Metodologiyanın xüsusi prinsipləri aşağıdakı prinsiplərə əsaslanır:
elmilik - ümumi elmi biliklərə əsaslanır və iqtisadiyyat, hüquq elmləri, idarəetmə, informatika və sosiologiya kimi qarışıq elmlərin nailiyyətləri əsasında qurulur;
əyanilik - tədrisin əsas metodlarında reallaşır, vizual obrazın yaradılması zərurətinə əsaslanan və daha yaxşı mənimsənilməsinə və yadda saxlanılmasına imkan yaradır;
mümkünlük — personalın xüsusiyyətlərinin hesabına əsaslanır, turist fəaliyyəti tədrisinin məzmununun bu və ya digər çətinlik səviyyəsinin mənimsənmə imkanlarını yaradır;
tədrisinn nəzəri və praktiki vəhdəti- dialektə əsaslanır və alınan biliklərin tam və dəqiq mənimsənilməsi üçün praktikada tətbiq edilməsini təmin edir;
tədrisin tərbiyəvi xarakteri – tədris istiqməti ilə tərbiyənin bir-birinə uyğunluğu ilə xarakterizə edilir. Çünki, tədris, mütəxəssislərin şəxsi keyfiyyətlərinin formalaşmasına istiqamətləndirilir ki, bu da öz növbəsində tərbiyənin əsas məqsədinin yerinə yetrilməsinə zəmin yaradır.
Xüsusi metodologiya obyektin və onun təhlilinin predmetini təşkil edən turist fəaliyyətlərin konkret hadisələrini öyrənmək üçün metodlardan, üsullardan, texniki və tədqiqat metodlarından ibarətdir və aşağıdakı prinsiplərə əsaslanır:
determinizm - turizmin növlərinin və formalarının, hadisə və proseslərin öyrənilməsi, müştərilərə keyfiyyətli xidmət göstərilməsi və gəlir əldə edilməsi zamanı psixiki proseslərin səbəbi;
şüur və fəaliyyət vəhdəti – fəaliyyət zamanı şüurun yaranmasının, şüur və fəaliyyəti inkişafının vahidliyinin göstəricidir;
inkişaf - turizmin digər elm və ümumi inkişaf sahələri ilə sıx əlaqəsidir.
- intellektual, emosional, sosial;
Metodologiyanın nəzərdən keçirilmiş prinsipləri turizm haqqında elmin inkişafı, mütəxəssislərin fəaliyyətinin inkişaf etdirilməsi və inkişafının sosial şəraitinə dair hərəkətverici qüvvələr haqqında fikir yaradır.