1.6 Turizm fəaliyyətinin metodologiyası. Turizmdə elmi-tədqiqatlarda fəlsəfi biliklər elmi əhəmiyyət kəsb edir. Belə ki fəlsəfi düşüncə elmin müxtəlif sahələrində qazanılan uğurları və insan təcrübəsini əlaqələndirməklə, özünün idrak metodunun dialektik yanaşmasını ortaya çıxarır. Belə yanaşma digər konkret elmlərin öyrənilmə metodundan onunla fərqlənir ki, burada təbiət hadisələri, dərk etməyə, başa düşməyə ümumi məntiqi prinsip əsasında yanaşılır. Fəlsəfi düşüncə başqa elm sahələrində olduğu kimi turizm sahələrində də təcrübi və nəzəri problemlərin həllində tədqiqatın proseslərə obyektiv yanaşmaya, elmi tədqiqatda məntiqə, real dünya ilə mövcud həyat arasında realizm prinsipində yanaşılır. Fəlsəfi tədqiqatçının öyrənməyə sövq edir. Dialektika qanunları turizmdə sosial hadisələrin metodlarının işlənilməsinə kömək edir. Tarixi elmi turizm fəaliyyətinin öyrənilməsində, onun tarixi inkişaf yolunun təhlilində, sosial-iqtisadi əlaqələrin tədqiqində vacib rol oynayır.
Turizm fəaliyyətinə tarixi yanaşma burada ayrı-ayrı tədqiqatçıların rolunu, təbiət hadisələrinin turizmin inkişafına təsirini obyektiv və subyektiv təhlilini həyata keçirir.
Pedaqogika elmi turizmin inkişafında onun sahələrinin, tarixi məkanların, qonaqpərvərliyin təqdimatında bilik və bacarığa əsaslanmaqla turizmin təbliğat fəaliyyətinin əsasını təşkil edir. Pedaqoq turistlərə ancaq turizm haqqında biliklər yox eyni zamanda onlarda bu sahəyə olan tələbatın artırılmasına yardım etməlidir. Misal üçün özünün təcrübəsinə, potensialına, təsəvvür və təqdimat yanaşmalarına əsaslanmaqla ekskursovod turist biliklərinin və maraq dairələrinin artmasına səbəb olur.
Turizmdə sosiologiyanın metodoloji əsasını cəmiyyətin inkişafı fonunda, onun mənəvi və sağlam tələbatın təmin edilməsinə əsaslanır. Sosiologiya turizmin ictimai hadisə nöqteyi-nəzərindən öyrənməklə, turizmin sosial mədəni fəaliyyətinin sağlam və fəal nəslin formalaşmasında rolunu həyata keçirir.
İnfotmatika turizmdə xüsusi fəaliyyət sferası olub, turizmdə qeydiyyat , prosedur metodların işlənilməsi, müxtəlif ölkələrdə turizmin standartlarının və növünün informasiya modelinin həyata keçirilməsini tələb edir.
Turizmin struktur sisteminin fəaliyyət əsasını informasiya qanunlarının qorunması, informasiya mübadiləsinin fəallığı, intensivliyi təşkil edir. Burada dövlət və regional təşkilatlat, beynəlxalq turoperatorlar turizmdə elmi və tədqiqat müəsisələri daha fəal rol oynayır. Belə təşkilatların informasiya mübadiləsi, turagentlik, mehmanxana restoran kompleksi, sığorta şirkəti, turist daşınmasını həyata keçirən qurumlar , sağlamlıq mərkəzləri, passport, visa və gömrük stukturları təhlükəsizlik üçün çox vacibdir.
Sistematologiya elm kimi turizm fəaliyyətinin idarə olunmasını , bu sistemi idarə edən əməyin təşkilini elmi tədqiqatlarla həyata keçirir. Burada turizmdə nəzəri və təcrübi məsələnin həlli və onun praktikada tətbiqi xüsusi yer tutur.