Mövzular üzrə saatların bölgüsü


Turizm metodologiyasının əsas prinsipləri



Yüklə 134,52 Kb.
səhifə15/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
turizmdə tədiqat metodları

1.7 Turizm metodologiyasının əsas prinsipləri
Turizm fəaliyyətində metodoloji tədqiqatların əsas vəzifəsi iqtisadi, sosial, mədəni və digər problemlərin öyrənilməsində yol göstərmək, metodları təyin etmək və qiymətləndirmək və çətin nəzəri konsepsiyaları həll etməkdir. Turizm sosial-iqtisadi hadisə kimi obyektiv və subyektiv şərtlərlə təsir edir. Turizm fəaliyyətinin obyektivliyi aşağıdakılarla əlaqədardır:

  1. Bazar şəraitində turbiznesin effektiv aparılması üçün nəzəri dəlillər irəli sürmək;

  2. Dövlətin ictimai-iqtisadi quruluşu ilə bağlı olan nəzəri konsepsiyaları işləmək;

  3. Gəlmə və getmə turizmin aparılma üsullarını təyin etmək vəs.

Turizm fəaliyyətinin subyektivliyi onunla bağlıdır ki, insan indiki və gələcək fəaliyyətini əks etdirən obrazlar yaradır: oteldə yerləşdirmə və yüksək xidmət, maraqlı insanlarla yaxud regionun sənayesi ilə tanışlıq.
Tədqiqat prosesində əldə olunan obrazın subyektivliyi mövcud təhrifin, subyektiv fəaliyyətin səbəbi sayılır. Xidmət bazarının analizində həyata keçirilən tipik səhvlərdən biri rəqiblərin bacarığında olan təhriflərdir.
1.8 Konkurs tenderlərinin metodologiyası
Metodların, mexanizmlərin məcmusu kimi konkurs tenderlərinin metodologiyasımüəyyən tapşırıqların məsələn: turizm obyektlərinin tikintisində açıq və ya qapalı tenderlərin kordinasiyasının həyata keçirilməsinə, turməhsul və xidmətlərin irəlilədilməsi, turistlərin yerləşdirilmə, qidalanma, içki vəs. ilə təmin olunmasına istiqamətlənir. Konkurs tenderləri sosial-iqtisadi problemlərin həllinə vəs. yardım edir.
Konkurs tenderlərinə analizin iqtisadi-riyazi metodları, metodların məcmusu və materialların iqtisadi analizi, sistemli analiz və sintez, proqnozlaşdırma, elmi araşdırmalar, əldə olunmuş nəticələrin həllində qəbul olunmuş qərarlar, faktiki analiz, sistemli, informativ, mədəni, kreativ üsullar, müqayisə metodları, modelləşdirmə, ekspert qiymətləri və eksperimentlər vəs. aiddir.



Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin