas yuma üçün 3 q / dm3 su, baraban tipli maşınlar üçün uyğun olaraq 20 q/ kq quru paltar və 25 q/ kq quru paltar olaraq müəyyən edilib. Yuma rejimi maşının proqramı və ya GOST ilə müəyyən edilir. Emal dövründən sonra 3 dəqiqə sıxma əməliyatı aparılır.
Yuyub təmizləmə (O)aşağıdakı düstur ilə faizlə müəyyən edilir
O = (Бс - Бз) x 100% / (Бн - Бз)
burada – Бн - ilkin vəziyyətdə parça nümunəsinin ağlığı;
Бз - süni şəkildə çirkləndirildikdən sonra parça nümunəsinin ağlığı;
Бс - süni şəkildə çirkləndirilmiş parça nümunəsinin yumadan sonra ağlığı;
Ağlılığı ölçmədən əvvəl süzgəc kağızı vərəqləri arasında ütüləyirlər. Yuma keyfiyyətini ən azı üç yuma mərhələsindən sonra yoxlayırlar. Son nəticə - bütün nümunələrin göstəricilərinin ədədi ortasıdır.
Sıxmanın keyfiyyəti nümunədə qalan nəmliyin miqdarına (B) əsasən aşağıdakı düstur vasitəsilə faizlə müəyyən edilir
B = (m-m1) x 100%/m1,
burada m – sıxılmış paltarın kütləsi, kq;
m1– havada quru vəziyyətdə paltarın kütləsi, kq;
Sınağı sentrifuqada 3 dəqiqə ərzində 5-60 dəfə yuyulmuş paltar üzərində proqrama əsasən barabanda, iki dəfə döyməklə aparırlar. Qalıq nəmlik üç sıxma mərhələsindən sonra ədədi orta kimi müəyyən edilir.
Paltarlarda qalıq nəmlik sentrifuqada sıxdıqdan sonra 55%-dən yüksək olmur, yüksək sürətlə sentrifuqada sıxdıqdan sonra isə 46% olur. Üzərində rezin olan valların köməyi ilə sıxma zamanı qalıq nəmlik 95-96%, barabanda sıxma zamanı isə 115% təşkil edir. Belə maşınlarda sıxdıqdan sonra paltarların intensiv qurudulmasına ehtiyac var.
Paltarların aşınması standart rejimdə 20 dövr yumadan sonra parça itkisi (П) ilə səciyyələnir, aşağıdakı düstur ilə hesablanır
П = (Пн - Пс) х 100% / Пн,
Burada Пн -yuyulmamış nümunənin cırılma yükünün qiyməti, H;
Пc -20 dövr yumadan sonra nümunənin cırılma yükünün qiyməti, H;
Paltarların aşınması aktivator tipli maşın üçün 20%-dən yüksək deyil, baraban tipli maşın üçün 15 %-dən yüksək deyil. Həmçinin belə bir asılılıq da müəyyən edilib: yuyub təmizləmə nə qədər yaxşı olarsa, paltar bir o qədər çox aşınar. Bu yuma prosesində paltarlara göstərilən mexaniki təsirin intensivliyi ilə bağlıdır.
Durulamanın səmərəliliyi məhlulun aktivləşdirilməsi üsulundan, maşınların vanna modulundan, sıxma dərəcəsindən asılıdır, yumanın tam mərhələsindən sonra paltarda qalan yuyucu vasitələrin və ya qələvilərin miqdarı ilə xarakterizə olunur. Vanna modulunun aşağı olması, təsir intensivliyinin aşağı olması paltar yuyan maşının barabanında yalnız beşinci durulamadan sonra kifayət qədər səmərəni təmin edir, halbuki, СМ və СМР tipli maşınlarda bu üç və dörd dəfə durulamadan sonra, СМП tipli sentrifuqlu maşınlarda isə bu iki dəfə durulamadan sonra kifayət qədər səmərəni təmin edir.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin