Mövzular üzrə saatların bölgüsü


Data baza sistemlərinin mahiyyəti və idarə edilməsi



Yüklə 134,52 Kb.
səhifə11/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
turizmdə tədiqat metodları

Data baza sistemlərinin mahiyyəti və idarə edilməsi

Data yəni, məlumat gündəlik həyatımızın ən vacib hissələrindən biridir. Eyni ilə proqramlaşdırmanın da təməllərindəndir. Proqramlaşdırmada məlumatı saxlamaq üçün bir neçə üsul var. Lakin bunlardan ən strukturlusu databazalardır. Database (databaza) məlumatın saxlanması üçün istifadə edilən tool-dur (alət). Məqsədə uyğun olaraq databaza növü də dəyişir.


Databazaların İdarə edilməsi Sistemi (DİS) istifadəçinin databazaya daxil olması, datanı dəyişməsi, üzərində hesabatlar hazırlaması və ya vizuallaşdırması üçün lazım olan proqramlar toplusudur. Bu sistem istifadəçiyə databazaya daxil olanlara nəzarət etməyə də kömək edir. Əslində DİS yeni yaradılmış bir konsepsiya deyil, bu ifadə 1960-cı illərdə artıq istiadə edilirdi.
Charles Bachmenin İnteqrasiya edilmiş Data Ehtiyatı dünyanın ilk DİS-i qəbul edilir. Artıq databazanın istifadə sahələri artıqca istifadəçilərin databazalardan gözlədiyi funksiyanallıqlar da kütləvi şəkildə artır. Data sistemlərin növləri onun qurluşundan və istifadə qaydasından asılıdır. Data sistemmlər müxtəlif tarixi dövrlər ərzində İKT tətbiq səviyyəsindən asılı olaraq dəyişmiş olur. Buna görə də data bazaların dəyişməsi məqsədindən asılı olaraq müəyyən edilir.

Şəkil 1.2.1. DİS-in əsas formaları
Şəkildən göründüyü kimi data bazanın dəyişməsi onun qurluşu və istifadə xüsusiyyətlərinə tabedir. Bunlar bir-birindən asılı olmaqla sistemin işləməsin təmin edirlər. Data sistemlərin əsas funksiyalarına aid olanları aşağıdakı kimi izah etmək olar:
-Yönləndirici databazalar. Əsas funksiyası informasiyanın saxlanılması və admin tərəfindən paylaşılmasına yönəldilir. Yönləndirmə funksiyası admin tərəfindən avtomatik olaraq təyin olunur. İnformasiyalar qısa və anlaşılan formalarda yerləşdirilir. Məlumatın saxlanılmasında rəqəmlərdən istufadə oluna bilər. Həmçinin, informasiyasnın sivollaşdırlaraq yönəldilməsidə mümkündür. Bu da informasiya bazası üzrə məlumatların gizliliyin təmin edir.
İqtisadiyyatın bir çox sahələrində data sistemlərin yönlədirə funksiyalarından istifadə olunur. Turizm sənayesində inforasiyanın ötürülməsi, müştərilərlər münasibətin qurulmasında datanın yönləndirici funksiyasından istifadə olunur. Bəzi hallarda, müştərilərin cavabları, ödəniş sistemidə bu texnologiya üzərində qurulur.
Turizmdə yönləndirici data bazalar iki qrupa bölünür:
-fərdi inforasiyanın daşınması və əks əlaqə
-informasiyaların email və sivollaşdırlası.
Hər iki formada yönlədirici databaza təkcə turizm şirkətləri deyil, otellər və digər əlaqələndirici təşkilatların istifadə etməsi mümkündür. Onu da qeyd edək ki, bu əlaqələndirmə funksiyası, turizm sənayesində operativliyin təmin olunmasında, qarşılıqlı əlaqələrdə daha səmərəlidir. Hətta müəssislər fərdi olaraq hökumət portallarına qoşulmaq imkanına malik olurlar ki, bu da əlavə bürokratik xərclərdən azad olmağa şərait yaradır.
-Əlaqələndirici data bazalar. Bu data sistemləri informasiyanın əlaqələndilməsi və əks əlaqənin təmin olunmasına xidmət edir. Əlaqələndirici data sistemlər idarəetmənin təmin edilməsinə də xidmət edir. Burada əlaqələndirici funkisiyanı adinin təyin etdiyi formallıqlardan ibarət olur. Bu da informasiya əlaqələrinin təmin olunmasında, emal edilən yayımların verilməsinə xidmət edir. İnternet vasitəsilə təmin olunan bu informasiya reklam və marketinq işlərində yararlı olur.
Əlaqələndirici data bazalar üç funksiya yerinə yetirir:
-İnformasiyanın saxlanılması, yenilənməsi, ötürülməsi və digər sistemlərlə əlaqələrin qurulası;
-data sistemlər arasında əlaqələrin təmin olunması və daxili informasiya yadaşının yaradılması;
-müxtəlif [ES-KYU-EL] və ya [Sİ-KUEL] əlaqəli data bazalardan istifadə olunması.
Qeyd olunanlar marketinq, menecment və iqtisadiyyatın digər sahələrində daha çox tətbiq olunur. Turizmdə reklam və təbliğatın aparılmasında, yeni inforasiyaların veriləsində daha effektiv vasitə sayılır.
İyerarxik – bu tip databazalarda datanın saxlanılması üçün “valideyn-övlad” münasibəti qurulur. Günümüzdə demək olar ki bu tip databazalardan istifadə hallarına nadir hallarda rast gəlinir. Bu tip databazaların strukturuna baxsaq və onu bir ağacla müqayisə etsək gövdələr qeydləri, budaqlar isə müxtəlif sahələri təmsil edir. Windows XP-də istifadə edilən pəncərə qeydiyyatı da məhz iyerarxik databaza formasına nümunədir. Həmçinin konfiqurasiya parametrləri də yuxarıda qeyd etdiyimiz ağac və gövdəsi misalına bənzəyir.
-SLQ data bazaları. Şəbəkə DİS – bu tip datanın idarə edilməsi sistemləri çox üçün çox münasibəti əsasında qurulub. Bu sistem forması çox hallarda qarışıq databaza strukturu ilə nəticələnir. RDM Server bu növ databaza idarə edilməsi sistemini tətbiq edən şirkətlərə nümunədir.
Əlaqəli DİS – bu tip DİS-lər databazalar arasında əlaqəni cədvəllər və ya müxtəlif əlaqələr üzərindən göstərir. Əlaqəli DİS bir çox hallarda öncədən hazırlanmış müəyyən data növlərini dəstəkləyir. Bazarda ən çox istifadə edilən DİS sistemi də məhz əlaqəli DİS sistemidir. MySQL, Oracle, and Microsoft SQL Server databazaları bu kateqoriyada olan nümunələrdir.
Obyekt yönümlü DİS – bu növ DİS-lər yeni tipdə olan dataların toplanması üçün istifadə edilir. Databazada saxlanılacaq hər bir obyektin öz xüsusiyyətləri və həmin data ilə edilə biləcək əməliyyatları göstərən methodlar var. PostgreSQL məhz bu databaza növünə nümunədir.
SQL abreviaturasının açılışı Structured Query language yəni Strukturlaşmış Sorğu dili deməkdir və [ES-KYU-EL] və ya [Sİ-KUEL] olaraq tələffüz edilir. SQL əlaqəli databazada istifadə edilmək üçün nəzərdə tutulub. SQL databazaya məlumatın qoyulması, databazada məlumatın axtarılması və ya yenilənməsi və ya databazadan məlumatın silinməsi üçün istifadə edilir. Həmçinin SQL databazada olan datanın təmizlənməsi və ideal vəziyyətə salınması işlərini də öz öhdəsinə götürür. Əlaqəli databazalardan olan MySQL Database, Oracle, Ms SQL server, Sybase və digərləri SQL-dən istifadə edir.
-Obyekt yönümlü data bazalar. Databazalarda istifadə edilən SQL sintaksisləri demək olar ki, bir-birinə bənzəyir, sadəcə bəzi xüsusi databazalar müxtəlif SQL sintaksislərinə müraciət edir, hətta bəzilərinin öz şəxsi mülkiyyətləri sayılan SQL sintaksisləri var. NoSQL yaxın zamanlarda SQL kategoroyalarına əlavə olunması gözlənilən yeni kategoriyadır. Bu kategoriyanln ən spesifikxüsusiyyəti əlaqəli databazada istifaə olunan konsepisyaların heç birinı riayət etməməsidir. NoSQL əslində “Təkcə SQL deyil” deməkdir.
NoSQL konsepsiyası internet nəhəngləri olan Google, Facebook, Amazon və onlar kimi iri həcmli data ilə işləyən şirkətlər tərəfindən inkişaf etdirilir. Əlaqəli databazalarda irihəcimli datalarla işlənilən zaman sistemin cavab vermə müddəti yavaşlayır. Təbiki bu problemin qarşısını almaq üçün var olan texnikamızı inkişaf etdirərək sistemi təkminləşdirə və “genişləşdirə” bilərik.
Yuxarıda qeyd olunan problemi aradan qaldırmaq üçün görülə biləcək bir digər tədbir isə nəhəng məlumat bazasını müxtəlif əsas bazalar arasında bölüşdürməkdir ki bununla da yüklənməni azalda bilərik. Bu proses “ölçülənmə” adlanır.
NoSQL əlaqəsiz databaza növüdür və buna görə də əlaqəli databazaya nisbətən daha geniş data ilə işləyə bilir və internet tətbiqetmələrini nəzərə alaraq yaradılıb. Onlar datbazaya sorğu göndərmək üçün SQL-dən istifadə etmirlər və Əlaqəli databazadakı kimi limitli sxemlər tələb etmir. NoSQL, ACID (Atomicity, Consistency, Isolation, Durability) kimi funkisyalar heç də həmişə sistem tərəfində dəstəklənmirlər.
Yuxarıda qeyd etdiyimiz NoSQL-in yaratdığı faydalar sizdə elə bir fikir yarada bilər ki, NoSQL daha geniş istfadəyə yararlıdırsa onda kimsə niyə SQL databaza ilə işləməyi imkan verir. Deməli, NoSQL databazası sadəcə müəyyən yüksək səviyyəli spesifikasiyaya sahibdir, ancaq xüsusi istifadələrə yarayır və limitlidir. NoSQL daha çox nəhəng data ilə işləyən şirkətlərin işinə yarayır. Geridə qalan hissə isə daha çox əlaqəli databaza və onunla əlaqəli proqram və vasitələrdən istifadə edir.
Əlaqəli databazının NoSQL databazası ilə müqayisədə aşağıdakı üstünlükləri var:
SQL əlaqəli databaza üçün daha kamil data toplanması və idarə edilməsi xidməti təmin edir. Bu da şirkət idarəçiləri üçün ən vacib funksiyalardan biridir. SQL databaza istifadəçiyə sadəcə özünə lazım olan və istədiyi datanı vizuallaşdırmağa şərait yaradır. İstəmədikləri və ya işlərinə yaramayacaq datanı isə gizlədə bilirlər. SQL databazası üzərində işlənən sql-lər vasitəsi ilə biznes məntiqini databazaya tətbiq eləmək olur.
SQL databazasının mühafizəsi NoSQL-ə nisbətən daha təhlükəsizdir.
Buna görə də dünya hələ də əlaqəli databazadan qaçmır. Ona görə də hələ də əlaqəli databaza ilə işləyə bilən mütəxəssislərə ehtiyac duyulur. Ona görə də SQL və databaza ilə işləməyi öyrənmək hələ də öz önəmini qoruyur.
DİS-in 4 əsas tipi var – İyerarxik, Şəbəkə DİS, Əlaqəli DİS və Obyekt yönümlü Ən çox istifadə edilən DİS növü əlaqəli modeldir və bu model datanı cədvəl şəklində saxlayır. Sorğu dili kimi də SQL istifadə edilir. SQL dili Sql-dən istifadə edərək databazaya sorğu göndərir. Ənənəvi sadə fayl saxlama qaydası ilə müqayisədə databaza sistemi daha böyük üstünlüklər təklif edir.
Araşdırma edərkən mənə ən maraqlı gələn database bu oldu. Adından da göründüyü kimi bir necə modeldən eyni anda istifadə edir. Çünki həm graphlardan həm də documentlərdən istfadə edilir. Query üçün GraphQL dən istifadə olunur. Sürət cəhətdən üstün olur.

Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin