1.9 Turizmdə tədqiqatların nəzəri və empirik metodları Turizmdə elmi tədqiqatların əsas istiqamətləri(metodları) bunlardır: empirik, nəzəri və təcrübi araşdırmalar.
Nəzəri metodlar- turizm sahəsinin nəzəriyyə və praktikasında yeni hadisələrin onların tendensiyalarının meydana çıxmasına istiqamətlənir. Nəzəri araşdırmalarda proseslərin mahiyyəti, qanunlar, turizmin ayrı-ayrı seqmentlərinin inkişafında yeni istiqamətlər meydana çıxır. Bu tədqiqat metodlarının nəticəsi normativ-hüquqi sənədlərin işlənməsinə və s. xidmət edir.
Empirik metodlar- turizm haqqında yeni faktiki materialların yığılmasına, onların izahına və s. malikdir. Məlumdur ki, turizm dinamik inkişaf edir, buna görə də empirik araşdırmalar alim və mütəxəssislərin fəaliyyətində böyük yer tutur.
1.10 Turizmdə elmi tədqiqatların xüsusiyyətləri Turizmdə elmi metodlardan müəyyən elmi problemlərin həllində istifadə olunur.Turizm sisteminin, onun daxili inkişaf əlaqələrinin modelləşməsi elmi təhlillərsiz, elmi tətbiq olmadan qeyri-mümkündür. Burada iqtisadiyyat, menecment, hüquq, sosiologiya, psixologiya, informatika, tibb, ekologiya və s. sahələrində elmi-metodoloji biliklərin qarşılıqlı əlaqəsindən istifadə turizm sektorunun regional və beynəlxalq inkişafının əsas təminatı hesab olunur.
Turizmdə elmi tədqiqatların məqsədi ölkədə turizmin hərtərəfli inkişaf yollarını araşdırmaq, yüksək ixtisaslı kadr hazırlanmasını təmin etmək, turizmdə nəzəri və təcrübi problemlərin həllinə və onun tətbiqinə nail olmaqdır.Turizm sahələrində elm qarşısında qoyulan məqsədlərdən biri digər ölkə və regionlardan turist axınını cəlb etmək məqsədilə regionun potensial imkanlarını nəzərə almaqla turizm infrakstrukturunu inkişaf etdirmək üçün elmi-əsaslandırılmış proqramların işlənilməsidir. Turizmin inkişafında axtarış istiqamətləri elə problemlərin tədqiqatına əsaslanır ki, orada elmi yeniliklər həyata keçirilə bilir.
Turizmdə tədqiqat metodlarını öyrənən metodologiya kompleks baxışlarını özündə əks etdirir. Turist fəaliyyətinin tədqiqində metodologiya ümumi, xüsusi və fərdi sahələrə ayrılır. Metodoloji tədqiqat turizmdə nəzəri və praktiki məsələlərin öyrənilməsində elmi-əsaslandırılmış yanaşmanı təmin edir. İstənilən turizm fəaliyyətinin metodoloji qiymətləndirilməsi onun bazar rəqabətinin artırılmasına, turizm müəssisələrinin iqtisadi və texniki göstəricilərinin yaxşılaşdırılmasına, eyni zamanda mütəxəssislərin strateji və taktiki biliklərinin təkmilləşməsinə kömək edir.
Turizmdə yeni tendesiyaların yaranmasına baxmayaraq, turizm işinin aparılması üçün yeni üsulları nəzərə alıb, ənənəvi metodları rədd etmək düzgün olmazdı.